«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» III Respublika tələbə elmi-praktik konfransı
216
217
Azərbaycan Respublikası “ÇAĞ” Öyrətim İşlətmələri
TƏHSİL NAZİRLİYİ QAFQAZ UNİVERSİTETİ
PEDAQOJİ FAKÜLTƏ
Tərcümə (İngilis dili) bölməsi
Ümummilli Liderimiz Heydər Əliyevin
anadan olmasının 88-ci ildönümünə həsr edilən ənənəvi
«TƏRCÜMƏŞÜNASLIQ VƏ
ONUN MÜASİR DÖVRDƏ ROLU»
IV Respublika tələbə elmi-praktik konfransı
M A T E R İ A L L A R
Bakı, 07 May 2011-ci il
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
218
A Z Ə R B A Y C A N D İ L İ N D Ə
M Ə R U Z Ə L Ə R
ƏDƏBİ TƏRCÜMƏ VƏ ONUN PROBLEMLƏRİ
Səfa AXUNDOVA
Gəncə Dövlət Universiteti Xarici Dillər Fakultəsi Alman Dili
Elmi rəhbər: Mövsümova Pərvanə
Tərcümə işi çətin işdir , Alman dilindən tərcümə isə xüsusi ilə…
Bildiyimiz kimi hər bir dilin özünəməxsus, spesefik xüsusiyyətləri vardır. Tər-
cümə zamanıda məhs bu xüsusiyyətlər nəzərə alınmalıdır. Bu cəhətlər nəzərə alın-
mayanda, tərcümə zamanı bir sıra problemlər meydana çıxa bilər. Əsasəndə bir-biri ilə
qohum olmayan dillərdən tərcümə etdikdə. Alman dilindən tərcümə də bu sıralara
daxildir.
Lap qədim zamanlardan yunan dilindən ən yaxşı tərcümə məhs alman dilinə olan
tərcümə sayılırdır. Alimlərin dediyi kimi: “Nə inglislərin, nə də fransızların yunan
dilindən bu cür tərcümələri yoxdur. Yalnız alman dili Homerin əsərlərindəki və ha-
mının bəyəndiyi o sadəliyi goruyub saxlaya bilibdir”
Alman dili gözəl və anlaşıqlı olmaqla yanaşı həmdə çətin bir dildir, məhs buna
görə də bu dildən və yaxud da bu dilə tərcümə zamanı bir sıra çətinliklər meydana
çıxır.
Bu çətinlikdən biri hər ikinci-üçüncü sözün 2 və ya daha çox mənasının olma-
sıdır. Buna görə də tərcümə üçün ya lüğət bazası çox olmalı və ya lüğətlərdən istifadə
olunmalıdır.
Məs: die Mutter (ana)- die Mutter (qayka)
der Hut (papaq)- die Hut (müdafiə)
Həmçinin tərcümə zamanı bunuda nəzərə almaq lazımdır ki, hər bir millətin
özünəməxsus xüsusiyyətləri vardır. Beləki Azərbaycanda gün 4 hissəyə (səhər, gü-
norta, axşam və gecə) bölündüyü halda, Almaniyada günü 6 hissəyə bölürlər (Mor-
gen, Vormittag, Tag, Nachmittag, Abend və Nacht).
Amma müxtəlif dillərdə uyuğun gəlməyən yalnız günün hissələri deyil, buraya
həmçinin rənglər də aiddir. Azərbaycan dilindən Alman dilinə tərcümədə göy və
mavi rəngləri eyni- BLAU sözü ilə ifadə edirlər. Məhs buna görə də tərcümədə yal-
nız gramatik, fonetik və leksik xususiyyətləri deyil həmçinin cümləyə bu və ya digər
xalqın hansı məna vermək istədiyini nəzərə almaq lazımdır.
Şifahi və yazılı tərcümədə ən böyük çətinliklərdən biri, keçmiş zamanın düz-
gün formasının seçilməsidir. Bildiyiniz kimi Alman dilində 3 keçmiş zaman vardır,
Materiallar
07 may 2011-ci il
219
bunlar: İmperfect (Nəqli keçmiş), Perfect (Mürəkkəb keçmiş) və Plusquamperfect
zamanlarıdır.
Alman dilinin digər özünəməxsus xüsusiyyətləri də vardır. Bunlardan biri də
burada olan dialektlərin təkrarolunmazlığıdır. İndiki anda Alman dilinin 8 regional
variantı vardır. Və bu o deməkdir ki, nəinki xarici birisi, hətta Almaniyanın bir böl-
gəsindən digərinə gələn Almanın, nə dediyini digərləri başa düşməyə bilər.
Amma həmçinin bunuda demək lazımdır ki, Alman dili çox çevik və dəyişkən-
dir, buraya asanlıqla yeni sözlər daxil ola bilir.
Qazetlərdə və yaxud hər hansı bir jurnallarda uzun hətta bir cümləyə bərabər
olan sözlərə-terminlərə rast gəlmək olar. Belə ki, Almanlar bir neçə sözünün məna-
sını bir sözə daxil edib yeni bir sözlər əmələ gətirirlər. Bu heç bir dildə olmayan fe-
nomendir.
Həmçinin Almanların xüsusi qramatikası və cümlə quruluşu vardır. Bu ondan
irəli gəlir ki Almanlar digər xalqlara nisbətən daha ciddi bir xalqdır. Və bu da özünü
onların dilində də biruzə verir. “Nizam intizam hər şeydən vacibdir” bu Almanların
əsas həyat devizidir, və bu onların dillərinə də şamil olur. Almanların özünəməxsus
yumor hissidə var, elə bir yumor hissi ki digər xalqların dilləri ilə üst-üstə düşmür.
Ona görədə, bunları da tərcümə zamanı nəzərə almaq lazımdır.
Həmçinin bunuda nəzərə almaq lazımdır ki, ilk olaraq dili anlamaq, hiss etməyi
bacarmaq lazımdır. Əgər tərcümə zamanı siz dilin güvvətini, özünəməxsusluğunu və
gözəlliyini çatdıra bilməmisizsə, bu böyük bir gəbahət deyil. Gəbahət bu və ya digər
mətnin anlaşılmayan tərcüməsidir. Anlaşılmayan tərcümə isə bir sıra amillərdən ası-
lıdır. Bunlar aşagıdakilardır:
1) Hər bir dildə olan, səslənməsi oxşar və ya yalnız bir həriflə fərglənən sözlər.
Məs: Die Regel- qayda
Das Regal-rəf
2) Hər hansı bir dildə olan idiom və frazeoloji birləşmələri söz bə söz tərcümə
etmək olmaz, çünki frazeoloji birləşmələrdə hər bir sözün ümumi tərcümə ilə bağlı
olmayan tərcüməsi var. Bu səhvi etməmək üçün sadəcə bizə lazım olan dildə idiom-
ların ekvivalentini bilmək lazımdır.
3) Xüsusi adların tərcüməsi. Xüsusi adlar tərcümə olunmur və əsasən, olduğu
kimi də oxunur.
Şifahi tərcümə zamanı isə ən böyük çətinlik ondan ibarətdir ki, modal felli və
müxtəlif infinitiv və ya zaman birləşməli cümlələrdə tərcümə edən şəxs əsasın-felin
sonda oldugunu başa düşməlidir, əks halda tərcümə qeyritəbii alınacaqdır.
Lakin bunların hamısı tərcümənin texniki tərəfləridir. Alman dilini tərcümə et-
mək üçün isə bu kifayət etmir. Bunun üçün dilin içində olmaq, onu hiss edib, anla-
maq lazımdır. Almanlar kimi düşünüb, Azərbaycanlı kimi yazmağı bacarmaq lazım-
dır. Belə ki, ilk olaraq ana dilini mükkəmməl öyrənmək lazımdır.
Öz ana dilini mükəmməl bilməyən şəxs, heç vaxt digər dilləri mənimsəyə bilib,
o dillərdən gözəl və ədəbi tərcümələr edə bilməz.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
220
DÜNYADA İLK SÜNİ DİL: BALƏYBƏLƏN
Rüstəm BABAYEV
Qafqaz Universiteti Tərcümə fakultəsi 4-cü kurs
Elmi rəhbər: Şevki Bakırcı
Hər zaman işlətdiyimiz dillərdən fərqli olaraq, süni dillər – qaynağı bilinən (kim
tərədindən yazıldığı bilinən), qramatikası tarixin axarı nəticəsində dəyişmiyən və
tam olaraq insan əliylə yazılmış dillərə deyilir. Müasir dünyada belə dillərin yazıl-
ma səbəbi çox fərqli olur. Məsələn, hamımızın bildiyi “Lord of the Rings” filmi,
orda elflərin işlətdiyi dil və ya bir çox Tolkin kimi fantaziya yazıçıların əsərlərində
işlətdiyi uydurulmuş varlıqların dilləri: sindarin, kvenya. Uydurulmuş dillər daha
çox filmlər və ədəbi əsərlər üçün yazılır. Hətta bəzi insanlar bu cür dillərin yazıl-
masını özləri üçün qazanc mənbəyi edib, bir çox kinostudiya və yazıçıdan yazılma-
sını sifariş kimi alırlar. Amma sadəcə yüz il əvvələ baxsaq görərik ki, o dillərin
çoxunun icad olunma səbəbi insanlar arasında beynəlxalq bir dil qurmaq məqsədi
daşıyır. Dünyada 2 millyondan çox insanın istifadə etdiyi esperanto və ya volapük
(Avropada qeydə alınmış ilk süni dil, esperanto çıxandan sonra yerini ona təhvil verir)
bunlara misal ola bilər. Başqa məşhur süni və uydurulmuş dillər arasında navi (Ava-
tar filmində), şirivuk və mandoa (hər ikisi “Star Wars” filmindən), ido göstərmək olar.
1887-ci ildə məşhur polşalı linqvist L.Zamenhof tərəfindən icad edilən esperanto
dilçilik haqqında bir az xəbəri olan hər kəs tərəfindən ilk süni dil kimi qəbul olu-
nurdu, amma bu 1966-cı ildə “Hayat Tarix Mecmuası” jurnalının Fevral ayı nömrə-
sində çıxan Midhat Sertoğlunun “İlk Milletlerarası Dili Bir Türk İcat etmişti” mə-
qaləsi ilə təkzib olunur. Əlbəttə bundan əvvəl də bu dilin izinə rast gəliblər, məsə-
lən, 1805-ci ildə Suriyada fransalı Jan-Jak Russo bir kitabxanada bir kitab tapir.
Kitabın məzmunu başa düşmədiyi kitabın ilk səhvəsini İstanbulda olan almaniyalı
Hammerə göndərir. O, da öz növbəsində onu Parisdə olan Şərq Dillər Məktəbini
müəllimi Silvest Saciyə göndərir. Səkkiz il sonra Saci məqaləsində bu dilin ölmüş
bir millətə aid olduğunu iddia edir (Sonraki illərdə Alessandro Bausani onun fikir-
lərini təkrar edir). Gördüyümüz kimi dilin kimə aid olduğunu tapmaq üçün 150 ildən
çox vaxt lazım oldu.
Midhat Sertoğlunun qeyd elədiyi dil isə, 16-cı əsrdə Muhyi-i Gülşəni tərəfin-
dən icad onunan dünyanın ilk süni dili – baləybələndir. Muhyi-i Gülşəni (1528-1604)
Ədirnədə doğulur, daha sonra Qahirədə Xəlvətiliyin qolu olan Gülşəni təriqətinin
başçısı olur (Qeyd etməyə dəyər ki, Gülşəni təriqətinin qurucusu İbrahim Gülşəni
Ağqoyunlu sülaləsi zamanı 14 il Təbrizdə şeyxlik edir, 1501-ci ildə Şax İsmayılın
Təbrizə girməsindən sonra burdan Diyarbəkirə, ordan da Qahirəyə gedir).
