Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə22/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
167 
Hərəkət felləri sadə ,düzəltmə və mürəkkəb olmaqla 3 yerə ayrılır. 
Düzəltmə fellər –la
2
,-al
2
,-lan
2
,-laş
2
 şəkilçiləri ilə düzəlir. Məsələn: Oğuz bəy-
ləri düşmən üzərinə yollandılar. 
Mürəkkəb fellər isə vurmaq,gəlmək,qalxmaq,atmaq,qoymaq felləri ilə düzəlir. 
Qanturalı,yerindən qalxıb gəldin
Aşqın-daşqın sulardan gecə keçdin. 
İş felləri.Belə fellər insanların yalnız işi ilə bağlı olmayıb,digər canlıların, 
cansızların, əşyanın müyyən hal və vəziyyətə salınmasını, o cümlədən təsirə, dəyi-
şikliyə uğramasını, məşquliyyətini və s. bildirir. 
a) Qara gözdən acı yaşı tökdünmü qız?! 
   Güz alması kimi al yanağını yırtdınmı qız?! 
b) Qara polad üz qılıncım dartmayınca
   Qafalı börklü başın kəsməyincə
Alca qanın yer üzünə tökməyincə
Qardaşın Qıyanın qanın almayınca
Qomazam- dedi. 
c) Şər xəbər gətirənin başını kəsəm
d) Əlinə girmişkən, mərə kafir, öldür məni! İtir məni!  
e) Kilsəsini yıxaraq yerində məscid tikdim,dua-namaz oxutdum.   
Qeyd etmək lazımdır ki,məişətdə,gündəlik istifadə etdiyimiz fellər məhz iş fel-
ləridir.  İş felləri də  hərəkət felləri kimi həm  –la
2
  şəkilçisi vasitəsi ilə, həm də 
vermək, vurmaq, gəlmək, çəkmək kimi köməkçi fellərdən istifadə edərək mürəkkəb 
fel kimi işlədilir. Məs:Əlli min ər gördümsə,əl verdim
Nitq felləri.  Nitq prosesi ilə bağlı olaraq yaranır. Bunlar daa quruluşca sadə, 
düzəltmə və mürəkkəb olurlar. Düzəltmə nitq felləri –lan
2
,-la
2
,-laş
2
,-al
2
 şəkilçiləri 
vasitəsilə düzəlir. Məsələn: a) Allah-Allah deməyincə işlər düzəlməz. 
b) Deməz olsan yana- göynə qarğaram.Qazan,sana!-dedi
c) Anam adın sorar olsan Qaba Ağac, 
Atam adın deyirsən Qoğan Ağac, 
Mənim adım sorarsan Aruz oğlu Basatdır,-dedi
d) Birliyinə sığındığım,əziz Allah! 
Xocam mənə mədəd!-dedi
Təfəkkür felləri. Bu fellər quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Düzəltmə 
fellər əsasən –la
2
,-ırğa,-imsə şəkilçiləri vasitəsi ilə düzəlir.Məsələn: 
a) Öyünən ərənləri xoş görmədim! 
b) Keçmiş günlərimi nə andırırsan? 
c) Oğulun kimdən olduğunu ana bilər. 
d) Qaravaşları inək sağanda görmədinmi? 
Hal-vəziyyət felləri. Bu fel növü əşyaların aldığı vəziyyəti, insanların hiss və 
həyacanı büruzə verir. Bu fellərin həm sadəsi, həm düzəltməsi, həm də ki mürəkkəbi 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
168 
olur. Düzəltmə fellər əsasən aşağıdakı şəkilçilər vasitəsi ilə yaranır.-la
2
,-laş
2
,-lan
2
,-
ar
2
,-al
2
,
4
,-l,-ın
4
,-ış
4
,-ıx
4
.Məsələn: 
a) İgid ərlər döyüş günü ölümündən qorxarmı
 
 
TƏRCÜMƏ ZAMANI REFERENSİAL MƏNANIN 
ÖTÜRÜLMƏSİNDƏKİ UYĞUNLUQLAR 
Ülviyyə RÜSTƏMOVA 
Bakı Slavyan universiteti Tərcümə fakültəsi 
Elmi rəhbər: dos. Ağakərimov İ. 
 
Tərcümə zamanı tərcüməçinin qarşısında duran əsas vəzifələrdən biri dil məna-
larının  əsas dildən (ƏD) tərcümə dilinə (TD) tam ekvivalent ötürülməsinə nail 
olmaqdır. Bəzən həm referensial, həm praqmatik, həm də dildaxili mənanın saxla-
nılmasına müvəffəq olmaq problemə çevrilir. 
Referensial mənaların ötürülməsi zamanı tərcüməçinin qarşılaşdığı əsas problem 
ƏD-də və TD-də sözlərin mənalarının üst-üstə düşməməsidir. Elə iki müxtəlif dil 
yoxdur ki, onların bütün dil vahidləri – morfemlər, sözlər, sabit söz birləşmələri digər 
dilə tamamilə uyğun gəlsin. Bütövlükdə iki dilin leksik vahidləri arasındaki se-
mantik uyğunluğu 3 əsas tipə bölmək olar: 
1) tam uyğunluq 
2) qismən uyğunluq 
3) uyğunluğun olmaması 
Refernsial mənanın tam uyğunluğu çox az təsadüf edir. Bir qayda olaraq, bura 
təkmənalı sözlər, yəni iki dildə eyni məna bilidirəm sözlər aiddir. Dilin lüğət tərkibi 
ilə müqayisədə onların sayı azdır. Bura xüsusi və coğrafi adlar, elmi-texniki ter-
minlər, ay və günlərin adları, həmçinin saylar daxildir. 
İki dilin leksik vahidlərini qismən uyğun gəlməsi dedikdə, ƏD-dəki sözün TD-
də bir neçə mənaya malik olması nəzərdə tutulur. Yəni sözlərin mənası TD-də ƏD-ə 
nisbətən daha geniş olur. Məsələn, 
Azərbaycan dilində “saat” , Rus dilində «часы», 
İngilis dilində “watch” (qol saatı), “clock” (divar saatı) 
sözlərinə uyğun gəlir. 
Üçüncü tip  iki dilin leksik vahidlərinin qarşılıqlı əlaqəsi zamanı onlar arasında 
heç bir uyğunluğun olmamasıdır. Buna  isə Eksivalentsiz Leksika deyilir. 
Tərcüməçinin ƏD-i TD-ə elə tərcümə etməlidir ki, dillər arasında olan fərqlər 
hiss olunmasın. mümkün qədər ekvivalent tərcümə alınsın. 
 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
169 
İCTİMAİ LEKSİKADA İNGİLİS MƏNŞƏLİ                        
YENİ ALINMA TERMİNLƏR 
Xəyalə ZEYNALOVA 
Bakı Slavyan Universiteti I kurs magistrant 
Elmi rəhbər: Dos. Orucova O.Z. 
 
Siyasi və ictimai leksikanı bir-birindən fərqləndirmək çox çətindir. Müasir 
dövrdə siyasi leksik vahidlər həyatımıza çox nüfuz etdiyi üçün hətta bu sözlər icti-
mailəşərək dövri mətbuat dilində, gündəlik nitq proseslərində, məişət üslubunda da 
istifadə edilir. Buna baxmayaraq, bəzi fəaliyyət sahələri var ki, onları siyasi yönlü 
hesab etmək olmaz. Bu baxımdan ictimai leksika dedikdə, ictimaiyyətin əksər qrup 
və nümayəndələri tərəfindən qəbul olunan, ümumi istifadə vasitəsinə çevrilən, dövri 
mətbuatda istifadə edilən sözlər nəzərdə tutulur. İctimai leksikanın tərifini şərti ola-
raq məhdud olan fəaliyyət sahələrinə bölməklə müəyyənləşdirsək, təxminən aşağıdakı 
təyinatı qəbul etmək olar:mədəni-kütləvi proseslərin, tədbir və hərəkətlərin adlarını 
ifadə edən alınma sözlər qrupu. Bu sözlər qrupuna aşağıdakı fəaliyyət sahələrində 
işlənən termin-sözlər daxildir: 
-  Elm (politologiya, sosiologiya, kinelogiya, naturalist, idealist, fetişizim, plu-
tokratiya və s.) 
-  Texnika ( avtoşop, helikopter, konteyner, rels, tender və  s . )  
- Mədəniyyət (bestseller, klip, triller, fantastika və  s . )  
-  İncəsənət (top-model, dizayn, dizayner, modelyer, diskoteka, ornament və s. ) 
-  Din (papa, monarx, konfessiya, baptist və s. ) 
-  İdman ( forvard, autsayder, taymaut, ofsayd və  s . )  
- Xidmət ( servis, vip-servis, Azərsell, abonent, abonoment və  s . )  
-  Tibb ( ambulans, medikal sentə, ambulatoriya və s. ) 
- Sosial həyat, nəqliyyat və küçə hərəkəti qaydaları, audio-video vasitələri ilə 
bağlı (trafık, pik, fotomodel, fleş-kart, disk, DVD və  s . )  
-  İnformatika ( prosessor, maus, monitor, internet, noutbuk, printer və  s . )  
 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
170 
M.KAŞĞARİNİN “DİVANİ LÜĞƏT-İT-TÜRK” 
ƏSƏRİNDƏ ŞƏRT BUDAQ CÜMLƏLİ TABELİ 
MÜRƏKKƏB CÜMLƏNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ 
Zeynəb XƏLİLOVA 
Bakı Slavyan Universiteti I kurs magistrant 
Elmi rəhbər: dos. Novruzova N.S. 
 
Türk dili və mədəniyyəti tarixinə adını qızıl hərflərlə yazdırmağa haqq qazanmış 
XI əsrin böyük türk mütəffəkiri Mahmud Kaşğari o dövrkü Türk dünyasını addım-
addım gəzərək topladığı biliklər, məlumatlar əsasında yazdığı, türklərin dilini, ədə-
biyyatını, dünyagörüşünü, yaşayış tərzini, tarixini, coğrafiyasını, bir sözlə, XI yüz-
illiyin Türk mədəniyyət tarixini bir çox cəhətdən əks etdirən “Divani lüğət-it-türk” 
əsəri ölçüsüz bir dəyərə malik tükənməz dil və  mədəniyyət xəzinəsi səviyyəsinə 
ucalmışdır. 
“Divan”da ərəb əlifbası ilə sıralanmış sözlərin müxtəlif mənalarını izah etmək 
üçün rəngarəng  şeir parçalarından, dördlüklərdən, beytlərdən istifadə edilmiş və ən 
qədim türk atalar sözləri  bu əsərdə qeyd olunmuşdur.Bu nümunələr vasitəsilə Türk 
dilinin XI əsrdə hansı quruluşda olması, dövrümüzə kimi hansı  dəyişikliklərdən 
keçməsi və sintaktik quruluşun özəllikləri barədə ilkin məlumatlar almaq mümkündür. 
Yazılı abidələrin dilində tabeli mürəkkəb cümlələr içərisində öz işləkliyi, rən-
garəng xüsusiyyətləri ilə fərqlənən şərt budaq cümləli tabeli mürəkkəb cümlələr bu 
əsərdə də fəallığı ilə seçilməkdədir. Türk dilinin əzəli özəlliklərini özündə əks etdi-
rən “Divan”da qeyd olunan savların, yəni atalar sözlərinin quruluşuna nəzər salsaq, 
görərik ki, atalar sözlərinin böyük qismi analitik tipli şərt budaq cümləli tabeli mü-
rəkkəb cümlə şəklindədir. Məsələn: Yoğurkanda artuk adhak kösülsə, üşiyür (Ayaq 
yorğandan artıq uzadılsa, üşüyər); Arslan kökrəsə, at adhakı tuşalır (Aslan kükrəsə, 
at ayağı dolaşar); Təwi silkinsə, eşəkkə yük çıxar (Dəvə silkinsə, eşşəyə yük çıxar); 
Kutsuz kudhuğka kirsə kum yağar (Uğursuz adam quyuya girsə, qum yağar). Qarışıq 
tipli mürəkkəb cümlə şəklində olan savların təşkilində də şərt budaq cümləli tabeli 
mürəkkəb cümlələr aparıcı rol oynayır. Məs: Ula bolsa, yol azmas, Bilik bolsa, söz 
yazmas (Əlamət olsa, yol azmaz, Bilik olsa, söz çaşmaz);  Tay atatsa, at tınur, oğul 
ərədhsə, ata tınur (Dayça yetişsə, at dincələr, oğul yetişsə, ata dincələr); Eşyək ayur: 
başım bolsa, sundurıda suw işgəymən (Eşşək deyər: başım olsa, dənizdən su içərəm). 
Yalnız yazıldığı dövrün deyil, özündən  əvvəlki dövrlərin dünyagörüşünü  əks 
etdirən savların bu quruluşda olması istər şərt budaq cümləli tabeli mürəkkəb cüm-
lənin, istərsə də -sa,-sə şəkilçisinin tarixi qədimliyinə bir daha sübutdur. 
Bəzi məqamlarda analitik-sintetik şərt budaq cümlələrinə dördlüklərdə və beyt-
lərdə rast gəlinir ki, burada xüsusi “kalı, abanq” şərt ədatından istifadə olunmuşdur: 
Kəlsə abanq tərkənim, Etilgəmət türkünüm (Gəlsə əgər tərkənim, Oymağın halı xoş 
olar); Kəlsə kalı yarlığ bolup yunçığ uma, Kəldür anuk bolmış  aşığ tutma uma 
(Gəlsə əgər sənə yoxsul bir qonaq, Hazır aşı dərhal gətir, gecikdirmə).
  

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
171 
«
DİVANİ LÜĞƏT – İT – TÜRK» ƏSƏRİNDƏ 
MƏİŞƏT LEKSİKASI 
Əsmər ABDULLAYEVA 
ADPU-nun filologiya fakültəsinin III kurs, 302-ci qrup tələbəsi  
Elmi rəhbər: prof. Buludxan Xəlilov 
 
M.Kaşğarinin “Divanı”ı 8500-dən artıq sözün elmi şərhindən ibarət üç cildlik 
mükəmməl bir elmi-tədqiqat  əsəridir. Bu əsər nəinki təkcə  qədim türk dillərinin, 
zəmanəmizə qədər gətirib çıxaran əvəzsiz xəzinədir, o, eyni zamanda XI əsrdən əv-
vəlki türkdilli xalqlar, onların dialekt və  şivələri haqqında müəyyən mühakimə 
yürütməyə, digər qədim türk yazılı abidələrini öyrənməyə imkan verir. 
Müasir Azərbaycan dilinin məişət leksikasında fəal surətdə  işlənən sözləri 
ümumişlək sözlər adlandırmaq olar, çünki bu sözlər hamıya məlum olan sözlərdir. 
Belə sözlər dilin lüğət tərkibinin özülüdür. Bu sözlər gündəlik tələblərə cavab 
verir. Məişət üçün zəruri anlayışı əhatə edir. 
Qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilində işlənən türk mənşəli söz-
lərin böyük əksəriyyəti Mahmud Kaşğarinin “Divani lüğəti-it-türk”  əsərində  də 
işlənmişdir. Məişət leksikasına daxil olan, müasir dilimizdə işləndiyi kimi heç bir 
dəyişikliyə uğramadan “Divanda” da sözlərin böyük əksəriyyətini fellər təşkil edir: 
«Bezdi:adam soyuqdan bezdi-cana doydu» (II cild, s.37) 
«Süzdü: o su süzdü» (I Icild, s.37) 
«Basdı:bəg el basdı- bəy vilayəti basdı sanki üstünə çökdü» (II cild, s.39). 
«Küsdi: ol andın küsdi- o ondan küsdü» (II cild, s.40) 
«Çəkdi: ol tergek bağın çəkdi- o boğçanın bağın çəkib bərkitdi» (II cild, s.49) 
«Sındı: yığac sındı- ağac qırıldı.» Başqası da belədir (II cild, s.55) 
“Divan”da “sındı” sözü dağılmaq, pozulmaq mənalarında da işlənmişdir. 
«Boğuşdı: onlar ikki boğuşdı- o ikisi bir-birini boğdu, boğuşdular » (II cild, s.131) 
«Təpindi:  ər atın təpindi- adam atını dizləri ilə mahmızladı» (IIcild, s.162). 
Təpinmək sözü hazırda məişət leksikamızda təpin(mək) şəklində geniş işlənir. 
«Boşandı: urağüf boşandı- qadın boşandı» (IIcild, s.164). 
“Divan”da boşanmaq sözü “tügün boşandı- düyün açıldı, kog boşandı-qoyun-
lar axışdı”, müvafiq olaraq açıldı, axışdı  mənalaranında da işlənmişdir. Müasir 
dilimizdə bu sözlərdən yalnız qadın və ya kişinin boşanması mənasında işlənən mə-
nası qorunub saxlanılmışdır. 
«Kişnədi: at kişnədi- at kişnədi» (III cild, s.271) 
Əvəzsiz bir xəzinə olan “Divani lüğəti-it türk” əsərində  məişət leksikamızda 
işlənən fellərlə yanaşı, digər əsas nitq hissələrinə aid sözlər də verilmişdir: 
«Yük-tay, yük: bir yük büğday- bir yük buğda» (III cild, s.12). 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
172 
«Yarış-yarış, at yarışı: ol at yarıştı- o at yarışı keçırildi, at yarışında iştirak 
etdi» (III  cild, s.18). 
«Yaylağ: yaylaq, yayla, yayda qalınan yer» (III cild, s.48). 
«Küp: küp, küpə» (III cild, s.129) 
«Toz: toz» (III cild, s.131). 
«Söz: söz» (III cild, s.132). 
«Yağ: yağ» (III cild, s.159). 
«Bala: quş balası. Evdə  və çöl heyvanlarının balalarına da belə deyilir» (III 
cild, s.218). 
«Yaşıl: yaşıl. Tünd yaşıla yamyaşıl deyilir» (III cild, s.25). 
«Yaman: yaman, pis. Yaman ig- yaman xəstəlik» (III cild, s.33). 
«Yaxşı: yaxşı, gözəl, hər şeyin gözəli; yaxşı iş- yaxşı iş» (III cild, s.34). 
«Boş: boş, boş kişi- boş adam» (III cild, s.132). 
Mövzu ilə əlaqədar “Divan” üzərində tədqiqat apararkən aydın olur ki, XI əsrdə 
işlənən sözlərin  əksəriyyəti bu gün müasir Azərbaycan dilində  işlənməkdədir. Bu 
da Azərbaycan dilinin qədim tarixə malik olmasını sübut edir. Yəni dil nə  qədər 
inkişaf etsə də, öz qədimliyini və milli orijinallığını qoruyub saxlayır. 
 
 
İSMAYIL BƏY QUTQAŞINLININ “RƏŞİD BƏY VƏ 
SƏADƏT XANIM” HEKAYƏSİNDƏ MAARİFÇİ-
REALİST XÜSUSİYYƏTLƏR 
Gülər HƏSƏNLİ 
ADPU, Filologiya fakültəsi, II kurs, qrup, 202 
Elmi rəhbər: dos.Ramin Muxtar oğlu Əhmədov 
 
Ədəbiyyatımız tarixin bütün qatlarında öz rəngarəngliyi, məhsuldarlığı, yetiş-
dirdiyi dəyərli söz ustaları  və misilsiz sənət  əsərləri ilə daim diqqət mərkəzində 
olmuşdur. Ən qədim çağlardan başlayaraq dövrün ictimai-siyasi mövzularına ayna 
tutan Azərbaycan  ədəbiyyatı  zəngin  şifahi yaradıcılıq yolu keçmiş, yetkin intibah 
dövrünü yaşamış  və  nəhayət, realizm mərhələsinə  qədəm basmışdır.  Ədəbiyyatı-
mızda realizm güclənməkləbərabər, yeni-yeni istiqamətlər meydana gəlmişdir. 
A.Bakıxanov, M.Ş.Vazeh kimi ustaların timsalında  ədəbiyyatda ilk dəfə maarifçi 
ünsürlər intişar tapmışdır. Bu sıralamada özü və yaradıcılıq irsi tamamilə unudulmuş, 
lakin yenidən doğulmuş İsmayıl bəy Qutqaşınlının adı, blkə də, birinci çəkilməlidir. 
İ. Qutqaşınlı dövrünün qabaqcıl zəka və elm sahibi olmasıına baxmayaraq, əsər-
lərini çap etdirməmiş, buna görə də ölümündən sonra ədəbi irsi unudulmuş, itmişdir. 
Nəhayət, Salman Mümtaz adlı bir Simurq quşu uçub gəldi;  ədəbiyyatımızın 
saysız-hesabsız nəhənglərini zülmət dünyadan işıqlı dunyaya çıxardi
1
. (Cahangir 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
173 
Qəhrəmanov). Bu sözləri S.Mümtazın xüsusilə  İ.Qutqaşınlının  şəxsiyyətinin və 
ədəbi irsinin üzə çıxarılması sahəsində gördüyü gərgin və yorulmaz fəaliyyətinə aid 
etmək olar. Görkəmli alim S.Mümtazın İ.Qutqaşınlının həyatı, yaradıcılığı və ədə-
biyyatımızda Avropa üsulunda yazmış olduğu “Rəşid bəy və  Səadət xanim” adlı 
hekayəsinin üzə çıxarılması yolunda apardığı sorğu, hekayənin nəşri üçün göstər-
diyi hünər alqışa layiqdir. 
“Rəşid bəy və  Səadət xanim” hekayəsi  ədəbiyyatımızda Avropa üsulunda 
yazılmış ilk hekayə olmaqla bərabər, XIX əsrə qədərki Azərbaycan ədəbiyyatının 
təməl prinsiplərini inkar etmir, klassik ədəbiyyatımızın möhkəm sütunları  üzərində 
dayanır. Hekayəni xüsusilə  məşhurlaşdıran və dövrün ədəbiyyatı üçün müstəsna 
qılan cəhəti hekayədə realist-maarifçi ideyaların ilk tumurcuqlarının görünməsidir. 
“Rəşid bəy və Səadət xanım” hekayəsi üzə çıxanadək “Əkinçi” qəzetindən baş-
lamış bir çox ədib və şairlərimiz səhvə yol vermiş, M.F.Axundovun “Aldanmış kə-
vakib” əsərini ədəbiyyatımızda Avropa üsulunda yazılmış ilk əsər hesab etmişlər
1

İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım”  hekayəsi 1835-ci ildə Varşavada 
fransız dilində çap olunmuşdur. 
Hekayənin əsas qəhrəmanı Rəşid bəyi təsvir edərkən yazıçı ədəbiyyatımız üçün  
yeni olan ədəbi obraz yaratmışdır. Rəşid bəy qoçaqdır, mərddir, igiddir, amma onun 
ən diqqət çəkən xüsusiyyəti elmlə, ədəbiyyatla maraqlanmasıdır. O, “Şahnamə”ni və 
başqa qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzəllərini oxumağı çox sevir. 
Rəşid bəyin öz sədaqətli nökəri  Əzizə dost münasibəti bəsləməsi onu indiyə 
qədərki ağa, bəy sürətlərindən əsaslı şəkildə fərqləndirir. 
Rəşid bəyin xalqı, sayan quldurlara qarşı barışmaz və qətiyyətli mövqeyi, qul-
durlara  əsir düşən Mərdanı xilas etməsi “Koroğlu” dastanından bizə tanış olan  
qəhrəmanlıq motivlərini xatırladır.Mərdanın evində onun arvadının qonaqlara qarşı 
incə rəftarı Rəşid bəydə evlənmək həvəsi oyadır. O, bu fikrə eşqin, hissin təsiri ilə 
gəlmir, ağılla düşünür. Kiminlə evlənəcəyi barədə Əzizlə mübahisə edərkən də o,  
ağılla qərar qəbul edir. Əziz ona əmisi qızı, qonşu bəylərdən birinin qızı və sorağını 
çox eşitdiyi Səadət xanım adlı gözəl bir qızla evlənməyi məsləhət görür. Rəşid bəy 
isə deyir ki,mən bilmirəm gələcəkdə əmim qızı məni sevəcək, ya yox? Qonşu bəyin 
qızı isə Rəşid bəylə o şərtlə evlənmək istəyir ki, Rəşid bəy öz el-obasını, ailəsini 
tərk edib onunla yaşasın. Rəşid bəy isə tanımadığı bir qız uğrunda canından çox  
sevdiyi ailəsindən vaz keçməyi ağılsızlıq sayır. 
Hekayənin ikinci əsas qəhrəmanı Səadət xanım da öz müsbət cizgiləri ilə diq-
qəti cəlb edir. Onun Şamahla oturub Sədinin və b. İran  şairlərinin qəzəllərindən 
danışması Şərq qadınları haqqında formalaşmış ənənəvi rəyi dəyişdirmək yolunda 
uğurlu addımdır. 
                                                 
1
   Qutqaşınlı Hacı İsmayıl bəy. Əsərləri. Bakı, “Lider” nəşriyyatı, 2005, s.139. 
2
   Feyzulla Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı  tarixi.. “Maarif” nəşriyyatı, Bakı, 1966, s.174. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
174 
Səadət xanımın anası Tutu xanımın sərvət və rütbə xatirinə qızını özündən yaşca 
çox kiçik Əsgər ağaya vermək istəməsinə Səadətin kəskin etirazı, onun orta əsrlər 
ədəbiyyatına xas qadıin hüquqsuzluğuna meydan oxuması kimi özünü göstərir. O, 
orta əsrlərin “Leyli”sindən fərqli olaraq ailəsinə qarşı gəlir, hətta anasını da öz fikri 
ilə razılaşdırır. Səadət xanim XIX əsr ədəbiyyatımızda M.F.Axundov və Nəcəf bəy 
Vəzirovun  əsərlərində  təsvir olunan Sona xanım (“Hacı Qara”), Səkinə xanım 
(“Mürafiə vəkillərinin hekayəti”), Səadət xanım (“Müsibəti-Fəxrəddin”) surətlərinin 
sələfidir
2

Rəşid bəy  Əsgər ağanın atası Kazım ağanın gələcək hücumundan qorunmaq 
üçün əvvəlcədən tədbir görməyi unutmur, müdafiəyə hazırlaşlr. Amma o, son dərəcə 
alicənabdır və bu münaqişəni günahsız insanların qanını axıtmadan həll etmək yol-
larını axtarır. Rəşid bəyin Səadət xanımı qaçırdığını eşidən Kazım ağa Rəşid bəyin 
atasının vilayətinə doğru üz tutur. Rəşid bəy bu işin də içindən öz ağlı sayəsində 
çıxır. O, Əsgər ağanı qaçırır və Kazım ağam sülh bağlamağa məcbur edir. 
Hekayənin finalında Rəşid bəy və Səadət xanım evlənir. Xöşbəxt sonluq, azad 
məhəbbətin qələbəsi, qəhrəmanların öz talelərini özlərinin həll etməsi də ədəbiyya-
tımız üçün yenidir. 
Yuxarıda qeyd etdiyimiz məqamlar “Rəşid bəy və Səadət xanım” hekayəsinin 
ədəbiyyaımız üçün yeni olduğunu bir daha sübut edir. Getdikcə müasirləşən və dünya 
ədəbiyyatına qoşulan milli ədəbiyyaımızda  “Rəşid bəy və Səadət xanım” hekayəsi 
bir ilkdir və bu meydanda öz orijinallığı ilə həmişə nəzər-diqqəti cəlb edir. 
 
 
 
 
 
 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
175 
İ N G İ L İ S   D İ L İ N D Ə   M Ə R U Z Ə L Ə R 
 
 
WHAT EVERY NOVICE TRANSLATOR                      
SHOULD KNOW 
Aslı  MAMMADOVA 
Department: Translation and İnterpretation  
Course : lll 
 
INTRODUCTION 
THE NATURE AND IMPORTANCE OF TRANSLATION 
Translation is ultimately a human activity which enables human beings to 
exchange ideas and thoughts regardless of the different tongues used. Al Wassety 
(2001) views the phenomenon of translation as a legitimate offspring of the pheno-
menon of language, since originally, when humans spread over the earth, their lan-
guages differed and they needed a means through which people speaking a certain 
language (tongue) would interact with others who spoke a different language. 
Translation is, in Enani's (1997) view, a modern science at the interface of phi-
losophy, linguistics, psychology, and sociology. Literary translation in particular is 
relevant to all these sciences, audio-visual arts, as well as cultural and intellectual 
studies. 
There are eight types of translation: word-for-word translation, literal trans-
lation, faithful translation, semantic translation, adaptive translation, free translation, 
idiomatic translation, and communicative translation. 
Translation is, in Chabban's words (1984:5), "a finicky job," as it has not yet 
been reduced to strict scientific rules, and it allows for the differences that are 
known to exist between different personalities. Translation is a heavily subjective art, 
especially when it deals with matters outside the realm of science where precisely 
defined concepts are more often expressed by certain generally accepted terms. 
In the final analysis, translation is a science, an art, and a skill. It is a science in 
the sense that it necessitates complete knowledge of the structure and make-up of 
the two languages concerned. It is an art since it requires artistic talent to reconstruct 
the original text in the form of a product that is presentable to the reader who is not 
supposed to be familiar with the original. It is also a skill because it entails the ability 
to smooth over any difficulty in the translation, and the ability to provide the trans-
lation of something that has no equal in the target language. 
In translation, the richness of vocabulary, depth of culture, and vision of the 
translator could certainly have very conspicuous effects on his/her work. Another 

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin