və siqaret kötüyü meşə yanğınına səbəb
olur. Bununla əlaqədar insanlarda meşəyə
qayğıkeş münasibətin tərbiyə edilməsi, yanğın
təhlükəsizliyi qaydalarının təbliğ edilməsi bu
sahədə yanğınlara qarşı profilaktik tədbirlərin
əsas hissəsidir.
Təbii meşə yanğını təhlükəsi təbii mənbə-
lərdən yaranır. Bu daha çox meşəçilərdən
asılıdır. Yanğın əleyhinə meşə quruluşu işləri
və xüsusi tədbirlər vasitəsilə yanğın təhlükəsini
azaldır, yanğının yayılmasının qarşısını alır,
insan qüvvəsinə və vəsaitə qənaət edir.
Yanğın əleyhinə meşə quruluşunun əsas
elementlərindən biri yanğın əleyhinə sədlərdir:
minerallaşdırılmış zolaqlar, xəndəklər və
s. Bunların əsas vəzifəsi yanğının qarşısını
almaqdır. Aşağıdan yerüstü yanma zamanı
minerallaşmış zolaqlar, yuxarıdan (çətirdən)
yanma zamanı sədlər, xəndəklər daha effektiv
tədbirlər hesab olunur. Qoruyucu zolaqların
eni zolağın digər hissəsində olan alışa bilən
materialların yanmasının qarşısını almalıdır.
Qeyd etmək lazımdır ki, yanğın əleyhinə
çəkilən sədlər meşə yanğınının söndürülməsinə
yardım edir, lakin onu əvəz etmir. Buna görə
də yanğın əleyhinə sədlər sistemi, konkret
ərazidə dayaq zolaqları şəbəkəsi kimi nəzərdən
keçirilməlidir.
Meşə yanğınlarına qarşı profilaktika
tədbirləri əsas etibarı ilə əhali arasında
marifləndirmə işləri və təşkilatı-texniki tədbirlər
kompleksi vasitəsilə həyata keçirilir. Aydındır
ki, iqtisadi və ekoloji nöqteyi-nəzərdən meşə
yanğınlarının qabaqcadan qarşısının alınması
alovun söndürülməsinə və nəticələrinin aradan
qaldırılmasına nisbətən daha önəmlidir.
Əhalinin iştirakı ilə yanğın əleyhinə
mübarizə tədbirlərinin və meşə yanğınlarının
profilaktikası tədbirlərinin əsas tərkib hissələri
aşağıdakılardır:
• vətəndaş məsuliyyətinin və ekoloji
mədəniyyətin tərbiyə edilməsi;
• meşədə düzgün davranış qaydalarına və
yanğın təhlükəsizliyə riayət edilməsi;
• müntəzəm yanğın əleyhinə təbliğat
işlərinin aparılması, ictimaiyyətin meşə-
lərin qorunmasında iştirakı;
• könüllü yanğından mühafizə dəstələrinin
yaradılması və bu dəstələrin meşələrin
yanğından qorunmasında iştirakı;
• meşələrin mühafizəsinə ictimai nəzarət.
Meşə yanğınlarının profilaktikası meşə
yanğınları ilə mübarizə sisteminin xüsusi
yanaşmalar, üsullar və maddi-texniki vəsait
tələb edən tərkib hissəsidir. Bu tədbirlərin
həyata keçirilməsində Fövqəladə Hallar
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Kənd Təsərrüfatı Nazirliyi, ictimai təşkilatlar
və s. yaxından iştirak edirlər. Bütün bu işlər
fasiləsiz və məqsədyönlü olmaqla əhalinin
müxtəlif yaş kateqoriyaları və sosial statusu
nəzərə alınmaqla il boyu aparılır.
Meşə yanğınlarının profilaktik tədbirləri:
• meşələrin yanğından mühafizəsi sis-
teminin mühüm tərkib hissəsi olub
əhali arasında məqsədyönlü işlərin
aparılmasında dövlət orqanlarının və
xüsusi meşə yanğınlarından mühafizə
dəstələrinin fəaliyyətinə əsaslanır;
• elmi cəhətdən əsaslandırılaraq, sistemli
surətdə əhalinin müxtəlif yaşlı, sosial
səviyyəli və kateqoriyalı qruplarına
yönəldilir;
• il boyu müntəzəm və fasiləsiz olaraq
təbliğatın bütün növlərinin tətbiqi, infor-
masiya və psixoloji təsir vasitələri ilə
əhalini fərdi və kütləvi qaydada meşə
yanğınlarının qarşısının alınmasında və
ləğv olunmasında fəal iştiraka təşviq edir;
• ictimaiyyətin iştirakı və KİV-nin bütün
növləri vasitəsilə dövlət və qeyri-
hökumət təşkilatlarının birgə əməkdaşlığı
ilə həyata keçirilir;
• xüsusi təlim keçmiş və təcrübəli mütə-
xəssislər tərəfindən yerinə yetirilir.
48
Əhalinin sosial qruplarının meşə yanğınlarına münasibəti
İnsanlar hələ qədim dövrlərdən meşənin
əhəmiyyətini dərk edərək, onu yanğından
qorumağa səy göstərmişlər. Lakin çox vaxt
əhali yalnız yaşadığı ərazidəki meşələr barədə
düşünərək qlobal miqyasda onun taleyi ilə
maraqlanmamışdır. Yalnız son dövrlərdə meşə-
lərin iqlim tənzimləyici, mühit yaradıcı, su
və torpaqqoruyucu əhəmiyyətinin dərindən
dərk edilməsi bəşəriyyətin meşələrə diqqətini
artırmışdır. Bu anlayış yeni dünyagörüşünün
formalaşmasına, şüurun ekolojiləşdirilməsinə
imkan yaradır.
Planetin yaşıl örtüyü olan meşələrin antro-
pogen amillərin təsiri altında zərər çəkməsi
bütün biosferə təsir edir. Antropogen mənşəli
meşə yanğınlarının əsas səbəbi qəsdən və ya
təsadüfi yandırma hallarıdır. Təbiətə qarşı belə
aqressiv hərəkətlərin səbəblərini araşdırmaqla
əhalinin ekoloji maarifləndirilməsinin əsas
istiqamətlərini müəyyən etmək olar.
İnsan cəmiyyətinin formalaşdığı ilk gün lər-
dən oda münasibət dəyişməz olaraq qalmışdır.
Odu əldə edən insan soyuqdan qorunmaqla
yanaşı, özünü düşmənlərdən müdafiə etməyə,
ova çıxmağa imkan tapmışdır. Oda hakim olmaq
ibtidai insanlara həyat uğrunda mübarizədə bir
çox üstünlüklər vermişdir. Eyni zamanda bu
güclü silah insanları aqressiv hərəkətlərə də
vadar etmişdir.
Yəqin ki, bəzi yeniyetmələrin məqsədsiz
olaraq otu yandırması sadəcə, onların öz şəxsi
üstünlüklərini nümayiş etdirmək istəyindən irəli
gəlir. Məhz belə məqsədsiz yanğınlar meşələrə
həddindən artıq zərər vurur. Çünki qəsdən
yandırma halları çox vaxt təhlükəli sahələrdə
baş verir. Meşədə tonqal yalnız qida hazırlamaq
üçün deyil, həm də müvəqqəti sığınacaq yerini
isitmək üçün qalanır. Qaçaqmalçılıqla məşğul
olan insanların oduncaq ehtiyatlarından istifadə
edərək kömür hazırlamaq məqsədilə qəsdən
ağacları yandırması düşünülməmiş addım
olaraq cinayətkarlıq kimi qiymətləndirilir. Bu
qanunsuz hərəkətlər təbiətə qarşı düşmənçilik
hisslərini artırır.
Çox vaxt insanlar sosial mühitin neqativ
təsiri altında ətraf mühitə laqeyd münasibət
bəsləyir. Bir çoxları məsuliyyətdən yayınaraq
şahid olduqları ekoloji pozuntunun qarşısını
almaq əvəzinə, problemin həllini əlaqədar
dövlət qurumlarının üzərinə atırlar. Digər
tərəfdən cəmiyyətdə bəzi halarda kriminal
hadisələrə meyillilik, zorakılıq və cinayətkarlıq
hadisələri insanları neqativ hallar barədə
düşündürməklə, onların ümidsizliyə qapılma-
sına səbəb olur. Bütün hadisələrin təsadüfən
baş verdiyini ehtimal edənlər də az deyildir.
Problemin həllində “bəlkə ötüb keçər”
deməkl
ə hadisələri öz axarına buraxmaqla
bəzən çox ciddi səhvlərə yol verilir.
Bəzi insanlar meşəni tükənməz sərvətlər
mənbəyi hesab edərək, meşələrin qırılmasına
və yaxud meşə yanğınlarına bir o qədər də
əhəmiyyət vermirlər. Təbiətdən uzaqlaşdıqca bu
insanlar getdikcə biganələşir, meşə ehtiyatlarının
bərpa olunmasının qayğısına qalmırlar. Təbiətə
istehlakçi və amansız münasibət qırılmış meşə
sahələrinin, qurudulmuş bataqlıqların, yanmış
meşəliklərin sayının artmasına səbəb olur.
Yalnız öz təhlükəsizliyini düşünən belə insanların
laqeyd münasibətini aradan qaldırmaq üçün
meşə yanğınlarının insan həyatı və sağlamlığı
üçün fövqəladə dərəcədə təhlükəli olmasını
təbliğ etmək vacibdir.
Bəzi hallarda insanlarda belə bir fikir
formalaşır ki, ekoloji problemlər həddindən
artıq çoxdur və bu problemlərə vaxt ayırmağa
dəyməz. Burada qorxu hissi və laqeydlik də
öz təsirini göstərir. İnsanlar gərginlikdən,
narazılıq və xoşagəlməz hallardan yan keçərək
problemlərin həllinə qatılmaq istəmirlər. Buna
görə də böhran vəziyyətlərində müəyyən
səriştəyə və bacarığa malik olmayan insanlar
fəaliyyətsiz qalırlar.
49
Bir sıra sosial amillər də problemin
dərinləşməsinə səbəb olur. Çox vaxt meşəyə
istirahətə gələn insanlar zərərli vərdişlərindən
əl çəkməyərək spirtli içkilərdən və siqaretdən
istifadə edirlər. Bu vəziyyətdə insanlar odla
ehtiyatsız davrandıqda yanğın hadisəsinə yol
verilir. Ərazidə yaşayan əhalinin az təminatlı
təbəqələri də, xüsusən uşaqların adi dəcəlliyə
görə yanğın hadisəsi törətməsi ehtimalı çox
yüksəkdir. Gənclərin meşədə gəzinti zamanı
nəzarətsiz qalması nəticəsində dağıdıcı hərəkət-
lərə meyilliliyin artması da risk amillərinə aiddir.
Bütün bu amillərin qarşısını almaq üçün
müasir qloballaşan dünyada ekoloji hərəkatın
genişlənməsi, ekoloji biliklərin və mədəniyyətin
sürətlə yayılması da diqqəti cəlb edir. XX
əsrin ortalarında yaradılmış və ətraf mühitin
müdafiəsinə yönəldilmiş müxtəlif hərəkatlar
cəmiyyətdə laqeydliliyi dəf edərək birgə
səylərlə ekoloji problemlərdən çıxış yollarını
arayır. Təbiətin mühafizəsi sahəsində fəaliyyət
göstərən insanlar canlı orqanizmlərin bir-
biri ilə və ətraf mühitlə qarşıllıqlı əlaqəsini
öyrənməklə Yer üzərində həyatın - canlı və
cansız aləmin vəhdəti olduğunu təbliğ edirlər.
Buna görə də sənayeləşmənin biosferə neqativ
təsirinin aradan qaldırılması, təbiətin yalnız
insana xidmət üçün yaranmadığı barədə
anlayışın formalaşması problemlərin qarşısını
almağa yardlım edir. 1990-cı illərdə insana və
onun fəaliyyətinə münasibətdə sərt mövqedə
duran radikal cərəyanlar öz növbəsini sosial
ekologiyaya verdi. Sosial ekologiya cəmiyyətin
davamlı inkişafı mövqeyindən çıxış edərək
insanların təbii obyektlərlə harmonik birgə
yaşayışı ideyasına istinad edir.
Bir sıra təbiəti mühafizə təşkilatlarının
fəaliyyəti nəticəsində və BMT-nin Baş
Assambleya sının qərarı ilkə 1992-ci ildə Rio-
de Janeyro şəhərində keçirilən ətraf mühit
və inkişaf üzrə beynəlxalq konfransda qəbul
olunmuş Davamlı İnkişaf Konsepsiyası yeni
dünya nəzəriyyəsidir. Yeni strategiyanın əsas
qayəsi bəşəriyyətin kəmiyyətcə artımından
keyfiyyətli inkişafa keçiddir. Yeni konsepsiya
üzrə təbiətə münasibətin köklü dəyişməsi,
o cümlədən, meşələrə və digər obyektlərə
etinasızlığın aradan qaldırılması nəticəsində
meşələrin kortəbii istifadəsinin də qarşısını
almaq məqsədilə dünya ölkələrində mühüm
tədbirlər həyata keçirilir.
Əhalinin müxtəlif təbəqələri məşğuliyyət
növünə, sosial durumuna, həyat tərzinə,
cəmiyyətdə mövqeyinə görə fərqlənir. Bu
sosial fərqlər insanların meşə yanğınlarına
münasibətini təyin edir. Müxtəlif sosial qruplar
meşələrin qorunmasında müxtəlif səviyyədə
iştirak etməyə hazırdır. Ayrı-ayrı yaşayış
məntəqələrində bu qrupların maraq və fəallığı
eyni cür deyildir. Buna görə də bu sahədə
fəaliyyəti əhalinin tərkibinə əsaslanaraq qurmaq
lazımdır. Bu məqsədlə insanların münasibətini
öyrənmək üçün anket sorğusu, müşahidələr və
s. aparılır.
Bir sıra xarici ölkələrdə sosial-demoqrafik
təhlil göstərir ki, insanlar daha çox yay aylarında
meşə məhsullarını (göbələklər, giləmeyvələr,
dərman bitkilərini) toplamaq üçün meşədə
olurlar. Bundan sonra istirahət, balıqçılıq,
təsərrüfat işləri və ovçuluq məqsədləri sada-
lanır. Əsasən, 20 yaşdan yuxarı gənclər meşəyə
istirahət (turizm, gəzinti), nisbətən yaşlı sakinlər
meşə məhsullarını toplamaq üçün gedirlər. Bəzi
tədqiqatlar göstərir ki, meşədə kişilər daha
çox, ayda 21 saat, qadınlar isə ayda 5 saat vaxt
keçirirlər. Meşədə olan insanların əksəriyyəti
siqaret çəkir və alışqan gəzdirir. Meşə ətrafı
kəndlərin əhalisi il boyu meşə məhsullarından
müxtəlif məqsədlərlə istifadə edirlər.
Əhalinin sosial qruplarına daxil olan
təqaüdçülər, evdar qadınlar, məktəblilər və
tələbələr meşələrin ictimaiyyət tərəfindən
idarə edilməsində fəallıq göstərə bilərlər. Kənd
sakinləri kütləvi informasiya vasitələrindən
aldıqları məlumatlara digər qruplardan olan
qonşuları və qohumları ilə bölüşməklə yanğın
əleyhinə təbliğatda geniş surətdə iştirak edə
bilərlər. Yerli əhali qədimdən bəri ənənəvi olaraq
meşə ilə sıx əlaqədə yaşadığına görə müəyyən
qaydalar üzrə qəbul edilmiş davranış tərzinə
50
riayət edir. Meşənin yanğından qorunması
əhalinin sosial tələbatının ödənilməsi və
yaşayış üçün zəruri ehtiyatlarla təmin olunması
baxımından həyati zərurətə çevrilmişdir.
Müxtəlif qruplardan olan insanlar arasında
ixtisaslı şəxslər: meşə təsərrüfatı işçiləri,
geoloqlar, xəritəçəkənlər, müxtəlif dövlət
təşkilatlarının qulluqçuları xüsusilə seçilir.
Bu qrupdan olan insanlar meşələrdə yanğın
əleyhinə profilaktik tədbirlərin keçirilməsində
iştirak edir. Bu qrupa aid edilən elmi işçilər:
meşəşünaslar, bioloqlar, ekoloqlar meşədə
müxtəlif tədqiqatlar aparırlar. Bu insanlar
mühazirəçi, müəllim və təbliğatçı kimi meşə
yanğınları barədə bilikləri təbliğ edə bilərlər.
Təhsil alan gənclər - ali məktəb, kollec, orta
ixtisas təhsili müəssisələrinin tələbələri, xüsusilə
biologiya, coğrafiya, geologiya ixtisasına yiyə-
lənənlər meşə yanğınlarının qarşısının alınması
üçün lazımi biliklərin əsas təbliğatçıları kimi
iştirak edə bilərlər. Belə ki, könüllü ekoloji
dəstələr, birliklər və s. yaratmaqla bu işdə
yaxından kömək edə bilərlər. Bu fəaliyyət
gənclərdə ekoloji məsuliyyətin və mədəniyyətin
formalaşmasına kömək edir.
Məktəblilər ilkin ekoloji biliklərə yiyə-
lənərək meşələrin davamlı istifadəsi və
mühafizəsi sahəsində bacarıq və vərdişlər əldə
edirlər. Təlim-tərbiyə prosesində məktəblilərin
yaş xüsusiyyətləri nəzərə alınır. İbtidai sinif
şagirdləri gəzinti zamanı ətraf mühit və canlı
aləm haqqında ilk anlayışları mənimsəyirlər.
Meşədə keçirilən ekoloji oyunlar uşaqların fəal
surətdə yeni biliklərə yiyələn məsinə kömək
edir.
V-VII sinif şagirdləri təbiəti öyrənməyə
böyük maraq və həvəsləri ilə fərqlənirlər. Bu
yaşda məktəblilər böyük həvəslə canlılara qayğı
və məhəbbət göstərir, öyrəndikləri ekoloji
vərdişləri gələcək ixtisasından asılı olmayaraq
həyatı boyu saxlayırlar.
VIII-XI sinif şagirdləri təbiət-cəmiyyət
əlaqələri ilə daha dərindən maraqlanaraq,
cəmiyyətdə gələcək müstəqil həyata hazırlaşır
və ekoloji biliklərə fəal yiyələnirlər. Bu yaşda
məktəblilərlə ekoloji tədqiqatların, moni-
torinqin keçirilməsi onlarda meşə ehtiyat larına
məsuliyyətli və qayğıkeş müna sibətin tərbiyə
edilməsinə imkan yaradır. Yeniyetmələrdə
özünə nəzarət və intizam bir qədər zəif olsa
da, meşədə yanğın hadisəsi aşkar etdikdə
məktəblilər dərhal tədbir görməyə çalışıb
fəallıq göstərirlər.
Ekoloji dərnəklərə, “Ekoloji patrul”,
“Gənc meşəçilər”, “Gənc xilasedicilər”
dəstə
lərinə və digər könüllü birliklərə üzv
olan şagirdlər meşələrin yanğından mü-
hafizə
si tədbirlərindəndə həvəslə iştirak
edirlər. Xüsusilə, “Gənc meşəçilər”, “Gənc
xilasedicilər” dəstələri həmyaşıdları və kənd
əhalisi arasında ekoloji məlumatlandırma və
təbliğat işləri aparmaqla mühüm tədbirlər
həyata keçirə bilərlər.
Meşələrin qorunmasında iştirak edən
ekoloji profilli qeyri-hökumət təşkilatlarının
üzvləri əhalinin meşə mühafizəsi xidməti ilə
yaxından əməkdaşlıq etməsində əhəmiyyətli
rol oynayır və aşağıdakı qruplardan ibarətdir:
• təşəbbüs qrupları;
• rəsmi qeydiyyatdan keçmiş ictimai təş-
kilat lar;
• kifayət qədər məlumatlı milli və
beynəlxalq QHT-lərin bölmələri.
Meşəyə ən çox səfər edən əhali qrupu
istirahətə gələn şəhər sakinləridir. Bu qrupdan
olan insanlar meşə örtüyünə və meşə mühitinə
daha çox ziyan vururlar. Lakin onlar, ümumilikdə,
meşələrin qorunmasında maraqlıdırlar və
mühafizə tədbirlərində iştirak edə bilərlər.
Həvəs kar balıqçılar, ovçular, ekoturizm səya-
51
hət
çiləri meşənin ən keçilməz yerlərinə
belə daxil olmağa can atırlar. Ehtiyatsızlıq
nəticəsində söndürülməmiş siqaret kötükləri,
tonqallar, külək vasitəsilə ətrafa yayılan közlər
meşə fondu üçün əsas təhlükə mənbələridir.
Meşə yanğınlarının baş verməsi ehtimalı həmin
insanların ekoloji savadından və məsuliyyət
səviyyəsindən asılıdır.
Meşəətrafı kəndlərin əhalisi meşələrin
yanğından mühafizə olunmasına xüsusi qayğı ilə
yanaşırlar. Meşə bərpası və mühafizə müəsisə-
lərinin əməkdaşları, meşəbəyilər geniş ərazidə
baş verən yanğın hadisələrini aşkar etməkdə və
qarşısının alınmasında çox vaxt yerli əhalinin
köməyindən istifadə edirlər. Bu qrupdan
olan potensial iştirakçılar könüllü mühafizə
tədbirlərində fəal iştirak edirlər.
Bir çox sahibkarlar meşədə istirahət
zonaları yaratmaqla, ticarət və digər xidmətlər
vasitəsilə meşə fondundan istifadə edirlər.
Onlar böyük işgüzarlıqla müasir nəqliyyat
növlərindən, rabitə xidmətindən istifadə
etməklə öz fəaliyyətlərini müasir tələblərə
uyğun olaraq qurmağa çalışırlar. Bu qrupa daxil
olan iş adamları meşələrin idarə edilməsində
ictimai əsaslarla iştirak edərək, o cümlədən
meşə yanğınlarından mühafizədə işlərində də
fəallıq göstərirlər.
Beləliklə, meşədə olan insanları iki böyük
qrupda birləşdirmək olar:
• meşədə istehalat fəaliyyətində olanlar;
• meşədən qeyri-istehsal məqsədilə
istifadə edənlər.
Birinci qrupa sahibkarlar, qulluqçular, meşə
işçiləri, ekoloji təşkilatların nümayəndələri
daxildir. Bu insanlar meşə haqqında və
meşədəki davranış qaydaları barədə müəyyən
biliklərə malik olsalar da, hər il təhlükəsizlik
qaydaları barədə təlimatlandırılmalıdır. Meşə
işçiləri yanğından mühafizə işlərini təşkil edən
əsas qüvvədir.
İkinci qrupa meşəyə müxtəlif məqsədlərlə
gələn təqaüdçülər, işsizlər, evdar qadınlar və
digər sosial təbəqələr aiddir. Bu qrupa daxil
olanların meşədə yanğın təhlükəsizliyi qaydaları
ilə tanışlığı müxtəlif səviyyədədir. Bu qrupdan
olan insanlar bilərəkdən və ya təsadüfən bu
qaydaları pozmaqla meşə üçün böyük təhlükə
yaradırlar. Yanğın təhlükəsizliyi qaydaları barədə
kifayət qədər məlumatı olmayan insanlar
yanğının baş verməsinə səbəb ola biləcək
hərəkətlərə yol verirlər. Bu qruplar arasında
təlimatlandırma işlərinin aparılması xüsusilə
vacibdir.
Müxtəlif qruplardan olan insanların meşə-
lərin davamlı idarə edilməsinə cəlb olunması
bəzən ziddiyyətli vəziyyətin yaranmasına səbəb
olur. Müxtəlif məqsəd daşıyan maraqların
toqquşması gərgin vəziyyətə səbəb ola
bilər. Bəzi qruplar meşələrin davamlılığının
saxlanılmasında maraqlı olsalar da, digər qruplar
şəxsi mənafeyini düşünərək daha çox gəlir əldə
etmək naminə meşə ehtiyatlarından istifadə
edərkən yanğın təhlükəsizliyi qaydalarına ikinci
dərəcəli bir iş kimi baxırlar. Bu ziddiyyətlər
əhalinin meşə problemlərinə münasibətində
özünü biruzə verir. Müxtəlif sosial qruplar
arasında ziddiyyətlərin aradan qaldırılması
əhalinin meşələrin davamlı idarə edilməsində
fəal iştirakına şərait yaradır.
Yaranmış qruplar və onlar arasında qarşılıqlı
əlaqələr, birgə iş imkanları insanların vətəndaş
cəmiyyətində iştirakına imkan verir. Müxtəlif
təşkilatlara və qruplara üzv olmaqla ümumi
qəbul edilmiş qaydalar, normalar və tədbirlər
üzrə birgə razılıq əldə edilir. Sosial normalar
və dəyərlər insan qruplarının və qarşılıqlı
əlaqələrinin dayaq nöqtəsi olub, öz növbəsində
bu norma və dəyərləri həyata keçirir.
Beləliklə, əhalinin müxtəlif sosial qrupları
meşə yanğınlarından mühafizədə həlledici rol
oynayır. Bu baxımdan meşəçilər, mütəxəssislər,
məktəblilər, tələbələr, müəllimlər və elmi
işçilər maarifləndirmə işlərində daha fəal iştirak
edə bilərlər. Yanğından mühafizə işlərində
dövlət idarəetmə orqanlarının, sahibkarların və
fermerlərin dəstəyinə böyük tələbat vardır.
Bütün insanlar meşəni sevir və asudə
vaxtlarını təbiətin qoynunda keçirməyə
can atırlar. Lakin hər an meşə yanğınları
52
ilə qarşılaşmaq ehtimalı yarana bilər. Bu
təhlükədən uzaq olmaq üçün müəyyən
təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.
Avtomobil sürücüsü üçün yaddaş.
Meşəyə
istirahətə gələn avtomobil və avtobus sürücüləri
bilməlidirlər ki, nəqliyyatın nasaz vəziyyətdə
olması meşə yanğını törədə bilər. Meşədə yanğın
hadisəsinin qarşısını almaq üçün səfərdən əvvəl
hər bir sürücü nəqliyyat vasitəsinin istifadəyə
yararlı olduğunu yoxlamalıdır.
Avtomobildə su ilə dolu qablar, bel, balta və
digər yanğın əleyhinə avadanlıq olmalıdır. Meşə
yolları ilə hərəkət edərkən sürücüdən və eyni
qaydada sərnişinlərdən də siqaret çəkməmək
tələb olunmalıdır. Pəncərədən atılan siqaret
kötüyü fəlakətli yanğın hadisəsi törədə bilər.
Dayanacaq yerinə çatdıqda sərnişinlərə
meşədə təhlükəsizlik qaydalarını xatırlatmaq
lazımdır. Avtomobilin mühərriki dayanacaqda
söndürülməlidir. Benzində isladılmış müxtəlif
parçaları, yana bilən tullantıları (kağız qırıntıları,
qəzet və s.) ətrafa yaymaq olmaz.
Sürücü avtomobili tərk edə bilməz və yanğın
hadisəsi olduqda siqnal verərək sərnişinləri bir
yerə toplayıb yanğının söndürülməsində iştirak
etməlidir. Əgər alovu söndürmək mümkün
olmursa, sürücü sərnişinləri daha təhlükəsiz
yerə apararaq meşənin yanğınından mühafizə
xidmətinə, yerli icra orqanına və ya polis
şöbəsinə məlumat verməlidir.
Meşədə yanğın təhlükəsizliyi qaydaları- bu qaydaları hər kəs bilməlidir!
• Meşədə yalnız xüsusi təyin olunmuş yerlərdə tonqal qalamaq olar. Bu zaman tonqalı
söndürmək üçün su ehtiyatı, bel və digər avadanlıq olmalıdır;
• Yanan ocağı nəzarətsiz qoymaq olmaz. Meşəni tərk etməzdən əvvəl tonqalın su və nəm
torpaqla söndürülməsinə, közərtinin qalmadığına əmin olmalısınız;
• Meşə döşənəyinin sıx və qalın olduğu yerlərdə od qalamaq olmaz. Bu zaman alov meşə
döşənəyinin altına keçərək yeraltı yanğın törədə bilər;
• Meşə yanğınını müstəqil olaraq söndürməyə cəhd etməyin, əlaqədar təşkilatlara və
mütəxəssislərə müraciət edin;
• Söndürülməmiş ocaq aşkar etdikdə dərhal yoldaşlarınınzı köməyə çağırın və birlikdə
alovun söndüyünə əmin olun;
• Meşə yanğınları barədə xəbərdarlıq lövhələri hazırlayıb istirahət yerlərində yerləşdirməklə
təsadüfi ehtiyatsızlığın fəlakətli nəticələri barədə insanları məlumatlandırın;
• Meşəətrafı yaşayış yerlərində quru otların yandırılmasının qarşısı alınmalı dır. Sürətlə
yayılan alov güclü meşə yanğınına səbəb ola bilər;
• Meşə yanğınlarının qarşısını almaqla siz yüzlərlə bitki və heyvan növünü öz yaşayış
məskənini itirmək təhlükəsindən xilas edirsiniz.
Meşəyə turizm səfərləri
Son dövrdə ekoloji turizmin inkişafı nəticə-
sində bütün dünyada təbii sərvətlərin öyrənil-
Dostları ilə paylaş: |