Meşə yanğınları zamanı havanın zəhərli
tüstü, qazlarla və tozla çirklənməsi nəticəsində
tənəffüsün pisləşməsi, hətta zəhərlənmə baş
verə bilər. Ağır fiziki işlər zamanı meşəçilər
müxtəlif bədən xəsarətləri ala bilir. Meşədə
xidməti qırmalar zamanı ağır kötüklərin və
yıxılmış ağacların daşınması zamanı kəskin
hərəkətlər, bədənin əyilmiş vəziyyətdə uzun
müddət qalması, toxum toplamaq üçün ağaclara
çıxmaq və digər fiziki işlər sağlamlığa təsir
göstərir. Uzun müddət ağır yüklə ayaq üstə
durduqda ayaq əzələlərində və sümüklərdə
dəyişiklik əmələ gəlir. Onurğa sütununda əyri-
liklər, ürək-damar xəstəlikləri, böyrəklərdə dis-
funksiya, venaların genişlənməsi baş verə bilir.
28
Meşəçilik müəssisələrinin yaşayış yerlərin-
dən uzaqda yerləşən məntəqələrində yerli su
hövzələrindən içməli su mənbəyi kimi istifadə
olunur. Əsasən bulaq və çay sularını içmək
məqsədilə istifadə etməzdən əvvəl onların
tərkibi yoxlanılmalıdır. Meşələrdə yerli əhalinin
qədimdən bəri istifadə etdikləri bulaqlar daha
təhlükəsiz hesab olunur. Meşədən axan kiçik
çaylar çox vaxt yaşayış məntəqələrindən keçər-
kən çirkab suları və tullantılarla çirkləndirilir.
Buna görə də suyun su təmizləyici qurğulardan
və ya filtrlərdən süzülməsi, qaynadılaraq steri-
lizə edilməsi zəruridir.
Suyun keyfiyyəti onun fiziki, kimyəvi xüsu-
siyyətlərindən və bakterioloji çirkləndiricilərdən
asılıdır. Suyun fiziki xüsusiyyətləri onun duruluğu,
şəffaflığı, tamı, qoxusu və temperaturuna görə
təyin olunur. Suda kimyəvi maddələrin qatılığı
təxminən 1000 mq/l-ə qədər ola bilər. İçməli
suyun bakterioloji çirklənməsini göstərən əsas
əlamət suda olan bağırsaq çöplərinin miq-
darıdır. 1 litr suda bağırsaq çöplərinin miqdarı
1000 ədəddən artıq olmamalıdır. Suyun zərər-
sizləşdirilməsi zamanı fiziki üsullarla yanaşı
xəstəliktörədici bakteriyaların məhv olması
üçün tədbir görülür. Yaşayış məntəqələrində
bu məqsədlə xlor məhlulu ilə suyun xlorlaşması
həyata keçirilir. Meşəbəyilər sahəni yoxlamaq
üçün əraziyə çıxdıqda özləri ilə mütləq içməli
su ehtiyatı götürməlidirlər.
Meşə sahələrində insanların istirahəti
zamanı, xüsusi ilə dayanacaq yerlərində tul-
lantı ların toplanması müxtəlif yoluxucu xəstə-
liklərin yayılmasına səbəb olur. Buna görə
də meşə ekosistemini və insanların həyatını
zərərli təsirlərdən qorumaq üçün tullantıların
təmizlənməsi təşkil edilməlidir. Yerli əhalinin,
gənc meşəçilər dəstələrinin, könüllülərin fəal
iştirakı ilə təmizlik və abadlıq işləri həyata
keçirilə bilər. Üzvü tullantıları və qida qalıqlarını
toplayaraq xüsusi xəndəklərdə basdırmaq
mümkündür. Digər polimer və qeyri-üzvü
mənşəli tullantılar isə xüsusi təyin olunmuş
yerlərə daşınaraq utilizasiya edilir. Təmizlik
tədbirləri zamanı həm meşəçilər, həm də
əhali örtülü geyimdə olmalı, xüsusi qoruyucu
əlcəklər, tullantıların daşınması və meşə
sahəsinin təmizlənməsi üçün xüsusi avadanlıqla
təmin olunmalıdırlar. Təmizlik aksiyasında
iştirak edən hər kəsin sağlamlığı təhlükəsizlik
texnikası qaydalarına düzgün əməl etməsindən
asılıdır. Tullantıların vaxtında toplanması və
daşınması bir çox xəstəliklərin yayılmasının
qarşısını alaraq, suların saflığının, meşənin və
havanın təmizliyinin qorunmasına imkan verir.
Meşəçilər toxum tədarük edərkən təh-
lükə
sizlik qaydalarına riayət etməlidirlər.
Yetkin hündür ağaclardan yetişmiş qozaları və
meyvələri toplamaq üçün yuxarı budaqlara
qalxmaq lazım gəlir. Bu zaman qoruyucu
kəmərlərin, nərdivanların, uzun payaların,
əlcək və dəbilqələrin olması vacibdir. Hündür
ağaclardan meyvə və qozaları toplamaq
üçün uzun payalardan, dırmanmaq üçün
xüsusi ləvazimatlardan istifadə olunur. 6-7
m hündürlükdə olan ağacların toxumları 5
m uzunluqda nərdivanın köməyi ilə toplanır.
Nərdivanın bütün pillələrinin möhkəm
bərkidilməsinə əmin olduqdan sonra yuxarı
qalxmaq olar. Nərdivanın dirəklərinin alt
tərəfinə iti dəmir ucluqlar keçirilir ki, torpaqda
sürüşməsin. Bu zaman dayaq məqsədilə
daşlardan, quru budaqlardan və ya kötüklərdən
istifadə etmək yaramaz. Nərdivan yerə nisbətən
600 bucaq altında qoyulmalıdır.
Daha yüksək hündürlükdə yerləşən meyvə
və toxumları toplamaq üçün xüsusi dəmir alətdən
istifadə olunur və bu alətin aşağı hissəsi kəmərə
keçirilir. Ağaca qalxıb enərkən ehtiyatlı olmaq
tələb olunur. Ağacların çətiri arasında xüsusi
kəməri gövdəyə bərkitməklə dayaq üzərində
təhlükəsiz işləmək olar. Eyni vaxtda iki nəfərin
nərdivana qalxması, yağmurlu havada, ildırım
çaxarkən, sıx dumanlı havada, yağışdan sonra
ağacların yaş və sürüşkən gövdəsinə çıxmaq
qadağandır. Əl çatmayan budaqlardan toxumlar,
meyvələr xüsusi payalar vasitəsilə toplanır.
Toplanmış toxumlar və qozalar xüsusi
örtülü yerdə qurudulur. Havası dəyişilən və
temperaturu 200 C olan otaqda toxumların
29
tam yetişməsi başa çatır. Toxumun qurudulması
üçün xüsusi quruducu kameradan istifadə
olunursa, mütləq yaxınlıqda yanğın əleyhinə
avadanlıq, su ilə dolu qablar, tibb qutusu
yerləşdirilir. Toxumları təmizləmək üçün xüsusi
dəmir torlu ələkdən istifadə olunur.
Qoruyucu kateqoriyalı meşələrdə zərər-
vericilərə və xəstəliktörədən ziyanvericilərə
qarşı zəhərli kimyəvi maddələrin tətbiq olun-
ması qadağandır. Zərərvericilərə qarşı yalnız
mexaniki və bioloji üsullar tətbiq oluna bilər.
Bu zaman meşəçilər müəyyən təhlükəsizlik
qaydalarına əməl etməlidirlər.
Meşə tingliklərində əkin sahələrinə gübrə
və pestisidlər verilərkən müəyyən tələblər və
normalar nəzərə alınmalıdır. Zəhərli mayenin
meşə işçilərinin əllərinə və digər bədən nahiyə-
sinə düşməsi yolverilməzdir. Bu zaman xüsusi
uzun qollu kombinezonlardan, əlcək, eynək
və respiratorlardan istifadə etmək lazımdır.
Əldə, ayaqda və dəridə kiçik yaralar, çatlar
olduqda zəhərli pereparatlardan uzaq olmaq və
sağlamlığın qayğısına qalmaq lazımdır.
Meşə təsərrüfatında tikinti işləri aparılarkən
müəyyən sanitar normalarına və təhlükəsizlik
texnikası qaydalarına riayət olunmalıdır. Tikinti-
də çalışan fəhlələrin su, ərzaq və fərdi mühafizə
vasitələri ilə təmin olunması əsas şərtlərdən
biridir. İşlərin təşkili zamanı bədbəxt hadisələrin
qarşısının alınması üçün işçilər müvafiq qayda da
təlimatlandırılmalı, onlar alətlərin və avadanlıq-
ların iş üçün yararlı vəziyyətdə olmasına diqqət
yetirilməlidir.
Tikintidə təhlükəsizliyin təmin olunması
ilk növbədə işlərin düzgün təşkilindən və
şəraitdən asılıdır. Buna görə də tikinti meydan-
çasının seçilməsi, avadanlığın, nəqliyyat vasitə-
lərinin yerləşdirilməsi əvvəlcədən müəyyən
tələb
lərə uyğun olaraq təyin edilməlidir.
Tikinti materiallarının daşınması üçün yollar
hamarlanmalı, qışda isə qardan və buz örtüyün-
dən təmizlənməlidir. Nəqliyyat vasitələrinin arx
və çayların üzərindən rahat keçməsi üçün kiçik
körpülər quraşdırılmalı, sürüşkən yaş torpağın
üzərində taxta keçidlər qoyulmalıdır. Bütün
fəhlələr texniki təhlükəsizlik qaydaları ilə tanış
olmalı və bu qaydalara riayət etməlidir. Ağır
yüklərin daşınması zamanı müəyyən qaydalara
əməl edilməlidir. Adambaşı 50 kq-dan artıq
yük götürmək qadağandır. 50 kq-lıq ağır yükü
iki nəfər birlikdə 60 metrdən uzaq olmayan
məsafəyə daşıya bilər.Yükün daşınması üçün
xərəkdən və ya arabadan istifadə etmək daha
məqsədəuyğundur.
Fərdi qoruyucu vasitələr və təhcizat
Meşə işçisi geyimə xüsusi diqqət yetir-
məlidir. Meşədə dəyişkən mühit amillərindən
və təhlükələrdən qorunmaq üçün qoruyucu
fərdi geyimdən və xüsusi təhcizatdan istifadə
olunmalıdır. Fövqəladə hallarda, xüsusilə meşə
yanğınları zamanı, dağ çaylarının daşarkən və
qurumuş ağacların yıxılması nəticəsində müx-
təlif bədən xəsarətlərinin qarşısının alınması
meşəçilərin gündəlik həyat fəaliyyətində nəzər-
də tutulmalıdır.
Orqanizmi müxtəlif neqativ təsirlərdən
(rütubətdən, zəhərli qazlardan, tullantılardan,
tüstüdən, çirkləndiricilərdən və s.) qorumaq
üçün xüsusi geyimdən istifadə oluna bilər.
İqlim şəraitindən asılı olaraq bədənin istilik
balansını tənzimləmək üçün geyimin şəraitə
uyğun olmasına diqqət yetirilməlidir. Xüsusi
geyim gigiyenik tələblərə cavab verməli, hava
keçiriciliyinə malik olaraq tərləmənin qarşısını
almalı, meşəçilərin sərbəst fəaliyyətinə mane
olmamalıdır.
Odadavamlı və islanmayan materialdan
tikil
miş xüsusi geyim ekstremal hallarda
insanların həyatını təhlükədən qoruyur. Meşənin
dərinliklərinə səfər edərkən ilk növbədə başın
və ayaqların örtülü olmasına diqqət yetirmək
30
vacibdir. Meşə xidməti qırmaları zamanı quru
budaqlardan, kəsilmış quru ağaclardan xəsarət
almamaq üçün ağacın yıxılacağı yeri təxmini
olaraq təyin edib, əks tərəfdə durmaq lazımdır.
Meşədə tör-töküntünün, quru budaqların
daşınması zamanı xüsusi brezent əlcəklərdən
istifadə etmək vacibdir.
Tükənmiş meşə sahələrində meşə əkinlərini
aparmaq üçün bel, kətmən, dırmıq və digər
kənd təsərrüfatı alətlərindən istifadə olunur.
Meşə bərpası və mühafizəsi müəssisələrinin
xüsusi meşə tingliklərində artırılan ağac və kol
bitkiləri meşənin bərpa olunması üçün istifadə
olunur. Əkin işləri zamanı yüngül geyinməli,
fiziki iş zamanı bədənin həddindən artıq yük-
lənməsi nəzərə alınmalıdır. Əkin aparılan
ərazidə olan şüşə qırıntıları, konserv qabları və
ya digər iti kənarlı əşyalar insanlarda müxtəlif
zədələnmələrə səbəb ola bilər. Buna görə də
ərazinin təmizliyinə xüsusi diqqət yetirmək
lazımdır.
Məktəblilərin meşə əkini və meşə bərpası
işlərində iştirakı zamanı xüsusilə diqqətli olmalı,
onları nəzarətdə saxlamaq lazımdır. Bel, kətmən
və digər alətlərin dəstəyi hamar, ilişiksiz olmalı
və ələ götürdükdə dərini zədələməməlidir.
Kənd təsərrüfatı üçün kəsici alətlərin düzgün
tətbiq olunmasına diqqət yetirilməlidir.
Əgər təsadüfən meşə əkini işləri
zamanı insan xəsarət alıbsa, ilk tibbi yardım
göstərilməlidir. Bədənin zədələnmiş hissəsi
antiseptik maddələrlə işlənməli, steril sarğı
qoyulmalıdır. Yara dərin olduqda xəsarət alan
şəxs təcili olaraq yaxınlıqdakı tibb məntəqəsinə
çatdırılmalıdır. Açıq yaraya torpaq düşməsinə
yol verməməli və yoluxmanın qarşısını almaq
üçün xüsusi zərdablar vurulmalıdır.
Meşə müəssisələrinin işçiləri üstü bağlı
və uzunboğaz ayaqqabılardan istifadə et-
məli dir. Belə ayaqqabılar insanları həm islan-
maqdan qoruyur, həm də qansoran həşərat-
lardan mühafizə edir. Meşə yanğınları zamanı
gözləri mühafizə etmək üçün xüsusi qoru-
yucu eynəklərdən istifadə olunmalıdır. Tüstü-
nün, qazın və tozun tənəffüs orqanlarına
daxil olmasının qarşısını almaq üçün xüsusi
respiratorlardan, fövqəladə hallar zamanı isə
əleyhqazlardan istifadə olunur.
İsti yay mövsümündə bədənin açıq nahiyə-
lərini qansoran həşəratlardan qorumaq üçün
müxtəlif sürtgülərdən, mayelərdən və çiləyi-
cilərdən istifadə etmək olar. Bu məqsədlə
kəskin qoxulu ətirlərdən də istifadə etmək olar.
Yanğının söndürülməsi üçün istifadə olunan
vasitələr.
Meşə yanğınına səbəb olan şəraitin
aradan qaldırılması üşün xüsusi yanğınsöndürən
maddələrdən istifadə olunur. Bu maddələr
qaz, maye, bərk halda və ya kombinə edilmiş
halda ola bilər (su, su buxarı, duz məlulları,
kimyəvi maddələr, qum və s.). Su yüksək istilik
keçiriciliyinə malik olduğu üçün temperatur
artdıqca buxara çevrilir. Yanğını söndürmək
məqsədilə yaxınlıqdakı su hövzələrindən
istifadə edilir. Lakin suyun elektrik keçiriciliyinin
yüksək olması elektrik xətlərinin olduğu
ərazidə yanğının söndürülməsində onun tət-
biqini məhdudlaşdırır.
Meşə yanğınlarına qarşı mübarizədə
istifadə olunan kimyəvi maddələr 3 qrupa
ayrılır: suyun odsöndürmə qabiliyyətini artı-
ran qeyri-üzvü maddələr, səthi aktiv maddə-
lər və buxarşəkilli qarışıqlar. Yanğının söndü-
rülməsində tətbiq olunan bütün kimyəvi
31
maddələrlə ehtiyatla davranmaq, təhlükəsizlik
qaydalarına riayət etmək lazımdır. İslanmayan
materialdan hazırlanmış xüsusi geyimdən və
rezin əlcəklərdən istifadə edilməlidir. Kimyəvi
maddələrin geyimdə əmələ gətirdiyi ləkələri adi
su ilə yuyub təmizləmək olur. Bu maddələrin
dəri ilə birbaşa təmasda olmasına yol veril-
məməlidir. Dəridə olan ən kiçik yaradan belə
kimyəvi maddələrin qana keçməsinin qarşısını
almaq lazımdır. Eyni zamanda göz ləri tozdan və
tüstüdən qorumaq üçün qoruyucu eynəkdən
istifadə etmək zəruridir. Tənəffüs orqanlarının
mühafizəsi üçün xüsusi respiratorlar tətbiq
olunur.
Odsöndürücü məhlulların tərkibinə daxil olan xlorlu karbohidrogenlər insan sağlamlığı üçün
təhlükəsiz hesab olunsa da, odla təmas zamanı əmələ gələn buxar və parçalanma məhsulları
olduqca təhlükəlidir. Buna görə də meşə yanğınını söndürərkən maye alova elə yönəldilməlidir
ki, yaranan tüstü və qazlar insandan kənar olsun. Bütün təhlükəsizlik qayda larına düzgün əməl
etdikdə bədbəxt hadisə lərin qarşısı alına bilər və meşəçilərin həyatı tam şəkildə gözlənilməz
təsadüflərdən qoruna bilər.
Meşədə təhlükəsizliyin təmin olunması
Meşə - insanların ən çox sevdiyi istirahət
yeridir. Meşənin zəngin təbiəti, bitki və
heyvanlar aləmi istirahətə gələn insanların
böyük marağına və sevincinə səbəb olur.
Təbiətin gözəlliklərinə aludə olanlar bəzən
unudurlar ki, tanış olmayan meşə ərazisində
müxtəlif təhlükələrlə qarşılaşa bilərlər. İnsanın
həyat fəaliyyətində təbii mühitin və fiziki-
coğrafi şəraitin böyük rolu vardır. İstənilən
şəraitdə insanların davranış tərzi, qida və su
təminatı, sığınacaq yeri, xəstəliklərə davamlılığı
onların mühitə uyğunlaşmasından asılıdır. Təbii
şərait insan orqanizminə güclü təsir göstərərək,
yaşamaq ehtimalını artırır və ya azaldır.
Meşədə fövqəladə vəziyyət meşə yanğınları,
dağ çaylarının daşması, zəlzələ, ildırım çaxması
zamanı yarana bilər. Ən çətin şəraitdə belə
insan sağlamlığını qoruyaraq, ətraf mühitin
əlverişsiz təsirlərinə qarşı dözümlü və tədbirli
olmağa çalışır. Müxtəlif ekstremal vəziyyətdə
salamat qalmaq ehtimalı bir sıra amillərdən
asılıdır. Belə vəziyyətlərə misal olaraq, meşədə
azıb, yolun və ya bələdçinin itirilməsini, təbii
fəlakətləri, əlverişsiz hava şəraitini, nəqliyyat
qəzasını (avtomobil, təyyarə qəzası və s.),
diqqətsizliyi, səhlənkarlığı və s. göstərmək
olar. İstənilən halda hər kəs təbiətdə salamat
qalmaq və təhlükəsiz həyat fəaliyyətini təmin
etmək üçün müvafiq təhlükəsizlik qaydalarını
bilməlidir.
Həyat fəaliyyətinin təhlükəsizliyinin əsas-
larını öyrənməklə hər bir şəxs öz sağlamlığını,
həyatını və iş qabiliyyətini qorumaq üçün fəal
tədbirlərə hazır ola bilər. Belə vəziyyətdə
əsas problem psixoloji stresin öhdəsindən
gəlməkdir. Ətraf mühitin əlverişsiz təsirlərindən
qorunmaq üçün müəyyən qaydaları bilməklə
yanaşı bu qaydaları düzgün tətbiq etməyi
də bacarmaq lazımdır. Bu baxımdan həyat
fəaliyəti meşələrlə bağlı olan insanlar müxtəlif
təhlükələrlə qarşılaşdıqda vəziyətdən çıxış
yollarını tapmağı bacarmalıdırlar.
İnsan orqanizminin imkanları məhduddur
və müəyyən dözümlülük həddi vardır. Təcrübə
göstərir ki, soyuq qış aylarında meşədə azan
insanlar ən çətin şəraitdə belə salamat qala
bilirlər. İnsan digər canlılar kimi təbii mühitə
yüksək dərəcədə uyğunlaşa bilmədiyinə görə
müəyyən bacarıq və vərdişlərdən istifdə edərək
salamat qalmaq üçün çalışmalıdır. Sərt iqlim
32
şəraiti, qida və su çatışmzlığı orqanizmə güclü
təsir edərək onun imkanlarını məhdudlaşdırılır.
Meşədə azan və ya çətin vəziyyətdə qalan
insanların ilk tibbi yardım üsullarını bilməsi,
müvəqqəti sığınacaq düzəltmək bacarığına, od
əldə etmək səriştəsinə yiyələnməsi vəziyyətdən
çıxış yolunu tapmağa kömək edir. Vaxtını və
bütün qüvvəsini səfərbər edib, cəsarətlə çıxış
yolunu axtaran insanların fiziki hazırlığından
asılı olaraq salamat qalmaq ehtimalı daha
yüksək olur. Ətrafdakı obyektlərdən öz maraq
dairəsində istifadə edib təhlükəsizliyini təmin
etməklə, sağlamlığı qorumaq üçün cəhd göstərə
bilənlərin sağ qalması ehtimalı yüksək olur.
Təcrübə göstərir ki, fövqəladə vəziyyətə
düşən insanlar psixoloji asılılığı dəf edə bildikdə
təbii amillərin də öhdəsindən gəlirlər. Fövqəladə
vəziyyətdə insan öz fiziki sağlamlığından asılı
olaraq çıxış yolu axtarılır. Əgər ağır yaralanma
və xəsarət halları yoxdursa, çətin şəraitə
dözmək bir qədər asanlaşır. Yaşlı insanlar,
hamilə qadınlar və uşaqlar fövqəladə halları
çətin keçirlər.
Xarici amillərin təsirinə dözümlü, müstəqil
qərar verməyi bacaran, nikbin düşüncə tərzinə,
ruh yüksəkliyinə malik insanlar daha tez
çıxış yolu tapırlar. Təkliyə, aclığa, ağrılara və
gücsüzlüyə dözə bilənlər yalnız öz qüvvələrinə
arxalanıb stresdən yaxa qurtara bilirlər.
Əgər turistlər təklikdə deyil, dəstə ilə
birlikdə ekstremal vəziyyətə düşüblərsə, belə
halda daha təcrübəli səyahətçilər yoldaşlarının
köməyinə gəlir. Bəzən bir təcrübəli insan
təkbaşına həyəcan və təlaş içərisində olan bir
neçə yol yoldaşlarını sakitləşdirməli olur. Belə
vəziyyətdə insanlardan həkimlik, xilasedici və
psixoloq səriştəsi tələb olunur.
Meşəyə uzunmüddətli səyahətə hazırlaşan
hər bir kəs aşağıdakı bacarıqlara yiyələnməlidir:
• Səyahət üçün tələb olunan qida və su
ehtiyatı ilə təmin olunmalı;
• Təbiətdə içməli suyu əldə etmək
üsullarını bilməli;
• Xəritə, kompas, GPS-naviqasiyadan
istifadə etməyi bacarmalı;
• İlk tibbi yardım üsullarını bilməli;
• Balıqçılıq və ya ovçuluq qaydalarını
bilməli;
• Tonqal qalamağı bacarmalı və yanğın
təhlükəsizliyinə riayət etməli;
• Müvəqqəti
sığınacaq
hazırlamaq
vərdişlərinə malik olmalıdır.
Meşəyə təşkil olunan ekskursiyaların sağ-
lam lıq və sevinc dolu dəqiqələr bəxş etməsini
istəyiriksə, ən sadə təhlükəsizlik qaydalarını
bilməliyik. Meşəyə gəzintiyə gedərkən ən zəruri
əşyaları götürmək lazımdır. Hər şeydən əvvəl
su ehtiyatı, yemək, saat, kompas, mobil telefon,
xəritə və s. yürüş iştirakçılarının ən çox gərəyi
olan əşyalardır. Səyahətçilər dəstəsinin təchizatı
üçün lazımi alətlər və müvafiq avadanlıq nəzərə
alınmalıdır. İlk növbədə od əldə etmək üçün
alışqan, tibbi yardım ləvazimatı, iynə, sap, cib
fənəri, batareyalar, alətlər, çadır və islanmayan
isti geyimlər əldə olunmalıdır.
Yürüşə hazırlaşarkən üst geyimə xüsusi
diqqət yetirilməlidir. Meşədə zəhərli və qan-
soran həşəratlardan qorunmaq üçün uzun
qollu gödəkçələr və hamar parçadan tikilmiş
üst geyimi, örtülü ayaqqabılar, papaq və
əlçək geyinmək lazımdır. Ağcaqanadlara və
mozalanlara qarşı xüsusi çiləyici aerozollardan
istifadə etmək məsləhətdir.
Uşaqların üst geyimi parlaq sarı, qırmızı,
narıncı, ağ rəngdə olmalı, uzaqdan diqqəti cəlb
etməlidir. Tünd geyim meşənin toranlığında
çətin seçilir. Buna görə də bəzən səyahətçilər
meşədə azarkən onların axtarışını çətinləşdirir.
Yürüşdə iştirak edən hər kəs marşrutdan
kənara çıxmamalıdır. Bəzən meşə sakinlərinin,
o cümlədən kəpənəklərin, dələlərin, quşların
ardınca düşüb, onları izləyən insanlar özləri
də hiss etmədən cığırdan kənara çıxıb səmti
itirirlər. Yürüş zamanı göbələk və giləmeyvələri
toplayarkən də tez-tez ətrafa nəzər yetirib,
harda olduğunuzu yadda saxlamağa çalışın.
Əgər hər hansı bir səbəbdən yolu azıb
yoldaşlarınızdan ayrı düşmüsünüzsə, təlaş
etmək məsləhət görülmür. Telefon əlaqəsi
yaratmaq mümkün olduqda mobil telefonla
33
Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə və
ya xilasetmə departamentinə məlumat verin.
Sonra sakitlik yaradıb ətrafı dinləməyə çalışın.
Sizi axtaran insanların, avtomobillərin və itlərin
səsini eşitdikdə səs gələn tərəfə getməyə çalışın.
İtlərin hürməsini təxminən 2-3 km məsafədən,
işləyən traktorun səsini 3-4 km məsafədən,
qatarın səsini isə 10 km məsafədən eşitmək
mümkündür. Meşədə yolu azdıqda vəziyyətdən
digər çıxış yolu kimi çay kənarına çıxmaq və
suyun axını istiqamətində sahil boyu hərəkət
etmək lazımdır. Yaşayış məntəqələri çox zaman
çay sahillərində salındığına görə bu istiqamətdə
gedib insanlar yaşayış yerlərinə çıxmaq olar.
Uzaqdan diqqəti cəlb etmək üçün meşənin
kənarında açıq sahədə quru budaqlardan
tonqal qalamaq olar. Lakin yanğın təhlükəsizliyi
qaydalarına riayət edərək tonqalın yerini
hazırlamaq lazımıdır. Bu məqsədlə sahədə
torpağın üst qatı təmizlənir 1-2 m məsafədə
quru otlardan, budaqlardan təmizlənir və
tonqalın ətrafında xəndək qazılır. Yadda saxla-
maq lazımdır ki, isti, quru və küləkli hava
şəraitində tonqal qalamaq təhlükəlidir. Bunun
üçün xüsusi təyin olunmuş yerlər vardır.
Ağacların altında tonqal qalamaq olmaz. Ağac-
ların yaxınlığında yandırılan tonqal bitkilərin
məhv olmasına səbəb olur. Siqaretin kötüyü
quru otların üzərinə düşdükdə yanğın baş verə
bilər. Ehtiyatsızlıq nəticəsində ətrafa sıçrayan
kiçik bir qığılcım böyük yanğına çevrilə bilər.
Bu təhlükəli vəziyyətin qarşısını almaq üçün
odla ehtiyyatlı olmalı və təhlükəsizliyə riayət
olunmalıdır.
Meşədə olarkən müəyyən davranış qayda-
larını bilmək vacibdir:
► Meşədə səs-küy salmaq olmaz. Belə
olduqda siz vəhşi heyvanları və onların
balalarını hürküdürsünüz.
► Ağacların budaqlarını qırmaq, onların
gövdəsində yazı yazmaq olmaz. Ağac-
ların qabığı altında qida maddə lərinin
hərəkət etdiyi borular zədələndikdə
yaraya zərərverici həşəratlar və ya
mikroorqanizmlər daxil olub, ağacı
xəstələndirə və nəticədə məhv edə
bilər.
► Meşədə və meşə talasında rast gəldi-
yiniz çiçəkləri qırmayın. Hər gün buraya
istirahətə gələn insanları bu gözəllikdən
zövq almaqdan məhrum etməyin.
► Əylənmək məqsədilə kəpənəkləri,
qarış qaları və digər heyvanları tutmaq,
on ların yuvalarını dağıtmaq olmaz.
► Meşəni tullantılarla çirkləndirmək ol-
maz. İstirahət yerlərini tərk edərkən
bütün tullantıları toplamaq və təyin
Dostları ilə paylaş: |