Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   2   3   4   5   6   7   8   9   ...   13

örtülü,  ağzı  açıq,  qolları  kəsik,  hamıya  məlum,  dağlardan  uca  və  s.  Bu  cür  birləşmələr  cümlə 

daxilində adverbiallaşa da bilər 

3, 47


Bu  tip  birləşmələrə  isə  dilimizdə  az  rast  gəlinir.  M.Kaşğarinin  əsərində  də  biz  bu  tipli 



birləşmələrə rast gəlmədik.  

İsmi birləşmələrdə isimlər aparıcı rola malik olur. Birləşmənin birinci tərəfi hansı nitq hissəsi 

ilə  ifadə  olunursa  olunsun,  aparıcı  ikinci  tərəfdir.  Belə  birləşmələrdə  ismin  aparıcılıq 

xüsusiyyətindən,  hakim  mövqeyindən  asılı  olaraq  ismi  birləşmələr  adlanır:  daş  ev,  alma  ağacı, 



gülən  adam.  İsmi  söz  birləşmələrinin  başlıca  əlaməti  ondan  ibarətdir  ki,  birləşmənin  ikinci  tərəfi 

əsasən isimlə ifadə olunur 

5,  90


.  


Azərbaycan  dilində  olduğu  kimi  digər  dillərində  də  ismi  birləşmələr  iki  yolla:  analitik  və 

sintetik  yolla  yaranır.  Analitik  yolla  əmələ  gələn  ismi  birləşmələrdə  xüsusi  şəkilçilərdən  istifadə 

olunmur.  Bu  tip  birləşmələrin  yaranmasında  şəkilçilər  deyil,  söz  sırası  və  intonasiya  əsas  rol 

oynayır. Məsələn, Yaxşı paltarı özünə al, Dadlı aşı başqasına ver, Qonağı əzizlə, ağırla ki, Yaysın 

ününü  elə 

7,  119



  misalında  yaxşı  paltar,  dadlı  aş  birləşmələri  bu  yolla  yaranan  ismi 

birləşmələrdir. Bu cür birləşmələr arasındakı sözlər  yanaşma əlaqəsi ilə bir-birinə bağlanmış olur. 

İsmi birləşmələrin əksəriyyəti isə sintetik yolla, yəni şəkilçilər vasitəsi ilə yaranır. Misallara diqqət 

edək: Qışın qonağı, oddur 

7, 344



; Satıcının malı təzə olsa, elə yoldaca yeyər 

7, 136


pişik balası 

miyoldayaraq doğular 

8, 42-43



.  


Türkologiyada  ismi  birləşmələrin  tədqiq  tarixi  söz  birləşmələrinin  tədqiq  tarixi  ilə  üst-üstə 

düşür.  Y.Seyidov  bu  barədə  yazır:  “Yuxarıda  qeyd  etdiyimiz  kimi,  türkologiyada,  o  cümlədən 

Azərbaycan  dilçiliyində  söz  birləşmələrinin  tədqiq  tarixi,  əslində,  ismi  birləşmələrin  tədqiq  tarixi 

olmuşdur.  Burada  bunu  bir  qədər  də  məhdudlaşdırmaq  istərdik.  Bu  tarix  bütövlükdə  ismi 

birləşmələrin  yox,  ismi  birləşmələrin  bir  qisminin,  əsas  qisminin  tarixi  olmuşdur” 

1,  184



Doğrudan  da,  türkologiyada  ismi  birləşmələr  daha  çox  izafət  tərkibi,  daha  sonralar  isə  təyini  söz 



Zeynalov R.S. 

 

 

26 


 

birləşmələri  adı  altında  öyrənilmişdir  ki,  bu  da  ismi  birləşmələrin  bir  qismini  əhatə  edir.  Digər 

tərəfdən  isə  feili  birləşmələr,  demək  olar  ki,  nəzərdən  qaçırılırdı.  Klassik  şeirdə  ərəb  və  fars 

tərkiblərinin geniş istifadəsi ismi birləşmələrin izafət tərkibi adı ilə öyrənilməsini şərtləndirən əsas 

amillərdən  biri  idi.  Sonrakı  mərhələdə  Azərbaycan  dilinin  daha  çox  milli  zəmində  inkişafı  ilə 

şərtlənir  və  nəticədə  izafət  tərkibləri  dilimizdən  çıxır.  “Uzun  zaman  ədəbi  dilimizdə  özünə  yer 

salmış olan bu birləşmələri əslində olduğu kimi, Azərbaycan dilində də “izafət” adlandırmaq vacib 

idi.  Bu  ad  həmin  birləşmələrin  gəlmə  olduğunu,  Azərbaycan  dilində  deyil,  ərəb  və  fars  dillərinin 

qaydalarına  əsaslandığını  göstərirdi.  Buna  görə  də  türk  dillərinə  aid  yazılmış  bəzi  qrammatika 

kitablarında bu birləşmələr ayrıca olaraq qeyd edilmişdir” 

1,  185-186



. Maraqlı cəhət isə bundan 

ibarətdir ki,  sonradan izafət  tərkibi adı  təyini söz birləşmələri adı  ilə əvəzlənsə də formala olaraq 

eyni  birləşmə  əsasında  formalaşan  birləşmələrin  bölgüsü  aparılmışdır.  Bu  isə  bu  birləşmə 

formasında  olmayan  birləşmələrin  tədqiqatdan  kənar  qalması  ilə  nəticələnmişdir.  ““İzafət”  türk 

dillərində, eləcə də Azərbaycan dilində söz birləşmələrinin tədqiq tarixində ciddi bir məhdudiyyət 

də yaratmışdır. Tədqiqatçılar dilin materiallarına nəzər yetirmək, dilin zəngin birləşmə formalarını 

araşdırmaq  əvəzinə  fars  dilinə  aid  olan  izafət  formalarının  türk  dillərində  qarşılığını  axtarmış, 

bunlara uyğun gəlməyən birləşmələr isə nəzərdən qaçırılmışdır” 

1, 186



.  


“İzafət” anlayışı bir sıra türk dillərində indiyə qədər qalsa da, Azərbaycan dilində bu anlayış, 

yəni ismi birləşmələr anlayışı son zamanlar təyini söz birləşməsi adı ilə sabitləşmişdir. Doğrudur, 

ismi  birləşmələr  adı  təyini  söz  birləşməsi  anlayışından  daha  genişdir  və  bu  cür  birləşmələrin 

hamısını  əhatə  edir.  Təyini  söz  birləşməsi  anlayışı  isə  bu  tip  birləşmələrdə  birinci  tərəflərin 

ikincisini  təyin  etməsi  ilə  əlaqədardır.  İsmi  birləşmələr  isə  təyini  və  təyini  olmayan  birləşmələr 

olmaqla iki yerə bölünür. “Azərbaycan dilində bir sıra ismi birləşmə formalarından istifadə edilir ki, 

bunların  bir  qismi  indiyə  qədər  diqqəti  heç  cəlb  etməmiş,  bir  qismi  isə  başqa  məqsədlərlə  ötəri 

olaraq  toxunulmuşdur.  Bunlar  həm  məna,  həm  də  forma  etibarı  ilə  yuxarıda  qeyd  olunan  və 

dilçiliyimizdə geniş dairədə tədqiq olunmuş birləşmələrdən fərqlənir.  

Bunları  nəzərə  alaraq  ismi  birləşmələri  şərti  olaraq  iki  qrupa  ayırırıq:  1)  təyini  söz 

birləşmələri; 2) təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr” 

1, s. 189



Təyini  söz  birləşmələri  müxtəlif  nitq  hissələrindən,  müxtəlif  sintaktik  əlaqələr  əsasında  və 



müxtəlif  morfoloji  əlamətlər  hesabına  düzəlir.  Bu  tip  birləşmələrin  bir  qismi  morfoloji  əlamətə 

malik olmadan, ancaq sözlərin sıralanması ilə, digər qismi isə sözdəyişdirici şəkilçilərin köməyi ilə 

əmələ gəlir. Bu əlamətlərinə görə təyini söz birləşmələrini üç yerə bölürlər: 

 

1. birinci növ təyini söz birləşmələri



 

2. ikinci növ təyini söz birləşmələri; 

 

3. üçüncü növ təyini söz birləşmələri. 



Birinci növ təyini söz birləşmələri morfoloji əlamətə malik olmur,  yəni  bu qrupa daxil olan 

birləşmələrin  tərəfləri  heç  bir  morfoloji  əlamət  qəbul  etmədən  yaranır.  Bu  tip  birləşmələrin 

yaranmasında əsas vasitə yanaşma əlaqəsidir və birləşmənin birinci tərəfi atributiv, ikinci tərəf isə 

substantiv xüsusiyyət daşıyır. 

“Birinci  növ  təyini  söz  birləşmələrinin  ikinci  tərəfi,  bir  qayda  olaraq,  isimlə  və  ya 

substantivləşmiş hər hansı bir sözlə, birinci tərəfi isə isimlə, sifətlə, sayla, əvəzliklə və feili sifətlə 

ifadə  olunur” 

6,    48



.  Misallara  diqqət  edək:  Pişik  asılı  yağa  əli  çatmayanda  deyər:  el-aləmin 

malını  yemək  mənə  yaraşmaz 

8,  134



;  Tatsız  türk  olmaz,  başsız  börk  olmaz 

8,  277


;  İki  burğa 

çarpışır,  ortada  göy  milçək  qırılır 

8,  222



;  Ovçu  bezməsə  boz  quş  tutar,  tələsməsə  ağ  quş  tutar; 



çaşqın qonaq ev yiyəsini əzizlər, ağırlar 

7, 168



;  Beş barmaq bir olmaz 

7, 181


;  Varlı  adam  tez 

qocalmaz 

7, 203



Əmzikli qadın iştahlı olar 

7, 208


; Tələdən qorxan quş qırx il haça ağac ustünə 

qonmaz 



8, 318



Misallardan da göründüyü kimi, birinci növ təyini söz birləşmələrinin birinci tərəfi müxtəlif 



nitq  hissələri  ilə  ifadə  oluna  bilir.  Məsələn:  asılı  yağa,  tatsız  türk,  göy  milçək,  boz  quş,  ağ  quş, 

Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində atalar sözləri və  

zərb məsəllərdə işlənən ismi birləşmələr 

 


 

27 


 

çaşqın qonaq, varlı adam, əmzikli qadın birləşmələrində birinci tərəf, yəni asılı söz sifətlərlə ifadə 

olunur.  İki  burğa,  beş  barmaq  birləşməsində  asılı  söz  sayla  ifadə  olunmuşdur.  qorxan  quş 

birləşməsində isə asılı söz feli sifətdir.  

Birinci  növ  təyini  söz  birləşməsinin  əsas  tərəfi,  yəni  ikinci  tərəf  isə  həmişə  isimlə  ifadə 

olunur.  Birinci  növ  ismi  birləşmələrdə  digər  ismi  söz  birləşmələrin  növlərindən  fərqli  olaraq, 

keyfiyyətcə  münasibət  ifadə  olunur.  İkinci  və  üçüncü  növ  ismi  birləşmələrdə  isə  keyfiyyət 

münasibəti ifadə edilmir. Bunlarda əsasən, maddi (əşyavi) münasibət ifadə olunur 

5,  94



.  


İsmi  birləşmələrin  digər  bir  növü  isə  ikinci  növ  təyinin  söz  birləşmələri  adlanır.  Bu 

birləşmələrin  birinci  tərəfi  heç  bir  morfoloji  əlamət  qəbul  etməsə  də,  ikinci  tərəf  mənsubiyyət 

şəkilçisi ilə işlənir. Bu tip birləşmələr dilimizdə geniş yayılıb. Mahmud Kaşğarinin “Divanü lüğat-it 

türk”  əsərində  işlənən  atalar  sözləri  və  zərb  məsəllərdə  də  bu  tip  birləşmələrə  tez-tez  rast  gəlinir. 

Sintaksislə bağlı yazılan əsərlərdə bu növ birləşmələrin bir neçə məna növü qeyd edilir. İkinci növ 

təyini söz birləşmələrinin əsas xüsusiyyətlərindən biri isə bu birləşmələrin ümumilik və mücərrədlik 

bildirməsidir. Digər tərəfdən bu birləşmələrdə mürəkkəb ismə doğru güclü bir inkişaf meyli vardır. 

Birinci növ təyini söz birləşmələrindən fərqli olaraq ikinci növ təyini söz birləşmələrinin tərəflərinin 

ifadə vasitələri  məhduddur. Onların hər iki tərəfi, əsasən, isimlə ifadə olunur. Digər nitq hissələri 

isə,  yalnız  isimləşərək  bu  tip  birləşmənin  tərəfi  kimi  çıxış  edə  bilir.  Misallara  diqqət  edək:  Adəm 



oğlu  əzabda  qalmaz,  it  küçüyü  ağnamaz 

8,  118



;  Ağac  ucuna  yel  dəyər,  gözəl  qıza  söz  gələr          

7,    336



  ;  Kişi sözü  bir olar,  yəhər  bağı  üç 

8,  279


;  Ev  sahibi  qonağı  doyursa,  gözü  yola  dikilər          

8, 186


Verilən  misallardan  da  görünür  ki,  ikinci  növ  təyini  söz  birləşmələrinin  tərəfləri,  əsasən, 



isimlərdən  ibarət  olur.  Lakin  bəzi  istisna  hallarda  əvəzliklər  də  asılı  tərəf  kimi  iştirak  edə  bilər. 

Məsələn:  Kim  öz  ulusunu  ulu  saysa,  qut  tapar 

7,  315


  atalar  sözündə  işlənən  öz  ulusunu  söz 

birləşməsində işlənən birinci tərəf təyini əvəzlikdir.  

İsmi birləşmələrin digər bir növü isə dilçilik ədəbiyyatında üçüncü növ ismi birləşmələr və ya 

üçüncü növ təyini söz birləşmələri adı ilə verilir. Bu tip birləşmələrin hər iki tərəfi şəkilçi ilə işlənir. 

Birinci tərəf yiyəlik hal şəkilçisi, ikinci tərəf isə mənsubiyyət şəkilçisi ilə işlənən üçüncü növ təyini 

söz  birləşmələri  ikinci  növ  təyini  söz  birləşmələrindən  fərqli  olaraq,  konkretlik  bildirir  və 

tərəflərinin ifadə vasitələri genişdir. Misallara diqqət edək: Günəşə baxanın gözü qamaşar 

7, 350


;  


Atası turş alma  yesə, oğulun dişi qamaşar 

8,  303



;  Keçəlin  gələsi  yeri  papaqçı  dükanıdır 

8,  64




Tazının yüyrəyini tülkü sevməz 

8, 43-44


Çiyin yağırı övlada qalar 

7, 136; Qoçağın dodağı yağlı, 



tənbəlin başı qanlı 

7, 138-139



; Axta dəvənin yükü tamam  yemək olsa belə, ac adama yenə də az 

görünər 

7, s. 143



.  


İsmi  birləşmələrin  nisbətən  az  yayılan  formaları  da  vardır  ki,  dilçilik  ədəbiyyatında  onlar 

təyini  olmayan  söz  birləşmələri  adı  altında  öyrənilir.  Bu  tip  birləşmələrə  Mahmud  Kaşğarinin 

“Divanü lüğat-it türk” əsərində istifadə olunan atalar sözləri və zərb məsəllərində də rast gəlmədik.  

Nəticə  olaraq  qeyd  olunmalıdır  ki,  Mahmud  Kaşğarinin  “Divanü  lüğat-it  türk”  əsərində 

işlənən atalar sözləri və zərb məsəllərdə ismi birləşmələr geniş şəkildə işlənir və xüsusən təyini söz 

birləşmələrinin hər üç növünə rast gəlinir.  

 

 

 

 

 

 

 

 

 

Zeynalov R.S. 

 


 

28 


 

ƏDƏBIYYAT 

1. Seyidov Y. Əsərlər. 15 cilddə. I cild, Bakı: Bakı Universiteti, 2006. 

2. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı: Maarif, 1980. 

3. Kazımov Q.  Müasir Azərbaycan dili. Sintaksis. Bakı:  Elm və təhsil, 2010. 

4. Məmmədov N. Azərbaycan dilçiliyinin nəzəri əsasları. Bakı: Maarif, 1971. 

5. Müasir Azərbaycan dili. Üç cilddə. III cild, Bakı: Elm, 1981. 

6. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Şərq-Qərb, 2007. 

7. Kaşğari M. Divanü lüğat- it türk: 4 cilddə, I c., Bakı: Ozan, 2006. 

8. Kaşğari M. Divanü lüğat- it türk: 4 cilddə, II c., Bakı: Ozan, 2006. 

 

РЕЗЮМЕ 

ИМЕННЫЕ СЛОВОСОЧЕТАНИЯ УПОТРЕБЛЯЕМЫЕ В ПОСЛОВИЦАХ 

И  ПОГОВОРКАХ  В ПРОИЗВЕДЕНИИ МАХМУДА КАШГАРИ 

“ДИВАНИ ЛУГАТ-ИТ ТУРК” 

Зейналов Р.С. 

 

Ключевые  слова:  Махмуд  Кашгари,  словосочетания,  именные  словосочетания, 

атрибутивные словосочетания, пословица, поговорка 

В  статье,  впервые  в  Азербайджанской  лингвистике  исследованы  именные 

словосочетания,  употребляемые  в  пословицах  и  поговорках  в  диване  Махмуда  Кашгари  и 

даны конкретные примеры относительно каждой из атрибутивных словосочетаний.  



 

SUMMARY 

NOUN PHRASES USED IN PROVERBS AND SAYINGS IN THE WORK OF 

MAHMUD KASHGARI «DIVANI LUGAT-IT-TURK» 

Zeynalov R.S. 

 

Key  words:  Mahmud  Kashgari,  “Divani  Lugat-it-Turk”,  word  combination,  noun  phrases, 



proverbs, sayings 

In  the  article  for  the  first  time  in  Azerbaijan  linguistics  noun  phrases  used  in  proverbs  and 

sayings in divan of Mahmud Kashgari are investigated and concrete examples concerning each of 

the attributive phrases are given. 

 

 

Daxil olma tarixi: 

Ilkin variant 

23.07.2015 

 

Son variant 



 

Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərində atalar sözləri və  

zərb məsəllərdə işlənən ismi birləşmələr 

 


 

29 


 

 

UOT 316.35 

 

MƏHBUSLARLA SOSİAL İŞİN TƏŞKİLİ XÜSUSİYYƏTLƏRİ 

 

MƏMİYEV CAVİD MƏHƏRRƏM oğlu 

Sumqayıt Dövlət Universiteti, dosent 

BÜNYADOV ZAHİD VAHAB oğlu 

Sumqayıt Dövlət Universiteti, müəllim 

e-mail: 

bunyadov82@mail.ru

 

 

Açar sözlər: məhbus, hüquq, sosial, qanun, cəza  

Müstəqillik  əldə  etdikdən  sonra  hüquqi  dövlət  quruculuğu  yolunu  seçmiş  Azərbaycan 

Respublikasıinsan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi qəbul edərək 

bu  sahədə  bir  sıra  hüquqi  islahatlar  həyata  keçirməyə  başladı.  Sosial  xidmət  sahəsində  bu 

islahatların  əhatə  dairəsi  daha  genişdir.  Sosial  işin  obyekti  sahələri  arasında  ən  geniş  yayılmış 

kateqoriyalardan biri də məhbuslara yönəlmiş sosial xidmətdir. 1995-ci il 12 noyabr tarixində qəbul 

edilmiş  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyasında  insan  hüquqlarına  dair  beynəlxalq 

müqavilələrdə  nəzərdə  tutulmuş  insan  hüquq  və  azədlıqları  tam  və  əhatəli  şəkildə  təsbit 

olunmuşdur.  İnsan  və  vətəndaş  hüquqlarının  daha  effektiv  təmin  edilməsi  məqsədilə  Azərbaycan 

Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır.  

Məhbuslarla  aparılan  sosial  işin  əsas  istiqaməti  onlara  hüquqi  və  psixoloji  yardımların 

göstərilməsidir. Bu proses, əsasən, cəzaçəkmədən azad edilmiş şəxslərə aiddir. Burada əsas məqsəd 

onların  cəmiyyətə  adaptasiya  olunmasıdır.  Bu  məqsədlə  2004-cü  ildə  Pentensiar  sistemdə 

“cəzaçəkmədən  azad  olunmuş  şəxslərin  cəmiyyətə  adaptasiyası  haqqında”  qanun  layihəsi 

hazırlanmışdır.  Qanunun  qüvvəyə  minməsi  üçün  təbliğat  işləri  aparılmışdır.  2007-ci  il  31  may 

tarixində Milli Məclis tərəfindən həmin qanun qəbul olunmuşdur [1, 157]. Elə həmin ildə qanunun 

proqramı  hazırlanmış  və  çap  olunmuşdur.  Məhbuslarla  hüquqi,  psixoloji,  sosial  xidmətlə  bağlı 

müxtəlif  qurumlar,  birliklər  tərəfindən  müəyyən  işlər  həyata  keçirilir.  Həbsdən  azad  olunmuş 

insanlara  qarşı  cəmiyyətdə  mövcud  olan  münasibət  birmənalı  deyil.  Bütün  bunlar  onları  yenidən 

cinayət  törətməyə  sövq    edir.  Bunun  qarşısını  almaq  üçün  məhbuslarla  maarifləndirmə  işləri 

aparılmalıdır. Bu baxımdan, hər bir demokratik cəmiyyətdə pentensiar siyasət həyata keçirilir. Bu 

siyasətin əsas prinsipləri aşağıdakı kimidir: 1) Azadlıqdan məhrum edilmiş bütün şəxslərlə davranış 

zamanı  onların  hüquqlarına  hörmət  edilməlidir;  2)  Azadlıqdan  məhrum  edilmiş  bütün  şəxslərə 

tətbiq  olunan  məhdudiyyətlər  onun  tətbiqinin  əsas  məqsədinə  uyğun  olmalıdır;  3)  Məhbusların 

insan  hüquqlarının  pozulması  ilə  müşayiət  edilən  şəraitdə  saxlanması  vəsaitin  çatışmaması  ilə 

şərtləndirilə  bilməz;  4)  Azadlıqdan  məhrumetmə  yerlərində  həyat,  imkan  daxilində  cəmiyyətdəki 

həyatın  müsbət  cəhətlərinə  yaxın  olmalıdır;  5)  Xarici  sosial  xidmətlərlə  əməkdaşlığı  və  imkan 

daxilində 

vətəndaş 

cəmiyyətinin 

məhbusların 

həyatında 

iştirakını 

həvəsləndirmək 

məqsədəuyğundur;  6)  Pentensiar  müəssisənin  bütün  ərazisi  təmiz  və  səliqəli  olmalıdır;  7) 

Məhbusların  pentensiar  müəssisəyə  qəbulu  zamanı  onların  yerləşdirildikləri  kameralar  və  digər 

otaqlar  təmiz  olmalıdır;  8)  Münasib  paltarı  olmayan  məhbuslar  iqlimə  uyğun  paltarlarla  təmin 

olunmalıdır. Bu paltar rüsvayedici və alçaldıcı olmamalıdır; 9) Məhbuslar onların yaşı, səhhəti, dini, 

mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla qidalarla təmin edilir [2, 137].  

Məhbusların  fikir,  din  və  vicdan  azadlığına  hörmətlə  yanaşılmalıdır.  Dinin  və  etiqadın 

nümayəndələri məhbuslara baş çəkmək və onlarla gizli şəkildə təmasda olmaq imkanına malikdir. 

Azad  edilən  məhbuslar  yaşayış  üçün,  habelə  ilin  fəslinə  və  hava  şəraitinə  uyğun  paltarla,  təyinat 

yerinə çatmaq üçün kifayət qədər vəsaitlə təmin olunurlar. Penitensiar müəssisələrin tibb xidmətləri 

dövlətin və ya icmanın mülki səhiyyə təşkilatları ilə sıx əlaqədə təşkil edilir.  

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

30 


 

Məlumdur  ki,  məhkumların  hüquqi  vəziyyəti  onların  hüquq  və  azadlıqlarının,  qanuni 

mənafelərinin  və  vəzifələrinin  məcmusundan  ibarətdir.  Məhkumların  əsas  hüquqlarının  bilavasitə 

qanunverici  tərəfindən  müəyyən  edilməsi  heç  də  təsadüfi  deyildir.  Qanunverici  bununla 

məhkumları  cəzaların  icrası  prosesində  iştirak  edən  əsas  subyektlər  sırasına  daxil  etmiş  və  islah 

olunma prosesində onların iştirakının vacibliyini bir daha göstərmişdir. Qeyd olunanlarla əlaqədar 

son  illərdə  məhkumlarn  bu  hüququnun  həyata  keçirilməsi,  yəni  onlara  öz  hüquq  və  azadlıqları, 

vəzifələri  barəsində  məlumat  verilməsi  sahəsində  istər  dövlət,  istərsə  qeyri-hökumət  təşkilatları 

tərəfindən müəyyən işlər görülsə də, bu tədbirlərin fəal şəkildə davam etdirilməsinə yenə də ehtiyac 

duyulur.  Bu  ehtiyacı  nəzərə  alaraq,  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə  Müvəkkili 

(Ombudsman) Aparatı “Məhkumların hüquqi vəziyyəti” adlı kitab hazırlamışdır.  

Azərbaycan  Respublikası  Konstitusiyasının  53-cü  maddəsinə  əsasən,  Azərbaycan 

Respublikasının vətəndaşı  heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum  edilə 

bilməz [3, 189]. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından 

qovula  və  ya  xarici  dövlətə  verilə  bilməz.  Azərbaycan  Respublikası  onun  ərazisindən  kənarda 

müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat 

verir və onlara hamilik edir. Məhkum-barəsində cəza təyin edən məhkəmə hökmü qanuni qüvvəyə 

minmiş  şəxsdir.  Azərbaycan  dövləti  məhkumların  hüquq  və  azadlıqlarına,  qanuni  mənafelərinə 

hörmət  edir  və  onları  qoruyur,  məhkumlara  islah  edilmə  vasitələrinin  tətbiq  edilməsinin 

qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir. 

Cəzaların  icrası  və  çəkilməsi  zamanı  məhkumların  qanunvericiliklə  nəzərdə  tutulmuş  hüquq  və 

azadlıqları  təmin  olunur.  Məhkumların  hüquq  və  azadlıqları  yalnız  qanunvericiliklə  müəyyən 

olunmuş qaydada məhdudlaşdırıla bilər. 

Cəzaların icrası və çəkilməsi zamanı məhkumların əsas aşağıdakı hüquqları vardır:1) Cəzanı 

insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək; 2) İctimai faydalı əməklə məşğul olmaq; 3) 

İstirahət  etmək;  4)  Pensiya  və  ya  sosial  müavinət  almaq;  5)  İlk  tibbi  yardım  daxil  olmaqla,  tibbi 

rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq; 6) Öz hüquq və vəzifələri 

barədə, o cümlədən, məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində 

məlumat almaq; 7) Tərcüməçi xidmətindən istifadə etmək; 8) Dini ayinlərin icra edilməsində iştirak 

etmək;  9)  Hüquqi  yardım  almaq;  10)  Təhsil  almaq  və  peşə  hazırlığı  keçmək;  11)  Əcnəbi, 

vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların hüquqları; 12) Məhkumların 

müraciət etmək hüququ; 13) Məhkumların şəxsi təhlükəsizlik hüququ [4, 301]. 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin