M? D? V? OnýKÝbarmaq baðirsaðin xora xəstəliyinə tutulmamaq



Yüklə 18,79 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü18,79 Kb.
#9601

M? D?  V?  ONÝKÝBARMAQ

BAÐIRSAÐIN

Xora xəstəliyinə tutulmamaq

kəskinləşməsi və ağırlaşmasının qarşısını 

almaq üçün aşağıdakıları etmək lazımdır:

xorası  olan  xəstələr  mütəmadi  (yazda  və  payızda) 

həkim müayinəsindən keçməlidirlər;

dərmanla  müalicədən  əlavə,  pəhrizə  riayət  etmək 

tövsiyə olunur;

qida  qəbulu  miqdarca  az,  gündə  4-5  dəfə  olmalı, 

gecələr qidalanmadan qaçılmalıdır;

suda  bişirilmiş  qida  məhsullarına,  xüsusən  ət  və 

balıq məmulatlarına, sıyıqlara, meyvə-tərəvəzlə qida-

lanmaya üstünlük verilməlidir;

acı, turşuya qoyulmuş, hisə verilmiş, qızardılmış, çox 

isti və soyuq qida məhsullarından imtina edilməlidir;

tünd çay və qəhvə qəbulu azaldılmalıdır;

siqaret və alkoqoldan tamamilə imtina edilməlidir;

gündəlik yuxu ən azı 8-9 saat olmalıdır;

dişlərin sağlamlığına diqqət yetirilməlidir;

yanaşı xəstəliklər müalicə olunmalıdır;

streslərdən uzaq olmaq lazımdır;

gün ərzində heç olmasa 1 saat təmiz havada olmaq 

lazımdır.

Müalicədən sonra

Xoranın sağalmasına və xəstəliyin ağırlaşmamasına 

əmin  olmaq  üçün  müalicədən  bir  neçə  həftə  sonra 

təkrar endoskopiya müayinəsi aparılmalıdır!

Buklet  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 28 noyabr 2008-ci il tarixli 28 saylı qərarı ilə təsdiq 

edilmiş “Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi üzrə 

klinik protokol” əsasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və 

İslahatlar Mərkəzində hazırlanmışdır. 

Bukletdə dərc olunanlar Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyinin baş qastroenteroloqu ilə razılaşdırılmışdır.

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə 

islahatları çərçivəsində ictimai səhiyyə kadrlarının hazırlanması 

üzrə Tədbirlər proqramı əsasında çap edilmişdir.



Xora xəstəliyinin 

səbəbləri hansılardır?

Helikobakter pilori (HP) adlı 

bakteriyaların mövcud olması 

(hər 10 xəstədən 8-9-da);

Mədə və onikibarmaq bağırsağın 

selikli qişasının zədələnməsinə 

səbəb olan dərmanların (aspi-

rin, ibuprofen və s. kimi) uzun 

müddət qəbulu;

Yaxın qohumlarda (o cümlədən 

valideynlərdə) xora xəstəliyinin 

olması.

Aşağıdakı əlamətlər xoranın 



ağırlaşmasından xəbər verir:

Qəflətən başlayan

sakitləşməyən kəskin ağrı;

Qara rəngli nəcis ifrazı;

Qanlı və ya tünd qəhvəyi 

qusuntular;

Halsızlıq, başgicəllənmə

rəngin avazıması;

Ürəkbulanma, qusma,

Hərarətin qalxması.

Xora xəstəliyi nə deməkdir?

Xora  xəstəliyi  –  mədə  və  ya  onikibarmaq  bağırsağın 

selikli qişasının zədələnməsi nəticəsində əmələ gələn 

xəstəlikdir.

Xora xəstəliyinin

əlamətləri hansılardır?

Mədə  nahiyəsində,  bəzən  döş  qəfəsinin  sol 

yarısına, onurğanın döş və bel hissələrinə yayılan 

yandırıcı ağrı;

Mədə  xorasında  ağrı  yeməkdən  0,5-1  saat  sonra 

və ya dərhal başlayır;

Onikibarmaq bağırsağın xorasında ağrı yeməkdən 

əvvəl  (mədə  boş  olanda)  və  ya  yeməkdən  2-2,5 

saat  sonra  başlayır  və  qida  qəbulundan  sonra 

keçib gedir;

Turş  gəyirmə,  qıcqırma,  ürəkbulanma,  qusma, 

qəbizlik;

İştahanın pozulması, arıqlama;

Yaz  və  payız  aylarında  ağrı  və  digər  əlamətlərin 

güclənməsi;

Xora xəstəliyinin əlamətsiz gedişi də mümkündür. 

Bu halda xora təsadüfi müayinə nəticəsində və

ya ağırlaşma baş verdikdə aşkar olunur.

Xoranı necə aşkar etmək olar?

Rentgenoloji müayinə vasitəsilə;

Endoskopiya vasitəsilə (hər hansı bir səbəbdən endos-

kopiyanın aparılması mümkün deyilsə, qan və nəcis HP-

yə görə müayinə olunur).

Düzgün müalicə aparıldıqda hansı 

nəticələr əldə olunur?

Mədədə olan HP bakteriyaları məhv olur;

Həyat keyfiyyəti yüksəlir;

Ağırlaşmaların qarşısı alınır.

Ağrının kəsilməsinə baxmayaraq, dərmanların 

qəbulunu  davam  etdirmək  vacibdir.  Mədə 

xorasının müalicəsi 6-8, onikibarmaq bağırsağın 

isə 4-6 həftə ərzində aparılır.

Dərmanların qəbulu zamanı halsızlıq, baş ağrısı, 

başgicəllənmə  və  ishal  baş  veribsə,  mütləq 

müalicə edən həkimə xəbər vermək lazımdır!

Heç zaman müalicəni

həkimsiz aparmayın!

Xora xəstəliyi müalicə olunmasa,

nə baş verə bilər?

Xəstəlik müalicə edilmədikdə və ya yarımçıq kəsildikdə, 

müvəqqəti  yaxşılaşmadan  sonra  xəstəliyin  əlamətləri 

yenidən  özünü  büruzə  verər  və  ağırlaşmalara  gətirib 

çıxarar.

Bu  əlamətlər  müşahidə  edildikdə,  dərhal  həkimə 

müraciət etmək lazımdır.

Dərmanla  müalicə  xoranın  sağalmasına  kömək 

etmədikdə,  yaxud  ağırlaşmalar  baş  verdikdə  cərrahi 

müdaxilə tələb olunur.

Qida

borusu


Helikobakter pilori (HP)

Onikibarmaq

bağırsağın xorası

Mədə


Mədə xorası

Yüklə 18,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin