Materiallar
08 may 2010-cu il
159
Bu illər ərzində ingilis dilindən Azərbaycan və Azərbaycan dilindən ingilis
dilinə tərcümə sahəsində ixtsaslaşmış peşəkar tərcüməçilər nəsli yetişmişdir. Bu
sahədə Zeydulla Ağayev, Sabir Mustafa və başqalarının adlarını çəkmək yerinə düşər.
S.Mustafa ilk dəfə Şekspirin bütün sonetlərini orijinaldan Azərbaycan dilinə çevir-
mişdir.
Son illər bu işə gənc tərcüməçilərin də maraq göstərməsi Azərbaycan-ingilis
ədəbi əlaqələrinin bundan sonra daha sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
İNGİLİS DİLİNDƏ OLAN MƏSDƏRLƏRİN
TƏRCÜMƏSİ
Səkinə ŞAHBAZİ
Bakı Slavyan Universiteti Tərcümə fakultəsi
Elmi rəhbər : prof. Novruzov R.
İngilis dilində felin səxsiz formalarından olan infinitive, yəni məsdər tərcümə
zamanı çox çətinlik törətmir. Belə ki, hər hansı bir cümləni tərcümə edərkən bu
cümlədə işlənmiş məsdərləri öz dilimizdəki, yəni Azərbaycan dilindəki məsdərlərlə
və felin digər formaları ilə ifadə edə bilərik. İngilis dilində felin əsası ilə məsdər
eynidir. Lakin məsdərdən əvvəl to hissəciyi işlə-dilir. To hissəciyi Azərbaycan
dilində məsdər əlaməti olan –maq (-mək ) şəkilçisi kimi tərcümə olunur. Bir neçə
misalı nəzərdən keçirək :
I paid a visit to Edna to thank her for the care she had lavished on my animals in
my absence.
Mən Ednaya təşəkkür etmək üçün baş çəkdim, ona görə ki, mən evdə olma-
yanda o, mənim heyvanlarıma nəzarət etmişdi.
To surprise him wouldn`t be such a simple thing, she knew it.
O,bilirdi ki,onu təəccübləndirmək o qədər də asan olmayacaq.
“I like music”, she said, “and pictures and books and lakes and beautiful things
to wear and nice people to be with”
“Mən musiqini xoşlayıram”, - o dedi , - “şəkilləri,kitabları,gölləri, yaxşı geyin-
məyi və xoş insanlarla ünsiyyətdə olmağı xoşlayıram.”
İngilis dilində işlənən məsdərlər Azərbaycan dilindəki məsdərlərlə əksər hallarda
üst-üstə düşür. Amma bəzi istisna hallar da vardır ki, bu zaman ingilis dilində olan
məsdər Azərbay-can dilinə feli sifət kimi tərcümə olunur. Məsələn :
I had to drive throughout the night so I needed a few pills to keep me awake.
Mən bütün gecəni maşın sürməli idim, ona görə mənə yuxuqaçıran dərman
lazım idi.
Amelia Earhart in 1928 became the first woman to cross the Atlantic by air.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
160
Amelia Earhart 1928-ci ildə Atlantik okeanını keçən ilk qadın olub.
Old Mr.Bloomberry was grieved to think that he had no sons to carry on his
business.
Yaşlı Mister Blumber kədərlənirdi ona görə ki, onun işini davam etdirən oğ-
lanları olmayıb.
İngilis dilindəki bəzi məsdərlər Azərbaycan dilinə feli xəbər şəklində tərcümə
olunur. Məsələn: I knew dory - men ( Portugese fishermen ) sometimes lose their
way in the fog, some never to be seen again.
Mən bilirdim ki, balıqçıların bəziləri dumanda yollarını azırdılar, bəziləri isə
bir də qayıtmırdılar.
İt is the story of a French singer ( Yvette Guilbert ) who rose from the gutter to
become the idol of Paris cafe society in the 1890s.
Bu əhvalat Fransız müğənnisi haqqındadır ( Ivet Cilber ), hansıki, çətin sənət
yolu keçib və 1890-cı ildən isə Paris kafelərinin sevimlisinə çevrilib.
SİNXRON TƏRCÜMƏ
Jalə ABBASZADƏ
Qafqaz Universiteti III kurs tələbəsi
Elmi rəhbər :
Sinxron tərcümə- şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə
zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq
lazımdır.
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyünberq
məhkəməsini dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən
bəhrələnmişdir. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və işti-
rakçılar öz dillərində və ya beynəlxalq diilərdən birində iclasların gedişini təxminən
eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümədə böyük sayda iştirakçıların
və ya mətbuat nümayəndələrinin təşrif buyurduqları bir sıradillərin istifadə olunduğu
görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şəraitlər
üçün məqsədə uyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, tərcümədə
hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəyyən vaxt
aparır, beləliklə, ümumilikdə tədbirin surəti faktiki olaraq ikiyə bölünmüş olur.
İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə» və
ya «konfrans tərcüməsi» də deyilir.
Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq
konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə ölkəmizdə sinxron tərcü-
məçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır. Lakin bu sahədə
mütəxəssis hazırlığı bir sıra ciddi çətinliklərləüzləşir.
Materiallar
08 may 2010-cu il
161
Birincisi, çətinliklər Azərbaycan Respublikasının müstəqillik qazandığı son
dövrü, doxsanıncı illərə qədər ölkəmizdə sinxron tərcümə təcrübəsinin, demək olar
ki, mövcud olmaması ilə əlaqədardır. Bununsəbəbi bir tərəfdən, Azərbaycanda Sovet
dövründə beynəlxalq səviyyəli görüşlərin olduqca cüzi sayda keçirilməsi, digər
tərəfdən Azərbaycan dilindən rəsmi dairələrdə istifadə olunmaması ilə izah edilir.
Rus dilli sinxronçuların hazırlığı ilə isə Moskva və digər SSRİ şəhərləri məşğul
olurdular. Buna Azərbaycanda heç ehtiyac da yox idi. «... Əvvəlki Sovetlər İttifa-
qında sinxron tərcüməçilər Moskvada hazırlanırdı, onun ərazisində təşkil olunan
bütün beynəlxalq forum, simpozium və konfranslarda işçi dil rus dili idi. Bu sə-
bəbdən tərcüməçi-dilmanclar hazırlanarkən rus və xarici dillərdən biri aktiv və pas-
siv dil kimi öyrədilirdi. Əgər Azərbaycan Respublikasında hər hansı beynəlxalq görüş
keçirilirdisə, onda şübhəsiz ki, Moskva rəsmilərini öz tərcüməçiləri müşayiət edirdi»
Sinxron tərcüməçilərin hazırlığı ilə bağlı ikinci bir çətinlik ondan ibarətdir ki,
tərcümənin bu növünün öz təbiəti xüsusi diqqət tələb edir. Təsadüfi deyil ki, Roderik
Counz sinxron tərcümənin ardıcıl tərcümədən fərqli daha iki çətinliklə səciyyələn-
diyini xüsusi olaraq vurğulayır.O, şifahi tərcümənin bu növünün akustik baxımdan
çətinliyini dinləmə və danışma proseslərinin qeyri-təbii olaraq eyni zamanda baş
verməsində görür, intellektual baxımdan çətinliyi isə məruzəçinin fikrini tərcümə-
çinin əvvəlcədən duyması zərurəti ilə əlaqələndirir. Belə ki, bu mürəkkəb prosesdə
tərcüməçi vaxt itirmədən natiqi dinləyə-dinləyə təxminən eyni zamanda nitqi tər-
cümə etməlidir, burada dinləmə, anlama, tərcümə dilinə çevirib səsləndirmə mər-
hələləri arasındakı müddət çox anidir. Bu elə bir məharət və səriştə tələb edir ki,
tərcüməçi eşitdiyi fikri tərcümə dilində ifadə edə-edə növbəti cümləni də tuta bilsin.
Belə bir səriştənin formalaşması üçün xüsusi məşq tələb olunur. Sinxronçular, hər
şeydən əvvəl gözəl dinləmə həm də səlis və gözəl nitq söyləmək qabiliyyətinə malik
olmalıdırlar. Sinxron tərcüməçinin dinləmə qabiliyyətini, eləcə də qısamüddətli
yaddaşını inkişaf etdirmək üçün başlanğıc mərhələdə tələblərə ana dilində eşit-
dikləri informasiyanı öz sözlərilə təkrarlamağı tələb edən çalışmalar vermək olar.
Sinxron tərcümənin tədrisi ilə bağlı xarici ölkələrin, təcrübəsində sözlərin cümlə-
lərin və paraqrafların ingiliscə “shadowing” termini ilə ifadə olunan təqlid yolu ilə
izlənməsi, sinonimlərin verilməsi və bu zaman tələbələrin danışa-danışa başqa bir
mövzuda nəisə yazması da effektli hazırlıq çalışmaları sayılır. Bu çalışmaların
məqsədi tələbənin fikrini iki «kanalda» eyni zamanda çalışmağa alışdırmaqdan
ibarətdir. Biz dinləmək dedikdə xarici dildə ifadə edilən fikri tutmaq bacarığını da
buraya daxil edirik. Bu isə öz növbəsində xarici dilə mükəmməl surətdə yiyələnməyi
tələb edir. Əlbətdə, beynəlxalq səviyyədə keçirilən görüşlər ciddi mövzulara həsr
olunduğundan əlaqədər ixtisas sahəsindən xəbərdar olmaq zərurəti ortaya çıxır.
Hazırda respublikamızda konkret sahələrüzrə sinxron tərcüməçilərin hazırlanma-
dığını nəzəri alaraq, məsləhət görülür ki, tərcüməçilər iştirak etdikləri görüşlərin
materialları ilə xeyli əvvəl tanış olsunlar, mövzu üzrə mövcud ədəbiyyatı diqqətlə
nəzərdən keçirsinlər. Konfrans təşkilatçıları ilə sıx əməkdaşlıq olmadan bu işin uğurla
nəticələnəcəyinə ümid yoxdur, məhz burada da çətinliklərdən biri ilə üzləşirik.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
162
Təəssüf ki, bu sahədə təcrübə əksər hallarda natamam xarakter daşıyır; tərcüməçini
haqqı ödənilərkən deyil, tərcümə edrəkən tərcümə etdiyi şəxsdən qat-qat ideal gör-
mək istəyirlər. Əslində isə məsələ bir qədər fərqli şəkildə qoyulmalıdır: yəni tərcü-
məçi öz məsuliyyətli rolunu dərk edərək ideal mütəxəssis olmağa daim can atmalı,
ətrafdakılar isə onun avtomat mexanizm deyil, məhz canlı insan olduğunu nəzərə
almalıdırlar.
Sinxron tərcümə ilə bağlı digər bir çətinlik də konkret olaraq, bizim şəraitlə
əlaqədar Azərbaycan və ingilis dillərinin müxtəlif qrammatik quruluşa, fərqli söz
sırasına malik olmasındadır.Misal üçün Azərbaycan dilindən ingilis dilinə tərcümə
edərkən xəbəri eşitmək üçün tərcüməçi əksər hallarda cümlənin sonunu gözləməli
olur. Halbuki əgər tərcüməçi öz intuisiyasından, uzaqgörənliyindən, keçmiş biliyin-
dən və ya kontekstdən istifadə etmirsə, həmin xəbərin cümlədəki fikri təsdiq və ya
inkar etdiyini bilmədən ingilis dilində mübtədadan sonra ikinci yerdə gələn xəbəri
qrammatik cəhətdən formalaşdırmaq mümkün deyil. Məlumdur ki, tərcüməçini öz
intuisiyası aldada bilər, onun keçmiş biliyi də kömək etməyə bilər və ya kontekstin
əksinə olaraq,məruzəçinin fikri reallıqdanfərqli də ola bilər. Eləcə də ingilis dilində
tamamlıq xəbərdən sonra gəldiyi üçün Azərbaycan dilinin söz sırasın pozmamaq
üçün tərcümə zamanı yenə də cümləni axıradək dinləmək lazım gəlir. Deməli, bu-
rada sinxron tərcümə tipoloci baxımdan yaxın dillərdəkindən daha mürəkkəb xa-
rakter alır, təbii ki, ləngimə prosesi artır. Tələbələrə başa salmaq lazımdır ki,
sinxrontərcümədə əslində, məruzəçinin dediyi cümlə ilə onun tərcüməsi heç də
həmişə eyni zamanda başlamır və eyni zamanda qurtarmır. Adətən sinxron tərcü-
məçinin 2 və ya 3 söz hesabında ləngiməsi məqbul sayılır. Lakin əsas olan – cüm-
lədəki hər bir sözün deyil, ifadə olunan fikrintərcümə dilində verilməsidir. Bu da
sinxron tərcüməçiyə qeyri-vacib informasiyanı ixtisar etməyə, ən qısa söz və ifa-
dələr işlətməyə, ümumiləşdirmə üsulundan istifadə etməyə, uzun cümlələri bölərək
sadə cümlələr şəklində tərcümə etməyə ixtiyar verir. Tələbələri elə məşq etdirmək
lazımdır ki, dillərin qrammatik quruluşu ilə əlaqədar baş verən ləngiməni kompen-
sasiya etmək üçün məruzəçinin çıxışındakı ən qısa fasilələrdən belə məharətlə
istifadə edə bilsinlər. Doğrudur, sinxron tərcüməyə başlamazdan əvvəl tərcüməçi-
tələbələr artıq ardıcıl tərcümə etməyi bacarmalıdır, lakin dərslərdə elə ilk vaxtlardan
tələbələrə ümumi mətnləri sinxron tərcümə etmək tapşırıla bilər. Bunun üçün Böyük
Britaniyada və ya ABŞ-da çap olunmuş ingilis dili dərsliklərinin kasetlərindən isti-
fadə etmək olar. Növbəti mərhələdə isə hələlik kabinə sistemimiz olmasa da, öz sə-
simiz və ya xarici həmkarlarımızın səsi ilə lentə yazılmış mətnləri işləmək yaxşı
nəticələr verir. Bu baxımdan şəhərimizdə keçirilən konfrans və seminarların mate-
rialları da tərcüməçilərin hazırlığında dəyərli töhfə sayıla bilər, çünki bu, tələbələri
təcrübədə qarşılaşacaqları bir çox çətinliklərlə, eləcə də yeni terminlər və biliklərə
tanış edər və onlar özlərini süni şəraitdə deyil, məhz tədris məqsədi ilə tərtib olun-
muş materiallarla işləyərkən olduğundan fərqli, müəyyən qədər reallıqla qarşılaşır-
mış kimi hiss edə bilərlər.
Materiallar
08 may 2010-cu il
163
Deyilənlərlə əlaqədar olaraq gələcək sinxronçularla iş bir neçə istiqamətdə apa-
rılmalıdır: onlar öz ana dillərini yaxşı bilməklə yanaşı, xarici dilə də mükəmməl
şəkildə yiyələnməli, həm də bu dildə gözəl nitq vərdişləri əldə etməli, ayrı-ayrı ixti-
sas sahələri üzrə öz lüğət bazalarını artırmalı və bilik toplamalı, mövcud imkan da-
xilində müntəzəm məşq etməlidirlər.
“S. VURĞUNUN “AYGÜN” POEMASINDA İŞLƏNƏN
ANTONİM SÖZLƏRİN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ”
Asiman İSGƏNDƏROV
Tələbə : Filalogiya fakultəsinin I kurs , 101-ci qrup
Elmi rəhbər : dos R.Həsənov
Antonimlər əks qütblərə malik və mənaca bir-birinin ziddini təşkil edən leksik
ifadə vasitələridir. Müqayisə və qarşılaşdırma yolu ilə aşkar edilən müxtəlif təzadlı
hadisələr, obyektiv aləmin bütün ziddiyətli cəhətləri əksmənalı anlayışlar silsiləsini
təşkil edən antonim sözlər vasitəsi ilə bildirilir. Adətən, bədii əsərlərdə də antonim
sözlərdən istifadə edilir. Ümumən dilimizdə olduğu kimi şair, yazıçılarımızın, o
cümlədən xalq şairi – S. Vurğunun bədii əsərlərində də antonim sözlərə geniş yer
verilir. Belə ki, onun “Aygün” poeması daha diqqətə layiqdir. Yazıçı bir-birinə zidd,
əks olan əşyanın, şəxsin, zamanın, hadisənin, məkanın, duyğuların bədii əksini verərək
əks –zidd anlayış haqqında aydın və dolğun təsəvvür yarada bilmişdir. S. Vurğun
“Aygün” poemasında işlənən antonim sözlərin bir sıra üslubi xüsusiyətləri vardır:
I. Şair zidd-əks məna ifadə edən belə antonimlərdən bədii təzad yaratmaq
məqsədi ilə istifadə etmişdir:
Şadlığından sığışmayıb yer ilə göyə,
Öz eşqini övlad kimi bağrına basır.
II. S. Vurğunun “Aygün” poemasında antonim sözlər bədii obrazın daxili, psi-
xoloji aləmin açılmasına da xidmət edir:
Mənim cavan ürəyimi əridir qəmlər,
O kef çəkir məndən ayrı məclis quraraq.
III. S. Vurğunun “Aygün” poemasında antonim sözlər insanların qəlb çırpıntı-
larını , arzu və duyğularını təsirli ifadə edən obrazlı vasitələrdəndir:
Gəl, ey nazlı bahar, gecikmə, tez gəl !
Gəl ki, qışın ömrü çox uzanmasın ,
Mən sənin dostunam hər şeydən əvvəl
Gəl ki , həsrətinlə ürək yanmasın .
IV. Üslubi imkanlardan bacarıqla bəhrələnən şair bir-birindən ideoloji cəhətdən
fərqlənən şəxslərin, təbəqələrin, cərəyanların təsviri məqamında da antonim sözlər-
dən yerli -yerində istifadə etmişdir:
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
164
- Bəstəkar da , filosof da olur qadınlar
Kişilərdən heç də geri deyildir onlar.
V. S. Vurğunun “Aygün” poemasında bədii dilin ifadəli vasitələri olan anto-
nimlərdə təbiət təsvirlərinin ifadəsi üçün də ustalıqla istifadə etmişdir. Yazıçı burada
təsirli bədii və canlı mənzərə yaratmışdır:
Yağışın dalınca bərk gəldi qar da ,
Odundan kəsadlıq çəkdi ocaqlar.
VI. Səməd Vurğun “Aygün” poemasında təsvirlə bağlı olan təzadlı zaman,
məkan,kəmiyyət anlayışlarının ifadəsi üçün də antonimlərdən poetik tərzdə istifadə
etmişdir:
Burda üzə gülür təmiz küçələr,
Günəşli gündüzlər , aylı gecələr.
Kölgəli çinarlar qatar-qatardır.
Nəticə olaraq deyə bilərik ki, antonim sözlərin dildə o cümlədən bədii əsərdə
yaranmasına səbəb bizi əhatə edən aləmin özünün ziddiyətli olmasıdır. Antonimlər
bədii əsərdə dilin zənginləşməsinə xidmət edir. Səməd Vurğun “Aygün” poemasinda
təzadlı hadisələri bir-birinə qarşı qoyub, təsirli lövhələr, canlı insan xarakterləri ya-
ratmışdır. Əsərdəki antonimlər obyekt və obrazların xarakterindəki mündərəcəni,
ziddiyyətləri açmaq üçün istifadə edilən təsirli ifadə vasitəsidir.
FRANSANIN TƏBİİ ŞƏRAİTİ VƏ SƏRHƏDLƏRİ
Ülkər ORUCOVA
ADPU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi
Elmi rəhbər: b/m. S. Dadaşova
Fransa Avropanın cənub qərbində yerləşir. Fransanın ərazisi 551.695 kvadrat
kilometrdir. Fransa dünya xəritəsində altıbucaqlı mövqe tutduğu üçün bu ölkəni
eqzaqonda adlandırırlar. (Eqzaqon fransız dilində altı bucaq deməkdir.) Fransa həm
quru, həm də su sahəsi ilə əhatə olunub. Su sahəsindəki sərhədlərinə gəldikdə Fransa
şimaldan Manş boğazı, qərbdən Atlantik okeanı, cənubdan isə Aralıq dənizi ilə
əhatə olunub, quru sahədən isə Fransa şimaldan Belçika və Luksemburq, şərqdən
Almaniya, İsveç və İtaliya ilə, cənub-qərbdən isə İspaniya ilə həmsərhəddir. Fran-
sanın sərhədlərinin uzunluğu 5200 km dir. Bunun 3100 km su sahəsi təşkil edir.
Ölkənin diametri 1000 km dir.
Fransanın reliyefi müxtəlifdir. Alp sıra dağları Fransanı əhatə edir. Onun ən
yüksək zirvəsi Alp dağlarında yerləşən Monblan zirvəsidir. Fransanı əhatə edən digər
dağ silsiləsi Pireney dağlarıdır. Bundan başqa Fransanı Mərkəzi Massiv, Yura və
Vosj dağları da əhatə edir.
Fransa Avropanın mülayim iqlim qurşağında yerləşir, lakin çox dəyişkən iqli-
mə malikdir. Burada üç tip iqlim mövcuddur: fransanın şərqində okean iqlim tipi,
qərbində kontinental iqlim tipi, cənubunda isə aralıq iqlim tipi hökm sürür.
Materiallar
08 may 2010-cu il
165
Fransada çaylar olduqca çoxluq təşkil edir. Fransanın ən əhəmiyyətli çayları
Sena, Luar, Ron və Rin çaylarıdır, ən uzun çay isə Luar çayıdır. Luar çayının uzun-
luğu 1012 km dir. Fransanın çayları üç istiqamətdə axır və üç hövzəyə ayrılır. Rin
çayı şimala yönəlir və şimal dənizinə tökülür. Sena,Luar və Qaron çayları isə qərbə
yönəlir, Atlantik okeanına tökülür. Ron çayı isə cənuba yönəlir və Atlantik hövzəsinə
tökülür. Rin çayı öz başlanğıcını İsveçdən götürür və Strasburq şəhərindən keçir.
Sena çayı isə öz başlanğıcını Burqoynda yerləşən Lanqr düzənliyindən götürür,
Parisdən keçir və Manş boğazına tökülür. Sena çayı Fransanın gəmiçilik üçün yararlı
olan çaylarından biridir. Luar çayı öz başlanğıcını Mərkəzi Massivdən götürür və
ölkənin mərkəzindən keçərək Atlantik okeanına tökülür. Luar çayı da gəmiçilik
üçün çox əhəmiyyətli çaydır. Qaron çayı öz başlanğıcını İspaniyanın Pireney dağ-
larından götürür, Bordodan keçir və Atlantik okeanına tökülür.
Yuxarıda deyilənləri nəzərə alsaq demək olar ki,Fransa zəngin və müxtəlif təbii
şəraitə malikdir. Su hövzələri baxımından Fransa Hollandiya və Belçikadan sonra
Avropada gəmiçilik üçün yararlı bir ölkədir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
1. La géographie de la France
2. La civilisation de la France
3. Guide de la France
“KİTABİ-DƏDƏ QORQUD ”DA FELİN LÜĞƏVİ
MƏNA NÖVLƏRİ
Tünzalə NƏSİROVA
ADPU Filologiya fakültəsi Azərbaycan dili və
Ədəbiyyat ixtisası І kurs
Elmi rəhbər: prof.Buludxan Xəlilov
Fel özünəməxsus xüsusiyyətlərinə görə digər nitq hissələrindən fərqlənir. Bu
fərqlilik təkcə quruluşuna, zamanına, tərzinə, formalarına görə müəyyən edilmir,
burada onun növ kateqoriyası da nəzərə alınaraq müqayisə edilir. Bu müqayisə felin
növlərini:
1) Lüğəvi məna növü
2) Qrammatik məna növü
3) Əsas (təsirli və təsirsiz)məna növü
Olmaqla 3 yerə ayrılır.Ayrılmış bu növ fellər heç də bir-biri ilə tam eynilik təşkil
etmir.
Felin lüğəvi məna növləri. Bu növ müxtəlif dövrlərdə, müxtəlif xalqlarda
müxtəlif növlərə ayrılmışdır. Məsələn: V.M.Çistyakov, N.K.Dmitriyev, İ.Z.Bake-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
166
yevanın “Очерки по методике преподования русского и родного языков в та-
тарской школе ”əsərində felləri lüğəvi mənalarına görə 4 növə bölünmüşdür:
a) hərəkət felləri
b) iş felləri
c) nitq felləri
d) təfəkkür felləri
Və yaxud da L.N.Xaritanov “Типы глагольной основы в якутском языке
”əsrində isə fellər 3 qrupa bölünmüşdür.
a) iş-vəziyyət felləri
b) səs təqlidi felləri
c) obrazlı fellər
Azərbaycan dilçiliyində məna qruplarına bölünən fellər bir qədər dolaşıqlığa
uğramış, lakin bu dilimizdə heç bir qüsur yaratmamışdır. Bunlar aşağıdakılardır:
1.Pisixi vəziyyət ifadə edən fellər:
a)Ağam Beyrəyə bənzədirəm, ozan səni!
Sevindirdin,qəmləndirmə,ozan məni!
b)Ay Dirsə xan,mənə qəzəblənmə!
İnciyib acı sözlər söyləmə!
2.Səs təqlidi fellər:
a) Gumbur-gumbur davullar döyünmədi.
b) Bədəvi atlar yiyəsini görüb kişnədikdə.
c) Kafirin üstünə qoy gurlayım mən.
3.Təbiət hadisələrini ifadə edən fellər:
Qaranlıq axşam olanda qayğılı çoban!
Qarla yağış yağanda od-ocaqlı çoban!
4.Obrazlı fellər:
Allah verən ümidin üzülməsin.
Azərbaycan dilində felləri aşağıdakı kimi məna növlərinə bölmək daha doğru olar.
a) Hərəkət felləri
b) İş felləri
c) Nitq felləri
ç) Təfəkkür felləri
d) Hal-vəziyyət felləri
Hərəkət felləri.Bu fellər təkcə insan hərəkəti ilə yox,həm də canlı və cansız
varlıqların hərəkəti ilə bağlıdır.
a) Sənin atını mənim atım keçmədimi?
b) Ağlamağım göydə ikən yerə endi.
c) Ağ alınlı Bayandır xanın divanına dünən vardın.
d) Yüz min ər gördümsə,yüzüm dönmədim.
e) Erkək sinəsi üzərimə qondurmayam.
|