Baləybələn sözünün mənası Muhyinin ifadəsi ilə “dilsizlərə dil verən”dir. O, bu
dilin yazılmasını 1566-1574-cü illər arasında tamamlayır. Dilinin qrammatikası
sadələşdirilmiş ərəb dili qrammatikasından alınıb, söz ehtiyatı isə türk, ərəb və fars
Materiallar
07 may 2011-ci il
221
dillərindən seçmələrdir. Baləybələn dilinin yazılma vaxtını və səbəbini, bu dillə əla-
qəli ilk kitabı olan “Beremey-Kabey-Nele”de izah edir: sufi terminləri, başqa heç
bir yerdə istifadə olunmamış dildə izah etməkdir. Hətta Muhyinin bu dildə yazılmış
10 min sözdən ibarət lüğəti və 200-ə yaxın əsəri də mövcuddur. Baləybələn Muhyi-i
Gülşəninin ölümündən sonra tələbələri tərəfindən davam etdirilir, amma demək olar
ki unudulur.
Baləybələn dilini 5 il tətqiq edən və demək olar onun şifrələrini birinci həll edən
Mustafa Koçdur. Daha sonra onun “Baleybelen,ilk yapma dil” kitabı 2005-ci ildə
işıq üzü görür.
Baləybələn dilində olan sözlərdən misallar:
Ağac: nav
Bal: lesan, zövq
Xəbər: hay
Rəqs: may
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:
1. Mustafa Koç, “Baleybelen,ilk yapma dil” , Klasik Yayınları (2005)
2. Mehmet Rıhtım, “Seyid Yəhya Bakuvi – Şəfa əl Əsrar”, Elm ,Bakı (2010)
SİNXRON TƏRCÜMƏ
Ləman CƏFƏRZADƏ
Baki Slavyan Universiteti Tərcümə fakultəsi
Elmi rəhbər: N . Şəbnəm
Sinxron tərcümə - şifahi tərcümənin ən mürəkkəb növüdür. Sinxron tərcümə
zamanı müəyyən informasiya vasitələrindən istifadə etməklə prosesi asanlaşdırmaq
mümkündür
Sinxron tərcümənin tarixi XX əsrin ortalarına təsadüf edir. İlk dəfə Nyürenberq
məhkəməsinin dinləmək üçün yığışanlar beynəlxalq səviyyədə sinxron tərcümədən
bəhrələnmişlər. Həmin vaxtdan bəri hər il çoxlu sayda konfranslar keçirilir və işti-
rakçılar öz dillərində və ya beynəlxalq dillərdən birində iclasların gedişini təxminən
eyni zamanda izləyə bilirlər. Hazırda sinxron tərcümə böyük sayda iştirakçıların və
ya mətbuat nümayəndərinin təşrif buyurduqları bir sıra dillərin istifadə olunduğu
görüşlər, diplomatik danışıqlar və bəzən də məhkəmə prosesləri kimi hüquqi şərait-
lər üçün məqsədəuyğun və çox əlverişli sayılır. Bu da onunla əlaqədardır ki, ardıcıl
tərcümədə hər bir nitqə ayrılan vaxt ikiqat artır, yəni məruzənin tərcüməsi də müəy-
yən vaxt aparır, beləliklə, ümumilikdə tədbirin sürəti faktiki olaraq yarıya bölünmüş
olur. İşlənmə məkanına uyğun olaraq, sinxron tərcüməyə bəzən «BMT-stilli tərcümə»
və ya «konfrans tərcüməsi» də deyilir.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
222
Azərbaycan müstəqillik qazandıqdan sonra paytaxtımız da bir çox beynəlxalq
konfransların keçirildiyi ünvana çevrilmişdir. Nəticədə ölkəmizdə sinxron tərcü-
məçilərin hazırlanması bir problem kimi qarşıya çıxmışdır. Lakin bu sahədə mütə-
xəssis hazırlığı bir sıra ciddi çətinliklərlə üzləşir.
Birincisi, çətinliklər Azərbaycan Respublikasının müstəqillik qazandığı son
dövrə, doxsanıncı illərə qədər ölkəmizdə sinxron tərcümə təcrübəsinin, demək olar
ki, mövcud olmaması ilə əlaqədardır. Bunun səbəbi bir tərəfdən, Azərbaycanda So-
vet dövründə beynəlxalq səviyyəli görüşlərin olduqca cüzi sayda keçirilməsi, digər
tərəfdən Azərbaycan dilindən rəsmi dairələrdə istifadə olunmaması ilə izah edilir.
Rus dilli sinxronçuların hazırlığı ilə isə oskva və digər SSRİ şəhərləri məşğul olur-
dular. Buna Azərbaycanda heç ehtiyac da yox idi. «... əvvəlki Sovetlər İttifaqında
sinxron tərcüməçilər Moskvada hazırlanırdı, onun ərazisində təşkil olunan bütün
beynəlxalq forum, simpozium və konfranslarda işçi dil rus dili idi. Bu səbəbdən tər-
cüməçi-dilmanclar hazırlanarkən rus və xarici dillərdən biri aktiv və passiv dil kimi
öyrədilirdi. Əgər Azərbaycan Respublikasında hər hansı beynəlxalq görüş keçirilir-
disə, onda şübhəsiz ki, Moskva rəsmilərini öz tərcüməçiləri müşayiət edirdi»
Sinxron tərcüməçilərin hazırlığı ilə bağlı ikinci bir çətinlik ondan ibarətdir ki,
tərcümənin bu növünün öz təbiəti xüsusi diqqət tələb edir. Təsadüfi deyil ki, Roderik
Counz sinxron tərcümənin ardıcıl tərcümədən fərqli daha iki çətinliklə səciyyələn-
diyini xüsusi olaraq vurğulayır. O, şifahi tərcümənin bu növünün akustik baxımdan
çətinliyini dinləmə və danışma proseslərinin qeyri-təbii olaraq eyni zamanda baş
verməsində görür, intellektual baxımdan çətinliyi isə məruzəçinin fikrini tərcümə-
çinin əvvəlcədən duyması zərurəti ilə əlaqələndirir . Belə ki , bu mürəkkəb prosesdə
tərcüməçi vaxt itirmədən natiqi dinləyə-dinləyə təxminən eyni zamanda nitqi tər-
cümə etməlidir, burada dinləmə, anlama, tərcümə dilinə çevirib səsləndirmə mər-
hələləri arasındakı müddət çox anidir (Sinxron Tərcüməçilərinin Beynəlxalq Asso-
siasiyasının rəsmi internet saytındakı məlumata görə, altı saatlıq iş günü ərzində
sinxron tərcüməçi təxminən 65 çap səhifəsinə bərabər materialı şifahi tərcümə etmiş
olur.) ki, bu sahədə təcrübə əksər hallarda natamam xarakter daşıyır; tərcüməçini
haqqı ödənilərkən deyil, tərcümə edərkən tərcümə etdiyi şəxsdən qat-qat ideal gör-
mək istəyirlər.
Sinxron tərcümə ilə bağlı digər bir çətinlik də konkret olaraq, bizim şəraitlə
əlaqədar Azərbaycan və ingilis (eləcə də digər Avropa) dillərinin müxtəlif qram-
matik quruluşa, fərqli söz sırasına malik olmasındadır. Misal üçün Azərbaycan dilin-
dən ingilis dilinə tərcümə edərkən xəbəri eşitmək üçün tərcüməçi əksər hallarda cüm-
lənin sonunu gözləməli olur. Halbuki əgər tərcüməçi öz intuisiyasından, uzaqgö-
rənliyindən, keçmiş biliyindən və ya kontekstdən istifadə etmirsə, həmin xəbərin
cümlədəki fikri təsdiq və ya inkar etdiyini bilmədən ingilis dilində mübtədadan
sonra ikinci yerdə gələn xəbəri qrammatik cəhətdən formalaşdırmaq mümkün deyil.
Materiallar
07 may 2011-ci il
223
EKVİVALENTLİK SƏVİYYƏLƏRİNİN NƏZƏRİYYƏSİ
Sevinc AĞAMƏMMƏDOVA
Bakı Dövlət Universiteti , Şərqşünaslıq fakültəsi III kurs
Elmi rəhbər: f.e.n. , dos Kərimov Anar
Tərcümə insan fəaliyyətinin ən qədim növlərindən bir olmaqla çətin və çoxsa-
həli prosesdir. Adətən “bir dildən başqa dilə” tərcümə haqqında danışırlar, əslində
isə tərcümə prosesində sadəcə olaraq bir dilin başqa dillə əvəz olunması baş vermir.
Tərcümədə müxtəlif mədəniyyətlər və ənənələr, düşüncə tərzləri, tarixi dövrlər və in-
kişaf səviyyəsi qarşılaşdırılır.
Tərcümənin əsas vəzifəsi- başqa dilin vasitəsilə əsl mətnin üslubi və ekspressiv
(məna) xüsusiyyətlərini saxlamaqla onun tam və dəqiq məzmununu oxucuya, dinlə-
yiciyə çatdırmaqdır. Tərcümə yalnız orijinal mətnin məzmununu çatdırmaq deyil,
həm də onun düzgün ifadə üsullarını və vasitələrini seçməkdir. Tərcüməçinin qarşı-
sında duran bu tələb mətnin tam tərcüməsiylə yanaşı, onun ayrı-ayrı hissələri üçün də
nəzərdə tutulur. Tərcümə ilə orijinal mətnin məzmunu (məna yaxınlığını) səviyyə-
sini təyin etmək üçün tərcümə prosesində adekvatlıq və ekvivalentlik anlayışları tət-
biq edilmişdir.
Ekvivalentlik anlayışı tərcümənin başlıca xüsusiyyətlərini şərh edir və müasir
tərcümə sənətinin əsas anlayışı hesab olunur.
Müasir tərcüməşünaslıqda ekvivalentlik anlayışının müəyyən olunmasına müx-
təlif yanaşmalar mövcuddur. Bunlardan ən çox yayılmışı görkəmli lingvist V.N.
Komissarovun ekvivalentliyin xüsusiyyətləri nəzəriyyəsi anlayışıdır.
Ekvivalentliyin öyrənilməsi təkcə tərcümə nəzəriyyəsi üçün deyil, həm də prak-
tiki cəhətdən də mühüm əhəmiyyət kəsb edir. Belə ki, ekvivalentlik tərcüməçiyə hər
hansı konkret halda orijinala daha yaxın variantı seçməklə müəyyən nəaliyyət qazan-
mağa yardım göstərir.
Tərcümə ilə orijinalın bir-birinə maksimum uyğunluğunu təmin edən ekvivalent-
lik adətən tərcümə işinin əsas xüsusiyyəti olmaqla onun mövcudluğunu şərtləndirir.
Buradan üç nəticə çıxır.
Birincisi, ekvivalentlik tərcümənin tərifində öz əksini tapmalıdır. Belə ki, ingilis
tərcüməşünası C.Ketford müəyyən etmişdir ki, tərcümə “bir dildə olan mətnin başqa
bir dildə ekvivalentidir”. Eləcədə amerikan tədqiqatçısı Y.Nayd bildirir ki, tərcümə
orijinalın başqa dildə “daha yaxın təbii ekvivalentinin” yaradılmasından ibarətdir.
İkincisi, “ekvivalentlik” anlayışı qiymətləndirmə xarakteri daşıyır: “qənaətbəxş”,
yaxud “düzgün”, tərcümə yalnız ekvivalentlik nəzəriyyəsinə əsaslanan nəzəriyyədir.
Üçüncüsü, tərcümənin səviyyəli və düzgün olmasını istəyiriksə mütləq ekvivalent-
lik səviyyəsini nəzərə almalıyıq.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
224
Mütəxəssislər orijinal və tərcümənin məzmununun planında beş mənalı səviy-
yəni əsas götürürlər:
1. Kommunikasiyanın səviyyəsi
2. Situasiyanın (hadisələrin gedişi) təsviri səviyyəsi
3. Mülahizə(rəy bildirmə, söyləmə) səviyyəsi
4. Məlumatlandırma səviyyəsi
5. Dil işarələri səviyyəsi
Orijinalla tərcümə bütün beş səviyyədə və yaxud da bir neçə səviyyə üzrə üst-
üstə düşə bilər. Ekvivalentlik vahidinin istər orijinalda və istərsə də tam və qismən
əhatə olunması müəllifin və tərcüməçinin bilik, bacarıq və yaradıcılıq qabiliyyəti-
nin səviyyəsindən də asılıdır. Tərcümə prosesində tərcüməçi lazım olan ekvivalent-
lik vahidi sistemi ünsürlərini hər iki dildə tapıb və doğru-düzgün istifadə etməkdən
ötrü çox çətin bir məsələni həll etməli olur.
Tərcümə ekvivalentliyinin son həddi bundadır ki, tərcüməçi orijinaldakı məz-
munu maksimum çatdıra bilsin. Lakin hər hansı bir tərcümədə orijinala məna ya-
xınlığı müxtəlif dərəcədə və müxtəlif üsullarla maksimallığa yaxınlaşdırılır.
Buna görə də tərcümə ekvivalentliyi orijinalda əks etdirilmiş müxtəlif məna
ünsürlərini saxlamağa əsaslana bilər.
Tərcümədə onun ekvivalentliyini təmin etmək üçün onun məzmununun hansı
hissəsinin verilməsindən asılı olaraq ekvivalentlik səviyyələri müxtəlif növdə olur.
Lakin əsas məsələ ondadır ki, ekvivalentliyin hər hansı bir səviyyəsində tərcümə
dillər arası kommunikasiyanı (əlaqəni) təmin edir.
KOMMUNİKASİYA (MƏQSƏDLİ)
SƏVİYYƏSİNDƏ
EKVİVALENTLİK
İstənilən mətndə kommunikativ səviyyə var: bu və ya digər fakt barədə məlu-
mat verir, təəssürat oyadır, müsahiblər arasında əlaqə yaradır, dinləyicidən hər
hansı bir (reaksiya) münasibət və yaxud hərəkət tələb edir. Kommunikasiya prose-
sində bu cəhətlərin olması verilən məlumatın və onların dil tərtibatlarının ümumi
xarakterini təyin edir.
SİTUASİYANIN TƏSVİRİ SƏVİYYƏSİNDƏ EKVİVALENTLİK
Ekvivalentliyin bu növündə orijinalın və tərcümənin ümumi məzmunu təkcə
kommunikasiyanın oxşar məqsədi çatdırılmır, həmçinin obyekt və əlaqələrin yığ-
camlığını özündə əks etdirən bu və digər qeyri-dil şəraiti əks etdirilir. Mətnin kom-
munikativ funksiyası yalnız şəraitə bələd olmaq yolu vasitəsilə yerinə yetirilə bilər.
Tərcümədə orijinalın məzmununun daha da düzgün əks etdirmək heç də oriji-
nalın bütün məna ünsürlərini çatdırmağı göstərmir.
Ekvivalentliyin bu növü üçün xarakterik olan orijinal və tərcümənin təsviri za-
manı bu və ya digər şəraitin dəyişməsindən asılı olmayaraq eyniliyi saxlamaqdır.
Beləliklə orijinalla tərcümə arasında münasibətlərə aşağıdakı şərtlər aiddir:
1. Leksik tərkib və sintaktik təşkilatın uyğunsuzluğu
Materiallar
07 may 2011-ci il
225
2. Orijinalın və tərcümənin leksik və struktur quruluşunu əlaqələndirməyin
qeyri-mümkünlüyü
3. Tərcümədə kommunikasiya məqsədinin saxlanılması
4. Tərcümədə məhz həmin şəraitin saxlanılması (orijinaldakı)
MÜLAHİZƏ SƏVİYYƏLİ EKVİVALENTLİK
Ekvivalentliyin bu səviyyəsində orijinal tərcümənin müqayisəsi özünü aşağıdakı
xüsusiyyətlərdə biruzə verir:
1. Leksik tərkib və sintaktik quruluşunun paralelliyinin olmaması
2. Orijinal və tərcümə strukturlarının sintaktik transformasiya münasibətləri ilə
əlaqələndirmənin qeyri-mümkünlüyü
3. Tərcümədə kommunikasiya və eyniləşdirmə məqsədlərini orijinalda olduğu
kimi saxlamaq
4. Orijinalda təsvir olunmuş situasiyalarda verilən ümumi anlayışları tərcümə-
də saxlamaq
MƏLUMAT SƏVİYYƏLİ EKVİVALENTLİK
Ekvivalentliyin bu növündə digər növlərin komponentlərin saxlanılması ilə ya-
naşı, tərcümədə orijinalın sintaktik strukturunun əhəmiyyətinin mühüm bir hissəsi
əks etdirilir. Mülahizənin sintaktik quruluşu tərcümədə müəyyən növ sözlərin müəy-
yən ardıcıllıqla, ayrı-ayrı sözlər arasında əlaqəni şərtləndirir və eləcə də kommuni-
kasiya aktında ilk planda çıxış edən əsas məzmun hissəsini müəyyən edir. Buna görə
də tərcümə zamanı orijinalın sintaktik quruluşunun maksimum saxlanılmasının
mümkünlüyü orijinalın məzmununun daha da tam əks etdirilməsinə təsir göstərir.
Bundan əlavə, orijinal və tərcümənin sintaktik paralelliyi bu mətnlərin ayrı-ayrı ün-
sürlərini əlaqələndirməyə əsas verir.
Beləliklə ekvivalentliyin bu növündə orijinal və tərcümə arasında münasibətlər
aşağıdakı şəkildə xarakterizə olunur .
1. Tərcümə zamanı orijinalda verilmiş sözlərin böyük əksəriyyəti leksik mənada
natamam olsa da onlara yaxın sözdəri axtarıb tapmalı
2. Orijinalda verilmiş sintaktik quruluşa müvafiq analoji sintaktik quruluşu tər-
cümədə işlətməli
3. Situasiyanı və onun təsvir üsulunu göstərməklə tərcümədə kommunikasiya
məqsədini saxlamalı
Sintaktik paralelizmi tam şəkildə saxlamaq mümkün olmadıqda, tərcümədə ana-
loji strukturlar arasında mövcud olan analoji sintaktik dəyişmələrdən istifadə etməklə
məqsədə nail olunur.
Ekvivalentliyin dördüncü növündə üç əsas dəyişiklik qeyd olunur.
1. Birbaşa və geriyə transformasiya münasibətlərlə əlaqəli sinonim quruluşla-
rından istifadə etmək
2. Sözlərin sırasını dəyişməklə anoloji strukturlardan istifadə etmək
3. Aralarındakı əlaqə növünü dəyişməklə anoloji strukturlardan istifadə etmək
|