Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   2   3   4   5   6   7   8   9   ...   13

Mövzunun elmi yeniliyi: İlk dəfə olaraq Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən 

istifadənin xüsusiyyətləri auditoriyanın çeşidindən asılı olaraq öyrənilmiş, tədqiq olunmuşdur.   



Mövzunun  təcrübi  əhəmiyyəti:  Mövzudan    ali  məktəblərdə  nitq  mədəniyyəti  ilə  bağlı 

mühazirə və seminarlarda istifadə oluna bilər.   



                                                       

 

 

 

 

Zamanov N.T. 

 


 

12 


 

ƏDƏBIYYAT 

1.  Hüseynzadə Muxtar. Müasir Azərbaycan dili. Bakı: Maarif, 1988,  s.22-28. 

2. Ağayeva İ.S. Bədii və elmi üslub. Bakı:  Maarif, 1988, s.22-30. 

3. Quliyev İlkin. Qazi Bürhanəddinin dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr. 

Filologiya məsələləri, №2, 2007, s.91-96. 

4. Babayev Adil. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: Elm və Təhsil, 2011, 620 s. 

 5. Abdullayev Ə.Z. Sintaksisin aktual məsələləri (tabeli mürəkkəb cümlənin tədqiqi). Dərs 

vəsaiti. Bakı, 1987,84 s. 

 6. İslamzadə  Məsudə. Bədii nəsrdə mürəkkəb konstrksiyaların üslubi-semantik xüsusiy-

yətləri. AMEA.nın xəbərləri. Humanitar elmlər seriyası. 2007, № 2  s. 81-93. 

7. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I-XL cildlər. Bakı : Azərnəşr, 1997. 

                                                   



РЕЗЮМЕ 

СПОСОБЫ УПОТРЕБЛЕНИЯ СЛОЖНЫХ ПРЕДЛОЖЕНИЙ В РЕЧИ  

ГЕЙДАРА АЛИЕВА 

Zamanov N. T. 

 

Ключевые  слова:  Гейдар  Алиев,  речь,  культура  речи,  сложные  предложения, 

сложносочиненные и сложноподчиненные предложения 

В статье исследованы сложные предложения в речах великого политического оратора 

Гейдара Алиева. Изучено употребление сложносочиненных предложений  в зависимости от  

аудитории,  перед  которой  выступал  великий  оратор.  Показано,  что  основу  речей  Гейдара 

Алиева  при  его  выступлениях  перед  научными  коллективами  составляли  сложные 

предложения.  Проведен  также  сравнительный  анализ  между  сложными  предложениями 

классиков Азербайджанской литературы и великого политика Гейдара Алиева.  

                                                         



SUMMARY 

THE METHODS OF USING COMPLEX SENTENCES IN HEYDAR ALIYEV’S SPEECH 

Zamanov N.T. 

 

Keywods:  Heydar  Aliev,  speeche,  speeche  culture,  complex  sentences,  subordination  and 



coordination complex sentences 

The article explores the complex sentences in the great political speaker’s speech. It is studied 

the use of compound sentences depending on the audience. It is shown that the basis of the speeches 

of  Heydar Aliyev were complex sentences. Also it was carried out a comparative analysis between 

complex sentences in the speeches of classics of Azerbaijan literature and the great politician 

Heydar Aliyev. 

 

Daxil olma tarixi: 



Ilkin variant 

21.07.2015 

 

Son variant 



 

 

 



 

 

Heydər Əliyevin nitqində mürəkkəb cümlələrdən istifadə üsulları 

 


 

13 


 

 

UOT 

 

QƏRBİ AZƏRBAYCANIN QARAQOYUNLU BÖLGƏSİNİN DİALEKT LEKSİKASI 

 

ƏHMƏDOV NOFƏL ŞƏMŞƏD oğlu 

Sumqayıt Dövlət Universiteti,  

e-mail:  

         

Açar sözlər:Qərbi Azərbaycan,Qaraqoyunlu bölgəsi, dialekt sözlər, şivələr, izahlı lüğət    

 Dialekt  sözlərinin  xarakterik  xüsusiyyətləri  ondan  ibarətdir  ki,onlar  ayrı-ayrı  regionların 

