Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

 
XX ƏSR DÜNYA ƏDƏBİYYATI 
Leyla NAĞIYEVA 
Elmi rəhbər: dos. Səkinəxanım Vəliyeva 
 
РЕЗЮМЕ 
Эта статья посвящена к личности и твор Э.Хемингуея, который был авто-ром многих цен-
ных  про  нии  против  войны  и  в  своих  произведениях  он  четк  психологические  отношения  к 
войне всех народов мира.  
SUMMURY 
This article is devoted to the personality and creativ – vity of world well-known American writer 
E.Hemingway which always wrote humanist stories.  
In  E.Hemingway s stories is spohen about the psy ------ troubles of the war.  
 
 
Görkəmli Amerika yazıçısı Ernest Heminquey yaradıcılıq səhnəsinə  çıxdığı 
gündən diqqət mərkəzində olmuş və tez bir zamanda məhşurlaşaraq dünyanın gör-
kəmli yazıçılarından sayılmışdır. Həyat və yaradıcılığının dünyanı titrədən II dünya 
müharibəsi (I və II dünya müharibəsi) ilə sıx bağlı olması və bu müharibələrdə şəx-

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
143 
sən iştirak etməsi müharibələrin dünya xalqlarının mənəvi psixoloji həyatında total 
psixor fikir sarsıntıları, ideya mübarizələri şəraitində onun bəşəri problemlərlə çıxış 
etməsi E. Heminqueyi zəmanəsinin  ən oxunaqlı diqqət mərkəzində olan yazıçıla-
rından birinə çevirmişdir.  İstər yaradıcilığı, islərsə  də  şəxsiyyəti baxımından ma-
raqlı orijinal adam olan yazıçı ideya fikir mövqeyi baxımından da bənzərsiz olmuşdur. 
Yaradıcılığında aydın ifadə olunan və əslində ictimai-bədii düşüncələrinin ley-
motivinə çevrilən antimüharibə ideyaları, müasir dünyanın proqmatik -maddi mənəvi 
maraqlardan üstün mövqedə götürən insan əxlaqını  tənqid etməsi xüsusilə Stalin 
repressiyalarından qabaqkı SSR-yə ragbətlə yanaşması E.Heminquey yaradıalığının 
SSRİ-nin “dəmir çərçivələrini” asanlıqla yararaq Sovet oxucusu, o cümlədən Azər-
baycan oxucusu ilə təmasını göstərmişdir. Keçmiş SSRİ məkanında uzun müddət 
və kütləvi tirajlarla çap olunan yazıçının  əsərləri Azərbaycan dilinə  də  dəfələrlə 
tərcümə olunmuş, haqqında elmi publisistık və s. xarakterli yazılar yazılmışdır. Bu 
proses konkret olaraq 1938-ci ildən “Əlvida silah” romanının müəyyən hissələrinin 
tərcüməsinin cari ilə başlanmış və bu günə kimi davam etməkdədir. Bu baxımdan 
E.Heminquey yaradıcılığının Azərbaycan ədəbi-mədəni mühitində mövcudiugunun 
az qala yarımçıq əhatə edəcək tarixi vardır. 
Ernest Heminqueyin yaradıcılığının ədəbi-mədəni mühitinə ilk təqdimatı və bu 
yaradıcılığın milli mühitdəki mövcudluğun düz yarım əsrə qədər zaman hüdudlarını 
əhatə edir. Belə ki, bu proses onun məşhur “Əlvida silah” romanında bir fəsil rus 
dilindən Azərbaycan dilinə tərcümə edərək 1938-ci ildə çap edilməsi ilə başlanmış və  
dövrdə müəyyən fasilələrlə, ancaq ardıcıl olaraq davam etmişdir. Həmin yarım əsrlik 
dövrdə E. Heminqueyin məşhur əsərləri rus və ingilis dillərindən tərcümə olunaraq 
Azərbaycan oxucusuna çatdırılmışdır. Belə ki, yazıçının “Əlvida silah”, “Əcəl zəngi” 
romanlarının eləcə də “ Qoca və dəniz” povestinin onun mühüm əsərləri olduğunu 
nəzərə alsaq onda E. Heminqueyi əslində Azərbaycan dili oxucuya əhatəli şəkildə 
təqdim olunmuş saymaq olar. Düzdür Heminquey yaradıcığı zəngindir. Ancaq bu 
əsərlərin onun  yaradıcılığında mühüm çəkisi vardır. Belə ki, “Əlvida silah” romanı 
E.Heminqueyin bir yazıçı kimi maraq və mövzu dairəsini, eləcə də humanist, tərəq-
qipərvər bir insan düşüncə, fəaliyyət sahəsini özündə parlaq şəkildə  əks etdirən 
antimüharibə ovqatı daşıyır. “Əcəl zəngi” romanının  oxucusuna təqdim olunması 
Heminqueyin müharibə aləminə daha bir baxış olmaqla, eləcə  də Azərbaycan II 
Dünya müharibəsinin başlanğıcında öz borcunu yerinə yetirən sovet zabitlərinin 
missiyalarına” sətiraltı formada olsa da nəzər salmaq imkan verir. Başqa yandan fa-
şizm əleyhinə müharibə və  bu yolda canını qurban verən baş qəhraman  Cordanın 
simasında Azərbaycan oxucusu əslində  vətənpərvərliyin “sovet modelinə” girmə-
yən başqa sözlə utlii qəhrəman tipi ilə tanış olurdu. 
E. Heminquey “Qoca və dəniz” povesti ilə tanışlıq yazçının mürəkkəb aləminin 
ən yaxşı bədii örnəyi ilə tanış olmaq deməkdir, başqa tərəfdən milli oxucu dünya və 
insan posn şablom bicmlərdən, modelləşdirilmiş situasiyalarla təqdim etməyən, insanı 
oxucunun özünə onun ən sə obrazından  təqdim edən “çılpaq” ideoloji obrazla tanış 
olurdu. 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
144 
Yarım  əsr  ərzində Azərbaycan tərcüməçiləri öz fəaliyyətlərini təkcə Hemin-
queyin iri əsərlərinin tərcümə edilməsi məhdudlaşdırılmamış və yazıçının onun bədii 
maraq dairəsinin  ən müxtəlif qatlarından təqdim  edən  kiçik əsərləri- hekayələr, 
novellalar, bədii reportaj və məqalələr ilə Azərbaycan ədəbi-mədəni mühitinə gətir-
mişlər. Azərbaycan ədəbi-mədəni fikri  Heminquey yaradıcılığına biganə qalmamış 
vaxtaşırı yazıçının yaradıcılığına öz tənqidi münasibətini bildirmişdir. Bu iki baxım-
dan olmuşdur. Birincisi, Azərbaycan ədəbi- tənqidi Heminquey yaradıcılığuna heç 
vaxt geniş şəkildə, baş  monoqrafık şəkildə müraciət etməmişdir. Yazılanlar əsasan 
qəzet-jurnal məqalələri olmuşdur. Bunların başlıca əlaməti onların əsasən yubiley 
səciyyəli təqdimat-olmasıdır. Heminquey yaradılığına yubiley münasibəti həmin 
məqalələrin əksər hallarda məzmunca xarakterli olmasına gətirmişdir. Başqa sözlə 
bu yazıçı əvvəlcə ənənəvi olaraq Heminqueyin həyat və yaradıcılığına ümumi nəzər 
salınır, daha sonra məşhur əsərləri, xronoloji prinsiplə sadalanır. Heminquey yara-
dıcılığına qeyri-yubiley yanaşmanın məhsulu olan yazılar isə qəzet-jurnal səhifələ-
rində çap edilmiş tərcümələrinə böyük, yaxud kiçik təqdimatlardan, eləcə də kitabda 
yazılmış müqəddimələrdən  ibarətdir. Bir cəhət də qeyd olunmalıdır ki, Azərbaycan 
ədəbi-mədəni mühiti yazıçının yaradıcılığına səfər təəssüratlarını əks etdirən yazılar, 
Heminqueylə bağlı müxtəlif məzmunlu ədəbi materialın (səfər təəssüratı, xatirə) rus 
dilindən tərcümə edilərək çap edilməsi ilə də öz maraq və münasibətini ifadə edir.  
Heminquey yaradıcılığı ilə bağlı çap olunmuş yazıların səciyyəvi cəhəti Azar-
baycan  ədəbi-tənqidi fıkrinin  ədəbi yaradıcılığını  dəyərləndirərək mərkəzi  ədəbi 
tənqidin verdiyi hazır reseptlərdən istifadə etməsidir. Sovet hakimiyyəti illərində 
Azərbaycan ədəbiyyatının fikri bu sahədə sərbəst olmamış Heminqueyə rəsmi mü-
nasibət normalarından qırağa çıxmamışdır. Ancaq proses daimi olmamış, 70-ci il-
lərdən başlayaraq yazının sərbəst təhlilin ilkin və  sətiraltı  əlamətləri görünməyə 
başladı.  Əslində, bu keçmiş SSRİ-dəki  ədəbi-mədəni mühitin Azarbaycan ədəbi-
mədəni mühitində bütün mərhənin inikas olunması demək idi.  
Beləliklə, Azərbaycan ədəbi-mədəni mühiti kiçik həcmli, formalı, ədəbi-puplisist 
cəmiyyətli yazılarla olsa E.Heminqueyin yaradıcılığına vaxtaşırı münasibət fəallığı 
nümayiş etdirmişdir. Bu yazıların sayəsində Azərbaycan oxucusu E.Heminqueyin 
bioqrafik obrazı ümumi yaradıalığı haqqında müəyyən məlumatlar almışdır. Ancaq 
E.Heminquey yaradıcılığına monoqrafık münasibətin olmamasını Azərbaycan ədəbi 
elmi mühitinin öz passivliyinin göstəricisi saymaq lazımdır. Çünki Heminquey 
haqqında sərbəst söz demək imkanı mümkün deyıldisə, ancaq Heminquey yaradıcı-
lığını müxtəlif ədəbi - nəzəri aspektlərdən geniş tutumda öyrənmək əslində  yasaq 
olmamışdır. 
E.Heminquey yaradıcığının Azərbaycan oxucusuna təqdimi əsasən rus dilindən 
tərcümələrlə  həyata keçirilmişdir. Ancaq sonralar Azərbaycan tərcümə  məktəbi 
ingilis dili mütəxəssislər sahəsində orijinala müraciət etmək imkanları əldə etmişdir. 
Maraqlı haldır ki, tərcüməçilər yazıçının əsərlərini dilimizə orijinaldan çevirərkən 
onun dilimizə tərcümə olunmamış əsərləri ilə yanaşı rus dilindən tərcümə olunmuş 
bəzi əsərlərinə də yenidən müraciət etmişlər. Beləliklə, Heminqueyinin Azərbaycan 
dilinə tərcümə olunmuş əsərləri üç qrupa bölünür:  

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
145 
1. rus dilindən tərcümə olunmuş əsərlər;  
2. ingilis dilindən tərcümə olunmuş əsərlər;  
3. rus və ingilis dilindən tərcümə olunmuş eyni əsərlər. 
E.Heminqueyin dilindən çevrilmiş iri həcmli əsərləri iri və xırdalığından asılı 
olmayaraq həm rus, həm də ingilis dilindən tərcümə edilmiş eyni əsərlərinin eləcə 
də ingiliscədən tərcümə olunmuş, demək olar ki, bütün əsərlərinin bədii linqvistik 
cəhətdən araşdırılması göstərir ki, yazıçının rus dilindən və ümumiyyətlə, həcmincə 
hamıdan çox çevrilmiş H.Hacıyevin tərcümələri yaxşı tərcümələr olaraq qalmaqda 
davam edir. Müəyyən qüsurları eləcə  də, mütərəcimin rus-dili mətndən tərcümə 
etməsi ilə bağlı ortaya çıxan bəzi çatışmamazlıqları çıxsaq, H.Hacıyev keyfiyyətlə 
tərcümə etmişdir. Əslində rus dilinə tərcümələrin keyfiyyəti eləcə də H.Hacıyevin rus 
dilindən yaxşı tərcümə etməsi onun tərcümələrinin orijinala yaxınlığını təmin etmişdir. 
“Qoca və dəniz” povestinin rus və ingilis dillərindən tərcümələrinin tutuşdurul-
ması göstərdi ki, orijinaldan tərcümə etmək nə qədər alqışa layiq olsa da, M.Süley-
manovun ingiliscədən etdiyi tərcümə C.Məmmədzadənin rus dilindən etdiyi tərcü-
mədən kefıyyətcə geridə qalır. C.Məmmədzadə rus dilindən tərcümə etsə də, o, rus 
dilinə gözəl tərcümə olunmuş - povesti Azərbaycan dilinə adekvat çevirməyə cəhd 
etmiş  və buna xeyli dərəcədə layiq ola bilmişdir. Nəticədə onun tərcüməsinə 
M.Süleymanovun tərcüməsinə nisbətən orijinala daha yaxın alınmışdır. M.Süleymanov 
isə tərcümə prosesində yanlışlaqlara, mətni kobud təhriflərə yol vermişdir. 
“Old Man at the Bridge” hekayəsini rus və ingilis dilindən tərcümə etmiş 
İ.İbrahimov və  İ.Şükürovun tərcümələrini tutuşdurulması gösdərdi ki, orijinaldan 
tərcümə zamanı mütərcim kobud qüsurlara yol vermiş, qüsurlardan xali olmayan 
I.İbrahimovun rus dilindən tərcüməsi isə nisbətlə götürdükdə keyfıyyətli sayıla bilər. 
Heminqueyin “The Killers” novellasını orijinaldan çevirmiş R.Qurbanovun 
tərcüməsi də kobud nöqsan və qüsurlarla doludur və bu baxımdan keyfiyyətli bədii 
nümunəsi sayıla bilməz. 
Heminqueyin iki hekayəsini dilimizə çevirmiş Z.Ağayev tərcümə etdiyi “A 
Day-s wait” hekayəsinin bədii linqvistik keyfiyyətlərinin araşdırılması göstərdi ki, 
bu professional tərcüməçinin tərcüməsi xırda qüsurları istisna etməklə keyfiyyətli 
tərcümədir. O, əslində Heminqueyi dilimizdə səsləndirməyə nail olmuşdur. 
Heminqueyin iki hekayəsini dilimizə çevirmiş H.Mehdiyevin tərcümələrinin 
bədii linqvistik xüsusiyyətlərini tədqiq göstərdi ki, o keyfiyyətli bədii tərcümələr edə 
bilir. Ancaq onun da tərcüməsinin bəzi prinsiplərini pozması çevirmələrinin keyfiy-
yətini aşağı salır.  
Ümumiyyətlə, Heminqueyi orijinaldan çevitmiş M.Süleymanov, I.Şükürov, 
R.Qurbanov, Z.Ağayev və H.Mehdiyevin tərcümələrinin bədii linqivistik araşdır-
ması göstərdi ki, onlardan Z.Ağayev və H.Mehdiyev Heminqueyi orijinaldan ən yaxşı 
tərcümə etmişdilər. Ancaq H.Mehdiyevin tərcümələrində bir sıra tərcümə prinsip-
lərinin pozulması, mətnə sərbəst münasibətin normanı keçməsi, onun tərcümələrinin 
keyfiyyətini bir qədər aşağı salmışdır.  

