Materiallar
08 may 2010-cu il
135
bəy əsərdə özünün Cavanşir nəslindən və zəhmətlə çalışmağın ona uyğun olmadı-
ğını deməklə məsələnin kökünə, mahiyyətinə nüfuz edir və göstərir ki, tüfeylilik,
zəhmətə olan mənfi münasibət bu və ya digər bir bəyə xas sifət yox, ümumiyyətlə,
bəyliyin tipik xüsusiyyətidir.
Maraqlıdır ki, Heydər bəy kimi müflisləşmiş bəylərin o dövrdə, dövlətdə müəy-
yən vəzifə tutması nə dərəcədə düzgün sayıla bilərdi. Daima rəiyyətin, məzlum xalq
kütlələrinin malı ilə, qəsbkarlıqla dolanan bəyin olması o dövrdə mövcud olan döv-
lətin çürüklüyünə bir növ sübutdur.
Müasir dövrümüzdə də bu cür neqativ hallarla çox da olmasa hərdən rastlaşırıq.
Bəzi dırnaqarası dövlət məmurlarının, vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-
istifadəsi, vəzifəsinə olan biganəliyi, daim xeyrini güdməsi çox mənfi bir hal kimi
diqqəti cəlb edir.
Beləliklə, Axundovun dahiliyi məhz bunda idi. Öz dövrünə aid problemləri
tənqid etməklə özündən sonrakı nəsillərə baş verə biləcək hadisələri, mənfi cəhət-
ləri düzgün analiz etməyi, daim haqq, ədalət, düzgünlük tərəfində durmağı, zülmə,
əsarətə baş əyməməyi bir növ miras qoymuşdur.
AZƏRBAYCAN DİLİNDƏ BƏZİ FRAZEOLOJİ
VAHİDLƏR VƏ DİALEKTLƏRİMİZ
Vüsalə QƏRİBZADƏ
ADPU-nun filologiya fakültəsi, III kurs, 301-ci qrup tələbəsi
Elmi rəhbər: prof. B.Ə.Xəlilov
Məhdud dairədə işlədilən dialekt və şivə sözlərinə dialektizmlər deyilir. Dia-
lektizmlərim müasir Azərbaycan dilinin zənginləşməsində əhəmiyyəti böyükdür.
Oğuz rayonunun dialektləri də Azərbaycan dilinin dialektoloji lüğətində öz əksini
tapmışdır. Oğuz rayonunun dialektləri arasında fellər sayca üstünlük təşkil edir.
Tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz birləşmələrinə fra-
zeloji vahidlər və ya frazeologizmlər deyilir.
Qeyd edək ki, dilçilik ədəbiyyatında frazeologizmlər ədəbi dil ünsürləri hesab
olunsa da, dialektizmlər qeyri-ədəbi dil ünsürləri hesab olunur. Lakin buna baxma-
yaraq, dialektizmlərin ədəbi dildə qarşılığı vardır. Oğuz rayonunun elə dialektləri
vardır ki, onların ədəbi dildə qarşılığı məhz frazeologizmlərdir. Bunu aşağıdakı
nümunələr üzrə daha aydın başa düşmək olar:
Çul düşməx` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 107) –
Əldən düşmək.
Məsələn: Gidif çul düşəllər ö:yə
Həfra düşməx` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 199) –
didərgin düşmək
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
136
Məsələn: Məcnun Leylinin dərdinnən həfra tüşüf.
Naxışı gətiməx` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 367) –
bəxti gətirmək
Məsələn: Mə:n naxışım gətdi.
Tıncıxmax` (Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007. Səh 496) –
ürəyi sıxılmaq.
Məsələn: Kök adam həmişə tıncıxır
Oğuz rayonunun dialekt və şivələrinin dil xüsusiyyətləri olduqca zəngindir. Biz
onların bir qismini burada izah etməyi məqsədəuyğun saydıq. Bu istiqamətdə geniş
tədqiqat aparmağa böyük ehtiyac var.
MAHMUD KAŞĞARININ ƏSƏRLƏRİNDƏ
ATALAR SÖZLƏRİ
Elşanə RƏHİMLİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya Kurs: I
Elmi rəhbər: Xəlilov B.
Həyatı obrazlı şəkildə əks etdirən incəsənət növlərindən biri də ədəbiyyatdır.
Onun şifahi və yazılı yolla yaranıb inkişaf edən janrları insanların başqalarına mü-
nasibətlərində, onların dünya görüşüünü formalaşmasında müstəsna rola malikdir.
Atalar sözləri şifahi xalq ədəbiyyatının əsas janrlarından biridir. Atalar sözləri
xalqın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcür
sözlərdir.
Mövzu müxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar söz-
lərinə xas olan əsas cəhətlərdir. Atalar sözləri xalqın həyatında sınanmış, müdrik və
nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas
xüsusiyyətləri həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Ata-
lar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. Həqiqi
mənada işlənən atalar sözlərinə “Doğru söz acı olar”, “İş insanın cövhəridir”,
“Yaxşı dost qardaşdan irəlidir”, “Çıcan can geri qayıtmaz” və s.misal göstərmək
olar. Məcazi mənada işlənən atalar sözlərinə “Qələm qılıncdan itidir”, “Qaz lələyi
qanun yazar”, “Torpaq deyər: öldür məni dirildim səni” və s. misal göstərmək
olar. Bu atalar sözlərinin izahına baxsaq, birincidə qələmin qılıncdan möhkəmliyi
yox, sözün kəsərliliyi, ikinci atalar sözündə vaxtilə lələkdən qələm kimi istifadə
olunması və qanunun da qələmlə yazılması, üçüncüsündə isə torpağa nə qədər
yaxşı qulluq edilərsə, məhsulun bir o qədər çox olması, güzəranın yaxşılaşmasını
nəzərə çarpdırılır.
Materiallar
08 may 2010-cu il
137
Tapmacalar kimi bu janr da həm nəzmlə, həm də nəsrlə olur. Məsələn:
Hər nə yedin dadındır,
Hər nə verdin adındır,
Hər nə qaldı yadındır nəzmlə,
Bu günün işini sabaha qoyma, kitab bilik mənbəyidir. Nəsrlə olan atalar sözlər-
inə aiddir.
Y.V.Çəmənzəminli atalar sözləri və digər janrları tədqiq etmiş, eyni janrların, hətta
mövzuların bir çox xalqların ədəbiyyatında olduğunu müəyyənləşdirmişdir. O, atalar
sözlərini digər janrlarla müqayisə etmiş, atalar sözlərinin daha bəşəri olduğunu və
bu oxşarlıqların ta Roma filosoflarına qədər gedib çatdığının şahidi olmuşdur.
Kökü kökümüzdən, dili dilimizdən olan Kərkük türklərinin ədəbiyyatına nəzər
salsaq, onun folklor nümumənləri içərisində məzmunca eyni atalar sözlərinin
olduğunun şahidi olarıq. Məsələn: “ Əyri ağca düz olmaz, rəndə vursan yüz yerdən”
Kərkük atalar sözünun Azərbaycan Ədəbiyyatında qarşılığı “ Quyuya su tökməklə
quyu dolmaz”, “ Gəmidə oturub, gəmiçinin gözünü çıxarır” atalar sözünə “ Yersiz
gəldi, yerli qaç”, “ Yara sahibini mincidər” atalar sözünə “ Sirkə nə qədər tünd olsa,
öz qabını çartladar” və ya “ Soğan nə qədər acı olsa, öz qabığının yandırar” və s.
misal göstərmək olar. Azərbaycan atalar sözlərində düzlük, mərdlik, humanizm,
vətənpərvərlik və s. insani keyfiyyətlər təbliğ olunur. Məsələn: “ Özgəyə quyu
qazan özü düşər”, “ Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol”, “ Aağac bar
verəndə başını aşağı əyər”, “ Elə arxalanan igidin arxası yerə dəyməz” və s.
Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyat üçün zəngin məlumat mənbəyidir.
Abbas Səhhətin “ Yoxsulluq eyib deyil”, Nəcəf bəy Vəzirovun “ Daldan atılan daş
topuğa dəyər”, “Yağışdan çıxdıq yağmura düşdük”, “ Sonrakı peşmançılıq fayda
verməz” əsərlərinin adı şifahi xalq ədəbiyyatının atalar sözü janrından götürülmüşdür.
Qədim dövr Azərbaycan ədəbiyyatının incilərindən sayılan, möhtəşəm “Dədə
Qorqud” dastanının müqəddiməsində Dədə Qorqudun öz dilindən deyilmiş atalar
sözləri var.
“ Allah-Allah deməyincə işlər olmaz”, “ Əcəl vədə verməyincə, kimsə ölməz”,
“ Əski pambıq bez olmaz”, “ Qarı düşməni dost olmaz” və s.
Türk dünyasının təməl əsərlərindən olan “Divani lüğət-it-türk”ün müəllifi dahi
dilçi, ensklopedist Mahmud Kaşğari divanında gətirdiyi sözləri izah etmək üçün
müxtəlif atalar sözü və məsəllərdən, dastan və şeirlərdən örnəklər gətirmişdir. Həmin
örnəklərdə istifadə olunan atalar sözlərinə aşağıdakıları misal göstərmək olar. Mə-
sələn: Mahmud Kaşğari “Uladı” sözünü izah edərək “Çöldə qurd ulasa, evdə qurda
acıyan köpəyin bağu sızlar” atalar sözündən istifadə etmişdir ki, bunun da mənası
qohumların bir-birinə yardım etməsi kimi anlaşılır. “Ölidi” sözünün izahını “Ya-
pıncılı adam islanmaz, qantarğalı at özündən çıxmaz” atalar sözündə vermişdir.
Bunun mənası hər bir işə hazır olmaqdır.
“Büdhidi-oynadı, rəqs etdi” deməkdir. Mahmud Kaşğari bu sözün izahını “Qarı
oyun bilməz, yerim dardır deyər” atalar sözündə vermişdir. Bu söz bir şeyi ən yaxşı
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
138
şəkildə bildiyini iddia edən, ancaq məqamə çatanda edə bilməyən və müxtəlif
uydurmalarla işin içindən çıxmağa çalışan adam haqqında söylənmişdir.
“Kökrədi – bulud kükrədi” Bu atalar sözündə belə işlənmişdir: “Dəyirmanda
anadan olan siçan göy gurultusundan qorxmaz”. Təhlükəli işlərdə bişbiş adamı kiçik
bir şeylə qorxutmaq istəyəndə deyilir.
Görkəmli türkçümüz Mahmud Kaşğarinin möhtəşəm əsərlərindən biri olan di-
vanındakı atalar sözləri hər birimiz üçün örnək olmalı və biz gənclər onun hər bir
əsərlərini mükəmməl öyrənməli, gələcək nəsillərə ötürməliyik.
HEMİNQUEYİN «ƏLVİDA SİLAH» ROMANINDA
HƏRBİ VƏ SOSİAL MÜHİT PROBLEMİ
Günay MİRZƏYEVA
ADPU-nun Mühəndis pedaqoji və
bədii qrafika fakültəsinin I kurs tələbəsi
Elmi rəhbər: dos. Vəliyeva Səkinəxanım
Bütün canlılar və insanlar bir-biriləri ilə daimi müharibə və sülh vəziyyətində
yaşayırlar. Yəni, hər kəs birinci mövbədə öz ambisiyalarının keşiyini çəkir. Ona
görə də mənayelər toqquşanda onlardan biri digərinə güzəştə getmək istəmir. Belə
vəziyyətlərin aradan qaldırılmasına daima müdriklər, ağsaqqal və ağbirçəklər cəhd
etmiş, çox zaman da məqsədlərinə çatmışlar.
Müharibələr də dövlətlərin və ayrı-ayrı hakim dairələrin subyekfiv mövqelərin-
dən irəli gələn kəskin toqquşmaların nəticəsi kimi üzə çıxır.Bəşər təfəkküründə
müharibəyə daima ikili münasibət olmuşdur; bir tərəfdən müharibə, ondan gözlənən
mənfəət və qələbələr, əldə ediləcək şan-şöhrət təbliğ edilirsə, digər tərəfdən müha-
ribənin bəşər mədəniyyətinə, ümumən təbiətə və cəmiyyətə vurduğu amansız yara-
lar nifrətlə qarşılanaraq lənətlə damğalanmaqdadır. Mütərəqqi fıkirli bəşəriyyət
həmişə müharibə və onun törətdiyi rəzilliklərə qarşı ardıcıl mübarizə aparmış və
aparmaqdadır. Çünki onlar müharibənin hər iki halda, yəni həm məğlubiyyət, həm
də qələbə olacağı təqdirdə insanlara itkilər və mərhumiyyətlər gətirdiyini dərindən
dərk edirlər. Buna bəşəriyyətin müharibələг, qırğınlarla dolu tarixi inkişaf yolunun
ibrət dərsləri səbəb olmuşdur.
Ernest Heminqueyin yaradıcılığı, demək olar ki, bütünlüklə müharibə əleyhinə,
onun törətdiyi mənəvi yaraların qarşısının alınmasına, beləliklə, bəşəriyyətin həya-
tının xilasına xidmət köklənmişdir. Onun müharibə dövrü publisistikası və mühari-
bədən sonrakı yazıları əsasən müharibə yaralarının bədii və publisistik əksinə həsr
olunmuşdur. Bu əsərlərdə müharibənin daha çox insanların mənəviyyatına vurduğu
zərbələr, onların mənəvi-psixoloji sarsıntıları, ictimai-siyasi mühitdə gedən pozucu
proseslər və. s. obyektinə çevrilmişdir. Bundan başqa, təbiətin də müharibədən aldığı
Materiallar
08 may 2010-cu il
139
yaralar yeri gəldikcə diqqət mərkəzinə çəkilir. Yazıçı həmin yolla insanla təbiətin
vəhdətini, onların vahid bir tamın hissələri olduğunu ifadə etməyə çalışmış və məq-
sədinə sənətkarlıqla naıl olmuşdur.
Ernest Heminqueyin müharibə əleyhinə çağırmış nidası kimi səslənən belə əsər-
lərdən biri “Əlvida, silah” romanıdır. O, romanı 1928-ci ilin 1 martında yazmağa
başlamış, 1929-cu il iyunun sonunda tamamlamışdır. Roman çapdan çıxan kimi,
yazıçının digər əsərlərinin səbəb olduğu sensasiyalardan da çox səs-küy qaldırmış-
dır. Ədibin tənqid və geniş oxucu kütləsi E.Heminqueyin “Əlvida silah” romanını
yüksək sənət nümunəsi və müharibə əleyhinə vaxtında yüksələn haray kimi qəbul
etmışdir. Məsələn, F.C.Hofman yazırdı ki, tarixi ittihamda Heminqueylə, miss Uorton
eyni mövqedə dayananların da, bu əsər, yəni “Əlvida silah” romanı onun (Hemin-
queyin) movqeyini daha da möhkəmləndirir.
Bununla müəllif Heminqueyin nıüharibənin bəşər həyatına vurduğu yaraları
daha böyük sənətkarlıqla, həm də uğurlu düşünülmüş mövqedən əks etdirdiyinı
göstərmək istəmişdir. Əgər müharibə insan taleyi və bəşər mədəniyyəti üçün bu də-
rəcədə dəhşətli və bağışlanmazdırsa, deməli hər hansı ınüharibənin düşdüyü tarix
həmin rnüharibə ləokəsıni ozündə daşıdığına görə nəsillərin lənytinə məhkumdur.
Heminqueyin əsərlərindən çıxan əsas məntiqi nəticə də bundan ibarətdir. Hofman
da yuxandakı fıkri yazan kəsə şübhə yoxdur ki, Heminqueyin romanının məhz hə-
min keyfiyyətini nəzərdə tutmuşdur.
Başqa bir tənqidçi - Edmunt Uilson isə “Əlvida silah” romanının qəhrəmanla-
rının belə bir cəhətinə dıqqət yetirilirdi ki, “onlarm bəxtlərinə düşən bütün əzab və
sarsıntıların hamısı ətraf aləmin təsirindən yaranır. Ona görə romanın bütün kişi
qəhrəmanları müharibənin günahsız qurbanlarıdırlar.
Burdan belə bir haqlı nəticəyə gəlmək olur ki, müharibə, istər ədalətli olsun,
istərsə ədalətsiz, insanlara fəlakət, əzab və məhrumiyyətlər gətirir. Onun törətdik-
ləri insanların ürəklərini heç vaxt açmır. Təsadüfi deyil ki, taleləri müharibə dövrünə
düşən nəsillər müharibə dövrünün məhrumiyyətlərini, əzab və məşəqqətlərini daim
kədər və məyusluq, qəzəb və nifrinliklə, həm də günahsız qurbanlara məxsus bir
məsumluqla xatırlayırlar. Bu zaman onların baxışlarındakı əzab və kədəri görmə-
mək mümkün deyil. Heminqueyin əsərlərində, o cümlədən «Əlvida silah!» roma-
nında müharibə dövrü insanların, daha doğrusu, müharibənin odu, alovu talelərindən
keçən insanların əzab və işgəncələrinin, mənəvi-psixoloji sarsıntılarının bədii əksini
görürük. Onlann heç biri məruz qaldıqları həmin əzab-əziyyətləri çəkmək üçün
günah işlətməmişlər. Yeganə “günahları” ömürlərinin həmin dövrə, yəni müharibə-
yə düşməsidir. Ona görə də E.Uilson müharibə qəhrəmanlarını, daha doğrusu,
ömürləri müharibənin odu-alovu içində keçən isnanları günahsız qurbanlar adlan-
dırır. Bizcə, bu qiyməti verərkən tamamilə doğru fıkir söyləmişdir.
Qeyd etmək lazımdır ki, E.Heminqueyin qəhrəmanları təkcə öz fərdi talelərini
yaşamaqla kifayətlənmirlər. Onların keçirdikləri mənəvi-psixoloji sarsıntılar sanki
bəşəriyyətin əzab və mərhumiyyətlərinin ideya-bədii ifadəsidir. Təsadüfi deyil ki,
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
140
R.B.Uest “Əlvida silah!” əsərini təkcə “hərbi” roman deyil, həm də böyük ümumi-
ləşdirmə tələbi ilə yazılmış əsər hesab edir.
“Əlvida silah!” romanının məhəbbət xəttinə də xüsusi fıkir verilmiş, bu barədə
bir sıra qiymətli fıkirlər söylənmişdir.
Əsərin 1961-ci ildə Azərbaycanda çıxan nəşrini H.Hacıyevin ön söz əvəzinə
yazdığı “Müəllif və kitab haqqında” başlıqlı qeydlərində oxuyuruq: “E.Heminquey
beynəlxalq yazıçıdır. Onun əsərlərinin əksəriyyətində bir xalqın deyil, bir çox xalq-
ların taleyindən bəhs olunur. «Əlvida, silah!» da belə əsərlərdəndir. Romanın ilk
nəşri 1929-cu ildə çıxmış və çox kecmədən oxucuların dərin rəğbətini qazanmışdır.
Romanın rəğbətlə qarşılanmasının səbəbini isə hər şeydən əvvəl romanın sadəli-
yində, həqiqətı dərindən əks etdirməsində, onun lirik bir dildə yazılmasında axtar-
maq lazımdır.
“Əlvida, silah” adından goründüyü kimi, müharibə əleyhinə yazılmış romandır.
İlk baxışda iki gəncin amerikan leytenanlı ilə ingilis qızı Ketrinin məhəbbət tarixin-
dən bəhs edən bu roman əslində daha geniş ictimai məsələləri əhatə edir, müharibə-
nin xalqların başına gətirdiyi müsibətləri real boyalarla göstərir.
“Əlvida, silah” romanını sətırdən-sətrə keçdikcə müharibə meydanlarına, ön atəş
xəttinə doğru irəliləyirsən. Adamın burnuna müharibənin törətdiyi dağıntı toztor-
pağın iyi gəlir. Oxucunun bütün varlığı müharibə mövzusu üzərində köklənir. Roman
belə başlanır:
“O il yayın axırlarında biz, kənddə, balaca bir evdə olurduq, oradan çay və
düzənlik görünürdü, bunların arxasından da dağlar ucalırdı. Çayın yatağı çınqılla
və çağıl daşlarla örtülmüşdü; gün işığının şəfəqləri altında bunlar quru və ağ kimi
gorünürdü, su isə dumduru və gömgöy idi, həm də itı axırdı. Balaca evin yanındakı
yoldan qoşlar keçdiyindən onların qaldırdığı toz ağacların yarpaqlarına qonurdu.
Ağacların gövdələri də toz ilə örtülmüşdü. Həmin il yarpaqlar da tez tökülməyə
başlamışdı. Biz də qoşunların yol ilə getməsinə, burularaq qabanasına, küləyin
tökülən yarpaqları qabağına qal aparmasına, əsgərlərin addımlamasına, sonra isə
ağaran boş yolı ancaq yarpaqların tökülüb qalmasına baxırdıq”.
Bu təsvirdən də görünür ki,hətta cəbhədən xeylı uzaq olsa belə ən ucqar və
balaca bir kənddə də müharibə öz nəfəsini hamıya hiss elətdirir.
Çünki dayanmadan, fasiləsiz şəkildə daim cəbhə xəttinə axışan qoşun hissələri
və hərbi texnika istənilən adamda müharibə ovqatı yaradır. Özü də hər bir müha-
ribə birinci növbədə torpağa və onun nemətlərinə, bir sözlə təbiətə ziyan vurur. Tə-
sadüfi deyil ki, ərzində balaca evin yanından keçən qoşunun əsgərlərinin çəkmələ-
rinin qaldırdığı toz ağacların yarpaqlarına və gövdəsinə qonaraq onları örtüb bas-
dırırdı. Nəticədə həmin il ağacların yarpaqları tökülməyə başlayır. Bu, elə mühari-
bənin təbiətə vurduğu, özü də ilk baxışda nəzəri cəlb etməyən ilkin yaralardır.
Həmin yaralar güllə və mərmilərdən fərqli olaraq, təbiət və insanları səssiz –səmir-
siz hiss olunmadan öldürür.
Materiallar
08 may 2010-cu il
141
Qəhrəman əsgərlərin addımlanmasına, bu zaman onların çəkmələrinin qaldır-
dığı tozun burularaq qalxmasına, küləyin məhz tökülən yarpaqları (burularaq qalxan
tozu yox) qabağına qatıb aparmasına, sonra isə ağaran boş yolda ancaq yarpaqların
tökülüb qalxmasına baxmasını növbə və ardıcıllıqla təsvir etməklə müəllif assasiativ
bir mənzərə yaradır. Həmin mənzərə müharibənin törətdiyi kədərli bir səhnədir;
insanlar axınla gedir, toz qalxır, yarpaq tökülür, əsgərlər addımlayır, ağaran boş
yölda ancaq tökülüb yarpaqlar gözə çarpır, külək də yarpaqları qovur.
Bütün bunlar müharibə nəticəsində insanların və təbiətin vaxtından əvvəl, özü
də kütləvi şəkildə məhvini oxucunun gözü qarşısında canlandıran canlı və kədərli
lövhəni tamamlayır. Bu lövhə ətraf aləmin müharibə havası üzərində kökləndiyinin
bədii təsdiqinə xidmət edir. Odur ki, oxucu elə əsərin ilk cümlələrindən özünü ınü-
haribə şəraitində hiss etməyə, onun qəhrəmanları ilə, müharibənin tozlu və çirkli
havasında birgə nəfəs almağa başlayır. Lakin müəllif bununla kifayətlənməyib,
daha dərin qatlara enməyə başlayır: “Hərdən qaranlıqda biz, pəncərələrimizin altın-
dan qoşunların keçdiyini və yedəyə alınmış topların yanımızdan ötdüyünü eşidirik.
Yolda hərəkət gecələr güclənirdi, yəhərin hər iki tərəfmə döyüş sursatı ilə dolu
yeşiklər yüklənmiş çoxlu qatır gedirdi, əsgərlərin oturduğu boz yük maşınları ötüb
keçirdi, yük vurularaq üstünə brezent çəkilmiş və çox da sürətlə getməyən maşınlar
irəliləyirdi. Gündüzlər də yedəyə alınmış ağır toplar keçib gedirdi... Bizdən şimal
tərəfdən bir dərə var idi, dərənin arxasından şabalıd meşəsi başlanırdı və o yanda,
bizim sahil tərəfdə, daha bir dağ var idi. O dağı da almaq istədilər, ancaq nail ola
bilmədilər. Payızda yağışlar başlanan kimi şabalıdın bütün yarpaqları tökülürdü,
budaqları da çılpaq qaldı, ağacların gövdələri yağışdan qaraldı. Tənəklər də seyrəldi
və çılpaqlaşdı. Hər yan rütubətli və bomboz oldu, payıza xas bir halda ölgünləşdi...”.
Burdan məlum olur ki, insanların müharibə vasitəsi ilə təbiətə vurduqları yara-
lara təbiət özünə məxsus vasitə və üsullarla sanki etiraz edir; ağacların yarpaqları
toz və birdən tökülür; yağışlar bırdən başlanır, hər şey ölgünləşir və s. Bütün bunlar
təbiətin müharibə və onun yaraları qarşısında fəryadlarıdır. Təbiətin müharibə əley-
hinə fəryad və intiqamı bunlarla qurtarmır. O, daha kəskin tədbirlərə əl atır. Bu ba-
rədə oxuyuruq: “Qışın girməsilə fasiləsiz yağışlar yağdı, yağışların yağması ilə də
vəba xəstəliyi başlandı. Ancaq bu xəstəliyə genişlənməyə imkan vermədilər. Odur
ki, bu xəstəlikdən orduda bütün vaxt ərzində cəmi yeddi min adam öldü».
... Müharibənin insan zövqünə və mənəviyyatına vurduğu yaralar daha dərin-
dir. O, insan ləyaqətini tamamilə ayaqlar altına atır. Odur ki, gözəllik, ülvilik anla-
yışları da itir. Qızlar əsgər və zabitlər üçün təşkil edilən ümumxanalara atılaraq,
analıq, qadınlıq duyğuları kimi ülvi hisslərdən məhrum edilirlər. Odur ki, həmin
qadınların özlərini şirin salmaq üçün əl atdıqları hərəkətlər özünə az-çox hörmət
edən kişiləri bezdirir, qadınlardan çiyrindirir. Ona görə də onlar öz vaxtlarını
qadınlıq ləyaqətini qoruya bilən qızlarla keçirməyə daha çox üstünlük verirlər.
Hətta həmin qızlardan ötəri bir öpüş almağa belə son dərəcə çətinliklə nail olsa da,
onlarla vaxt keçirmək Henriyə daha çox zövq verir. Bu barədə onun özü belə fikirləşir:
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
142
“Мən onu (Ketrini - S.V.) üzünü görmək üçün özümə tərəf çevirdim, öpərək
gözləri yumulmuşdu. Mən onun yumulmuş gözlərindən öpdüm. Belə qət etdim ki,
yəqin о ağıldan bir az kəmdir.Lakin fərqi nədir? Bunun nə ilə nəticələnəcəyi barədə
fıkirləşmirdim. Bu, hər axşam zabitlərin ümumxanasına getməkdən yaxşı idi; orada
qızlar boynuna sarmaşırlar və rəğbət bəslədiklərini göstərmək üçün,başqa zabitlərin
yanına yuxarı getdikləri müddətdə, sizin ketinizi başlarına dal-qabaq qoyurlar...”
Buradakı qızların hərəkətlərindən görünür ki, onlarda qadınlıq ləyaqətindən
əsər-əlamət qalmamışdır.Onları buraya qadın ümumxanasına salan da, ülvi qadınlıq
hisslərindən məhrum edən də müharibədir. Müharibə insanlığa məxsus bir şeyi məhv
edir.
Renaldinin gileylənməsindən məlum olur ki, müharibə insanların şüurunu,
əxlaqını o dərəcədə korlamışdır ki, onlar kişi-qadın mınasibətlərini müqəddəs hiss-
lər, ailə, oğul-uşaq sahibi olmaq arzuları üzərində qurmaq barədə fıikirləşə bilmir-
lər. Ona görə də qızlarla münasibətlərində ancaq özlərinin şəhvani duyğularının
təmin edilməsi haqda düşünür və onlara da ancaq belə bir vasitənin həyata keçi-
rilməsi üçün alət kimi baxırlar. Bunu qızların özləri də çox zaman bütün dəhşəti ilə
duyulur. Bunu Ketrin də duyur, Ferqyuson da, başqa qızlar və qadınlar da. Ancaq
həyat eşqi onların duyğularını çox vaxt müqəddəsliklərindən ayıra bilmir. Ona görə
çox zaman bilərəkdən özlərini qurban verərək, kişilər qarşısında müəyyən güzəşt-
lərə gedir, özlərini qurban verirlər, Bu zaman onlar bir çox hallarda taleyin töhfə-
sini ala bilirlərsə, əksərən günahsız qurbanlar kimi ömürlük əzab içərisində qalırlar.
Odur ki, bəzi hallarda hər şeyi laqeydcəsinə taleyin hökmünə buraxır, bəzən isə
gözlənən təhlükəyə qarşı kəskin mövqedə dayanırlar.
Dostları ilə paylaş: |