məsinə maraq və həvəs artmışdır. Turizm
həvəskarları təbiətin təkrar olunmaz gözəlliyini
və zənginliyini duymaq, təbiətin qoynunda
istirahət etmək üçün uzaq məsafə lərə yürüş
edərək toxunulmamış təbiət guşələrini seyr
etməyə can atırlar. Şəhər əhalisi ən çox isti-
rahət, bayram və məzuniyyət günlərini təbiətin
qoynunda keçirirlər. Asudə vaxtlarda meşələrin
bioloji zənginliyini seyr etmək və meşə ehtiyat-
larından bəhrələnmək arzusu hər kəsi maraq-
53
landırır. Çox vaxt qısa müddətli turizm səyahəti
bir və ya iki günlük təşkil olunur. Belə səfərlər
daha uzun müddətli yürüşlər üçün təcrübə
toplamağa imkan verir.
Turizm bacarıqları və vərdişlərinin forma-
laşdırılması, xüsusi fiziki hazırlıq, zəngin təəs-
süratlar insanların sağlam istirahətini təmin
edir. Əvvəlcədən məlum olan marşrut üzrə
turizm yürüşü ölkənin ekoloji, mədəni və tarixi
abidələri ilə tanışlıq üçün böyük əhəmiyyətə
malikdir. Eyni zamanda beynəlxalq turizmin
inkişafı ölkənin sosial-iqtisadi potensialının
güclənməsində böyük əhəmiyyətə malik olub,
marşrutun keçdiyi regionlarda əhalinin maddi
rifahının yaxşılaşmasına kömək edir. Meşəətrafı
regionlarda meşə ehtiyatlarının daha səmərəli
istifadəsinə və meşələrin mühafizəsinə diqqət
artırılır.
Meşəyə təşkil olunan turizm yürüşlərinə
hazırlıq mərhələsində iştirakçıların təhlükə-
sizliyini təmin etmək üçün bir sira qaydalara
əməl etmək zəruridir. Xüsusi qorunan təbiət
ərazilərində turist qrupunun müvafiq marşrut
üzrə hərəkəti üçün meşə cığırları yaradılır. Bu
cığırla gedən turislər meşənin flora və faunası,
təbiət abidələri ilə yaxından tanış olurlar. Meşə
cığırları insanların pərakəndə halda meşəyə
səpələnib, ekosistemə güclü neqativ təsir
göstərmələrinin qarşısını alır. Müəyyən marşrut
üzrə bələdçinin rəhbərliyi ilə hərəkət edən
səyahətçilər meşə sakinlərinin dinc həyatını
pozmurlar.
Meşəyə səyahət zamanı marşrutu öncədən
planlaşdırmaq lazımdır. Bütün turistlər şəraitə
uyğun geyimlə təmin olunmalıdır. Batalıqlaşmış
ərazidən və ya çaydan keçmək, şəlalənin axarı
ilə getmək lazım gəlirsə, ayaqqabıların möhkəm
və davamlı olmasına diqqət yetirmək lazımdır.
Yaxşı olar ki, asanlıqla islanan və daşların
üzərində sürüşə bilən ayaqqabılardan istifadə
olunmasın. Meşənin dərinliyində yaş paltarları
və ayaqqabıları qurutmaq imkanının məhdud
olması nəzərə alınmalıdır. Meşədə isinmək üçün
tonqal qalanmasına yalnız müəyyən yerlərdə
icazə verilir. Buna görə də yalnız çıxılmaz
vəziyyət yarandıqda yanğın təhlükəsizliyi
qaydalarına riayət etməklə tonqal qalamaq olar.
Təbiət həvəskarlarının əksəriyyəti daha
çox ekoturizm səyahətlərinə üstünlük verir.
Ekoturizm səyahəti zamanı insanlar meşə-
lərin qorunmasında yaxından iştirak edə
bilərlər. Turistlər əhalinin müxtəlif təbəqələri,
o cümlədən meşə istifadəçiləri, ovçular, balıq-
çılar, məktəblilər, valideynlər arasında ekoloji
təbliğat və maarifləndirmə işləri apara bilərlər.
Bu məqsədlə üzərində müxtəlif şüarlar və
54
xəbərdarlıq işarələri olan xüsusi lövhələr
hazırlayıb marşrut boyu yerləşdirmək olar.
Belə lövhələrdə meşə ehtiyatlarından davamlı
istifadənin əhəmiyyəti, təhlükəsizlik qaydalarına
riayət, meşənin canlılar aləminə diqqət barədə
müraciətlər meşə istifadəçilərinin diqqətini
cəlb edir. Bununla turistlər həm meşənin dinc
həyatının, həm də insanların təhlükəsizliyinin
qayğısına qala bilərlər. Məs; “Meşəyə atılan
tullantılar bizim sağlamlığımızın itirilməsinə
səbəb olur!”, “Meşə yanğınlarının qarşısını
alın!”, “Qarışqa yuvalarını dağıtmayın!”, “Meşə-
nin nemətləri həm bizim, həm də gələcək nəs-
limizindir!”, “Meşənin sakit həyatını pozmayın!”
və s. Turistlər müxtəlif müraciətnamələr və
sorğu vərəqləri hazırlayıb əhali arasında yay-
maqla meşələrin davamlı idarə olunmasına
ictimaiyyətin diqqətini artıra bilərlər. Eyni
zamanda insanların təhlükəsizliyinin təmin
olunması qayğısına qalaraq meşədə təhlükəsiz
davranış qaydalarını təbliğ etməklə ətraf mühitə
öz töhfələrini verə bilərlər.
Turizm səfərləri planlı və fərdi olmaqla
iki yolla həyata keçirilir. Xüsusi turizm
agentliklərinin və cəmiyyətlərin, könüllü idman
birliklərinin, xüsusi mühafizə olunan təbiət
ərazilərində ekoloji maarifləndirmə mərkəz-
lərinin təşkil etdikləri turizm səyahətləri planlı
surətdə həyata keçirilir. Turistlər bələdçinin
müşayiəti ilə xüsusi təyin olunmuş marşrut
üzrə hərəkət edirlər. Marşrut boyu səyahətçilər
turizm dayanacaqlarında yemək və istirahətlə
təmin olunur.
Əhalinin müəyyən sosial qrupları müstəqil
turizmə üstünlük verirlər. Fəal istirahət və
sağlamlıq arzusu yüzlərlə insanı meşələrin
qoynuna aparır. Belə hallarda turizm yürüşünün
iştirakçıları qrupun tərkibini, marşrutu özləri
seçib, təhcizat və qidalanmanın qayğısına
qalırlar. Gecələmə və keçid yerləri şəraitə
uyğun müəyyən edilir. Kütləvi turizimdə belə
istirahət əhalinin tələbatına daha çox uyğun
gəlir və geniş yayılması ilə fərqlənir. Turizm
yürüşü müddətinə və çətinliyinə görə müxtəlif
kateqoriyalara ayrılır.
Turizm səfərinə hazırlıq qrupa cəlb olunan
iştirakçıların bir araya toplanmasından başlanır.
Əksər hallarda eyni müəssisədə və ya təşkilatda
çalışan insanlar istirahət saatlarını da birlikdə
keçirməyi xoşlayırlar. Təcrübə göstərir ki,
yürüşdə iştirak edənlərin sayı 10-15 nəfərdən
ibarət ola bilər. Arzu edənlərin sayı çox olduqda
bir neçə qrup təşkil etmək olar. Daha təcrübəli
turistlər qruplara rəhbərlik edib, marşrutu və
hərəkət cədvəlini seçirlər.
Bir günlük səfəri təşkil etmək o qədər də
çətin deyil. Əgər 2-3 gün və daha çox müddətdə
istirahət etmək arzusunda olanlar varsa, onların
arasında vəzifə bölgüsü aparmaq lazım gəlir.
Hər şeydən əvvəl geyimə, ərzaq ehtiyatına və
təchizat məsələlərinə xüsusi diqqət yetirilir.
Turizm iştirakçıları səyahətdən əvvəl meşədə
davranış qaydaları və təhlükəsizlik tədbirləri
barədə məlumatlandırılmalıdır. Əgər səyahətdə
yetkinlik yaşına çatmamış uşaqlar da iştirak
edirsə, onların təhlükəsizliyi üçün müvafiq
tədbirlər görülməlidir. Yürüş iştirakçıları ilk təcili
yardım qaydalarını bilməli, çətin vəziyyətdə
yoldaşlarının köməyinə çatmağı bacarmalıdırlar.
Turizm səyahətçiləri əvvəlcədən marşrutun
planını tərtib edib ərazinin xəritəsini əldə
etməlidirlər. Hər bir yürüş iştirakçısı kompası
olmalıdır. Bundan əlavə səyahətçilər günəşə,
55
ulduzlara və ya təbii əlamətlərə əsasən
istiqaməti düzgün təyin etməyi bacarmalıdır.
Yürüşə başlamazdan əvvəl istiqaməti kompas
vasitəsilə təyin edib yadda saxlamaq lazımdır.
Ətrafa baxıb əsas istinad obyektlərinin: yol, çay,
yaşayış məntəqəsi və s. yerini müəyyən etmək
lazımdır.
Meşədə insanı gözləyə biləcək təhlükələr
barədə öncədən xəbərdar olan turistlər
yürüş zamanı riskli və ehtiyatsız hərəkətlərə
yol vermirlər. İstirahət yerində birgə yemək
hazırlamaqla, tonqal qalamaqla, əyləncəli oyun-
larda iştirak etməklə ümumi müsbət əhval-
ruhiyyə yaradılır. İstirahətin daha maraqlı
keçməsi üçün ekoloji tədqiqatlar və oyunlar
təşkil etmək olar. Lakin bu zaman meşənin
sakinlərini narahat etməmək üçün yaxşı olar
ki, belə oyunlar meşə talasında keçirilsin.
Ekoloji oyunlar əyləncəli olmaqla bərabər, həm
də meşənin flora və faunası barədə biliklərin
artırılmasına kömək edir. Ümumi maraqlar
əsasında təşkil olunan səyahət yorğunluğun
qarşısını alır və emosional səviyyənin
yüksəlməsinə səbəb olur.
Səyahətdən əvvəl yürüşün məqsədi aydın-
laşdırıılmalıdır. Meşənin həyatı ilə tanış olmaq
arzusunda olan insanlar yalnız özlərinin deyil,
həm də meşə sakinlərinin təhlükəsizliyinin
qayğı
sına qalmalıdırlar. İstirahət yerlərində
qalanmış məişət tullantıları meşə heyvanları
və bitkiləri üçün çox təhlükəlidir. Ətraf mühiti
çirkləndirməklə, canlılara xəsarət yetirə bilən
və hətta meşə yanğınlarına səbəb olan belə
tullantılar meşəyə təcavüz kimi qiymətləndirilə
bilər. Buna görə də turistlər istifadə olunmuş
plastik qabları və qida tullantılarını özləri ilə
gətirdikləri polietilen paketlərə torplayıb
aparmalıdırlar.
Ekoturizm səyahətinə çıxanlar təbiətin
gözəlliyindən zövq almaqla yanaşı ətraf mühitin
təmizliyinə diqqət yetirməlidirlər. Təbiətin
müha fizəsi məqsədilə müxtəlif tədbirlər həyata
keçirilir. Quşlar və heyvanlar üçün yem təknələri,
süni yuvalar quraşdırılır, çayların sahilləri və
istirahət yerləri tullantılardan təmiz lənir.
Turizm marşrutu həm dairəvi olmaqla
başlandığı məntəqədə də bitə bilər, həm
də müxtəlif yerdən başlanğıc götürüb, əks
istiqamətdə tamamlana bilər. Marşrutu seçərkən
turistlərin təhlükəsizliyi barədə də düşünmək
lazımdır. Gecələmək və tonqal qalamaq
üçün yeri çayın və ya gölün sahilində seçmək
olar. Qrupa rəhbərlik edən şəxs əvvəlcədən
marşrutun keçdiyi yolu nəzərdən keçirməli və
təhlükəli yerlərdən uzaqlaşmaq üçün dəyişiklik
etməlidir. İlk dəfə səyahətə çıxanlar və ya yaşlı
səyahətçilər üçün daha sadə, asan keçilə biləcək
marşrut təyin olunur. Təhlükəsizlik tədbirləri
nəzərə alındıqda meşədəki səyahət unudulmaz
və xoş təəssuratlarla yadda qala bilər.
Bəzən yürüş zamanı turistlər müəyyən
səbəblərdən yolu dəyişib daha qısa yolla
getməyə cəhd edirlər. Bu halda qrupun rəhbəri
və onun köməkçiləri ilk növbədə yeni marşrutu
öyrənmək üçün öncə “kəşfiyyata” getməlidir.
Bu yolla arzuolunmaz hadisələrin qarşısını
almaq olar. Yol boyu müxtəlif maneələr, keçidlər
olduqda təcrübəli turistlər cığırı yoxlayıdıqdan
sonra yoldaşlarına kömək etməlidirlər. Təcrübə
göstərir ki, əvvəlcədən xüsusi hazırlıq keçən
turistlər çətin vəziyyətə düşdükdə özlərini
itirməyərək asanlıqla çıxış yolunu tapa bilir və
yoldaşlarını darda qoymurlar.
Müddətindən asılı olmayaraq turistlər yürüşə
hazırlaşarkən ilk növbədə geyimə və təhcizata
diqqət yetirməlidirlər. Turistlərin əllərində
yük olmamalıdır. Bütün təhcizat əşyaları turist
çantasına yerləşdirilməlidir. Əllə daşınan çantalar
hərəkətə mane olaraq dəstənin sürətini azaldır.
Buna görə də ümumi istifadə üçün nəzərdə tutulan
digər avadanlıq (çadırlar, alətlər, avadanlıqlar,
yemək hazırlamaq üçün qablar, ilk tibbi yardım
çantası və s.) yaşından, sağlamlığından və fiziki
hazırlığından asılı olaraq qrupun daha hazırlıqlı
üzvləri arasında bölüşdürülür. Çadır olmadıqda
dəstə üzvləri hazır yorğan (pled), yataq örtüyü,
yataq kisələri götürməlidirlər.
Turist geyimi yüngül, möhkəm, islanmayan
parçadan tikilib, hərəkətə mane olmamalıdır.
Soyuq havada həddindən artıq isti geyinmək
56
düzgün deyil. Uzaq məsafə qət edən insan
tərləyir və soyuqlamaq ehtimalı artır. İstənilən
mövsümdə meşəyə səyahətə çıxarkən uzun
qollu, örtülü idman dəstləri, su keçirməyən
üst geyimi, polietilen örtük, papaqlı gödəkçə
geyinmək məsləhətdir. Şəraitə uyğun geyin-
məklə turistlər riskdən uzaq olaraq meşədəki
qansoran həşəratlardan, tikanlı bitkilərdən
özlərini qoruya bilərlər. Möhkəm və rahat
ayaqqabılar turistlərin səyahətini asanlaşdıra
bilər. Səyahət vaxtı ayaqların quru və isti
qalması üçün ayaqqabılar xüsusi diqqətlə
seçilməlidir. Ayaqqabının tez islanmaması üçün
sürtgülərdən istifadə olunur.
Ümumiyyətlə, yürüşə hazırlıq zamanı dəstə
üzvlərinin sağlamlığı, əhval-ruhiyyəsi, təhcizatı
rəhbərlik tərəfindən nəzarətdə saxlanılır.
Turistlərin ekoloji maarifləndirilməsinə diqqət
yetirilir. İlk növbədə meşəyə səyahət zamanı
düzgün davranış qaydaları, ətraf mühitin qorun-
masında məsuliyyətin aşılanması, təhlükə sizlik
tədbirlərinin zəruriliyi bir daha xatırladılır.
Meşə cığırı ilə hərəkət zamanı dəstə bir-birinin
ardınca müəyyən məsafə gözləməklə, sıra ilə
getməlidir. Dəstə üzvlərindən kiminsə sıradan
çıxması marşrutun qrafikini pozaraq, bəzən
səhlənkar turistlərin azması ilə nəticələnir.
Hərəkətin sürəti və yürüşün vaxtı ərazidən,
iqlim şəraitindən və qrupun tərkibindən asılıdır.
Hərəkət zamanı təcrübəsiz və ilk səyahətə
başlayan turistlərin fiziki imkanları da nəzərə
alınır. Təxminən hər 40-50 dəqiqədən bir 10-
15 dəqiqəlik istirahət fasiləsi elan edilir və
turistlərin qüvvələrini səfərbər etməsinə şərait
yaradılır. Qarşıya çıxan maneələri birinci olaraq
daha təcrübəli turistlər keçir və maneələri
keçməkdə digər yoldaşlarına köməklik edirlər.
Səyahətçilər meşə cığırı ilə bir-birindən ən azı
2 metr məsafədə hərəkət etməlidirlər. Yol
boyu tikanlı kol və ot bitkilərindən qorunmaq
lazımdır. İrəlidə gedən turistlər arxada gələn
yoldaşlarının təhlükəsizliyini nəzərə almalı-
dır. Çox vaxt ehtiyatsızlıq edib, qarşıya çıxan
budaqların kənarı dartılıb buraxılması nəticə-
sində arxadan gələn insanlara xəsarət yetirilə
bilər.
Yürüş zamanı hərəkətin düzgün təşkili tez
yorulmanın qarşısını alır. Mütəxəssislər səthi düz
olan ərazilərdə dizi qatlayaraq bir qədər irəliyə
doğru əyilərək addımlamağı tövsiyə edirlər.
Dağlıq ərazidə hündürlüyə qalxan zaman
ayağı qatlamadan irəliyə addım atmaq, pəncə
hissəsini azacıq yanlara çevirmək və bədəni
irəli əymək lazımdır. Enişdə ayağın əvvəlcə
daban nahiyəsi irəli qoyulur və bədən bir qədər
arxaya əyilir. Hər iki halda əlləri dirsəkdən
qatlanmış vəziyyətdə saxlamaq lazımdır. Eniş
zamanı qarşıya çıxan ağac və kollardan xəsarət
almamaq üçün ehtiyatlı olmaq lazımdır. Meşədə
təhlükəsiz hərəkət etmək üçün daha münasib
və rahat keçilə bilən cığırdan istifadə etmək
məqsədəuyğundur. Axşam saatlarında qaranlıq
düşməzdən 2 saat əvvəl yürüşü dayandırıb,
gecələmək və tonqal qalamaq üçün yer təyin
olunur. Turizm yürüşündə hərəkət qrafikində
nahar, istirahət, idman, gecələmə vaxtları
dəqiq nəzərə alınmalı və planlı şəkildə həyata
keçirilməlidir. Belə olduqda iştirakçıların sağ-
lam lığı təmin olunur və qüvvələrinin düzgün
sərf olunma sına imkan yaranır.
İlin mövsümündən və iqlim şəraitindən
asılı olaraq turistlər yolu təyin edərkən xəritə
və kompasdan istifadə edirlər. Digər hallarda
isə günəşin və ulduzların səmadakı vəziyyətinə
görə istiqamət təyin olunur. Marşrutun çox
hissəsi gedilibsə, istirahətə daha çox vaxt ayrılır,
qidalanma üçün hazırlıq görülür. Bu zaman
yaxınlıqda tonqal qalamaq üçün açıq talanın,
kifayət qədər quru budaqların, su hövzəsinin
yaxınlığına diqqət yetirilir. Çadırın və ya
müvəqqəti komanın qurulması qaranlıq düşənə
qədər başa çatdırılır.
57
Meşədə azmamaq üçün nə etmək lazımdır?
İlin isti aylarında insanlar şəhərin səs-
küyündən asudə olmaq üçün təbiətə, xüsusən
də su hövzələrinin sahillərinə və meşəyə can
atırlar. Hər il onlarla insan meşəyə göbələk və
meyvə yığmağa gedərkən yolu itirib azırlar. Yaxşı
olar ki, müxtəlif məqsədlə meşəyə səfər edən
insanlar səyahətə tək çıxmasınlar. Təbii şəraitdə
ekstremal vəziyyətə düşdükdə çox zaman
insan təbiətlə təkbətək qalır. Yol boyu turistlət
yoldaşlarından və marşrutdan uzaqlaşmamalıdır.
Əgər hər hansı bir təbiət möcüzəsi diqqəti cəlb
edirsə, mütləq yol yoldaşlarını saxlayıb təəssüratı
bölüşmək və birlikdə yola davam etmək lazımdır.
Əlbəttə, səyahətçilərin geyimi əlvan rəngdə olub
ağacların arasından diqqəti cəlb etməlidirlər.
Əraziyə bələd olmayan insanlar meşənin
dərinliklərinə gedərək yolu itirə bilərlər. Meşəyə
ekoturizm səyahəti zamanı mütləq bələdçinin
köməyindən istifadə etmək lazımdır. Yolu yaxşı
tanıyan və ətraf mühitdə çətin vəziyyətdən
asanlıqla çıxış yolu tapan insanlar yol yoldaşlarının
təhlükəsiz istirahətini təmin edə bilirlər. Bəzən
hətta təcrübəli və kifayət qədər məlumatlı
insanlar da meşədə yolu azıb çətin vəziyyətdə
qala bilər. Çətinliklərə hazır olmayan insanlar
təbii fəlakətlə qarşılaşdıqda nə edəcəklərini
bilmirlər. Bir çox hallarda təbiətin qoynunda
könüllü fəaliyyət göstərən geoloqlar, geofiziklər,
neftçilər, hidroloqlar kəşfiyyat axtarış ları zamanı
ekstremal vəziyyətlərin yarana biləcəyini öncə-
dən nəzərə alırlar.
Meşəyə istirahətə və ya gəzintiyə gedərkən
parlaq rəngli geyim, örtülü və yüngül ayaqqabı
geyinmək lazımdır. Ərzaq və su ehtiyatı, bıçaq,
kibrit, dərman preparatları, kompas, mobil
telefon hər bir turistin əsas yol təchizatıdır.
Yola düşməzdən əvvəl marşurutun istiqaməti
və müddəti barədə digər ailə üzvlərini xəbərdar
etmək lazımdır. Meşəyə daxil olarkən kompas
vasitəsilə insanlar olduqları yeri və hərəkətin
istiqamətini nəqliyyat yoluna əsasən təyin
etməli dirlər. Meşənin dərinliyinə getməmək və
avto mobil lərin səsini eşitmək vacib şərtdir.
Meşəyə yürüş zamanı ərazinin xəritəsi ilə
tanış olmaq çayların, bulaqların yaxınlıqdakı
yaşayış məntəqələrinin yerini yadda saxlamaq
lazımdır. Uşaqları meşəyə gəzintiyə apararkən
xüsusilə diqqətli olmalı və gəzintidən əvvəl
hazırlıq işləri görülməlidir. Meşədə gözlənilə
bilən müxtəlif təhlükələr barədə uşaqları
qabaqcadan xəbərdar etmək lazımdır. Səyahət
zamanı kifayət qədər ərzaq və su ehtiyyatı
tədarük edilir.
Bəs meşədə azarkən nə etmək lazımdır?
Meşədə azan insanların qarşılaşdığı ən böyük
təhlükə qorxudur. Təlaş və qorxu içərisində
olan insan hansı tərəfdən gəldiyini unudur,
günəşin işıqlandırdığı səmti tapmır və ona elə
gəlir ki, bütün ağaclar eynidir. Belə hallarla
qarşılaşan zaman insan ilk növbədə qorxu və
təlaş hissinə qalib gəlməli, həyatını və sağlamlığını
qorumalıdır. Əgər turistlərdən biri marşrutdan
kənara çıxıb yolu azıbsa, müəyyən qaydaları
bilməklə vəziyyətdən çıxa bilər. İlk növbədə təlaş
etməyərək, ayaq saxlamaq və ətrafı diqqətlə
nəzərdən keçirərək vəziyyətdən çıxış yolunu
axtarmaq lazımdır. Yersiz həyəcan və təlaş
enerjinin hədər yerə itirilməsinə səbəb ola bilər.
İnsan vaxtını və qüvvəsini hədər yerə itir-
məmək üçün ətrafda tanış əlamətləri axtar-
malıdır. Əgər səyahətə başlamazdan əvvəl
ətrafdakı bitkilərin, cığırın, daşların üzərindəki
obyektlər yadda saxlanıbsa, asanlıqla düzgün
istiqaməti tapıb geri qayıtmaq olar. Yol boyu
sonuncu xatırlanan əlaməti yada salıb onu
tapmaq lazımdır. Yaxınlıqda tikinti, dəmir yolu,
çay, avtomobil yolu varsa, həmin istiqamətə
diqqət yetirmək vacibdir. Əgər yolu itirdikdə
tanış əlamətləri tapmaq mümkün olmursa,
hündür ağaca qalxıb ətrafı nəzərdən keçirmək
olar. Meşədə çay və kiçik su hövzəsinə rast
gəldikdə çayın axarı boyunca gedib insan yaşayan
məntəqəyə çıxmaq olar. Əgər yaxınlıqda su
hövzəsi yoxdursa, torpağın üzərinə bir qədər
su töküb mayenin axdığı istiqmətdə hərəkət
etmək lazımdır.
58
Təhlükə haqqında xəbərdar etməyin ən
qədim üsulu səs siqnalı verməkdir. Çətinliyə
düşmüş ovçular siqnalı ov silahından yaxud da
əgər varsa, fişəng atan tapançadan atəş açmaqla
harada olduqlarını bildirməyə çalışırlar. Sadəcə
ucadan səsləyərək köməyə çağırmaq olar.
Lakin yadda saxlamaq lazımdır ki, səs vasitəsilə
əlaqə yalnız kiçik (600-700 m) məsafədə faydalı
ola bilər. Yolu itirən insan tez-tez müəyyən
fasilələrlə yoldaşlarını ucadan səsləməlidir.
Lakin belə olduqda səsi qorumaq və ehtiyatla
qışqırmaq lazımdır. Çünki insanın səs telləri
zədələndikdə, hətta yaxından keçən xilaskarlar
onu eşitməyə bilərlər. Meşənin sakitliyində
ətrafı diqqətlə dinləyib tanış səsləri ayırd
etmək olar. Axşam saatlarında müxtəlif səslərin
eşidilmə diapazonu müxtəlif olur. Məsələn,
avtomobilin hərəkəti 1- 2 km, tüfəng səsi 2- 4
km, danışıq - 250 m, ucadan qışqırtı 1-1,5 km
məsafədən eşidilir.
Meşədə istiqaməti kvartal dirəklərin və
cığırlara əsasən də təyin etmək olar. Meşədə
azan insan daim eyni istiqamətdə hərəkət
eməlidir. Yola və ya cığıra rast gəldikdə həmin
yolla davam edib yaşayış məntəqəsinə çatmaq
olar. Yadda saxlamaq lazımdır ki, meşədə hər
hansı cığır mənzil başına aparır. Meşədə kvartal
dirəkləri şimaldan cənuba doğru və qərbdən
şərqə doğru təyin olunur. Kvartal dirəyini
gördükdə dərhal mobil telefonla əlaqə yaradıb
(əgər mümkünsə) dirəyin nömrəsi xəbər
verilməlidir. Yol boyu müxtəlif əlamətlərə diqqət
yetirmək, yolu yadda saxlamaq zəruridir. Məs;
əgər meşəyə daxil olanda günəş sağdadırsa,
qayıdanda sol tərəfdə olmalıdır. Ağacların çətiri
cənub tərəfdə daha çox olur, qarışqa yuvası
ağacların cənub hissəsində yerləşir.
Təbii şəraitdə siqnal vermək üçün ənənəvi
üsullardan biri tonqaldır. Səyahətçilərdən biri
meşədə azdıqda öz qüvvəsini qorumayaraq
meşənin açıq hissəsinə çıxmalı və axtarış
aparan helikopterin (təyyarənin) diqqətini cəlb
etməlidir. Əgər kibrit varsa, tonqal qalayaraq
tüstü vasitəsilə helikopterə (və ya təyyarəyə)
işarə vermək olar. Gündüz tüstülənən (tonqala
torf, nəmli odun, iynəyarpaqlı ağac budaqları
atıb, üzərinə qalın parça ilə örtmək lazımdır),
gecə isə gur alovlu tonqal qalamaq daha
məqsədəuyğundur. Tüstü vasitəsilə siqnal
vermək üçün açıq sahədə bir-birindən aralı 3
tonqal qalamaq olar. Tonqalın ətrafında xüsusi
xəndək qazıb 2 metrlik sahə tör-töküntüdən
təmizlənməlidir. Tonqal üçün quru budaqlardan
istifadə etmək lazımdır. Tonqalın ətrafında
torpağın və ya daşın üzərində oturmaq olmaz,
çünki bu halda bədənin istiliyinin itirilməsi
labüddür. Mamırları və quru budaqları bir yerə
toplayıb müvəqqəti “oturacaq” hazırlamaq olar.
Lakin uzaqdan bu tonqalın insanın təhlükədə
olmasını bildirən siqnal olmasını, yoxsa sadəcə
istirahətçilərin kartof bişirmək üçün qalandığını
ayırd etmək bir qədər çətindir.
Əgər yolu azmış insan dağ yamacında
və ya meşə talasındadırsa, açıq yerdə kiçik
təyyarə və ya helikopterdən görünə biləcəyini
nəzərə alaraq həmin yerdə həyəcan işarəsini
həmin yerdə quraşdıra bilər. Bunun üçün quru
budaqlardan, iri daşlardan istifadə edib, tərpağın
üzərində siqnal hərflərini düzmək olar. Əsas
odur ki, bu işarələr uzaqdan görünsün. Siqnal nə
qədər iri həcmlidirsə, onun görünməsi ehtimalı
da artır. Qışda siqnal işarələrini qarı müvafiq
Dostları ilə paylaş: |