şifahi  nitqində  işlənsə  də,ancaq  ədəbi  dil  norması  kimi  əsas  götürülə  bilməz.  Buna  baxmayaraq, 

milli dil ədəbi dili və  dialektləri özündə birləşdirir. Ədəbi və ya standart dil dedikdə isə Azərbaycan 

dilinin qanunlarına əsaslanmış, orfoepik və orfoqrafiq tələblər üzərində formalaşmış orta məktəbdə,  

kargüzarlıq, elm, texnika, mədəniyyət və digər sahələrdə istifadə olunan  dil nəzərdə tutulur. Ədəbi 

dilin  əsas  fərqləndirici  cəhəti  onun  fonetik,  leksik,  qrammatik  və  üslubi  normalar  üzərində 

qurulmasıdır.  Dilin  normalarının  gözlənilməsi  konkret  qrammatik  qayda  və  qəbul  olunmuş 

müddəaların  yazı  və şifahi  nitqdə cəmiyyətin hər bir üzvi tərəfindən  dərk olunması  və əməli  işdə 

tətbiq  edilməsidir.  Bu  qrammatik  qayda  və  qanunlar  isə  öz  əksini  həmin  dilə  aid  orfoqrafiya 

lüğətlərində,məktəb qrammatikası və akademik qrammatikada tapır. 

 Əlbəttə,  dialektlərin  də  öz  daxili  qayda-qanunları  var,  lakin  bu  qayda  –  qanunlar  onların 

daşıyıcıları  tərəfindən  dəqiq  dərk  olunmur,eyni  zamanda  yazılı  nitqdə  də  özünü  qabarıq  şəkildə 

büruzə vermir. Ədəbi dillə dialektlər bir – birinə qarşılıqlı surətdə təsir edir,ancaq ədəbi dilin dialekt 

və şivələrə təsiri daha güclüdür. Bu təsir məktəb təhsili,televiziya,radio,qəzet,jurnal və s.vasitəsi ilə 

həyata keçirilir. Get-gedə şivələr öz inkişafını itirir,  onun əsas daşıyıcısı  olan  yaşlı nəsllə bərabər 

xarakterik  xüsusiyyətlərini  də  itirmiş  olur.  Adət-ənənələrə,  eləcə  də  məişətdə  işlənən  söz  və 

anlayışlara  aid  olan  söz,  söz  birləşmələri  aktiv  leksikondan  çıxaraq  arxaikləşir  və  bəzən  də 

cəmiyyətdə baş verən siyasi və iqtisadi dəyişikliklərə əsasən yeni sözlər əmələ gəlir. Bunları nəzərə 

alaraq  yaşlı  nəsildən  istifadə  edərək  bölgələr  üzrə  canlı  kənd  şivələrinin  lüğətini  hazırlamaq 

vacibdir. Dialekt sözlərin öyrənilməsi dil tarixini və bəzi sözlərin leksik mənasının öyrənilməsində 

böyük  əhəmiyyəti  kəsb  edir.  Hətta,    sözlərin  dialekt  formasından  ədəbi  dilə  keçirilməsi  yolları 

sözlərdə  tarixi  baxımdan  özünü  daha  yaxşı  göstərir.  Bu  faktlar  göstərir  ki,  ədəbi  dil    dialekt  və 

şivələrə  təsir  göstərir    və  bu  proses,  qeyd  olunduğu  kimi,cəmiyyətdə  gedən-  zaman  baxımdan- 

müasir dəyişikliklərə  görə,  yəni  sürətli  inkişafa əsasən bizdən asılı  olmayaraq  gedir.  Ona  görə də 

çalışmaq lazımdır ki,  bölgələrə aid olan kəndlər üzrə dialekt və şivə sözlərini itirməmək üçün yaşlı 

nəslin  tələffüzü  əsas  götürülərək  lüğət  tərtib  edilsin.  Çox  yaxşı  olardı  ki,  yaşlı  nəslin 

nümayəndələrinə,  xüsusən  qadınların  tələffüzünə  üstünlük  verilsin.Ona  görə  ki,  qadınlar  adətən 

oturaq  həyat  keçirir,  həmişə  kəndin  adət-  ənənələri  içərisində  yaşayırlar,  məişətlə  bağlı  daha  çox 

sözlər bilirlər.  Kişilər isə digər şəhərlərə işləməyə getdiklərinə görə onların nitqinə həmin bölgənin 

dialekti təsir göstərir, dialekt və şivə sözlərin itməsinə imkan yaradır. Tədqiq olunan şivələr xalqın 

Çənbərək  və  Karvansaray,  ermənilərin  İcevan  və  Krasnoselo  adlandırdıqları  rayonun  ərazilərində 

yaşamış insanların şivələridir. Ötən əsrin 89-cu ilinə qədər bu insanlar neçə minillik öz dədə-baba 

yurdlarında  yaşayıb-yaradır,  əkib-biçirlər.  İndi  o  torpaqlar  mənhus  qonşularımızın  tapdağına 

çevrilib, vətən övladlarının üzünə həsrətdir. Beynəlxalq irticanın zorakılıq qolu çox güclüdür 

1, .3



Ümumiləşdirilən fikirlər bizə aşağıdakı müddəaları təklif etmək üçün əsas verir: 



1.İstənilən dil ədəbi fiksasiyayadək (yazı) qohum dialektlər qrupu formasında mövcud olur. 

2.Ədəbi fiksasiya (yazı) dilin tədrci inkişafını (təkamülünü) ləngidərək onu konservləşdirir. 

3.Ədəbi dillərdən fərqli olaraq dialekt və şivələr sərhəd tanımır. 

4.Analiz üçün dildə olan bütün dialektlər (komparativlik) müqayisə üçün mühümdür.  

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

14 


 

Dialekt  və  şivələrin  bütün  bölgələrdə  öyrənilməsi  vacibdir.  Çünki  dialekt  və  şivələr  tədqiq 

olunan bölgə və regionda yaşayan yerli əhalının tarixini, milli mənsubiyyətini, məişətini öyrənmək 

üçün ən qiymətli və əvəzsiz mənbədir. A.Bakıxanov yazmışdır: ”Əgər ölkənin qəbilələri, kəndləri, 

binaları və qədim hasarı geniş bir surətdə tədqiq edilərsə, əhalinin mənşəyinı təyin etmək mümkün 

olacaqdır” 

3, 11


. Müasir dövrdə  dialekt və şivələrin öyrənilməsi və tədqiqi Qərbi Azərbaycanda 

müvəqqəti itirdiyimiz torpaqlar üçün böyük mənəvi əhəmiyyət kəsb edir. Buna görə də məqalədə 

Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsində istifadə olunmuş dialekt və sivələrə aid olan sözlərin 

leksik – semantik mənalarının  əlifba sırası ilə tərtibi və izahının verilməsi əsas götürülmüşdü:                                                                                                                                                                                                                                                                                                                                          



Aba – böyük bacı, bəzi kəndlərdə anaya müraciət 

Aqa – qardaş və ya kişi cinsinə aid müraciət forması  

Ağlovu – araba növü ( ağır, nəhəng ağacları daşımaq üçün) 

Ağnağaz – təcili üyüdülən taxıl 

Ambılma – lənğərlənmə 

Ambıla – ambıla –ləngərlənə -ləngərlənə, sağa-sola əyilərək yerimə 

Ayıboğan –ağcaqanad növü(əsasən meşədə olur, ağcaqanaddan çox kicik, dəstə halında) 

Alağazdamaq – başdansovdu iş görmək 

Alısın – payızda bitən yaşıl ot 

Anşırmaq –tanımaq - Mən onu anşıra bilmədim (tanıya bilmədim) 

Atlama – qatıq və sudan çalxalanma yolu ilə  hazırlanan yüngül yay içkisi 

Azaylanmaq/azaylamaq – xəstəlikdən və ya hər-hansı bir səbəbdən sayıqlamaq 

                                              

Bambalamaq –qaşıq olmadıqda duru xörəyin yuxa parçası ilə yeyilməsi   

Bazdaşmaq/bazlaşmaq – bəhsə girmək (Sən mənimlə bazdaşa bilməzsən) 

Bılıq – yeni doğulmuş inək və ya camış balası 

Bitirici – kuryer (İdarə kağızlarını paylayan işçi,buyruqçu) 

                                            

Ceydax – arıq, sağlam 

Cəycüy – xırda,lazımsız 

Cinis - yaxşı 

Cıvraq/cıvrıq – cəld 

Cərqoy – xüsusi formada doğranmış kartofun yağda qızardılması 

Cəryoy – arabada ağır yük olarkən əlavə qosulmuş öküzlər 



                                     

                                      Ç 

Çalası – qatıq mayası ( südü çalmaq üçün) 

Çalası – aravuran, ara qarışdıran adam 

Çarpana – tikan və ya ağacdan qopmuş iti, kiçik parça 

Çəvərən – yaylaqda qoyun-quzunun gecə saxlanıldığı  yer.Hasar gərməşov              çubuqlarından 

hazırlanır 

Çıntır – arıq, yağsız ət 

Çırnöyx - kişik şəlalə 

Çıtırıx – sıx ( tərəvəz kolları və meyvə ağacları bol məhsul verərkən) 

Çümrük – qaynadılmış ayran 



                                           D 

Dağarcıxlanmaq – özündən razı, özünü üstün tutmaq,saymaq 

Dəmgül – seyrək  

Dərəçay – çox duru 

Dəsvaha – həmin an, dərhal 

Dəsdir/dəsdiri – onun kim 

Dib öküzü –arabanı dartmaq üçün qoşulan əsas öküz 

Qərbi Azərbaycanın qaraqoyunlu bölgəsinin dialekt leksikası 

 


 

15 


 

Dincimalı – yağış  

Dinşimək/dinşəmək – diqqətlə qulaq asmaq 

Dzman – nəhəng, iri heyvan (əsasən xırdabuynuzlu heyvana aid) 



                                                          E 

Eryatı – nizamsız,səliqəsiz, işi yerinə yetirə bilməyən 



Ə 

Əlləmayax – nadinc uşaq 

Ərəmşimək – gözünün odunu almaq,bacarmaq 

Əryən –evlənməmiş gənc oğlan 

Əfçi-əfçi – boş - boşuna 

Ərcə-çilingağacı oynunda çiling havada olarkən işlənən söz   



                                                               F 

Fasıx – hiyləgər 

Fısqırmaq – hirslənmək,razı olmamaq 

Fırıtdamaq – tovlamaq,qızışdırmaq,üstünə salmaq 

                                                            G 

Gav – böyük yarğan 

Gəj  -umacın iri dənəsi (halva hazırlanarkən) 

Giryal – mal – qaranı bağlamaq üçün çubuqdan, ağacdan hazırlanmış ip 

Gırdınlamaq – ağacı iri formada pazla yarmaq, doğramaq 

Gırdın – nəhəng  ağacın pazla yarılmış iri hissələri  

Gordahat – iri,nəhəng 

Gortdaşmaq – məxfi söhbət aparmaq 

Gumanaşərt – təxmini 

Göyəzə - acgöz,doymayan 

Güməşmək – qorxudan əl -yağı tutulmaq 

Güzəm- payız yunu, güz –payız deməkdir 

Gullaflamaq – içmək 

                                                         H 

Həsi – un və sudan hazırlanan xörək,horra 

Höysər – taxıl təmizləyən alət 



                                                         X 

Xəmərək – boş-boşuna danışmaq, gəzmək. Xəməyir xəməyir danışma. 

Xəryə -dağ aşırımında düz yer 

Xırça – balaca,alçaq boylu adam 

Xiper – hiyləgər adam, balaca boylu hiyləgər adam. 

Xotma – qurumuş otu bir yerə yığmaq,ağırlığı təqribən 500 – 600 kq olan quru ot kütləsi 

Xuylanmaq – şübhələnmək. Sənin danışığın mən xuylandırır. 

Xopana getmək – pul qazanmaq üçün yaşadığın yerdən uzaqlqra getmək 

Xorramaq – xoşu gəlməmək,istəməmək. Çəkilən xörəyi niyə xorluyursan? 

Xotazlanmaq – öyünmək. Qardaşın oğlu dünən yaman xotazdanırdı. 

                                                     İ 

Iddələmək – bir - biri ilə yola getməmək,verilən iş bir birinin üstünə atmaq  

İdiləmək – qızışdırmaq. Onu gərək idiliyəsən ki, o işi  tez yerinə yetirə. Onu idiləmə. 

İnrik – qaranlıq və ya agır əşya. Bu ki, lap qara inrik imiş! 

İrzikmək – irzikdirmək- bezikmək, bezdirmək. İş tutanda sən adamı lap irzikdirirsən. 

İsvaha –rahat, səliqəli. Xanım ana çox isvaha xanımdır. 

İşgələ - hündür yerdə işləmək üçün xüsusi hazırlanmış qurğu 

İfləmə - sarsaq,ağıldan kəm. Kərəmin oğlu lap ifləmə imiş! 

İfləmək –aldatmaq. Öz aramızdır qonşunu yaman iflədin. 

                                                    

 

Əhmədov N.Ş. 

 


 

16 


 

                                                      K 

Kağan – boyunduruğu arabaya bağlamaq üçün göndən hazırlanmış çənbərə 

Keyfət – alıx, əsasən yük heyvanlarının belinə qoyulan keçə,çul 

Kövər – yeni tikilmiş evin və ya tövlənin himində qalmış artıq torpaq 

Közdəmə - kömbə növü 

Kütmük – qısa,gödək 

Kiğ – ot növü. Kığın məskəni Qaraqoyunlu dərəsində Göytalanın meşəlıyidir. 



                                                   Q 

 Qaraxamur –içindən yetişən və qaralan armud növü 

 Qavqarmaq – yerləşdirmək  

Qaj - əkin yerində pomidor,xiyar və s.əkmək üçün xətt çəkilməsi  

Qarqara – itin zəncirinə əsasən həyətdə hər iki tərəfi mıxla yerə çalınmış 10 – 15 metrlik məftil 

Qançırğa – xurcunun ağzını bağlamaq üçün xüsusi hazırlanmış ip 

Qarnax – çökək yer,qışda ən çox qar yığılan yer  

Qaraçanaq – görülən işin mənasızlığı 

Qartdamaz – quru 

Qaxarlıq – qıtlıq,quraxlıq  

Qəysəvə - quru meyvədən hazırlanmış xörək 

Qıfçımaq – sürətlə hara isə getmək 

Qırramaq - əl ilə qarğamaq 

Qızdırbas– tələsik 

Qoj - əyri 

Qozdanmaq – özündən razı qalmaq,şişmək 

Qonqumaq – oturmaq 

Qujoy – çayın iti axan hissəsi 

Qurdağzı – heyvan çöldə qalarkən həmin heyvanı vəhşi heyvanlar yeməmək üçün xüsusi 

                    adamlar tərəfindən həyata keçirilən ayin, mərasim 

                                                        L 

Laqqıtax –boş.Yem üçün gedən yük avtomobilləri sahədən laqqıtax qayitdılar. 

Lejan –bol 

Ləmbə -yaş. Ay bala, bu yayın istisində harada belə ləmbə olmusan? 

Lıkləmək –yukləmək  

Löyün – növ. Biz onlara qonaq gedəndə neçə löyün xörək hazırlanmış, gözəl süfrə açılmışdı. 



                                                      M 

Mağmın – sakit, rahat adam 

Maqqal – tonqal 

Majara hay – imkanı olmadan nəyisə təcili istəmək 

Majal/macal – vaxt, imkan. Mənim majalım yoxdu ki, sizə də kömək edəm. 

Mandıxmaq –təntimək,özünü itirmək 

Mezər – önlük 

Mərz – bir-neçə tarlanın dalbadal yerləşdiyi sahə 

Mətəris – daldalanacaq yer,ev 

                                                   N 

Nay – deyib – gülən,zarafatcıl adam 

Namqınmaq – cəhd etmək 

Nəmi – qatığın tuluğa yıığılıb saxlandığı yer 

Nif –qarğış 

Nor – pendirin suyunu qaynatdıqdan sonra alınan ağ məhsul 

Nöydərəmət – nəhəng,iri 

Nışqıllamaq – nişan almaq 

Nüvəy – kiçik dərə 

                                                



Qərbi Azərbaycanın qaraqoyunlu bölgəsinin dialekt leksikası 

 

 

17 


 

                                                  Ö 



 

Öc /öj – tərs 



                                                  P 

Pənsinmək – qorxmaq 

Poppurramaq – bitmək,üzə çıxmaq 

Poralanmaq – bir-birinin ardınca çıxmaq 

Popuşdanmaq – kökəlmək,böyümək 

Pürüzdənmək – qızarmaq 

Püsərəng – dağınıq 

Püfə - ot qırıntısı 

Püş – yazda heyvanın altını qurulamaq üçün əvvəlcədən qurudulmuş  qoyun peyini  

                                               

Seloy – selin əmələ gətirdiyi dərə 

Silvi – dağın uzunsov bel yeri  

Səllimi – boş-bekar,heç bir iş görməyən 

Sıprıxmaq  - gizlicə qaçmaq 

Sıfqarmaq – nəyi isə tamamilə boşaltmaq 

Sürüntək – kotanın yerlə sürünən hissəsi 

Südlü – bitki növ 

                                               Ş 

Şampır – nəm,yaş,sulu 

Şeyrannanmaq – meyillənmək,razılaşmaq 

Şəbbə/şəbbə çalmaq – nadinc olmaq 

Şəhlənmək – şübhələnmək 

Şıppır – ot növü 

Şıvırtı – qamətli 

                                               

Tar- arabanın bir hissəsi 

Tapıl -  100-200 kq quru otun bir yerə toplanması       

Tatoy – Novruz bayramında hazırlanan xörək 

Telimək –quzu doğulduqda keçirilən xüsusi mərasimlə bağlı işlədilən söz                                  

Təfərinc – diqqət 

Tərk- atın, eşşəyin belinə minərkən arxada oturan adam 

Təlisvət –nizamsız,əksinə 

Toğlubaşı – hörgüdə istifadə olunan daş növü 

Töstəmək – aşağı getmək 

Tösvər – alçaq,gödəkboylu, eybəcər adam  

                                                          U 

Uzdamaq/uzlamaq –bələdçilik etmək 

Ulama salmmaq –tanıdığın adama öz əlinlə verdiyin hər-hası bir əşyanı və ya malı onun icazəsi 

                              olmadan başqasına verərək itirilməsi     

Urvalamaq – toplanmış məhsul yerini bir daha nəzərdən keçirmək 

Urcah etmək – tanış etmək  

Usdufca –ehmalca 

                                                      Ü 

Üjdənmək –gizlicə aradan çıxmaq 

Üjüləmək – deyinmək 

Üryə - miniyə hazır olan at 

                                                          V 

Vərəngalan –xalça,palaz,gəvə toxunan zaman istifadə olunan ağac  

Vəsilləşmək –hər hansı bir məsələni məsləhət yolu ilə həll etmək 

Vıncıxmaq//vıcıxmaq–narahat olmaq 



Əhmədov N.Ş. 

 

 

18 


 

Vızıllıq –meşə içində sıx kolluq 

                                                        

Yıqval//yıqbal – tale,bəxt  

Yalağadüşən – kəsilmiş heyvanın boğaz hissəsində yer  

Yelisimək – iylənmək 



                                                      Z 

Zağarlanmaq –öyünmək 

Zağarqarın – yekəqarın 

Zıvırd –tam,bütöv 



     Elmi yeniliyiMəqalədə ilk dəfə olaraq Qərbi AzərbaycanınQaraqoyunlu bölgəsinin dialekt 

sözlərinin izahlı lüğəti verilir və bəzi toponimik vahidlərin tərkibində dialekt sözlər işlənərkən, 

onların məna çalarlığını dərk etməyə köməklik göstərir.   

    Tətbiqi əhəmiyyətiMəqalədən Azərbaycan dilinin dialektoloj atlası və arealı tərtib, tədqiq 

olunarkən tədqiqatçılar, tarixçilər,tələbələr istifadə edə bilərlər. 

 

ƏDƏBIYYAT 

1. Kərimov Şövkət.Azərbaycan dilinin Çənbərək və Karvansaray şivələri.Bakı: Nurlan, 2004, 

362 s. 

2. Ələkbərli Əziz. Qədim türk-oğuz yurdu-“Ermənistan”. Bakı: Sabah, 1994, 204 s. 



3.Budaqov B.Ə.,Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı 

lüğəti. Bakı: Oğuz eli, 1998,  454 s. 

4. Qaraqoyunlu Sabir. Qaraqoyunlu  ləhcəsi “Dədə Qorqud” ləhcəsidir.Bakı: Oğuz eli, 2013, 

168 s. 


РЕЗЮМЕ 

ТОЛКОВЫЙ СЛОВАРЬ ДИАЛЕКТНЫХ СЛОВ РЕГИОНА ГАРАГОЮНЛУ 

ЗАПАДНОГО АЗЕРБАЙДЖАНА 

    Ахмедов Н.Ш. 

 

Ключевые слова: Западный Азербайджан, Гарагоюнлу, диалектные слова, говоры, 



литературный язык. 

    В данной статье дается толкование диалектных слов региона Гарагоюнлу Западного 

Азербайджана. Раскрывается значение каждого диалектного слова в виде толкования. 

                                                                                 

     

SUMMARY 

DIALECTOLOGICAL LEXICS OF QARAQOYUNLU REQION IN  

THE WESTERN AZERBAIJAN. 

Akhmedov N.Ş. 

 

      Key  words:  Westren  Azerbaijan,Garaqoyunlu,dialectological  words,dialects,literary 

language

      In  the  paper  areqiven  explanations  of  dialectological  words  available  in  Garaqoyunlu 

reqion  of  Western  Azerbaijan  Meanings  of  all  dialectological  words  are  presented  in  the  form  of 

definitions. 

 

Daxil olma tarixi: 



Ilkin variant 

14.07.2015 

 

Son variant 



 

 

Qərbi Azərbaycanın qaraqoyunlu bölgəsinin dialekt leksikası 



 

 

19 


 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin