«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
250
kitabxanası»nın tərcüməsi (kitabın üçdə birini rus dilindən tərcümələr təşkil edir)
və nəşri üzərində iş gedir. Bu nəşrə indiyə qədər Azərbaycan tərcüməçilərinin diq-
qət yetirmədikləri müəlliflərin də əsərləri daxil olunacaqdır
AZƏRBAYCAN VƏ ƏRƏB ƏDƏBİYYATINDAN QARŞILIQLI
TƏRCÜMƏLƏR
Azərbaycan ədəbiyyatşünaslığı tarixində dünya xalqları ədəbiyyatının öyrənil-
məsi məsələləri daim diqqət mərkəzində dayanan və tədqiqinə ehtiyac duyulan sa-
hələrdən olmuşdur. Sözsüz ki, müasir elmi-ədəbi fikrin mühüm nəzəri-estetik kon-
sepsiyalarından biri də dünya ədəbiyyatı ilə bağlıdır. Dünya xalqları ədəbiyyatının
öyrənilməsi prosesi iki əsas istiqaməti ilə seçilir: milli ədəbi irsin tədqiqi və xarici
ölkə xalqlarının ədəbiyyatlarının, ədəbi-nəzəri konsepsiyalarının araşdırılması. Hər
iki aspekt isə birlikdə ümumdünya ədəbiyyatının inkişaf dinamikasını şərtləndirir,
yeni perspektivləri ortaya qoyur.
XX əsrdə Azərbaycan-ərəb ədəbi əlaqələri daha çox üç istiqamətdə davam edirdi:
tərcümələr, tədqiqatlar və ədəbi mövzular.
Ərəb bədii ədəbiyyatından tərcümələr müxtəlif formalarda özünü göstərir: bir-
başa və vasitəli, yəni rus dili vasitəsilə edilən tərcümələr. Bu tərcümələr ayrı-ayrı
kitablar şəklində və müxtəlif dövri mətbuat orqanlarında nəşr olunmuşdur. Hələ əs-
rin əvvəllərində «Ərəb ədəbiyyatında tarixi roman janrının banisi Corci Zeydanın
(1861-1914) üç romanı 1908-1914-cü illər arasında Axund Mirməhəmməd Kərim
Hacı Mir Cəfərzadə tərəfindən azərbaycancaya tərcümə edilmişdir» (1, 158).
Ərəb şifahi xalq ədəbiyyatının bir çox nümunələri Azərbaycan dilinə tərcümə
olunmuşdur. «Ələddin və sehirli çırağı» (1939), «Dostlar. Ərəb nağılı» (1940), «Əli-
baba və qırx quldur» (1949), «Oxuyan piyalə» (1958), «Dəniz səyyahı Sindibad»
(1959) və «Min bir gecə» bu sahədə tərcümə olunmuş əsərlərdəndir.
Son illərin tərcümə əsərləri arasında Misir yazıçısı, ədəbiyyat üzrə Nobel mü-
kafatına layiq görülmüş yeganə ərəb yazıçısı Nəcib Məhfuzun «Güzgülər» romanı
da maraqlı əsərlərdəndir (Nəcib Məhfuz «Güzgülər». Bakı, 2006). Məşhur ərəb
yazıçısının əsərləri bundan əvvəlki bir sıra nəşrlərdə də öz əksini tapmışdır. XX əsr
Misir həyatının böyük bir dövrünü canlandıran romanın tərcüməsi mütərəqqi hal
kimi diqqətəlayiqdir.
Azərbaycan bədii ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə prosesində
eyni intensivliyi müşahidə etməsək də, bəzi faktları göstərmək mümkündür.
Sözsüz ki, qarşılıqlı tərcümə sahəsində ədəbi fəaliyyət bu gün də davam edir.
Ədəbi tərcümə isə mədəniyyətləri yaxınlaşdırmaq, bədii düşüncənin inteqrasiyası
kimi mütərəqqi roluna sadiqdir.
Materiallar
07 may 2011-ci il
251
TƏRCÜMƏDƏ QARŞIYA ÇIXAN ÇƏTİNLİKLƏR
Sevda AĞAYEVA
Qafqaz Universiteti Tərcümə 4
Elmi rəhbər: Şeyda Süleymanova
Tərcümə prosesində qarşıya çıxan çətinliklər tərcüməçini çaşqınlığa sala bilər.
Buna səbəb nədir? Şifahi tərcümədə çaşqınlığın səbəbi iş şəraiti, avadanlığın nasaz-
lığı, keçirilən tədbirə hazırlıq üçün vaxtın məhdudluğu və ya yoxluğu, mövzu ilə
tanışlığın azlığı, bəhs olunan sahənin mürəkkəbliyi; bu sahədəki mürəkkəb anlayış-
lar və bu anlayışları ifadə edən terminlərin zənginliyi,məruzəçi nitqinin sürəti, müx-
təlif dialekt və ləhcələrdən istifadə,həm məruzəçi, həm də tərcüməçilərin psixoloji
gərginliyi ola bilər.
Tərcüməçi səhv etdikdə necə hərəkət etməlidir?
Söhbət şifahi tərcümədən gedəndə, ilk növbədə çalışmaq lazımdır ki,adam özünü
itirməsin.Səhvlərin düzəldilməsi ilə bağlı istedadlı sinxronçu və pedaqoq Roderik
Counzun fikirincə vaxt itirməmək və diqqəti əsas məsələdən yayındırmamaq üçün
sezilməyən o qədər də əhəmiyyətli olmayan xırda səhvlərin üzərindən sükutla keç-
mək olar. Lakin ciddi səhvləri düzəltmək və auditoriyadan üzr istəmək mütləq vacib-
dir. Tarixdə səhvlərin beynəlxalq qalmaqallara gətirib çıxardığı hallar az olmamış-
dır. İrland Təecüməçilər və Dilmanclar Birliyinin bülletenindən belə bir faktı yerinə
düşər. İran prezidenti Mahmud Əhməhinicadın çıxışındaki ’’Qərb bizi nüvə tex-
nologiyasına sahib olmaqdan məhrum etməməlidir‘’ cümləsini dilmanc ‘’Qərb bizi
nüvə silahına sahib olmaqdan məhrum etməməlidir ‘’ kimi tərcümə etmiş,bunun
nəticəsində İran 2006-cı ilin əvvəlində ABŞ-ın CNN kanalının öz ölkəsində yayım-
lanmasını qadağan etmişdir. Görünüyü kimi elə sahələr var ki orada səhvlər bağış-
lanılmazdır. Məhkəmə tərcüməsində şahidin və ya müttəhimin bir söz və ya ifadə-
sini səhv tərcümə etmək hakimdən əvvəl kiminsə barəsində ədalətsiz hökm vermək
deməkdir. Eləcə də tibbi tərcümədə bir yanlışlıq kiminsə səhhəti bahasına başa gələ
bilər. Bu məqamda ispandilli mühacirin ingilis dilində iki dərman şüşəsi üzərindəki
‘’gündə bir dəfə‘’ mənasında işlənən ‘’once a day’’ ifadəsindəki ‘’once’’ sözünə
oxşadaraq 22 həb qəbul etməsi əhvalatı linqvistik çaşqınlığın nə ilə bitəcəyinə aid
original misaldır. Dilmanclıqda səhvlər əksərən zaman qıtlığından irəli gəlir. Bun-
ların düzəldilməsi də çox vaxt ani zaman tələb edir. Yazılı tərcümədə buraxılmış səhv-
lər gözqabağında olurç buna görə də çox vaxt ora qayıdıb düzəliş etmək imkanı
var. Səhvləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Termin seçimində səhv
2. Sintaktik nöqsan
3. Məxəz mətndə müəyyən hissənin buraxılması
4. Söz quruluşu və uzlaşma ilə bağlı nöqsan
5. Orfoqrafik səhv
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
252
6. Durğu işarəsi səhvləri
7. Qarışıq səhvlər
Səhvlər bəzən gülməli effektlə yadda qalır: ”Budapeştə heyvanları yemləməyin.
Münasib yeməyiniz varsa xahiş olunur onu növbədə olan gözətçiyə verəsiniz’’.-
‘’At a Budapest zoo: Please do not feed the animals. If you have any suitable food,
please give it to the guard duty’’. ‘’Romalı həkimin qəbul otağının qapısı üzərində:
qadınlar və digər xəstəliklər üzrə mütəxəssis’’.-‘’In the office of a Roman doctor:
Specialist in women and other disease’’
Tərcüməçi sözü və ya ifadəni bilmədikdə və ya unutduqda nə etməlidir?
İlk növbədə ümumi konteksdən çıxış edərək məxəz mətnin məzmununu çatdır-
maq lazımdır. Tərcümənin əsas prinsiplərindən biri onun ayrı-ayrı hissələrinin də-
qiqliyini yox fikir bütövlüyünü təmin etməkdir. Kanada tərcümə standartlarında
tərcüməçiləri həmişə narahat edən bir sual aydın şəkildə cavabını tapmışdır. Nə isə
aydın olmayanda dilmanc natiqdən həmin məlumatı təkrar etməyi onu başqa sözlə
ifadə və ya izah etməyi xahiş edə bilər.
Yazılı tərcümədə elə hallar olur ki məxəz termin hədəf dildə olmur. Yeni termin
yaratmağa ehtiyac duyulduqda sifarişçi bu məsuliyyəti mütərcümə həvalə edir. Lakin
leksik çətinliklər təkcə terminlərlə deyil, dialekt, slenq, vulqarizmlərin işlənməsilə
bağlı ola bilər. Bu zaman yazılı tərcümədə lüğətlər kömək etmədikdə mütərcimin
ixtiyarında müəyyən vaxt olduğundan dilin daşıyıcısına müraciət edə bilər və ya
internetdə axtarış aparar. Çətinlik ayrı-ayrı sözlər və ya terminlərlə deyil orjinal
mətnin ifadə tərzi oradakı məntiqsizliklə bağlı olduqda da tərcüməçi çətinliklə üz-
ləşir. Bunun ən yaxşı həll yolu müəlliflə əlaqə saxlamaqdır. Belə olmadıqda isə fikri
orjinala mümkün qədər yaxın ifadə etmək və orta mötərizədə tərcüməçinin qeydini
verməkdir
TƏRCÜMƏNİN PRAQMATİK MƏSƏLƏLƏRİ
Emin VƏLİYEV
Baki Dövlət Universiteti Şərqşünaslıq fakültəsi 3-cü kurs
Elmi rəhbər : f.e.d dos Anar Kərimov
Müasir mərhələdə funksional linqvistikanın müxtəlif sahələri sırasında nitq akt-
ları haqqında nəzəriyyə mahiyyəti etibarı ilə özünəməxsus əhəmiyyətə malikdir. Bu
nəzəriyyəyə əsasən danışıq prosesində bizim bütün hərəkətlərimiz sistemli şəkildə
təsvir edilir. Nitq aktları haqqında nəzəriyyə əvvəlcə dilin fəlsəfəsində, sonra isə bir
sıra başqa linqvistik cərəyanlarda inkişaf etdirilmişdir. Nitq aktları haqqında nəzə-
riyyənin məğzi ondan ibarətdir ki, kommunikasiyanın minimal vahidi cümlə və ya
başqa bir ifadə deyil, məhz fəaliyyətdir, müəyyən aktların həyata keçirilməsidir. Bu
Materiallar
07 may 2011-ci il
253
nəzəriyyəyə görə dil vahidləri müəyyən effektlərin əldə olunmasına yönəlmiş kom-
munikativ təyinatlı tapşırıqların struktur baximdan mürəkkəb nitq fəaliyyətidir. Bu
prosesdə əsas diqqət illokutiv aktların strukturuna və onların təsnifatına yönəlir.
Müasir mərhələdə nitq fəaliyyəti nəzəriyyəsi sahəsində əsas iki istiqamət izlənilir:
semantik və praqmatik istiqamətlər. Dünyaya aktiv, yaradıcı münasibətdə insanın
iştirakından söhbət getdikdə artiq tədqiqatlarda praqmatik yanaşma aktual mahiyyət
kəsb edir. Praqmatika müəyyən işarə sisteminin əlamətlərini həmin işarə sisteminin
özünün ifadə edə bilmədiyi üsullarla təqdim edir. Məsələn, dilin stilistik xarakteris-
tikası. O insan intellektinin xüsusiyyət və imkanlarının hesaba alınmasını təxmin edir,
eləcə də özü bu xüsusiyyət və imkanların modelləşməsinin şərtlərininaşkar edilmə-
sinə iddialıdır. Praqmatika muasir linqvistikanın inkisafina böyük təsir göstərmiş-
dir. Müasir dövrdə nitq aktları haqqında nəzəriyyə geniş şəkildə linqvistik praqma-
tika ilə əlaqəlndirilir.
Praqmalinqvistika dil işarələrinin nitqdə fəaliyyətini öyrənən elm sahəsidir.
Digər sözlə, praqmalinqvistikanın tədqiqat obyekti dil vahidləri və onların müəy-
yən kommunukativ-praqmatik mənada fəaliyyətinin öyrənilməsidir. Xüsusilə müasir
dövrdə semiotikanın əsas dəyəri ondan ibarətdir ki, o bir metodoloji prinsip əsasında
linqvistik tədqiqatları qaydaya salmağa imkan yaradır. Semiotik triadanin tərkib
hissələri kontekstində semiotikanın 3 bölməsi ayrılır: sintaktika-işarələr arasında
münasibət, semantika-işarələrin ifadə olunana münasibəti və praqmatika işarələrin
onların interpretatorlarına münasibəti. Praqmalinqvistikada əsasən iki cərəyan ayrılır:
dil vahidlərinin praqmatik potensialının təhlili və ünsiyyət prosesində kommuni-
kantların qarşılıqlı təsiri məsələlərinin öyrənilməsi. Birinci istiqamətə aid əsərlərdə
əsasən semantika və praqmatika arasında sərhədlərin müəyyənlaşdirilməsinə cehd
edilir. Linqvistik praqmatikanin ikinci cərəyanı keçən əsrin ikinci yarısından nitq
aktları nəzəriyyəsi ilə birləşdi. Bu istiqamətlə əlaqədar praqmatikaya aid yeni təd-
qiqatların aparılmasına cəhdlər edilməyə başlandı. Ünsiyyət prosesində nitq kom-
munikantlarının növbələşməsini, xətti inkişaf edən diskursun məna və formal aspekt-
lərinin strukturlaşmasını, sahmana salınmasını təmin edən qaydalara xüsusi əhəmiy-
yət verilməyə başlandı. Tərcümənin praqmatik problemlərinə dair məsələlərin öyrə-
nilməsi, praqmatikanin və ya tərcümə nəzəriyyəsinin məzmununa dair hər bir yeni
baxış, bu baxışların izahı çox zaman yenidən yaranan problemlərin təhlilinə ehtiyac
yaradır. Qeyd edildiyi kimi,praqmatik yanaşmanın diqqət mərkəzində dilin ünsiy-
yət fəaliyyəti məsələləri durur. Praqmatika bu fəaliyyətin sosial interaktiv xarakte-
rini, konkret dil situasiyasınin şərtlərinin xüsusiyyətlərini nəzərdə tutur. Tərcümə
praqmatikasına V.N.Komissarov belə bir tərif vermişdir: Tərcümə prosesinin gedi-
şinə və nəticəsinə təsir vasitəsilə orijinal mətnin praqmatik potensialinin təsəvvürdə
canlandırılmasına yaranan zərurət və Reseptora nəzərdə tutulan təsiri təmin etmək
üçün həyata keçirilən fəaliyyət tərcümənin praqmatik aspekti və ya tərcümənin praq-
matikası adlanır. Yəni bütünlükdə mətn onu qəbul edənə təsir etmək imkanına ma-
likdir, başqa sözlə, onun praqmatik potensial imkanları varır. Orijinal mətnlə tərcümə
mətni arasında praqmatik əlaqənin nisbəti müxtəlif ola bilər, yəni ilkin mətndə möv-
cud olan praqmatikliyin adekvat olaraq qorunub saxlanması məcburi deyil. Alman
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
254
tərcüməşünası A.Noybert “Tərcümənin praqmatik aspektləri” əsərində mətnin praq-
matik mahiyyətinin ən yüksək səviyyədə tərcüməsinin mümkünlüyündən və bunun
tam əksi olaraq, ümumiyyətlə, mümkünsüzlüyündən çıxış edərək tərcümədə dörd praq-
matik münasibəti fərqləndirməyi təklif edir. Təklif olunan bölmələri orijinal mətnin
xüsusiyyətindən çıxış edərək müəyyən etmək olar. Orijinal mətnin praqmatik ma-
hiyyətini o zaman tam ifadə etmək mümkündür ki, hər iki mətndə praqmatik maraq-
lar üst-üstə düşur. Bilavasitə tərcümə üçün nəzərdə tutulan mətnlərin praqmatik
potensialını bütövlükdə mühafizə etmək mümkün olur.
Bədii ədəbiyyatın tərcüməsi zamanı praqmatik adekvatlığın həyata keçirilməsi
əhəmiyyətli dərəcədə məhdudiyyətlərlə mümkün olur. Nəhayət, bilavasitə müəyyən
dil daşıyıcılarına ünvanlanmış xüsusi mətnlərin orijinalında təqdim olunan praqma-
tik adekvatlığı ifadə etmək ümumiyyətlə mümkün olmur (məsələn, qanunvericilik
sənədləri, müxtəlif elanlar və s.). Təbii ki, burada bütövlükdə tərcümənin keyfiyyə-
tindən söhbət gedir. Hər iki dilin daşıyıcılarının orijinala və tərcüməyə reaksiyası
nəzərdə tutulur. Müasir tərcüməşünaslıq elmində tərcümə mətninin praqmatik isti-
qamətinin tam ifadə olunmasını məcburi saymayan cərəyanlar da mövcuddur. Bu
konsepsiyanin tərəfdarları hesab edirlər ki, digər mədəniyyətə məxsus məsələlərə
yaxşı bələd olan tərcüməçi mətnin tələblərinə cavab verən, lakin orijinalla üst-üstə
düşməyən mətn yarada bilər. Müəllifin fərdiliyi, onun dünyaya baxışının unikallığı
və dil üslubunun təkrarsızlığı mətnin əsas,mərkəzi praqmatik kateqoriyalarından
olan intensionallığı təmin edir. İntensionallıq dil vasitələrinin seçilməsi yolu ilə on-
dan istifadənin yaradıcı xüsusiyyətinin aşkar edilməsi sayəsində realizə olunur. Dil
vasitələri müəyyən aksioloji, mədəni-tarixi, estetik və s. mahiyyətlər kəsb edir. Müəy-
yən kommunikativ intensiyanı həyata keçirməyə istiqamətlənmiş mətn müxtəlif
funksiyalara malikdir.
Bir qayda olaraq hər bir mətni xarakterizə edən dominant funksiyanı müəyyən-
ləşdirmək mümkün olmur. Bu, yaradıcı prosesdə mətnin müəllifinin nəzərdə tutduğu
funksiyadır. Əgər mətn bədii əsərdirsə, burada bədii-estetik funksiya dominantlıq
təşkil edir. Elmi-texniki mətn üçün dominant funksiya informasiyanın təqdim edil-
məsidir. Publisistik mətn və ya reklam mətni oxucunun şüuruna, əqidəsinə, əxlaqına
təsir funksiyası daşıyır. Kontrakt və ya hüquqi sənədlər zəruri informasiyanın böyük
dəqiqliklə fiksə edilməsi tələbini irəli sürür. Deyilənləri ümumiləşdirərək belə bir
fikir söyləmək olar ki, mətnin dominant funksiyası kommunukativ effekt yaratmaq,
yəni mətni qəbul edənə müəyyən praqmatik təsirlər göstərmək mahiyyəti daşıyır.
Kommunukasiya aktının növbəti mərhələsi mətni qəbul edənin onu qavramasıdır.
Lakin adekvat qavrayış bu halda yalnız eyni dil daşıyıcılarının arasında yarana bi-
lər, çünki bu zaman həm mətni yaradan, həm də onu qəbul edənin arasında dil ma-
neəsi yoxdur. Tərcümənin praqmatik aspektlərinin təhlilində ilkin mətnin spesifik
xüsusiyyətlərinin, kommunukativ təmayülünün müəyyənləşdirilməsinin böyük əhə-
miyyəti vardır. Yuxarıda qeyd edildiyi kimi, bu təmayüllər çox müxtəlifdir. A.Noy-
bert tərcümə üçün nəzərdə tutulmuş ilkin mətnlərin təsnifatını belə təqdim edir: 1-ci
tip – ilkin dildə yaradılan mətn bilavasitə ilkin dilin auditoriyasını nəzərdə tut-
Materiallar
07 may 2011-ci il
255
mayıb. Praqmatik nöqteyi-nəzərdən bu mətn həm ilkin dilin auditoriyası, həm də
tərcümə dilinin auditoriyası üçün eyni səviyyədə maraqlıdır. Məsələn, elmi, texniki
ədəbiyyat. 2-ci tip – ilkin dildə yaradılan mətn ilkin dilin auditoriyasının spesifik
tələbatlarına cavab verən xüsusi tarixi, iqtisadi, siyasi, mədəni, coğrafi situasiyaları
ifadə edən informasiyanı özündə ehtiva edir. Məsələn, qanunların mətni, yerli mət-
buat, elanlar. 3-cü tip – buraya bədii ədəbiyyat aiddir. Bu tipin mətnləri ilə 2-ci tipin
mətnləri arasında ümumi oxşarlıq vardır, çünki bunlar, adətən, müəyyən ictimai si-
tuasiyada yaranır və interpretasiya olunur. 4-cü tip – mətn ilkin dildə yaradılırvə ilk
növbədə tərcümə üçün nəzərdə tutulur. Bu qrupun mətnlərinə xarici auditoriya üçün
nəzərdə tutulmuş müxtəlif informasion-təbliğat xarakterli materiallar aiddir. Təbii
ki, bu təsnifat mütləq mahiyyət daşımır və əlavə tiplərin də tərcümə mətninə daxil
edilməsi istisna deyil. Həm orijinal mətni, həm də tərcümə mətnini qəbul edənlər
müxtəlif dillərin daşıyıcılarıdırlar, həmçinin müxtəlif mədəniyyətə, özünəməxsus
mentallığa, milli psixologiyaya, dünyagörüşünə malikdirlər. Bu mənada tərcümə
prosesinin əsas çətinliklərindən biri qarşıya qoyulan məqsədə müvafiq olaraq müx-
təlif mədəniyyətlərin daşıyıcılarının eyni mətni qavramasında qarşıya çıxan ziddiy-
yətlərin nəzərə alınmasıdır. Bu səpkidən olan uyarsızlıqlar, ziddiyətlər mətnin ətraflı
dərk edilməsinə əngəllər törədir.
Tərcümə kommunikasiyası prosesində bir-birindən çox fərqli mədəniyyətlər
qarşılaşdıqda bu uyarsızlıqlar daha bariz şəkildə özünü büruzə verir. Bunlar tərcümə
mətninin adekvat qavranılmasına mane olur. Müxtəlif informasiyanın fərqli audito-
riyalar tərəfindən qavranılmasında meydana çıxan fərqlərin tarazlanmasında tərcü-
məçinin rolu böyükdür. Əsas praqmatik problemlərdən biri də tərcümə prosesində
tərcümə mətnini qəbul edənlərdə arzuolunan reaksiyanı yaratmaq məqsədi ilə tərcü-
məçinin həyata keçirdiyi hərəkətlərdir. Bu hərəkətlərin həyata keçirilməsi praqmatik
adaptasiyanın məğzini təşkil edir, yəni bu hərəkətlər mətnin qavrayışını maksimal
şəkildə yüngülləşdirir və müvafiq kommunikativ effektin əldə edilməsinə şərait
yaradır.
Dil sistemlərində mövcud olan fərqlər də müxtəlifdilli kommunikantlar tərəfin-
dən tərcümə mətninin eyni şəkildə qavranılmasına mane olur. Bununla yanaşı qeyd
etmək lazımdır ki, mətnin janr mənsubiyyəti əsaslı şəkildə onun praqmatik adaptasi-
yasına təsir göstərir. Məsələn, elmi-texniki üslub müxtəlif dillərdə daha az fərqliliyə
malik olduğundan bu mətnlərdə daha az praqmatik adaptasiyaya ehtiyac olur. Bunu
bədii ədəbiyyata aid etmək mümkün deyil, çünki bu üslubda praqmatik adaptasiya
üsulları tərcümə zamanı məzmunun mahiyyətinə ciddi müdaxiləni nəzərdə tutmur,
burada yalnız məzmunun ayrı-ayrı elementləri dəyişdirilir və tərcümə mətnini qəbul
edən üçün daha əlverişli, aydın variant təklif edilir. Bəzi hallarda təklif edilən şəkildə
praqmatik adaptasiyanın həyata keçirilməsi mümkün olmur. Bunu fərqli mədəniy-
yətlərə malik auditoriyalarda mətnin qavranılmasında müşahidə etmək olar. Bir çox
hallarda tərcüməçi əlavə məqsədlər güdür və bu məqsədlər bu və ya digər şəkildə tər-
cüməçinin praqmatik məqsədlərindən kənara çıxa bilər. Başqa sözlə, bu hallarda tər-
cüməçi tərcümə mətnini qəbul edənlərdə orijinal mətnə məxsus olan analoji reaksiya
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» IV Respublika tələbə elmi-praktik konfransı
256
şəraitini yaratmağa can atır. Y.Nayda yazir ki, “Məsələn, San-Blanslı məzhəkəçinin
məqsədi camaatı əyləndirməkdən ibarətdirsə, bunları tərcümə edən zaman tərcüməçi
özünə belə bir sual verə bilər ki, San-Blansın yerli xüsusiyyətləri haqqında öz oxu-
cularıma məlumat verim ya yox?” Bu situasiyalarda tərcümə, inin nəzərdə tutduğu
məqsəd çox müxtəlif ola bilər. Beləliklə, tərcümə təcrübəsi göstərir ki, bütün hal-
larda tərcüməçinin praqmatik neytrallığı tərcümə prosesində özünü doğrultmur və
tərcüməçinin məsələlərə mütləq yanaşması keyfiyyətli tərcümə mətninin əldə edil-
məsinə böyük maneələr yarada bilər. Bütün bunlar bir daha onu qeyd etməyə əsas
verir ki,mədəniyyətlərarası kommunikasiyanın praqmatik cəhətlərinin tədqiq edil-
məsi bütövlükdə problemin kompleks şəklində həllində müstəsna rol oynayır. Bu
yanaşma xalqların həyat tərzinin xüsusiyyətlərinin aşkar edilməsinə şərait yaradır.
Bunun nəticəsində mədəniyyətlərarası münasibətlərdə qarşılıqlı anlaşmanı təmin
etmək, eləcə də düzgün inteqrasiyanı həyata keçirmək mümkün olur.
NƏTİCƏ
Araşdırmalar belə nəticəyə gəlməyə əsas verir ki, tərcümənin praqmatik aspekt-
lərinin daha geniş və əsaslı şəkildə öyrənilməsinə ehtiyac vardır, belə ki praqmatik
aspektlər tərcümə prosesi üçün böyük nəzəri və praktik əhəmiyyətə malikdir.
İNŞAAT SAHƏSİNƏ AİD TERMİNLƏRİN
İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ
TƏRCÜMƏSİ PROBLEMİ
Günay İSMAYILOVA
Bakı Slavyan Universiteti
Magistratura şöbəsi 1-ci kurs "Tərcümə" ixtisası
Elmi rəhbər: prof.Novruzov R.M.
Hər funksional üslubun öz xüsusiyyətləri olduğu kimi hər üsluba aid mətnlərin
tərcüməsinin də özünəməxsus xüsusiyyətləri var. V.N. Kommisarovun fikrinə görə
3 tip mətn var:
1. Texniki və təbiət elmlərinə aid mətnlər. Burada fənni bilmək dili bilməkdən
daha vacibdir və bu öz növbəsində xüsusi terminləri bilməyi tələb edir.
2. Fəlsəfi mətnlər, burada xüsusi mətnləri bilməkdən əlavə, tərcüməçidən müəl-
lifin ideyasının gedişatını izləmək də tələb edilir.
3. Ədəbi mətnlər, burada məzmundan əlavə, əsərin bədii forması da tərcümə
dilinə çevirilməlidir.
Elmi-texniki mətnlərin bədii üslubdan fərqləndirən başlıca cəhət bu mətnlərdə
emosional çalarlığın olmamasıdır. Lakin ingilis dilində elə texniki ifadələr var ki,
Materiallar
07 may 2011-ci il
257
orada da ifadə vasitələri istifadə edilir. Məsələn, "The wire is alive" ifadəsi hərfi
mənası "məftil sağdır, yaşayır" olsa da, o, "məftil cərəyana qoşulub" kimi tərcümə
olunur. "The wire is dead" – "məftil ölüb" isə "məftil söndürülüb" kimi tərcümə
olunur.
Tikinti sahəsinə aid mətnlər elmi-texniki üslubun bir hissəsidir. Bu mətnlərin
əsas xüsusiyyəti bu sahəyə aid terminalogiya və frazeologizmlərin olmasıdır.
Terminlər - emosional cəhətdən neytral olub, elm və ya texnikanın müəyyən bir
sahəsinə aid olan anlayışın adını bildirən sözlərdir (söz birləşmələridir).
Adi danışıq dilində sözlərin çoxmənalı olsa da, tikinti sahəsinə aid terminlər
müəyyən semantik mənanı ifadə edirlər. Misal üçün, "table" sözü tikintidə lüğətdə
olan "stol", "masa", "lövhə", "cədvəl", "tabel" mənalarından fərqli olan "plitə" mə-
nasını verir.
Bir sıra sözlər vardır ki, tikinti sahəsində onların tərcüməsi zamanı sözlərin
ilkin mənalarından fərqli, xüsusi terminoloji mənası istifadə olunur:
Dostları ilə paylaş: |