təbəqəyə qədər quruyur və aşağıdan yanma
nisbətən az (0,1-3 m/dəq) sürətlə yayılır. Güclü
külək zamanı yanğın ağacların çətiri boyu
yuxarıya doğru yayılaraq yuxarıdan yanmaya
çevrilir. Belə olduqda ağaclar kökündən çətirinə
qədər alovlanır. Xüsusən də iynəyarpaqlı
ağaclar ani olaraq alışıb yanırlar.
Yuxarıdan yanmalar daha təhlükəli olub,
böyük zərər vurur. Yuxarıdan yanma zamanı
güclü küləkli havada alov dəqiqədə 80 m sürətlə
yayıla bilir. Nəhəng meşə əraziləri yanarkən
yaşayış məntəqələri də xeyli zərər çəkir. Belə
Meşədə aşağıdakı yanğın təhlükəsizliyi qayda larına əməl olunmalıdır:
► Meşədə siqaret çəkmək olmaz;
► Uşaqların kibritlə və ya alışqanla oyna ması yolverilməzdir;
► Meşənin yaxınlığında məişət tullantı larını, quru otları yandırmaq olmaz;
► Avtomobilin pəncərəsindən közərmiş siqaret kötüklərini atmaq olmaz;
► Benzin, sürtgü yağları və digər alışa bilən məhlullarla isladılmış materiallardan istifadə
etmək olmaz;
► Şüşə qabları və şüşə qırıqlarını atmaq qəti qadağandır (günəş şüalarını linza kimi əks
etdirərək yanğın hadisəsi törədə bilər);
► Yaxınlığındakı elektrik xətlərinin qısa qapanmasına yol vermək olmaz;
► Tonqal yandırarkən təhlükəsizlik qayda larını pozmaq olmaz;
► Tonqalı xüsusi təyin olunmuş yerdə yandırmaq olar;
► İstirahət başa çatdıqdan sonra alovu söndürməyi unutmamalı;
► Asanlıqla alışan maye doldurulmuş qabları atmaq olmaz;
► Quru yarpaqları və otları yandırmaq olmaz.
41
yanğınlar zamanı torpaq örtüyü, meşəaltı, cavan
pöhrələr, ağacların gövdəsi və budaqları yanır.
Yuxarıdan (çətir) yanmaları iynəyarpaqlı və enli
yarpaqlı meşələrdə şaquli və üfiqi istiqamətdə
yayılır. Bütün yerüstü yuxarı yanmalar aşağı
yanmalardan başlayır. Çox güclü yanğınlar
zamanı kök sisteminin, torpağın, çətirin yanması
nəticəsində ağaclar tez bir müddətdə yıxılıb
məhv olur və çətin keçilən tör-toküntü əmələ
gətirir. Yanğın saatda bir neçə km-dən, onlarla
km-ə qədər sürətlə yayılır. Yanğın səs-küylə
və qara tüstü ilə müşayət olunur. Yuxarıdan
yanmalar zamanı ağacların çətiri alovlanıbsa,
insan üçün ən təhlükəsiz yer su hövzələrinin
kənarı, çəmənliklər və iynəyarpaqlı ağacların
bitmədiyi enliyarpaqlı meşə sahəsi hesab olunur.
Yeraltı yanğınlar aşağıdan yanmalardan
başlayaraq torf qatında yayılır. Yeraltı yanğının
yayılma sürəti sutka ərzində bir neçə metrdən
onlarla metrə çatır. Sahədə güclü tüstülənmə,
bəzən hündür alov müşahidə olunur. Yeraltı
(torf) yanğınlar bataqlıqlaşmış ərazilərdə,
torflu meşə sahələrində uzunmüddətli quraqlıq
zamanı baş verir. Bu yanğın növünün səciyyəvi
xüsusiyyəti alovsuz yanmasıdır. Bu zaman
köklərin yanması nəticəsində ağaclar tamamilə
məhv olur. Alovun torf qatında yayılma sürəti
bur sutka ərzində onlarla sm-dən bir neçə
m-ə qədər artır. Yanmanın yavaş getməsi onun
davamlılığı ilə əlaqədardır. Torf qatında 250%
rütubətli olduqda belə yanma yayıla bilər.
Hətta torf qatı qış mövsümündə qarın altında
da davamlı olaraq yanır. Bu yanma növü çox
çətinliklə söndürülür.
Davamlı aşağıdan və yuxarıdan yanmalar
bitki örtüyündə kəskin dəyişiklik yaradan çox
güclü amillərdir. Həddindən artıq quraqlıq illərdə
belə yanğınlar zamanı torpaq örtüyü və humus
qatı tamamilə yanır. Meşənin ot örtüyü, kollar
tamamilə yanır, ağacların xeyli hissəsi zədələnir
və ya tamamilə quruyur. Bu halda meşənin təbii
vəziyyətinin bərpa olunması üçün yüz illərlə vaxt
tələb olunur. Böyük ərazilərdə yayılan yanma
məhsulları canlı orqanizmlərə olduğu kimi iqlimə
də güclü təsir göstərir. Yanmış meşə sahələri
həmin regionda küləyin sürətinə və istiqamətinə,
torpağın rütubət ehtiyatına, su axarlarında suyun
səviyyəsinə, bütövlükdə iqlimə əhəmiyyətli
dərəcədə təsir göstərir.
Yanma üçün yanar madənin, oksigenin
və yüksək temperaturun olması zəruridir. Bu
sxemi yanma üçbucağı adlandırmaq olar. Lakin
bu üçbucaq yanma üçün lazım olan bütün
komponentləri əks etdirmir (sxem 2).
Sxem 2. Yanma üçbucağı.
Fasiləsiz yanğın zamanı qazşəkilli yanma
məhsulları yanan yerdən uzaqlaşaraq yeni yanar
qaz və oksigen payına yol açır. Qızma zamanı
bütün qazlar genişlənir, onların qatılığı ətraf
mühitdəki havanın qatılığına nisbətən azalır.
Yerin cazibəsi şəraitində Arximed qanununa
görə daha yüngül qazşəkilli yanma məhsulları
soyuq və daha ağır atmosfer havası tərəfindən
sıxışdırılır. Beləliklə, yerin cazibə qüvvəsi qaz
mübadiləsini - yanma məhsullarını yanma
ocağından yuxarıya doğru aparır və yeni hava
payının daxil olmasına şərait yaradır.
Çəkisizlik şəraitində qızmar və soyuq
qazların çəkisi olmur. Burada isti qazların
yuxarıya, soyuq qazların isə aşağıya doğru
hərəkəti getmir. Çəkisizlik şəraitində qaz
mübadiləsi mümkün deyildir, deməli alovlu
yanğın gedə bilməz. Lakin hava mübadiləsi
tələb olunmadığına görə piroliz və közərmə
prosesi çəkisizlik şəraitində davam edir. Hətta
partlayışlar da mümkündür.
Buna görə də yanma üçbucağı yalnız yerin
cazibəsi şəraitində mümkündür. Marsda və ya
Ayda cazibə qüvvəsi Yerdəkindən azdır və yanğın
prosesi yavaş gedə bilər. Belə şəraitdə yanma
dördbucağını təsvir etmək olar: (sxem 3).
42
Sxem 3. Yanma dördbucağı
Yanma şəraitindən asılı olaraq oksidləşmə,
közərmə, alovlanma, qığılcım, partlayış və
detonasiya anlayışları bir-birindən fərqləndirilir.
Oksidləşmə - ən yavaş gedən prosesdir.
Məsələn, dəmir illərlə oksidləşib paslanır. Bu
prosesin sürəti ildə bir neçə mm təşkil edir.
Küləyin sürəti və səthin mailliyi burada heç bir
rol oynamır.
Közərmə - sutkada 1 metr və ya saatda
1 sm olmaqla bir qədər sürətlə gedir Təbii
bataqlıqlarda torf qatı, sobada ağac kömürü
bu sürətlə yanır. Lakin əgər közərən səth
açıqdırsa, küləyin təsiri altında közərmə daha
da sürətlənə və temperatur arta bilər. Məsələn,
dəmirçixanada körüyü hərəkət etdirməklə hava
közərən kömür qatından buraxılır.
Alovlanma dəqiqədə 1 sm-dən 1 metrə
qədər sürətlə daha tez yayılır. Yanma prosesi
yerüstü olduqda külək və yanma səthinin
mailliliyi ona güclü təsir göstərir. Yanma
material
larının oksigenlə təması nəticəsində
saniyədə bir metr sürətlə baş verən alışmalar
yaranır. Yadda saxlamaq lazımdır ki, meşələrdə
yanğın adətən aşağı hissələrdən başlayır və alt
qatlarda alovun yayılma surəti dəqiqədə 3 m,
üst qatlarda yanma zamanı isə dəqiqədə 100
m-ə qədər çata bilər. Piyada insan isə dəqiqədə
80 m surətlə hərəkət edir.
Partlayış və detonasiya prosesinin sürəti
saniyədə min metrlərlə ölçülür (bəzən
10000 m/s çatır). Meşə yanğınları zamanı dik
yamaclarda aşağıdan yuxarıya doğru qalxan
alov partlayışa səbəb olur. Bu zaman yüksək
temperatur hesabına yanğının önündə çoxlu
miqdarda uçucu maddələr ayrılan piroliz
prosesi baş verir. Bu maddələr havanın oksigeni
ilə qarışır və yanğının qığılcımından alışaraq
güclü səsli partlayış əmələ gətirir.
Meşə yanğınının söndürülməsi üsulları.
Meşədə ən kiçik alışma və ya yanğın hadisəsini
aşkar etdikdə dərhal insanları yanğın ərazisindən
uzaqlaşdırmaq və Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinə xəbər
(həmçinin, yanğının dəqiq yeri və orada
insanların olması haqqında məlumat) verilməli,
yanğınsöndürmə bölmələri gələnədək möv-
cud vasitələrlə yanğının söndürülməsi təşkil
edilməlidir. Fövqəladə hallar zamanı ilk növbə-
də 112 və ya 101 nömrəli telefonlarla təcili xəbər
verilməlidir.
Meşədə yanğın hadisəsi ilə üzləşdikdə
dərhal küləyin əksi istiqamətində həmin
yeri tərk etmək lazımdır. Bu zaman yanğının
yayılma istiqamətinə perpendikulyar olaraq
hərəkət etmək, üzü və əlləri yaş dəsmalla
örtmək tələb olunur. Əgər çıxış yolu yoxdursa,
su hövzələrinin yaxınlığında sığınacaq tapıb
gözləmək olar. Geyimi su ilə isladıb yanğından
qorunmaq lazımdır.
Əgər alovun yayıldığı sahədən uzaqlaşmaq
mümkün olmazsa, yaxınlıqda su hövzəsi
mövcud olarsa, ora daxil olmaq və yaxud açıq
talada isladılmış geyimdə yardım gözləmək
lazımdır. Bu zaman tüstüdən bir qədər
qorunmaq üçün ağız və burunu nəm parça
ilə örtüb, mümkün qədər torpağa tərəf aşağı
əyilmək məsləhətdir.
İri miqyaslı meşə yanğınlarında FHN-
nin Dövlət Yanğından Mühafizə Xidmətinin
əməkdaşları ilə birlikdə əhalinin fəal nü-
mayəndə
lərindən ibarət könüllü yanğından
mühafizə dəstələri yanğınla mübarizəyə cəlb
olunur. Yanğının yayılmasının qarşısını almaq
üçün ətraf tör-töküntüdən təmizlənir və torpaq
zolaqları hazırlanır. Belə torpaq zolaqlarının eni
5-10 m-ə çatır. Yaşayış məntəqələrində təbii su
hövzələri olmadıqda süni su hövzələri yaradılır
və burada su ehtiyatı saxlanılır. 1 ha yaşayış
ərazisinə 30 m3 su tələb olunur.
43
Meşədə güclü yanğın baş verdikdə sutka
ərzində növbətçilik təşkil edilərək vəziyyət
ciddi nəzarət altında saxlanılır. Su hövzələrinin
qaydasında olmasına daim nəzarət olunur.
İnsanların tənəffüs orqanlarını tüstüdən mü-
hafizə etmək üçün əhaliyə xüsusi pambıq-
tənzif sarğıları və ya digər qoruyucu vasitələr
paylanır. Yanğına qarşı profilaktik tədbir kimi
daxili yanma mühərrikləri ilə hərəkətə gələn
avtomobillərin quraqlıq mövsümündə meşəyə
daxil olması qadağan oluna bilər.
İstirahət yerini tərk etmiş insanların tam
söndürmədikləri ocağı aşkar etdikdə, dərhal
onu söndürmək üçün cəhd etmək olar. Alovu
yaşıl budaqlarla çırpmaq, kətan parça və ya
brezentlə örtmək, ayaqla möhkəm tapdamaq,
torpaq və su ilə söndürmək olar. Yanar
maddələrin üzərinə su tökərək yanan kütləni
soyutmaqla, yaxud torpaq tökərək havanın
qarşısını almaqla yanğını söndürmək olar. Lakin
alovun sürətlə yayıldığı hallarda təkbaşına bu
işin öhdəsindən gəlmək qeyri-mümkündür.
Mütləq əlaqədar təşkilatlara xəbər verilməlidir.
Tonqalı odda yanmayan materialla ört dükdə
alov sönür. Lakin ocağın közərən kömüründə
yüksək temperaturlu istilik saxlandığına görə
örtük açılandan sonra istilik üzə çıxır və yenidən
alovlanır. Közərmiş kömürdə piroliz prosesi
davam edir, yanar qazlar ayrılaraq 612°C-yə
qədər istilikdə alışır. Belə ocağı söndürmək üçün
kömürü soyuq su ilə soyutmaq lazımdır. Yalnız
kömürün üzərini soyutmaqla kifayətlənmək
olmaz. Daxildə yüksək temperatur (800°C)
saxlandığından kömür yenidən alışa bilər. Belə
halda çoxlu miqdarda soyuducu maddənin
uzun müddətli təsiri zəruridir.
Soyuducu maddələrə - maye azotu
göstərmək olar. Qaz balonundan çıxarkən
maye azot qaz şəkilli halda çox soyuq olur.
Yanan ocağın üzərini bu maddə ilə örtdükdə
oksigenin qarşısı alınır və eyni zamanda sahə
soyudulur. Müxtəlif odsöndürücü köpüklər,
kimyəvi tozlar meşə yanğınlarında effektli təsir
göstərir.
Ən güclü soyuducu sudur. Bütün dünyada
yanğın söndürən zaman istiliyi udan digər
belə maddə yoxdur. Yanma mənbəyində su
istiliyi alaraq buxara çevrilir və yanan ocağı
oksigendən təcrid edir. Lakin suyun ən böyük
çatışmazlığı odur ki, o səthi islatmayaraq
üzərindən axıb gedir. Bütün meşə yanma
materialları (yarpaqlar, mamır, şibyə, qabıq və
s.) öz tərkibində efir yağlarına, muma malikdir
və nəticədə islanmır. Buna görə də yanğına sərf
olunan suyun həcmi artır.
Bütün hallarda yanğın təhlükəsizliyi
qaydalarına riayət etmək və meşə yanğınları
barədə kifayət qədər məlumat əldə etmək
zəruridir. Əgər alovlanma yenicə başlayıbsa,
alovun yayılmasının qarşısını almaq üçün
müəyyən üsullardan istifadə etməklə cəhd
göstərmək olar. Yeraltı meşə yanğınının sön-
dürülməsi üçün 1 m enində xəndək qazılır.
Xəndəyin dərinliyi quru torf qatına qədər
olmalıdır. Xəndəyin kənarı ağac kötüklərindən
və budaqlardan təımizlənir. Belə xəndək su ilə
dodurularsa, yanğının qarşısının alınmasında
44
daha əhəmiyyətli olar. Yalnız yanğının
söndürülməsinə tam əmin olduqdan sonra bu
xəndəklər nəzarət altından çıxarılır.
Meşələrin yanğından mühafizə dəstəsinin
müvafiq nəqliyyat vasitəsi olur. Dəstəni təşkil
edən üzvlər bir-birini tanımalıdırlar. Dəstə
üzvləri eyni yaşayış məntəqəsinin sakinləri və ya
bir müəssisənin işçiləri ola bilər. Dəstəni təşkil
edən bir neçə qrup birlikdə yanğınsöndürməyə
rəhbərlik edən yanğınsöndürmə xidmətinin
əməkdaşına tabe olurlar.
İşçi geyim kimi kətan parçadan tikilmiş
xüsusi formadan (papaqlı, əlcəkli, isti gödək-
cədən ibarət) istifadə olunur. Uzunboğaz
dəri ayaqqabılardan istifadə tövsiyə edilir.
Əsas əmək aləti beldir. Hər qrup 1-2 ədəd
balta, 2-3 dəmir vedrə, 3-5 litrlik 2-3 ədəd
dəmir qazanlarla (yemək hazırlamaq üçün)
təmin edilir. Ərzaq ehtiyatı olaraq 3 sutkalıq
konservlər, çörək, şəkər, çay və s. tədarük
olunur. Bütün bunlardan əlavə hər qrupun 1-2
ədəd kompası, ağcaqanad və digər həşəratlara
qarşı müdafiə vasitələri, kibrit və d. lazımı
avadanlığı olmalıdır.
Müxtəlif sahələrdə yanğının söndürülmə
üsulları yanğın söndürməyə rəhbərlik edən
şəxs və yaxud yaranmış vəziyyətdən asılı
olaraq dəstənin üzvü tərəfindən müəyyən
edilir. Yanğın hadisəsi ilə qarşılaşdıqda kiçik
miqyaslı yenicə başlayan yanğını 3-5 nəfərlik
qrupun birgə səyi ilə söndürmək mümkündür.
Ən sadə üsullardan biri alovun çırpılmasıdır.
1,5-2 m uzunluqda budaqlardan hazırlanmış
süpürgə vasitəsilə bir neçə saat ərzində alovun
qarşısını almaq olar. Alovun çırpılaraq yaş
budaqlarla söndürülməsi onun yayılmasının
qarşısını alır. Bunun üçün enliyarpaqlı ağacların
budaqları 1-2 metr uzunluqda kəsilir. Yanğının
kənar xəttinin yanında duraraq budaqlarla yerə
müəyyən bucaq altında ardıcıl zərbələr endirilir
və budaqları torpağa sıxaraq alovun içərisindən
sıçrayan közərmiş hissəcikləri yanmış əraziyə
tərəf süpürüb atırlar. Bu zaman diqqətli olmaq
və bütün tüstülənən hissəcikləri ərazidən
təmizləmək lazımdır. Bu üsuldan daha çox
sürətli aşağıdan yanmalar zamanı ot və mamır
örtüyünün söndürülməsi üçün istifadə etmək
olar.
Digər üsul yanğının kənarına torpaq
tökülmə sindən ibarətdir. Çırpılma üsulu effektiv
olmadıqda və mexanikləşdirilmiş yanğınsön-
dürmədən istifadə etmək mümkün deyilsə, bu
üsul tətbiq olunur. Alovun hündürlüyü yanğının
kənarına yaxınlaşmağa imkan yaratdıqda
bel vasitəsilə yaxınlıqdakı bitki örtüyü meşə
döşənəyi ilə birlikdə qazılıb çıxarılır. Kiçik
çalalar qazılıb buradakı torpaq yanğının
kənarına tökülür və bütün sahə əhatə olunur.
Eni 6-8 m, uzunluğu 40-60 sm olan torpaq
zolağı hazırlanır. Torpaq zolağının yarı hissəsi
yanğının ön hissəsində yanmayan materialın
üzərində, digər yarısı artıq yanmış ərazidə
yerləşməlidir. Hündür alovlu yanğının kənarına
yaxınlaşmaq mümkün olmadıqda, yanğının
söndürülməsinə rəhbərlik edən şəxsin göstərişi
ilə bir qədər aralıda minerallaşmış təbəqəyə
qədər qoruyucu zolaq salınır (şəki 1. Korel
6-1və2 Sadə yanğınsöndürmə üsulları).
Meşə yanğınlarını söndürmək üçün digər
üsullar da vardır. Bu üsullar daha yüksək ixtisaslı
və səriştəli insanlar üçün nəzərdə tutulur və
yanğınsöndürmə məqsədilə xüsusi texnika və
vasitələrdən (yanğınsöndürmə avtomobilləri,
aviasiya texnikası, motopompalar və s.) istifadə
olunur. Müasir dövrdə meşələrdə baş verən
yanğın hadisələrinin süni peyklər vasitəsilə
qeydə alınması alovun yayılmasının qarşısını
almağa kömək edir.
45
Meşə yanğınlarına qarşı mübarizədə
xüsusi avadanlıqla təhciz olunmuş aviadəstələr
fəaliyyət göstərir. Üçüş vaxtı aşkar edilən
yanğın mənbəyi barədə məlumat meşə təsər-
rüfatı müəssisələrinə çatdırılır və yanğının
söndürülməsi üçün təxirəsalınmaz tədbirlər
görülür. Müasir dövrdə meşələrdə baş verən
yanğın hadisələrinin süni peyklər vasitəsilə
qeydə alınması alovun yayılmasının qarşısını
almağa kömək edir.
Meşələrin yanğından mühafizə sistemində profilaktik tədbirlər
Meşələrin yanğından mühafizəsi sistemi
əsas 3 tərkib hissəsindən ibarət olub, müxtəlif
tədbirlərin mürəkkəb kompleksidir. Bu tərkib
hissələrinə meşə yanğınlarının profilaktikası,
meşə yanğınlarının aradan qaldırılması və
meşələrin yanğından sonrakı reabilitasiyası
daxil dir. Bu sistemdə əhali arasında profilaktik
tədbirlərin aparılması meşə yanğınlarının qarşı-
sını almaq üçün yerinə yetirilən kompleks
tədbirlərin yalnız bir hissəsidir.
I. Meşə yanğınlarının profilaktikası:
• Meşə yanğınlarının qarşısının alınması
üçün meşə ərazilərinin rayonlaşdırılması
və xəritəyə alınması;
• Meşə fondunun yanğın əleyhinə qurul-
ması: yanğın əleyhinə yolların tikintisi,
xəndəklərin, dayaq və müşahidə mən-
təqə lərinin, süni su hövzələrinin yaradıl-
ması, istirahət yerlərinin abadlaş
dı-
rılması;
• Meşə əkinlərinin yanğına davamlılığını
artırmaq məqsədilə dözümlü ağac, kol
və ot bitkilərindən ibarət qoruyucu
meşə zolaqlarının salınması;
• Yanğın təhlükəsinin monitorinqi və
proqnozlaşdırılması;
• Yanğın əleyhinə normativ - qanunvericilik
bazasının təkmilləşdirilməsi;
• Yanğın əleyhinə tədbirlərin maddi-
texniki və maliyyə təminatının tək-
milləş dirilməsi;
• Meşə fondunda yanma təhlükəsi olan
materialların azaldılması üçün pro-
filaktik tədbirlərin aparılması.
Əhali arasında profilaktik tədbirlər:
1. Məktəbəqədər tərbiyə, orta ümum-
təhsil, orta ixtisas və ali təhsil müəssisə-
lərində meşə yanğınları və yanğın
təhlükəsizliyi barədə ekoloji biliklərin
tədrisi və ekoloji maarifləndirmənin
təşkili;
2. Yanğın əleyhinə təbliğat;
3. Meşələrin mühafizəsi üzrə ictimai
aksiya ların keçirilməsi;
4. Yanğın təhlükəsizliyi qaydalarına və
texnologiyalarına riayət olunmasına
ictimaiyyətin nəzarəti;
5. Meşə yanğınlarının qarşısının alınmasına
yönəldilmiş ictimai hərəkatların dövlət
tərəfindən dəstəklənməsi;
6. İctimai əsaslarla meşə yanğını təhlükə-
sizliyinə nəzarət edən məktəb meşə-
çiliyi, yaşıl patrul, könüllü yanğından
mühafizə dəstələrinin təşkil və maddi-
texniki təminatı;
7. Bu sahədə kadrların ixtisasartırması və
yenidən hazırlanması.
46
II. Meşə yanğınlarının aradan qaldırılması:
• Meşə yanğınlarının ilkin aşkarlanması
məqsədilə yerüstü və aerokosmik
sistemin təmin olunması;
• Meşə yanğınları ilə mübarizə məqsədilə
şəxsi, maddi-texniki və maliyyə
ehtiyat
larının səfərbər edilməsinin
və planlaşdırmanın qanunvericilik-
normativ əsaslarının yaradılması;
• Meşə yanğınları ilə mübarizənin
istehsalat strukturunun yaradılması;
• Yanğının
tənzimlənməsinin
təxirə
salın
maz və əməli təşkili (yanğının
yayılmasının qiymətləndirilməsi və
proqnozlaşdırma, mübarizə üsullarının
və vasitələrin seçilməsi). Meşə yan ğın-
larının yayılmasına və inkişaf dinamika-
sına nəzarət;
• Meşə yanğınlarının söndürülməsi;
• Meşə yanğınları barədə məlumatın
toplanması, təhlili;
• Qeydiyyatın aparılması və statistik
hesabatların hazırlanması;
• Meşə yanğınında təqsirkar olan şəxs-
lərin aşkara edilib cəzalandırılması.
III. Meşələrin yanğından sonrakı reabi lita si-
yası:
• Meşə yanğınlarının sosial, ekoloji və
iqtisadi zərərinin qiymətləndirilməsi;
• Yanğından
sonrakı
uzunmüddətli
nəticə
lərin ekoloji-iqtisadi qiymətlən-
di rilməsi, zərərin azaldılması və meşə
örtüynün bərpası üçün tədbirlərin
planlaşdırılması;
• Meşənin təbii biomüxtəlifliyi daxilində
tükənməkdə olan bitki və heyvan növ-
lərinin sayının və populyasiyasının, əsas
ağac cinslərinin bərpa olunması;
• Yanmış oduncaq ehtiyatının azaldılması.
Meşə yanğınlarından mühafizə işləri əsasən
yanğın təhlükəsinə nəzarətdən ibarətdir. Yanğın
təhlükəsi dedikdə hava şəraitindən, yüksək
temperatur mənbələrindən, bitki tərkibindən
asılı olaraq yanğının əmələ gəlməsi və yayılması
ehtimalı nəzərdə tutlur. Yanğın təhlükəsi
antropogen, təbii və hava şəraitindən asılı
olaraq müxtəlif mənşəlidir.
Antropogen təsir altında yanğın təhlükəsi
meşədə yanğın təhlükəsizliyi qaydaları
pozulduqda əmələ gələn yanğın mənbələrinin
sayı ilə təyin edilir. Meşədə yanğının baş
vermə səbəblərinin təyin olunması subyektiv
və obyektiv çətinliklərdən asılı olaraq bu
qiymətləndirmə təxmini olaraq aparılır.
Antropogen yanğın təhlükəsinin səviyyəsi
il ərzində əhalinin hər min nəfərinə düşən
yanğınların və yanğın mənbələrinin sayına
əsasən qiymətləndirilir. Antropogen yanğın
mənbələrinə insanın fəaliyyəti ilə əlaqədar
və yanğın törədə bilən istənilən alov mənbəyi
aiddir.
Meşələrin antropogen yanğın təhlükəsinə
qarşı təsir üsulları aşağıdakılardır:
1. meşədə yanğın təhlükəsi və təhlükə-
sizlik tədbirləri barədə əhalinin xəbər-
dar edilməsi;
2. əhalinin ekoloji maarifləndirilmə sə-
viyyə sinin artırılması;
3. qadağan tədbirlərinin həyata keçi
ril-
məsi.
Bəzi ölkələrdə meşə regionlarında insan-
ların meşədə olmasına qadağan qoyulması
və əhalinin tələbatlarının məhdudlaşdırılması
üsulları özünü doğrultmur. Burada yaşayan
əhali ənənəvi olaraq meşədən istifadə etmək
və istirahət hüququna malikdir.
Meşələrin qorunmasının vacibliyinin əhali
tərəfindən dərk olunması uzunmüddətli
prosesdir. Xarıcı ölkələrin təcrübəsi göstərir
ki, 50%-dən artıq meşə yanğınlarının əhalinin
günahı üzündən baş verməsi yanğın əleyhinə
təbliğat işlərini prioritet istiqamət kimi qarşıya
qoyur. Son dövrdə meşəyə səfər edənlərin
sayının dəfələrlə artmasına baxmayaraq, əhali-
nin ekoloji məlumatlandırılmasının genişlən-
dirilməsi insanların günahı üzündən baş verən
yanğın hadisələrinin xeyli azalmasına imkan
yaradır.
47
İldən-ilə meşə istirahəçilərinin sayı
artmaq
dadır. Minik maşınlarının istifadəsi,
meşədə açıq yanma mənbələrinin düzgün
istifadə olunmaması, nəzarətsiz qalmış tonqal,
közərmiş kömür, söndürülməmiş kibrit
Dostları ilə paylaş: |