XX ƏSR DÜNYA ƏDƏBİYYATI
Leyla NAĞIYEVA
Elmi rəhbər: dos. Səkinəxanım Vəliyeva
РЕЗЮМЕ
Эта статья посвящена к личности и твор Э.Хемингуея, который был авто-ром многих цен-
ных про нии против войны и в своих произведениях он четк психологические отношения к
войне всех народов мира.
SUMMURY
This article is devoted to the personality and creativ – vity of world well-known American writer
E.Hemingway which always wrote humanist stories.
In E.Hemingway s stories is spohen about the psy ------ troubles of the war.
Görkəmli Amerika yazıçısı Ernest Heminquey yaradıcılıq səhnəsinə çıxdığı
gündən diqqət mərkəzində olmuş və tez bir zamanda məhşurlaşaraq dünyanın gör-
kəmli yazıçılarından sayılmışdır. Həyat və yaradıcılığının dünyanı titrədən II dünya
müharibəsi (I və II dünya müharibəsi) ilə sıx bağlı olması və bu müharibələrdə şəx-
Materiallar
08 may 2010-cu il
143
sən iştirak etməsi müharibələrin dünya xalqlarının mənəvi psixoloji həyatında total
psixor fikir sarsıntıları, ideya mübarizələri şəraitində onun bəşəri problemlərlə çıxış
etməsi E. Heminqueyi zəmanəsinin ən oxunaqlı diqqət mərkəzində olan yazıçıla-
rından birinə çevirmişdir. İstər yaradıcilığı, islərsə də şəxsiyyəti baxımından ma-
raqlı orijinal adam olan yazıçı ideya fikir mövqeyi baxımından da bənzərsiz olmuşdur.
Yaradıcılığında aydın ifadə olunan və əslində ictimai-bədii düşüncələrinin ley-
motivinə çevrilən antimüharibə ideyaları, müasir dünyanın proqmatik -maddi mənəvi
maraqlardan üstün mövqedə götürən insan əxlaqını tənqid etməsi xüsusilə Stalin
repressiyalarından qabaqkı SSR-yə ragbətlə yanaşması E.Heminquey yaradıalığının
SSRİ-nin “dəmir çərçivələrini” asanlıqla yararaq Sovet oxucusu, o cümlədən Azər-
baycan oxucusu ilə təmasını göstərmişdir. Keçmiş SSRİ məkanında uzun müddət
və kütləvi tirajlarla çap olunan yazıçının əsərləri Azərbaycan dilinə də dəfələrlə
tərcümə olunmuş, haqqında elmi publisistık və s. xarakterli yazılar yazılmışdır. Bu
proses konkret olaraq 1938-ci ildən “Əlvida silah” romanının müəyyən hissələrinin
tərcüməsinin cari ilə başlanmış və bu günə kimi davam etməkdədir. Bu baxımdan
E.Heminquey yaradıcılığının Azərbaycan ədəbi-mədəni mühitində mövcudiugunun
az qala yarımçıq əhatə edəcək tarixi vardır.
Ernest Heminqueyin yaradıcılığının ədəbi-mədəni mühitinə ilk təqdimatı və bu
yaradıcılığın milli mühitdəki mövcudluğun düz yarım əsrə qədər zaman hüdudlarını
əhatə edir. Belə ki, bu proses onun məşhur “Əlvida silah” romanında bir fəsil rus
dilindən Azərbaycan dilinə tərcümə edərək 1938-ci ildə çap edilməsi ilə başlanmış və
dövrdə müəyyən fasilələrlə, ancaq ardıcıl olaraq davam etmişdir. Həmin yarım əsrlik
dövrdə E. Heminqueyin məşhur əsərləri rus və ingilis dillərindən tərcümə olunaraq
Azərbaycan oxucusuna çatdırılmışdır. Belə ki, yazıçının “Əlvida silah”, “Əcəl zəngi”
romanlarının eləcə də “ Qoca və dəniz” povestinin onun mühüm əsərləri olduğunu
nəzərə alsaq onda E. Heminqueyi əslində Azərbaycan dili oxucuya əhatəli şəkildə
təqdim olunmuş saymaq olar. Düzdür Heminquey yaradıcığı zəngindir. Ancaq bu
əsərlərin onun yaradıcılığında mühüm çəkisi vardır. Belə ki, “Əlvida silah” romanı
E.Heminqueyin bir yazıçı kimi maraq və mövzu dairəsini, eləcə də humanist, tərəq-
qipərvər bir insan düşüncə, fəaliyyət sahəsini özündə parlaq şəkildə əks etdirən
antimüharibə ovqatı daşıyır. “Əcəl zəngi” romanının oxucusuna təqdim olunması
Heminqueyin müharibə aləminə daha bir baxış olmaqla, eləcə də Azərbaycan II
Dünya müharibəsinin başlanğıcında öz borcunu yerinə yetirən sovet zabitlərinin
missiyalarına” sətiraltı formada olsa da nəzər salmaq imkan verir. Başqa yandan fa-
şizm əleyhinə müharibə və bu yolda canını qurban verən baş qəhraman Cordanın
simasında Azərbaycan oxucusu əslində vətənpərvərliyin “sovet modelinə” girmə-
yən başqa sözlə utlii qəhrəman tipi ilə tanış olurdu.
E. Heminquey “Qoca və dəniz” povesti ilə tanışlıq yazçının mürəkkəb aləminin
ən yaxşı bədii örnəyi ilə tanış olmaq deməkdir, başqa tərəfdən milli oxucu dünya və
insan posn şablom bicmlərdən, modelləşdirilmiş situasiyalarla təqdim etməyən, insanı
oxucunun özünə onun ən sə obrazından təqdim edən “çılpaq” ideoloji obrazla tanış
olurdu.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
144
Yarım əsr ərzində Azərbaycan tərcüməçiləri öz fəaliyyətlərini təkcə Hemin-
queyin iri əsərlərinin tərcümə edilməsi məhdudlaşdırılmamış və yazıçının onun bədii
maraq dairəsinin ən müxtəlif qatlarından təqdim edən kiçik əsərləri- hekayələr,
novellalar, bədii reportaj və məqalələr ilə Azərbaycan ədəbi-mədəni mühitinə gətir-
mişlər. Azərbaycan ədəbi-mədəni fikri Heminquey yaradıcılığına biganə qalmamış
vaxtaşırı yazıçının yaradıcılığına öz tənqidi münasibətini bildirmişdir. Bu iki baxım-
dan olmuşdur. Birincisi, Azərbaycan ədəbi- tənqidi Heminquey yaradıcılığuna heç
vaxt geniş şəkildə, baş monoqrafık şəkildə müraciət etməmişdir. Yazılanlar əsasan
qəzet-jurnal məqalələri olmuşdur. Bunların başlıca əlaməti onların əsasən yubiley
səciyyəli təqdimat-olmasıdır. Heminquey yaradılığına yubiley münasibəti həmin
məqalələrin əksər hallarda məzmunca xarakterli olmasına gətirmişdir. Başqa sözlə
bu yazıçı əvvəlcə ənənəvi olaraq Heminqueyin həyat və yaradıcılığına ümumi nəzər
salınır, daha sonra məşhur əsərləri, xronoloji prinsiplə sadalanır. Heminquey yara-
dıcılığına qeyri-yubiley yanaşmanın məhsulu olan yazılar isə qəzet-jurnal səhifələ-
rində çap edilmiş tərcümələrinə böyük, yaxud kiçik təqdimatlardan, eləcə də kitabda
yazılmış müqəddimələrdən ibarətdir. Bir cəhət də qeyd olunmalıdır ki, Azərbaycan
ədəbi-mədəni mühiti yazıçının yaradıcılığına səfər təəssüratlarını əks etdirən yazılar,
Heminqueylə bağlı müxtəlif məzmunlu ədəbi materialın (səfər təəssüratı, xatirə) rus
dilindən tərcümə edilərək çap edilməsi ilə də öz maraq və münasibətini ifadə edir.
Heminquey yaradıcılığı ilə bağlı çap olunmuş yazıların səciyyəvi cəhəti Azar-
baycan ədəbi-tənqidi fıkrinin ədəbi yaradıcılığını dəyərləndirərək mərkəzi ədəbi
tənqidin verdiyi hazır reseptlərdən istifadə etməsidir. Sovet hakimiyyəti illərində
Azərbaycan ədəbiyyatının fikri bu sahədə sərbəst olmamış Heminqueyə rəsmi mü-
nasibət normalarından qırağa çıxmamışdır. Ancaq proses daimi olmamış, 70-ci il-
lərdən başlayaraq yazının sərbəst təhlilin ilkin və sətiraltı əlamətləri görünməyə
başladı. Əslində, bu keçmiş SSRİ-dəki ədəbi-mədəni mühitin Azarbaycan ədəbi-
mədəni mühitində bütün mərhənin inikas olunması demək idi.
Beləliklə, Azərbaycan ədəbi-mədəni mühiti kiçik həcmli, formalı, ədəbi-puplisist
cəmiyyətli yazılarla olsa E.Heminqueyin yaradıcılığına vaxtaşırı münasibət fəallığı
nümayiş etdirmişdir. Bu yazıların sayəsində Azərbaycan oxucusu E.Heminqueyin
bioqrafik obrazı ümumi yaradıalığı haqqında müəyyən məlumatlar almışdır. Ancaq
E.Heminquey yaradıcılığına monoqrafık münasibətin olmamasını Azərbaycan ədəbi
elmi mühitinin öz passivliyinin göstəricisi saymaq lazımdır. Çünki Heminquey
haqqında sərbəst söz demək imkanı mümkün deyıldisə, ancaq Heminquey yaradıcı-
lığını müxtəlif ədəbi - nəzəri aspektlərdən geniş tutumda öyrənmək əslində yasaq
olmamışdır.
E.Heminquey yaradıcığının Azərbaycan oxucusuna təqdimi əsasən rus dilindən
tərcümələrlə həyata keçirilmişdir. Ancaq sonralar Azərbaycan tərcümə məktəbi
ingilis dili mütəxəssislər sahəsində orijinala müraciət etmək imkanları əldə etmişdir.
Maraqlı haldır ki, tərcüməçilər yazıçının əsərlərini dilimizə orijinaldan çevirərkən
onun dilimizə tərcümə olunmamış əsərləri ilə yanaşı rus dilindən tərcümə olunmuş
bəzi əsərlərinə də yenidən müraciət etmişlər. Beləliklə, Heminqueyinin Azərbaycan
dilinə tərcümə olunmuş əsərləri üç qrupa bölünür:
Materiallar
08 may 2010-cu il
145
1. rus dilindən tərcümə olunmuş əsərlər;
2. ingilis dilindən tərcümə olunmuş əsərlər;
3. rus və ingilis dilindən tərcümə olunmuş eyni əsərlər.
E.Heminqueyin dilindən çevrilmiş iri həcmli əsərləri iri və xırdalığından asılı
olmayaraq həm rus, həm də ingilis dilindən tərcümə edilmiş eyni əsərlərinin eləcə
də ingiliscədən tərcümə olunmuş, demək olar ki, bütün əsərlərinin bədii linqvistik
cəhətdən araşdırılması göstərir ki, yazıçının rus dilindən və ümumiyyətlə, həcmincə
hamıdan çox çevrilmiş H.Hacıyevin tərcümələri yaxşı tərcümələr olaraq qalmaqda
davam edir. Müəyyən qüsurları eləcə də, mütərəcimin rus-dili mətndən tərcümə
etməsi ilə bağlı ortaya çıxan bəzi çatışmamazlıqları çıxsaq, H.Hacıyev keyfiyyətlə
tərcümə etmişdir. Əslində rus dilinə tərcümələrin keyfiyyəti eləcə də H.Hacıyevin rus
dilindən yaxşı tərcümə etməsi onun tərcümələrinin orijinala yaxınlığını təmin etmişdir.
“Qoca və dəniz” povestinin rus və ingilis dillərindən tərcümələrinin tutuşdurul-
ması göstərdi ki, orijinaldan tərcümə etmək nə qədər alqışa layiq olsa da, M.Süley-
manovun ingiliscədən etdiyi tərcümə C.Məmmədzadənin rus dilindən etdiyi tərcü-
mədən kefıyyətcə geridə qalır. C.Məmmədzadə rus dilindən tərcümə etsə də, o, rus
dilinə gözəl tərcümə olunmuş - povesti Azərbaycan dilinə adekvat çevirməyə cəhd
etmiş və buna xeyli dərəcədə layiq ola bilmişdir. Nəticədə onun tərcüməsinə
M.Süleymanovun tərcüməsinə nisbətən orijinala daha yaxın alınmışdır. M.Süleymanov
isə tərcümə prosesində yanlışlaqlara, mətni kobud təhriflərə yol vermişdir.
“Old Man at the Bridge” hekayəsini rus və ingilis dilindən tərcümə etmiş
İ.İbrahimov və İ.Şükürovun tərcümələrini tutuşdurulması gösdərdi ki, orijinaldan
tərcümə zamanı mütərcim kobud qüsurlara yol vermiş, qüsurlardan xali olmayan
I.İbrahimovun rus dilindən tərcüməsi isə nisbətlə götürdükdə keyfıyyətli sayıla bilər.
Heminqueyin “The Killers” novellasını orijinaldan çevirmiş R.Qurbanovun
tərcüməsi də kobud nöqsan və qüsurlarla doludur və bu baxımdan keyfiyyətli bədii
nümunəsi sayıla bilməz.
Heminqueyin iki hekayəsini dilimizə çevirmiş Z.Ağayev tərcümə etdiyi “A
Day-s wait” hekayəsinin bədii linqvistik keyfiyyətlərinin araşdırılması göstərdi ki,
bu professional tərcüməçinin tərcüməsi xırda qüsurları istisna etməklə keyfiyyətli
tərcümədir. O, əslində Heminqueyi dilimizdə səsləndirməyə nail olmuşdur.
Heminqueyin iki hekayəsini dilimizə çevirmiş H.Mehdiyevin tərcümələrinin
bədii linqvistik xüsusiyyətlərini tədqiq göstərdi ki, o keyfiyyətli bədii tərcümələr edə
bilir. Ancaq onun da tərcüməsinin bəzi prinsiplərini pozması çevirmələrinin keyfiy-
yətini aşağı salır.
Ümumiyyətlə, Heminqueyi orijinaldan çevitmiş M.Süleymanov, I.Şükürov,
R.Qurbanov, Z.Ağayev və H.Mehdiyevin tərcümələrinin bədii linqivistik araşdır-
ması göstərdi ki, onlardan Z.Ağayev və H.Mehdiyev Heminqueyi orijinaldan ən yaxşı
tərcümə etmişdilər. Ancaq H.Mehdiyevin tərcümələrində bir sıra tərcümə prinsip-
lərinin pozulması, mətnə sərbəst münasibətin normanı keçməsi, onun tərcümələrinin
keyfiyyətini bir qədər aşağı salmışdır.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
146
XX yüzillik dünya ədəbiyyatının nəhəng korifeylərindən olan E. Heminqueyin
əsərlərinin külliyyat halında yüksək səviyyəli peşəkarlıqla orijinaldan tərcümə olun-
ması və Azərbaycan oxucusuna çatdırılması olduqca zəruri və gərəklidir. Azərbaycan
tərcümə məktəbi filoloji fikrin mövcud təcrübəsinə istinad edərək belə bir irimiq-
yaslı addım atmalıdır.
ƏDƏBİYYAT:
1. Abbasov Ə.A. Tərcümə məsələsinə dair bəzi qeydlər. “Ədəbiyyat və incəsənət” qəzeti, sentyabr,
1951
2. Abbaszadə H. Insan, düşüncə, inam. “Ədəbiyyat və incəsənət” qəzeti, 26 iyul
3. Abdullazadə A. Heminqueylə görüş. “Ədəbiyyat və incəsənət” qəzeti, 11 fevral
4. Ağayev Ə. Bədii tərcümələrin keyfiyyəti uğrunda. “Ədəbiyyat və incəsənət” qəzeti, fevral, 1951
5. Ağayev Z. Okeana səpələnmiş aysberqlər. “Ədəbiyyat və incəsənət” qəzeti, 20 iyul
QASIM BƏY ZAKİRDƏ QARABAĞ MÖVZUSU
Nərmin TAHİROVA
ADPU, Filologiya fakültəsi, II kurs, 202-ci qrup
Elmi rəhbər: dos.Ramin Əhmədov
Qarabağ mövzusu həmişə diqqət mərkəzində olmuşdur. Onun taleyi haqqında
müxtəlif yazıçılar söz demişdir. Bu sənətkarların içərisində Qasım bəy Zakir seçilir.
Ədəbiyyatımızda satiranın banisi, lirik-satirik şair, mənzum hekayələr, təmsillər
müəllifi kimi tanınan Zakir Qarabağın məşhur Cavanşirlər nəslindəndir. Ona görə
də şair Qarabağın keşmişini, həm də yaşadığı dövrdəki vəziyyətini daha yaxşı
bilirdi. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları Rusiya və İranın əhatəsində idi.
Bu dövrdə baş verən hadisələrin, Behbud bəyin həbsi, Qacarın Qarabağa hücumu,
Şuşanın müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə öldürülməsi, İbrahim
xanın vəhşicəsinə güllələnməsinin şairin həyata tənqidi baxışında mühüm təsiri
vardır. O, 1813, 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etməsinə
baxmayaraq, bəylik nüfuzuna zərbəni çar üsul-idarəsi vurmuşdur.
Zakir həm lirik, həm də epik növdə, hər iki vəzndə şeirlər yazmışdır. Zakir
əsərlərinin geniş mövzu dairəsində Qarabağ mövzusu mərkəzi yer tutur. Onun bu
mövzuda yazdığı tənqidi-satirik şeirləri, mənzum məktubları bu gün də bizi düşün-
dürür.
Qarabağda nə day qaldı, nə dana,
Bu gün , sabah qaçar hərə bir yana,
Tənbih etmək ilə Xındırıstana,
Xub saldı nizamə ölkəni qoçaq
1
.
1
Q.B.Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.22. Avrasiya Press.
Materiallar
08 may 2010-cu il
147
Şeirlərin hər birində Zakir Qarabağda gördüyü “keyfiyyət”lərdən bəhs etmiş,
onlara münasibət bildirmişdir. Bu cəhətdən”Vilayətin məxşuşluğu haqqında” tənqidi-
satirik şeiri ən bariz nümunələrdən biri kimi seçilir.
Xəbər alsan bu vilanın əhvalın
Bir özgədir keyfiyyəti Qarabağ.
Həqdi, bundan əqdəm görübsən sən də,
Hanı o əqidə, o qanun səyad?
1
.
Şeir Mirzə Fətəli Axundova məktub şəklində yazılıb və Qarabağı bu vəziyyətə
salan çar məmurları, onların yerli xan, bəy əlaltıları, mülkədarların özbaşınalığı,
vilayətin tamamilə yolkəsən, oğru, quldur, qaçaqlarla dolu olması tənqid olunur.
Zərgər, drağarda aləm-aşikar,
Bir ucdan oğurlar, bir ucdan satar.
Vay odur sahibi at başı tutar,
Yüz yerdən tökülür üstünə çomaq
2
.
Zakir yaşadığı dövrdəki çar məmurlarının qanunsuzluğuna, əməkçi kəndlilərə
etdiyi zülmə, ədalətsizliyə əlbəttə ki, etirazını bildirməyə bilməzdi. Cəmiyyətdəki
hərc-mərclik, Qarabağın doğma şəhəri Şuşanın taleyi onu daim düşündürür, narahat
edirdi. Şair gerçəkləri açıb-ağardır,həm də bunu çox ehtiyatla edirdi.
Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edim əlhal.
Bir parasın yazıb elədim irsal
Bu şərt ilə nə diş bilsin, nə dodaq
3
.
Qarabağda olan bütün naqislikləri Zakir “Vilayətin məğşuşluğu haqqında”
şeirində açsa da, burada əsas tənqid hədəfi vardır ki, bu da çar məmurları və satqın
yerli məmurlardır.
Qarabağ hələ əvvəlki dövrlərdən xalqımızın ağrılı yeridir. Zakirin şeirlərində bir
daha bunun şahidi oluruq. Onun əsərlərində haqqında danışılan hadisələr bu günü-
müzlə səsləşir və hələ də aktuallığını qoruyub saxlamaqdadır.
Şair İsmayıl bəq Qutqaşınlıya yazdığı “Səni aləmdə, ey arami-can, hər kim
zəlil istər”, “Bu əhldən mehribanlıq görmədim” kimi şeirlərində də Qarabağın ha-
lından şikayətçi olduğunu görürük.
Yuxarıda adları çəkilənlərdən başqa Zakirin satqın, millətə qarşı olan mülkə-
darları tənqid etdiyi, Qarabağ mövzusunu önə çəkdiyi “Var mülki-Qarabağda çox
dun köpək oğlu”, “Nəzmin cavabın ey taci-sərim”, “Nuşirəvani Hatəmi qanuni
dəhrdə”, “Knyaz Xasay Usmiyev haqqında həcv” kimi tənqidi şeirləri də vardır.
Zakir ürək yanğısı ilə Qarabağın acınacaqlı vəziyyətdə olduğunu qələmə alır,
öldürücü satirası ilə vətənini bu hala salanları tənqid edir.
Vətənpərdər bir şəxsiyyət olan Zakir yaradıcılığının ən aktual mövzusu məhz
Qarabağdır və şairin yaradıcılığı bu cəhətdən örnəkdir.
1
Yenə orada, s.21.
2
Yenə orada.
3
Yenə orada, c.28
.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
148
ƏDƏBİ TƏRCÜMƏ VƏ ONUN PROBLEMLƏRİ
Aygül QULİYEVA
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi
Elmi rəhbər: dos. Ağakərimov İslam
Bədii tərcümə digər tərcümələrdən fərqli olaraq yaradıcı xarakter daşıyır. Tər-
cümə prossesində tərcüməçi bir növ orijinalın ikinci dildə müəllifinə çevrilir. Yüksək
səviyyəli tərcüməyə nail olmaq üçün original müəllifinin yaradıcılıq üslubuna, onun
mənsub olduğu mədəniyyət tarixinə, habelə orijinalın dilinin spesifikasına yaxından
bələd olmalıdır.
Bədii tərcümənin başlıca şərtlərindən biri də müəlliflə tərcüməçinin psixoloji
uyğunluğu məsələsidir. Buraya onların yaradıcılıq ideyallarının, üslublarının yaxın-
lığı aiddir. Belə olduqda onların original yaradıclığı da müəyyən mənada bir-birinə
yaxın olur. Məsələn Abbas Səhhətlə Lermontovun, və ya Səməd Vurğunla Puşkinin
yaradıcılıq yaxınlığı buna misal ola bilər. Bu müəlliflər müxtəlif dövrlərdə yaşa-
maqlarına baxmayaraq bir-birlərinə çox yaxındırlar. Bədii tərcümədə tərcüməçi
zahiri elementlərin dəqiq təcüməsinə uyub, bəzən müəllif ideyasını təhrif edə bilər.
Ona görə də tərcüməçi tərcümə etdiyi əsərin ruhunu duymalıdır. Məsələn, Səməd
Vurğunun “Azərbaycan” şeirinin rus tərcüməçilərindən A.Adals qədər heç kəs
müəllifin ruhunu İkinci dildə verə bilməmişdir.
Bədii tərcümənin ən məsuliyyətli və çətin növü poetik tərcümədir. Məlum olduğu
kimi tərcüməçi burada ideya, məzmun faktorları ilə yanaşı vəzn, ahəng, melodika
kimi evfonik elementlərlə üzləşir. V.A.Jukovski haqlı oaraq qeyd etmişdir: “Poetik
tərcümədə tərcüməçi orijinalın müəllifinin rəqibinə çevrilir”. Başqa sözlə desək, poetik
mətni tərcümə edənin özü əsl şair olmalıdır. Dili bilmək heç də o demək deyil ki,
poetik mətni yaxşı tərcümə etmək olar. Estetik baxımından yüksək səviyyəli şeir
tərcümə etmək üçün digər filoloji biliklərlə yanaşı həm də şair olmaq lazımdır.
Bədii mətn elə tərcümə edilməlidir ki, əcnəbi dilin oxucuları onu olduğu kimi
dərk edə bilsinlər. Hamıya məlumdur ki, bədii ədəbiyyat incəsənətin yeganə
növüdür ki, tərcüməsiz başqa dil etnik mühitdə heç bir əhəmiyyət kəsb etmir. Bu
məlum məsələni tərcüməçi heç zaman unutmamalıdır.
DİL VƏ MƏDƏNİYYƏT MÜNASİBƏTİ
Aygün MƏMMƏDOVA
Bakı Slavyan Universiteti I kurs magistrant
Elmi rəhbər: dos. Məmmədova E.
Digər canlılardan fərqli olaraq duyğu, düşüncə, ünsiyyət, inkişaf və yaradıcılıq
kimi xüsusiyyətlərə də yiyələnən insan bir tərəfdən maddi və mənəvi ehtiyaclarını
ödəmək, bir tərəfdən də təbiətlə və digər insanlarla olan münasibətlərini düzgün
Materiallar
08 may 2010-cu il
149
qurmaq üçün müxtəlif sosial təşkilatlara getməye ehtiyac duymuşlar. Birlikdə yaşa-
maq ehtiyacının ortaya qoyduğu sosial təşkilatların ən kiçik örnəyi ailə, ən böyük
və ən geniş örnəyi də millətdir.
Ailədə, maddi və mənəvi yaxınlıqlara əsaslanan bir sosial bütünləşmə vardır.
Bu bütünləşmə ailə fərdləri arasındakı “qohumluq əlaqələri” və “ailə anlayışı” ilə
gerçəkləşmişdir. Millət dediyimiz topluluqda isə, sosial bütünləşmə, o topluluğu
meydana gətirən şəxslər arasındakı birlikdə qəbul edilən qərarlardan doğan ortaq
xüsusiyyətlərlə yaranmışdır. Bu ortaq xüsusiyyətlər onların yaşayış tərzlərindən, həyat
və hadisələr qarşısında mövqeyindən qaynaqlanan oxşarlıqlar və eyniliklərdir. Belə
ki, millət, aralarında heç bir yaxınlıq olmayan gəlişigözəl fərdlərin meydana gətir-
diyi bir topluluq olmaqdan çıxaraq, bir-birinə sosial qohumluq əlaqələri ilə bağlan-
mış və şəxslərin yaratdığı sağlam və sistemli bir təşkilata çevrilmişdir.
Millət varlığında sosial qohumluqəlaqəsi quran, toplum anlayışını yaradan ortaq
dəyərlər vardır. Bunların hamısına mədəniyyət adı verilir ki, dil də mədəniyyətin
əsas göstəricisidir.
Dil və mədəniyyət münasibətini lazımınca qavraya bilmək üçün ilk növbədə
mədəniyyət anlayışını nəzərdən keçirməliyik.
Mədəniyyət hər bir xalqın duyğu, düşüncə, adət-ənənəsini əks etdirir. Dildə
yaranan bir çox əsərlər də həmin xalqın mədəniyyətinin özündə ehtiva edir.
AZƏRBAYCAN DİLİNDƏ QRAMMATİK ŞƏKİLÇİLƏRƏ
MORFOLOJİ – ÜSLUBİ YANAŞMA
Ellada MƏMMƏDZADƏ
Bakı Slavyan Universitetinin I kurs magistrant
Elmi rəhbər: dos. Əliyeva D. T
.
Türk dillərində kök morfemlərdən fərqli olaraq şəkilçi morfemlərin bütün
üslublarda eyni qrammatik məqsədlə işləkliyi nəticəsində üslubi ekspressivliyi
təcrid edildiyindən emosional – ekspressiv rəngi çox azdır. Bundan başqa şəkilçi
morfemlərdə üslubi təhkimlilik və təbəqələşmə kimi əlamətləri də müşahidə etmək
olmur. Səbəbi isə onların daha çox müxtəlif üslublarda ənənəvi şəkildə işlənməsi
ilə bağlı olan funksional əlamət və istifadə tezliyinin müxtəlifliyidir.
Buna baxmayaraq müasir dövrdə dilçilik tədqiqatlarında “insan və dil” prob-
lemi daha çox aktuallıq kəsb etdiyindən qrammatik şəkilçilərin bir konsept kimi
morfoloji – üslubi xüsusiyyətlərinin öyrənilməsinə münasibət dəyişilmişdir.
Bununla yanaşı insanla, onun təfəkkürü, düşüncəsi və mənəvi – praktik fəaliy-
yəti ilə sıx əlaqədə olmaqla dilin öyrənilməsinə istiqamətlənmiş qrammatikaya
keçidlə bəzi maraqlı məsələlər aşkarlanmışdır. Artıq bu tədqiqatlarda dil insanı for-
malaşdıran konstitutiv əlamət kimi özünü göstərir, onun təbiətini, dünyəvi baxımdan
|