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
146 
XX yüzillik dünya ədəbiyyatının nəhəng korifeylərindən olan E. Heminqueyin 
əsərlərinin külliyyat halında yüksək səviyyəli peşəkarlıqla orijinaldan tərcümə olun-
ması və Azərbaycan oxucusuna çatdırılması olduqca zəruri və gərəklidir. Azərbaycan 
tərcümə məktəbi filoloji fikrin mövcud təcrübəsinə istinad edərək belə bir irimiq-
yaslı addım atmalıdır.  
 
ƏDƏBİYYAT: 
1.  Abbasov Ə.A. Tərcümə məsələsinə dair bəzi qeydlər. “Ədəbiyyat və incəsənət” qəzeti, sentyabr, 
1951 
2.  Abbaszadə H. Insan, düşüncə, inam.  “Ədəbiyyat və incəsənət” qəzeti, 26 iyul 
3.  Abdullazadə A. Heminqueylə görüş. “Ədəbiyyat və incəsənət” qəzeti, 11 fevral 
4.  Ağayev Ə. Bədii tərcümələrin keyfiyyəti uğrunda. “Ədəbiyyat və incəsənət” qəzeti, fevral, 1951 
5.  Ağayev Z. Okeana səpələnmiş aysberqlər. “Ədəbiyyat və incəsənət” qəzeti, 20 iyul   
 
                                                                                                              
QASIM BƏY ZAKİRDƏ QARABAĞ MÖVZUSU 
Nərmin TAHİROVA 
ADPU, Filologiya fakültəsi, II kurs, 202-ci qrup 
Elmi rəhbər: dos.Ramin Əhmədov 
 
Qarabağ mövzusu həmişə diqqət mərkəzində olmuşdur. Onun taleyi haqqında 
müxtəlif yazıçılar söz demişdir. Bu sənətkarların içərisində Qasım bəy Zakir seçilir. 
Ədəbiyyatımızda satiranın banisi, lirik-satirik şair, mənzum hekayələr, təmsillər 
müəllifi kimi tanınan Zakir Qarabağın  məşhur Cavanşirlər nəslindəndir. Ona görə 
də  şair Qarabağın keşmişini, həm də yaşadığı dövrdəki vəziyyətini daha yaxşı 
bilirdi. XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları Rusiya və İranın əhatəsində idi. 
Bu dövrdə baş verən hadisələrin, Behbud bəyin həbsi, Qacarın Qarabağa hücumu, 
Şuşanın müdafiəsi, Qacarın qətli, Vaqifin oğlu ilə birlikdə öldürülməsi,  İbrahim 
xanın vəhşicəsinə güllələnməsinin  şairin həyata tənqidi baxışında mühüm təsiri 
vardır. O, 1813, 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində  iştirak etməsinə 
baxmayaraq, bəylik nüfuzuna zərbəni çar üsul-idarəsi vurmuşdur. 
Zakir həm lirik, həm də epik növdə, hər iki vəzndə  şeirlər yazmışdır. Zakir 
əsərlərinin geniş mövzu dairəsində Qarabağ mövzusu mərkəzi yer tutur. Onun bu 
mövzuda yazdığı tənqidi-satirik şeirləri, mənzum məktubları bu gün də bizi düşün-
dürür. 
Qarabağda nə day qaldı, nə dana, 
Bu gün , sabah qaçar hərə bir yana, 
Tənbih etmək ilə Xındırıstana, 
Xub saldı nizamə ölkəni qoçaq
1
 . 
                                                 
1
    Q.B.Zakir. Seçilmiş əsərləri. Bakı, 2005, s.22. Avrasiya Press. 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
147 
Şeirlərin hər birində Zakir Qarabağda gördüyü “keyfiyyət”lərdən bəhs etmiş
onlara münasibət bildirmişdir. Bu cəhətdən”Vilayətin məxşuşluğu haqqında” tənqidi-
satirik şeiri ən bariz nümunələrdən biri kimi seçilir. 
Xəbər alsan bu vilanın əhvalın 
Bir özgədir keyfiyyəti Qarabağ. 
Həqdi, bundan əqdəm görübsən sən də, 
Hanı o əqidə, o qanun səyad?
1

Şeir Mirzə Fətəli Axundova məktub şəklində yazılıb və Qarabağı bu vəziyyətə 
salan çar məmurları, onların yerli xan, bəy  əlaltıları, mülkədarların özbaşınalığı, 
vilayətin tamamilə yolkəsən, oğru, quldur, qaçaqlarla dolu olması  tənqid olunur. 
Zərgər, drağarda aləm-aşikar, 
Bir ucdan oğurlar, bir ucdan satar. 
Vay odur sahibi at başı tutar, 
Yüz yerdən tökülür üstünə çomaq
2

Zakir yaşadığı dövrdəki çar məmurlarının qanunsuzluğuna, əməkçi kəndlilərə 
etdiyi zülmə, ədalətsizliyə əlbəttə ki, etirazını bildirməyə bilməzdi. Cəmiyyətdəki 
hərc-mərclik, Qarabağın doğma şəhəri Şuşanın taleyi onu daim düşündürür, narahat 
edirdi. Şair gerçəkləri açıb-ağardır,həm də bunu çox ehtiyatla edirdi. 
Gərçi vilayətdə çox idi əhval, 
Müyəssər olmadı şərh edim əlhal. 
Bir parasın yazıb elədim irsal 
Bu şərt ilə nə diş bilsin, nə dodaq
3

Qarabağda olan bütün naqislikləri Zakir “Vilayətin məğşuşluğu haqqında” 
şeirində açsa da, burada əsas  tənqid hədəfi vardır ki, bu da çar məmurları və satqın 
yerli məmurlardır.  
Qarabağ hələ əvvəlki  dövrlərdən xalqımızın ağrılı yeridir. Zakirin şeirlərində bir 
daha bunun şahidi oluruq. Onun əsərlərində haqqında danışılan hadisələr bu günü-
müzlə səsləşir və hələ də aktuallığını qoruyub saxlamaqdadır. 
Şair  İsmayıl bəq Qutqaşınlıya yazdığı “Səni aləmdə, ey arami-can, hər kim 
zəlil  istər”, “Bu əhldən mehribanlıq görmədim” kimi şeirlərində də Qarabağın ha-
lından  şikayətçi olduğunu görürük. 
Yuxarıda adları  çəkilənlərdən başqa Zakirin satqın, millətə qarşı olan mülkə-
darları tənqid etdiyi, Qarabağ mövzusunu önə çəkdiyi “Var mülki-Qarabağda çox 
dun köpək oğlu”, “Nəzmin cavabın ey taci-sərim”, “Nuşirəvani Hatəmi qanuni 
dəhrdə”, “Knyaz Xasay Usmiyev haqqında həcv” kimi tənqidi şeirləri də vardır. 
Zakir ürək yanğısı ilə Qarabağın acınacaqlı vəziyyətdə olduğunu qələmə alır, 
öldürücü satirası ilə vətənini bu hala salanları tənqid edir. 
Vətənpərdər bir şəxsiyyət olan Zakir yaradıcılığının ən aktual mövzusu məhz 
Qarabağdır və şairin yaradıcılığı bu cəhətdən örnəkdir. 
                                                 
1
   Yenə  orada,  s.21. 
2
   Yenə orada. 
3
   Yenə orada, c.28


«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
148 
ƏDƏBİ TƏRCÜMƏ VƏ ONUN PROBLEMLƏRİ 
Aygül QULİYEVA 
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi 
Elmi rəhbər: dos. Ağakərimov İslam 
 
Bədii tərcümə digər tərcümələrdən fərqli olaraq yaradıcı xarakter daşıyır. Tər-
cümə prossesində tərcüməçi bir növ orijinalın ikinci dildə müəllifinə çevrilir. Yüksək 
səviyyəli tərcüməyə nail olmaq üçün original müəllifinin yaradıcılıq üslubuna, onun 
mənsub olduğu mədəniyyət tarixinə, habelə orijinalın dilinin spesifikasına yaxından 
bələd olmalıdır.  
Bədii tərcümənin başlıca  şərtlərindən biri də müəlliflə  tərcüməçinin psixoloji 
uyğunluğu məsələsidir. Buraya onların yaradıcılıq ideyallarının, üslublarının yaxın-
lığı aiddir. Belə olduqda onların original yaradıclığı da müəyyən mənada bir-birinə 
yaxın olur. Məsələn Abbas Səhhətlə Lermontovun, və ya Səməd Vurğunla Puşkinin 
yaradıcılıq yaxınlığı buna misal ola bilər. Bu müəlliflər müxtəlif dövrlərdə yaşa-
maqlarına baxmayaraq bir-birlərinə çox yaxındırlar. Bədii tərcümədə  tərcüməçi 
zahiri elementlərin dəqiq təcüməsinə uyub, bəzən müəllif ideyasını təhrif edə bilər. 
Ona görə də tərcüməçi tərcümə etdiyi əsərin ruhunu duymalıdır. Məsələn, Səməd 
Vurğunun “Azərbaycan”  şeirinin rus tərcüməçilərindən A.Adals qədər heç kəs 
müəllifin ruhunu İkinci dildə verə bilməmişdir.  
Bədii tərcümənin ən məsuliyyətli və çətin növü poetik tərcümədir. Məlum olduğu 
kimi tərcüməçi burada ideya, məzmun faktorları ilə yanaşı vəzn, ahəng, melodika 
kimi evfonik elementlərlə üzləşir. V.A.Jukovski haqlı oaraq qeyd etmişdir: “Poetik 
tərcümədə tərcüməçi orijinalın müəllifinin rəqibinə çevrilir”. Başqa sözlə desək, poetik 
mətni tərcümə edənin özü əsl şair olmalıdır. Dili bilmək heç də o demək deyil ki, 
poetik mətni yaxşı  tərcümə etmək olar. Estetik baxımından yüksək səviyyəli  şeir 
tərcümə etmək üçün digər filoloji biliklərlə yanaşı həm də şair olmaq lazımdır.   
Bədii mətn elə tərcümə edilməlidir ki, əcnəbi dilin oxucuları onu olduğu kimi 
dərk edə bilsinlər. Hamıya məlumdur ki, bədii  ədəbiyyat incəsənətin yeganə 
növüdür ki, tərcüməsiz başqa dil etnik mühitdə heç bir əhəmiyyət kəsb etmir. Bu 
məlum məsələni tərcüməçi heç zaman unutmamalıdır.  
 
 
DİL VƏ MƏDƏNİYYƏT MÜNASİBƏTİ 
Aygün MƏMMƏDOVA 
Bakı  Slavyan Universiteti I kurs  magistrant 
Elmi rəhbər: dos. Məmmədova E. 
 
Digər canlılardan fərqli olaraq duyğu, düşüncə, ünsiyyət, inkişaf və yaradıcılıq 
kimi xüsusiyyətlərə də yiyələnən insan bir tərəfdən maddi və mənəvi ehtiyaclarını 
ödəmək, bir tərəfdən də  təbiətlə  və digər insanlarla olan münasibətlərini düzgün 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
149 
qurmaq üçün müxtəlif sosial təşkilatlara getməye ehtiyac duymuşlar. Birlikdə yaşa-
maq ehtiyacının ortaya qoyduğu sosial təşkilatların ən kiçik örnəyi ailə, ən böyük 
və ən geniş örnəyi də millətdir. 
Ailədə, maddi və  mənəvi yaxınlıqlara  əsaslanan bir sosial bütünləşmə vardır. 
Bu bütünləşmə ailə fərdləri arasındakı “qohumluq əlaqələri” və “ailə anlayışı” ilə 
gerçəkləşmişdir. Millət dediyimiz topluluqda isə, sosial bütünləşmə, o topluluğu 
meydana gətirən  şəxslər arasındakı birlikdə  qəbul edilən qərarlardan doğan ortaq 
xüsusiyyətlərlə yaranmışdır. Bu ortaq xüsusiyyətlər onların yaşayış tərzlərindən, həyat 
və hadisələr qarşısında  mövqeyindən qaynaqlanan oxşarlıqlar və eyniliklərdir. Belə 
ki, millət, aralarında heç bir yaxınlıq olmayan gəlişigözəl fərdlərin meydana gətir-
diyi bir topluluq olmaqdan çıxaraq, bir-birinə sosial qohumluq əlaqələri ilə bağlan-
mış və şəxslərin  yaratdığı sağlam və sistemli bir təşkilata çevrilmişdir. 
Millət varlığında sosial qohumluqəlaqəsi quran, toplum anlayışını  yaradan ortaq 
dəyərlər vardır. Bunların hamısına mədəniyyət adı verilir ki, dil də  mədəniyyətin 
əsas göstəricisidir. 
Dil və  mədəniyyət münasibətini lazımınca qavraya bilmək üçün ilk növbədə 
mədəniyyət anlayışını nəzərdən keçirməliyik. 
Mədəniyyət hər bir xalqın duyğu, düşüncə, adət-ənənəsini  əks etdirir. Dildə 
yaranan bir çox əsərlər də həmin xalqın mədəniyyətinin özündə ehtiva edir. 
 
 
AZƏRBAYCAN DİLİNDƏ QRAMMATİK ŞƏKİLÇİLƏRƏ 
MORFOLOJİ – ÜSLUBİ YANAŞMA 
Ellada MƏMMƏDZADƏ 
Bakı Slavyan Universitetinin I kurs  magistrant 
Elmi rəhbər: dos. Əliyeva D. T

 
Türk dillərində kök morfemlərdən fərqli olaraq şəkilçi morfemlərin bütün 
üslublarda eyni qrammatik  məqsədlə  işləkliyi nəticəsində üslubi ekspressivliyi 
təcrid edildiyindən emosional – ekspressiv rəngi çox azdır. Bundan başqa  şəkilçi 
morfemlərdə üslubi təhkimlilik və təbəqələşmə kimi əlamətləri də müşahidə etmək 
olmur. Səbəbi isə onların daha çox müxtəlif üslublarda ənənəvi şəkildə işlənməsi 
ilə bağlı olan funksional əlamət və istifadə tezliyinin müxtəlifliyidir. 
Buna baxmayaraq müasir dövrdə dilçilik tədqiqatlarında “insan və dil” prob-
lemi daha çox aktuallıq kəsb etdiyindən qrammatik şəkilçilərin bir konsept kimi 
morfoloji – üslubi xüsusiyyətlərinin öyrənilməsinə münasibət dəyişilmişdir. 
Bununla yanaşı insanla, onun təfəkkürü, düşüncəsi və mənəvi – praktik fəaliy-
yəti ilə  sıx  əlaqədə olmaqla dilin öyrənilməsinə istiqamətlənmiş qrammatikaya 
keçidlə bəzi maraqlı məsələlər aşkarlanmışdır. Artıq bu tədqiqatlarda dil insanı for-
malaşdıran konstitutiv əlamət kimi özünü göstərir, onun təbiətini, dünyəvi baxımdan 

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin