Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri



Yüklə 3,6 Kb.
Pdf görüntüsü
səhifə17/45
tarix26.02.2017
ölçüsü3,6 Kb.
#9778
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
127 
6) Dilimizdə müxtəsəri, yaxşısı, qisası, ardı, sonrası, düzü kimi təktərkibli bir-
ləşmələr mənsubiyyət şəkilçiləri ilə işlənsələr də, modal sözlərə keçmişdir. Bu cür 
təktərkibli  birləşmələrin birinci tərəfindəki yiyəlik hal şəkilçili söz ixtisar olunmuşdur: 
(sözün)  doğrusu, (sözün) düzü. 
Mənsubiyyət kateqoriyası 2 söz arasındakı münasibəti bildirir. Müasir Azər-
baycan dilində mənsubiyyət kateqoriyası 2 üsulla ifadə edilir: 
Morfoloji üsul- Qeyd etdiyimiz kimi mənsubiyyət məfhumunun yaranması 
üçün həmişə iki sözün bir tərkib şəkildə işlənməsi şərt deyildir; sahib anlayışı verən 
subyekt (mənsub əşya ilə) həmin məzmunu yaratmaq mümkündür.Məs: 
Yerli qara dağların yıqılmasın! 
Kölgəlicə qaba ağacın kəsilməsin! 
Ağ saqqallı baban yeri ucmaq olsun! 
Ağ birçəkli anan yeri behişt olsun! 
Bu şeirdə dağların, ağacın, baban, anan sözləri morfoloji üsula nümunədir. 
Sintaktik üsul – Bu üsulla ifadə olunan mənsubiyyət kateqoriyasının iki tərəfi 
var. Birinci tərəf sahib şəxs, ikinci tərəf mənsub və ya əşyadan ibarət olur. 
Məs: 
Başımın baxtı, evimin taxtı, bəri gəl! 
Xan atamın kürəkəni 
Xanım anamın seviləni. 
Şeirində başımın baxtı, evimin taxtı, atamın kürəkəni, anamın seviləni birləş-
məsi sintaktik üsula nümunədir. 
“Kitabi- Dədə Qorqud” dastanında olan bu nümunələr onu göstərir ki, mənsu-
biyyət kateqoriyası olduqca qədimlərə gedib çıxan tarixə malikdir. 
 
 
M.F.AXUNDOVUN ƏDƏBİ-TƏNQİDİ             
GÖRÜŞLƏRİNDƏ NƏZM VƏ NƏSR 
Pakizə ƏMƏDOVA 
ADPU-nun filologiya fakültəsinin 2-ci kurs 202-ci qrup tələbəsi. 
Elmi rəhbər.dos.Ramin Əhmədov

   
Qarşısına qoyduğu  əsas məqsəd insanı  mənəvi cəhətdən tərbiyələndirilməsi 
olan söz sənətinin üç ifadə üsulu vardır ki,bunlar epik növ,lirik növ və dramatik 
növdür.Əgər epik növ epos təfəkküründən,nəql etmək bacarığından,dramatik növ 
göstərmək,nümayiş etdirmək  şərtindən doğursa lirik növdə insanın daxili duyğu-
ları, ülvi hissləri müəyyən emosiyalarla oxuculara,insanlara,xalqa çatdırılır.Bu 
baxımdan da lirik növün bir çox özünəməxsus xüsusiyyətləri vardır.Bədii yaradı-

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
128 
cılıq öz tarixi boyu keçdiyi bütün mərhələlərdə iki formada yaranmış  və inkişaf 
etmişdir ki,bunlardan biri olan nəzm lirik növün əsas prinsipidir. Söz sənətində 
nəzmin bir sıra fərqləndirici xüsusi şərtləri vardır. Bunlara eyni ölçülü səslərin bir-
birini izləməsi, növbələşməsi, təkrarlanması, yaxud ritmi olan ahəngdarlıq, səs tər-
kibi etibarı ilə bir-birinə yaxin sözlər olan qafiyə,misraların sonunda təkrarlanan söz 
və ifadələr olan rədif və s. daxildir. 
Nizama düzmək mənasını ifadə edən nəzm bu və ya digər xüsusiyyətlərinə görə 
nəsrdən fərqlənir ki,bunu da ədəbiyyatşünanslarımız ayrı-ayrı dövürlərdə  tədqiq 
etmiş,elm aləminə  çıxarmışlar.Bunların sırasında  ən öndə  gələni,hətta birincisi 
M.F.Axundovdur.XIX əsrin görkəmli dramaturqu Yaxın Şərq ölkələrində estetika 
və ədəbi-tənqid məsələlərini bir elm kimi işləyən ilk ədib olmuşdu.M.F.Axundovun 
ədəbi  görüşlərindən danışarkən, adətən onun məşhur  ədəbi-tənqidi  əsərləri, bəzi 
məktubları  və  fəlsəfi traktatı  nəzərdə tutulmuş,buna görə  də böyük mütəfəkirin 
sənətə baxışının öyrənilməsində ziddiyətli fikirlər meydana çıxmışdı. Düzgün isti-
qamət əldə etmək üçün Axundovun müasirlərinə yazdığı və ona yazılmış məktubları, 
tarixi,fəlsəfi məqalələri,kitabxanasındakı bədii,elmi-nəzəri və s.diqqətlə öyrənilməlidir.  
M.F.Axundovun realizm nəzəryyəsində sənətin həyata,varlığıa münasibəti mə-
sələsi əsas yerlərdən birini tutur. Materialist filosof göstərir ki, ədəbiyyatın vəzifəsi  
varlığı, ictimai həyatın, insanı əks etdirməkdən ibarətdir. Həyat və insan onun əsas 
təsvir obyektidir. Ancaq bütün bunlar əsil sənət əsərində doğru, dürüst göstərilmə-
lidir. Həyatı, varlığı təhrif edən əbədiyyat sənət nümunəsi ola bilməz. Həqiqi poe-
ziya xalq həyatını, insanı, onun əxlaq və  təbiətini-kəma hüvə  həqqəhu-əslində 
əlduğu kimi təsvir etməlidir.                                                             
Ədib realizmin imkanlarını geniş təsəvvür edərək müxtəlif şərti qanunlarla bu 
imkanlarin məhdudlaşdırılmasına qarşı çıxırdı. O, göstərirdi ki, əsil poeziyada məz-
mun da, forma da gözəl olmalıdır. Mirzə Fətəli nəzmi forma və məna xüsusiyyəti 
baxımından dörd yerə ayirmışdir ki, bunlardan biri həm məzmunu, həm də forması 
gözəl olan əsərlərdir.  İkinci bir qisim poeziya nümunələri vardır ki, burada məz-
mun nə  qədər yaxşı olsa da  formadan əsər  əlamət yoxdur. O birində isə forma 
xüsusiyyəti nə qədər cəlbedicidirsə məzmundan danışmağın yeri yoxdu. Bir qisim 
şeirlər də vardır ki, nə məzmunu, nə də forması yoxdur.  
Bu baxımdan onun “Nəzm və nəsr haqqında” məqaləsi xüsusi əhəmiyyətlidir. 
Axudov burada nəzmi nəsrdən fərqləndirən  əsas məsələlərdən danışır. Qeyd edir 
ki, bir para mətləblərin dərkindən daha çox mənəvi ləzzət almaq və  təsirlənmək 
üçün danışıq və yazı şeir ilə olur ki, bu zaman şeirdə müxtəlif tələblər meydana çıxır. 
Məsələn:şeir kədər və sevincdə daha çox emossionallığa malik olsun, təsbihlər, 
təmsillər və  s.  kimi  ifadələrlə  zəngin olmalıdır.  Əks təqdirdə  hər nəzm  şeir deyil 
mənasız sözlər cəmidir ki,ortaya çıxarılması heç düzgün deyil. 
Məqalədə dramaturq bildirir ki,tarixi hicirdən bu zamana qədər heç kim şeir və 
nəzm arasındakı  fərqi görməyib,hər nəzmə  çəkənə  şair deyiblər.  Şeir yazmaq 
əslində isə  İlahi bəxşiş,Tanrı vergisidir və  təhsillə onu daha da inkişaf etdirmək 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
129 
lazımdır. Bu baxımdan Nizami, Cami, Sədi, Mollayi-Rumi və Hafizin adını çəkdikdən 
və onları “çox nadir vücuda gələn”  şairlər kimi qiymətləndirdikdən sonra onların 
haqqında bu sətirləri yazır: “unların da qüsuru budur ki, bir para məqamda izhari 
fəzl üçün xilafi-təbiətü adət göftü ediblər. Bu məqamlarda onların xəyalatına şeir 
demək caiz deyil ancaq mənzubəti-məqbulə nə pəsəndidə demək olur”(1) 
M.F.Axundov bu məqalədə Füzuli kimi dahi bir sənətkarı “şair deyil və xəya-
latında  əsla təsir yoxdur” deyə onu həqiqi  şairlər sırasından çıxarır; ona ancaq 
“nəzmi ustad”adını verirdi. Çox qəribədir ki,həqiqi şeirdə təsir məsələsini əsas şərt-
lərdən biri kimi irəli sürən tənqidçi özü-özünə zidd gedir. 
Lirik  şeirimizin misilsiz yaradıcısı, “qəlb  şairi” kimi qiymətləndirilən Füzuli 
şeirinin təsiri səviyyəsinə çatan ikinci bir şair dünya ədəbiyyatında yoxdur. Mirzə 
Fətəli Füzulinin şeirlərini öz dövründə saysız-hesabsız yazılan “əlfazçılıq” və 
“qeyri-təbii təşbihat” ilə dolu olan təqlidi qəzəllər ilə qarşılaşdırır və böyük şairə 
ancaq bir qəzəl şairi kimi baxırdı. Əgər M.F.Axundov bu aspektdə klassik poezi-
yaya da mənfi münasibət bəsləyirdisə nə üçün Nizami,Sədi,Hafiz kimi  
Böyük klassiklərə yüksək qiymət verirdi.                                                       
 “Nəzm və nəsr haqqında”məqaləsində diqqəti cəlb edən digər xüsusiyyət xalq 
şeiri,realizim üslubunda yazan Molla Pənah Vaqif və Qasım bəy Zakir yaradıcı-
lığını  təqdirə layiq olmasını diqqət mərkəzinə  çəkilərək yüksək qiymət verilmə-
sidir. “Qasım bəy qafiyatında öz məhbubəsi ilə bir növ müxatibə və mükalimə edir 
ki, adam valeh olur və vəqaye və güzarişatı və əhvali-müasirini və ətvari pirü cavanı 
bir növ ilə bəyan edir ki, insan vəcdə və zövqə gəlir.Bunun xəyalatı binəzirdir.”(2) 
Aydın olur ki,M.F.Axundovun Füzulini tənqid,Vaqif və Zakiri təqdir etməsi 
gələcəkdə ərsəyə gələsi əsərlərin xalq şeiri, realizim üslubunda olması, qəliz ərəb-
fars tərkiblərindən uzaq olmasına çalışmaqdır.Dramaturqu narahat edən  əsas 
məsələ isə forma və  məzmun vəhdəti idi.Görəsən,Axundov düşüncəsi nəzərindən 
bugün meydana gələn nəzm nümunələrnə əsil şeir demək olarmı? 
   
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI: 
1. Mirzə Fətəli Axunzadə “Əsərləri”3 cilddə,2-ci cild. “Şərq-Qərb”.Bakı-2005. 
2. F.Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”, “Maarif” nəşriyyatı.Bakı-1974. 
3. K.Talıbzadə “XX əsr Azərbaycan tənqidi”.Elmlər Akademiyası nəşriyyatı.Bakı -1966 
 
 
 
 
 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
130 
FRANSIZ MİLLƏTİNİN VƏ FRANSIZ DİLİNİN 
FORMALASMASI 
Aysel ƏHMƏDOVA 
ADPU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi 
Elmi rəhbər : b/m. S. Dadaşova 
 
Fransa Avropanın cənub qərbində yerləşən və dünyada özünəməxsus yer tutan 
bir ölkədir. Fransanın 550 kvadrat kilometrdən çox ərazisi və 58 milyondan çox 
əhalisi var. Ölkədə rəsmi dil fransız dilidir. 
Milli statistika İnsititunun 1975-ci il hesablamalarına görə Fransanın əhalisi 53 
milyon, 2004-cü il hesablamalarına görə isə 58 milyon nəfərdir. 
Fransa  əhalisinin sayına görə Rusiya, Almaniya, İngiltərə  və  İtaliyadan sonra  
beşinci yeri tutur. Fransız millətinin və fransız dilinin formalaşması fransız ədəbiy-
yatının mənbəyini təşkil edir. Fransız milləti müxtəlif etnik qruplardan əmələ 
gəlmişdir. Beləki, eramızdan  əvvəl VIII-VII əsrlərdə cənubdan yunanlar, qərbdən 
isə kelt və qoll tayfaları hazırki Fransa ərazisinə gəlmişdilər. 2600 il əvvəl yunanlar 
burada Marsey, Nis və Antib şəhərlərinin əsasını qoymuşlar. 
İki işğaıçı tayfa : keltlər və germanlar V-VI əsrlərdə fransız millətinin tərkibini 
dəyişmişlər. Fransızlar qədim Qolların və Frankların müasir nəsilləri hesab olunurlar. 
Fransız milləti Qollar və Franklar adlanan kelt və german tayfalarnin birləşməsindən 
əmələ gəlmişdir. Eramızdan əvvəl 1-ci əsrdə isə buranı Romalılar işğal etmişdilər. 
Qollar romanlaşdırılmışdı və romalıların sivilizasiyasını qəbul etmişdilər. Romalı-
lardan sonra 486-cı ildə german tayfasına mənsub olan Franklar Qolu işğal edirlər, 
onlar romanlaşdırılmış qolların yüksək sivilizasiyaya malik olduğunu görərək onların 
dilini və sivilizasiyasına uyğunlaşdılar və qəbul etdilər. Bu uyğunlaşma fransız mil-
lətini və fransız dilinin formalaşmasının əsasını təşkil edir. Fransız dili latın dilin-
dən törəmə roman dilləri qrupuna aiddir. Ümumi fikrə görə fransız dilinin əmələ gəlmə 
tarixi IX əsrə aid edilir. Bu dövrdən etibarən latın dili danışıq dili kimi işlədilmədi. 
813-cü ildə kilsədə oxunan moizə ilə latın dili fransız dili ilə əvəz edildi. Fransız 
dilində ilk rəsmi sənəd 842-ci ildə Fransa kralı  Şarlömaynın iki oğlu tərəfindən 
imzalanmış « Strasburq vədi » adlı sənəddir. Bu sənəd imzalanan andan fransız dili 
danışıq dili kimi istifadə edilməyə başlandı.  
Yuxarıda qeyd etdiyimiz kimi fransız milləti müxtəlif etnik qruplardan 
formalaşdığı üçün bu milləti formalaşdıran xalqların bu cür fərqliliyi fransızların 
mürəkkəb xarekterində  və onların etiqadlarının müxtəlif olmasında özünü büruzə 
verir. Fransız dili isə latın dilinin müasir fransız dilinə çevrilmiş formasıdır. 
Təxminən XVI-XVII əsrə qədər bu dil müxtəlif dəyişiklərə məruz qalaraq müasir 
fransız dili formasını almışdır.  
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI: 
1.   L`histoire de la langue française 
2.   La civilisation de la France 
3.   Guide de la France  
4.   La littérature française du Moyen Age
                                  
     
 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
131 
MAHMUD KAŞĞARLININ “DİVANÜ-LÜĞƏT-İT TÜRK” 
ƏSƏRİNDƏ TƏYİNİ SÖZ BİRLƏSMƏLƏRİ 
Sahibə XƏLƏFOVA 
ADPU-nun filologiya fakültəsinin 301-ci qrup tələbəsi
 
Elmi rəhbər: prof. Əzizxan Tanrıverdi 
 
Orta dövrün ensiklopedik şah  əsəri olan “Divanü-lüğət-it türk” əsəri dilçilik 
tarixində bu günlə keçmiş arasında böyük körpü rolunu oynayır. Burada nəinki 
sözlər, hətta söz birləşmələri də (I,II,III növ təyini söz birləşmələri) öz izahını 
tapmışdır. Bugünkü dilimizi XI – XII əsrlə müqayisə etsək, görərik ki, hal və 
mənsubiyyət kateqoriyaları uzun bir tarixi dövrü əhatə etmişdir. I növ təyini söz 
birləşmələrinin heç bir morfoloji göstəricisi yoxdur. Elə ona görə də bu birləşmə-
ləri parçalamaq olur. Lakin əsas şərti əsas tərəfinin isimlə ifadə olunmasıdır. I tərəf 
isə müxtəlif nitq hissəsi ola bilər. Məs: sifət + isim: arut ot – quru ot, ikit söz – 
yalan söz. Bəzi sifətlər isə müasir baxımdan sadə sayılsa da tarixən düzəltmə olmuş, 
lakin hal hazırda bu şəkilçilər sözdə daşlaşmış formada qalmışdır: kutkı ər – təva-
zökar adam, yalındak  ər – çılpaq adam. Yazıdakı süvlin ədhərgəli  əvdəki takağu 
uçğınma (çöldəki qırqovul axtararkən, barı evdəki toyuqdan olma).  
Feli sifət + isim: akındı su – axılan su. Ol ər əd toğramadaçı turur (O, ət doğra-
mayan adamdır).  
Say + isim: üç ər, ikinç nənğ 
Zərf + isim: yurak yer – uzaq yer. Tarixən “Uzaq” sözü sifət kimi də işlənmiş-
dir, çünki “k” şəkilçisi tarixən sifət düzəldən şəkilçi olmuşdur. 
əvəzlik + isim: ol kişi, haman nənğ, şu nəsnə. 
İsim + isim: en yer – çuxur yer, satguçı işlər – satıcı qadın. 
II növ təyini söz birləşmələrinin morfoloji göstəricisi isə mənsubiyyət şəkilçi-
sidir. İndi də, tarixən də I tərəf qeyri-müəyyən yiyəlik halda işlənmişdir: Kişi ara 
kirdim – Adam arasına çıxdım. Lakin elə birləşmələr vardır ki, onlar tarixən II növ 
təyini söz birləşməsi kimi işlənsə də, indi III növ kimi işlənir: Tağlar suvı akışdı – 
Dağların suyu axdı. Küz kəligi yayın bəlgülük – Payızın gəlişi yaydan bəllidir. 
Tarixən bəzi şəkilçilər sözə qoşularaq II növün I tərəfini yaradırdı: -lık: oçak+lık 
yer – ocaq yeri. -kı: uza+kı bilgə ança aymış – keçmiş zaman bilgəsi belə demişdir. 
III növ təyini söz birləşməsi isə həm yiyəlik, həm mənsubiyyət şəkilçisi qəbul edir. 
Sahib şəxs yiyəlik hal şəkilçisini qəbul edərək sahiblik bildirir, II tərəf isə mənsu-
biyyət şəkilçinin köməyi ilə əşya və şəxsin kimə mənsub olduğunu bildirir. Tarixən 
–in yiyəlik hal şəkilçisi “-inq” şəklində işlənmişdir: böri+ninq ortak – qurdun ovu 
ortaqdır. Küni+ninq külinə təgi yağı – Günü gününün külünə qədər düşməndir. –
ınq: Tavğaç xan+nınq turkusı təlim – Tabğaç xanının ipəyi çoxdur. II tərəf isə -ım, 
-im, -um, üm və -m mənsubiyyət şəkilçisini qəbul etməklə düzəlir: Məninq əlig+im 
taruska təgisdi – Mənim əlim tavana çatdı. Ol məninq köz+üm+ə sakıdı – O mənim 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
132 
gözümə xəyal kimi göründü. Bəzən mənsubiyyət şəkilçisi kimi “-ınq, -inq, -unq, -
ünq” şəkilçilərindən də istifadə olunmuşdur: Bu işta səninq tablağ+ınq barmu? – Bu 
işdə sənin razılığın varmı? Səninq barğ+unq kaçan? – Sənin səfərin nə zamandır?  
III  şəxs kimi “-sı, -ı” mənsubiyyət  şəkilçisindən istifadə olunmuşdur: anınq 
ata+sı. Anınq baş+ı  ağrıdı – Onun başı  ağrıdı. Xan ış+ı bolsa, katun ış+ı kalır – 
Xanın işi olanda, xatunun işi təxirə salınır. Endgü ər sünqüg+i ərir, at+ı kalır – 
Yaxşı adamın sümüyü çürüyər, adı qalar. 
Cəmdə isə mənsubiyyət şəkilçisi kimi “-miz, -umuz, -ımız, -nqız” komponent-
lərindən də istifadə olunmuşdur: idhi+miz yarlığı – tanrımızın buyruğu (I tərəf 
ixtisara salınmışdır). Bizinq anda bir çart alğu+muz bar – Bizim onda bir az alaca-
ğımız var. Sizinq tapuğçu+nqız – sizin xidmətçiniz. Bu nümunələrdən görürük ki, 
tarixən də sözlər arasında, xüsusən də söz birləşmələrinin yaranmasında bitişdirici 
samitlərdən istifadə olunmuşdur. Bəzən II və III növ təyini söz birləşməsinin 
yaranmasında I tərəf iştirak etmir. Lakin onun bərpası mümkün olur: Ol kulın ka-
sıgladı. Ol atın çıbıkladı – O atına təzə çubuqla vurdu. Ol kulın urdı – O qulunu 
döydü. Burada II məna da var, belə ki, buradakı “-ın” yiyəlik hal şəkilçisi deyil, 
əslində “n” bitişdirici samitdir, yəni “-ı” da mənsubiyyət  şəkilçisidir. Burada bir 
şəkilçi yox, iki ünsür işlənir. Digər sözdəki “-ın” komponenti isə yiyəlik hal şəkil-
çisidir: Ol anınğ tonlukın kısdı – O, onun paltarında parça kəsdi (“tonlukın” sözündə 
mənsubiyyət şəkilçisi ixtisar olunmuşdur).  
 
 
MİRZƏ FƏTƏLİ AXUNDOVUN “MƏRDİ-XƏSİS” 
ƏSƏRİNDƏ HACI QARA SURƏTİNƏ YENİ BAXIŞ 
Gülnarə ƏHMƏDOVA 
ADPU, Filologiya fakültəsi, II kurs, qrup, 202 
Elmi rəhbər: dos.Ramin Muxtar oğlu Əhmədov 
 
Mirzə Fətəli Axundzadə mütərəqqi Azərbaycan mədəniyyətinin, ictimai-siyasi, 
fəlsəfi, etik və  ədəbi-tənqidi fikrin ən görkəmli nümayəndələrindən biridir. Nadir 
istedada, dərin tənqidi ağıla, iti müşahidə qabiliyyətinə, böyük əzmə malik olan 
Mirzə  Fətəli qırx il ərzində çox qızğın, müntəzəm fəaliyyət göstərmiş, zəngin və 
rəngarəng irs yaratmışdır. O, istedadlı  şair, Azərbaycan dramaturgiyasının banisi, 
görkəmli nasir, realist ədəbiyyatın qüdrətli nümayəndəsidir. O, yalnız Azərbaycanda 
deyil, eyni zamanda Yaxın  Şərq ölkələrində  də maarifçilik hərəkatının görkəmli 
ideoloqu və nümayəndəsi, böyük ictimai xadimi kimi tanınmış,  şöhrət tapmışdır. 
Öz çoxcəhətli yaradıcılığı ilə dünya maarifçi yazıçı və mütəfəkkirləri sırasına mən-
sub olan M.F.Axundzadə  əsərlərində feodal-patriarxal üsuli-idarəsi və qayda-qa-
nunlarına. Zülm və özbaşınalığa, ədalətsiz və qanunsuzluğa, nadanlıq, dini fanatizm 
və ətalətə qarşı çıxmış, doğma xalqının və ümumən Şərq xalqlarının milli intibahı, 
iqtisadi-mədəni tərəqqisi, zəhmətkeş kütlənin azad və xoşbəxt həyatı uğrunda fəal 
mübarızə aparmışdır. 

Materiallar 
                                                                                                                             08 may 2010-cu il
 
 
133 
M.F.Axundzadənin komediyaları realist sənət prinsipləri  əsasında yaradılmış-
dır. Məhz onun komediyaları ilə  ədəbiyyatıımızda realist sənətin, sözün həqiqi 
mənasında realizm yaradıcılıq metodunun mükəmməl binası ucaldılmışdır. Onların 
əsas ideya məzmunu və problemlərini isə maarifçilik təşkil etmişdir. Onun Azər-
baycan ədəbiyyatında böyük, əsaslı bir dönüş yaradan əsərlərindən biri də 1852-ci 
ildə  qələmə aldığı “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) əsəridir.  Əsərin birinci 
qəhrəmanı  mənfi obrazda verilən Heydər bəy olsa da, ikinci qəhrəmanı isə o dövrdə 
Azərbaycan tacirliiyinin səciyyəvi cifətlərini özündə ümumiləşdirmiş Hacı Qara 
surətidir. Müəllif Hacı Qaranın da nöqsanlarını konkret tarixi həyatın məhsulu kimi 
qələmə alır, əsrin ortalarında burjua keyfiyyəti kəsb edən tacirliyin səciyyəvi surat-
ləri kimi verirdi. 
Doğrudur, Hacı Qara surəti əsərdə çox xəsis şəkildə qələmə alınmışdır. Ancaq 
ona yeni baxışla baxsaq onda bəzi müsbət xüsusiyyətləri görərik. Məsələn, Hacı 
Qaranın öz həyat yoldaşı Tükəz xanımla söhbətindən görürük ki, Hacı Qara o döv-
rün  imkanlı şəxslərindən olsa belə o, islam qaydalarına uyğun olaraq israfa yol vermir. 
Həm də onun belə xəsis olmasının bir səbəbini də belə izah etmək olar ki, həmin 
dövrdə o yüz manat zərərdəydi. Ticarət işlərində zərərə uğramaq tacir üçün işlərinin 
iflasa uğramasına gətirib çıxara bilər. Ona görə də Hacı Qara bunun qarşısını almaq 
üçün belə xəsislik edirdi. Həm də onun xəsisliyinin səbəbini bir başqa epizodda da 
görmək olar. Onun Xudaverdi ilə söhbətindən görürük ki, o, yalançı mollalara 
inanmır, hətta mollanın “ananın ruhuna dua oxumuşam” deməsinə belə pul vermir. 
Hacı Qara həm də əsərdə saf, yazıq obrazda da göstərilir. Heydər bəy kimi fırıldaq-
çının onu  aldatmasına inanır və onunla quldurluğa gedir ki, ona dəyən “100” 
manat zərəri təlafi eləsin. Ancaq yolda başına iş gəlir. Araz çayında az qalsın həya-
tını itirsin. Üstəlik yazığın cibindən məmurlar yarım abbası pulunu çıxarirlar. Amma 
xoşbəxtlikdən incaflı məmur sonda onun yarım abbası pulunu özünə qaytarır. Sonda 
Hacı Qara da Heydər bəy kimi tövbə eləyir ki,  bir daha quldurluğa çıxmayacaq, 
hətta zərərə düşsə belə. Bu da onun bir pis əməldən əl çəkdiyini sübut edir. 
Onu da qeyd edək ki, M.F.Axundov Hacı Qara obrazı ilə Ağcabədidə bir şəxsin 
prototipini yaratmışdır. 
Xülasə, hər bir insanda müsbət xüxuxiyyət axtarmaq lazımdır, hətta Hacı Qara 
kimi insanlarda belə. 
 
 
 
 
 
 

«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı 
 
 
134 
MİRZƏ FƏTƏLİ AXUNDOVUN “HEKAYƏTİ-MƏRDİ-
XƏSİS” (HACI QARA) KOMEDİYASINDA                    
HEYDƏR BƏY SURƏTİ 
Aytən ƏKBƏROVA 
ADPU, Filologiya fakültəsi, II kurs, 202-ci qrup 
Elmi rəhbər: dos.Ramin Əhmədov 
M.F.Axundov ədəbiyyatın qarşısında ictimai tələblər qoyan, onu müasir cəmiy-
yətin ən zəruri məsələləri ilə bağlayan realist sənətkar idi. 
M.F.Axundzadə əsərlərində feodal-patriarxal üsuli-idarəsi və qayda-qanunlarına, 
zülm və özbaşınalığa, nadanlıq, dini fanatizm və ətalətə qarşı çıxmış, doğma xalqın 
və ümumən  şərq xalqlarının milli intibahı, iqtisadi-mədəni tərəqqisi, zəhmətkeş 
kütlələrin azad və xoşbəxt həyatı uğrunda fəal mübarizə aparmışdır
1

M.F.Axundov Azərbaycan  ədəbiyyatı tarixində ilk növbədə milli dramatik 
janrlardan komediyanı öz dövrü üçün daha münasib görmüşdür. Çünki, komediya-
nın qəhrəmanı və əsas surətləri tənqid hədəfi kimi götürülür. Axundov öz dövrünə 
aid bəzi çatışmamazlıqları, o cümlədən müasir dövrümüzdə  də aktual olan prob-
lemləri özünün məşhur  olan “Hacı Qara” komediyasında çox böyük ustalıqla əks 
etdirmişdir
2

M.F.Axundov əsərin əsas surətlərindən olan Heydər bəyin surətində əsrin orta-
larında müflisləşməyə doğru gedən mülkədarların tipik surətini yaratmışdır. Bun-
dan əlavə, Heydər bəy həm də işi, peşəsi olmayan, avara və lovğa bəylərin tipi olaraq 
verilmişdir. 
Heydər bəy keçmiş  həyat tərzinin tərəfdarı, ağır zəhmətlə yaşamağın  əleyhi-
nədir. Vaxtilə onun dədələri feodal döyüşlərində etdikləri qəsb və qarətləri ilə böyük 
dövlət qazandıqları halda, indi Heydər bəy elə müflisləşmişdir ki, toy etməyə belə 
pulu yoxdur və cibi dolu olan hacı qaralara möhtacdır. Hətta o, qərara gəlir ki, toy 
etməyib nişanlısı Sonanı qaçırsın. Lakin Sona onu bu fikirdən yayındırır. 
Heydər bəyin ata-babalarının etdiyi qəsbkarlıqğa həsəd aparması ilə biz bir 
tərəfdən keçən günlərin həsrətini çəkən iflas etmiş mülkədar psixologiyası, o biri 
tərəfdən müəllifin bu psixologiyaya qarşı çevrilmiş  mənalı satirasını görürük
1

Heydər bəy kimi bəylərin oğurluğa və quldurluğa qurşanmalarının  əsas səbə-
bini müəllif onların əməyə xor baxmalarında görür. Belə ki, Heydər bəy kimi bəylər 
dünyaya göz açdığı gündən rəiyyətin məzlum xalq kütlələrinin  əməyi sayəsində 
yaşamasına baxmayaraq onlara alçaq münasibət bəsləmişlər. İşləməyi, əməyə qatlaş-
mağı özünə layiq bilməmişlər. Namuslu əməyi bəylik adına yaraşdırmayan Heydər 
                                                 
1
   F.Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Maarif nəşriyyatı, Bakı, 1966. 
2
   F.Qasımzadə. Axundovun həyat və yaradıcılığı. Bakı, Azərnəşr, 1962. 
1
   M.F.Axundovun əsərləri. Bakı, Elm, 1987. 

Yüklə 3,6 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin