Uot heydəR ƏLİyevin nitqində MÜRƏKKƏb cüMLƏLƏRDƏN İSTİfadə Üsullari


ИЗУЧЕНИИ НЕРАСПРОСТРАНЕННЫХ И  РАСПРОСТРАНЕННЫХ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix26.02.2017
ölçüsü1,07 Mb.
#9791
1   ...   5   6   7   8   9   10   11   12   13

ИЗУЧЕНИИ НЕРАСПРОСТРАНЕННЫХ И  РАСПРОСТРАНЕННЫХ 

ПРЕДЛОЖЕНИЙ 

Ашрафов Р.Г. 

 

Ключевые  слова:  синтаксис,  предложения,  простое  предложения,  двусоставное 



предложение,  нераспространенное  предложение  и    распростра-

ненное  предложение,  обучение  активным  /интерактивным  

методом. 

  В  статье  исследуется  теоретическое  и  практическое  значение  распространенных  и 

нераспространенных  предложений,  что  позволит  широко  использовать  метод  активного 

/интерактивного обучения на занятиях по азербайджанскому языку.  



 

 

 

 

 

 

 

 

 

Müxtəsər və geniş cümlənin tədrisində fəal/interaktiv təlim metodlarından istifadə 

 

 

59 


 

SUMMARY 

USING ACTIVE INTERACTIVE LEARNING METHODS IN THE TEACHING OF 

UNEXTENDED AND WIDE SENTENCES 

Ashrafov R.G. 

 

Key  words:  sentence,  simple  sentence,  two  member  sentences,  unextended  sentence,  wide 

sentence, active interactive learning, methods 

In the article the unextended and wide sentences are investigated theoretically and practically 

in the active learning, it makes opportunity for teachers to use active interactive learning methods in 

teaching of the Azerbaijani language. 



 

 

 

Daxil olma tarixi: 

Ilkin variant 

09.06.2015 

 

Son variant 



 

Əşrəfov R.Q. 

 

 

60 


 

 

UOT 801.56 

 

SİNTAKSİSDƏ SÖZ BİRLƏŞMƏLƏRİNİN TƏDRİSİ İLƏ BAĞLI BƏZİ 

MƏSƏLƏLƏR 

 

ŞİRİNOVA MAYQUBA MÖVLUD qızı 

Sumqayıt Dövlət Universiteti, baş müəllim 

e-mail:  

 

Açar sözlər:  sintaksis, sintaktik əlaqələr, söz birləşmələri, sintaktik təhlil, morfonologiya 

Söz  birləşmələri  mövzusu  tələbələrdə  müvafiq  bilik,  bacarıq  və  vərdişləri  formalaşdırmaq 

baxımından  geniş  didaktik  imkanlara  malikdir.  Bu,  hər  şeydən  əvvəl,  söz  birləşmələrinin  öz 

linqvistik  xarakteri  ilə  səciyyələnir.  Bir  sıra  kateqoriyalar  söz  birləşmələri  zəminində  reallaşır  və 

onların izahı belə birləşmələrə əsaslanır. Söz birləşmələrinin təbiəti söz və cümlə ilə qarşılıqlı əlaqə 

və  münasibətdə  aydınlaşır.(5.5)    Söz  birləşmələrinin  Azərbaycan  dili  kursunda  müxtəlif 

aspektlərdən  öyrənilməsi  də  bununla  əlaqədardır.  Söz  birləşmələrini  həm  nominativ  və  həm  də 

sintaktik  vahid  kimi  kimi  öyrənmək,  başlıca  diqqəti  isə  onların  morfoloji  cəhətinə  yönəltmək 

lazımdır. 

Söz  birləşməsi  və  onun  tədrisi  qarşısında,  təxminən,  aşağıdakı  tələblər  qoyulur:  1)  söz 

birləşmələri  haqqında  məlum  bilikləri  ümumiləşdirmək  və  dəqiqləşdirmək;  2)  tələbələrə  söz 

birləşmələrinin başlanğıc forması, isim kimi hallara və mənsubiyyətə görə dəyişə bilməsi haqqında 

yeni  məlumat  vermək;  3)  onlara  söz  birləşmələrinin  digər  söz  birləşmələrindən,  sözdən  və 

cümlədən  fərqini  öyrətmək;  4)  söz  birləşmələrinin  komponentləri  arasındakı  əlaqələrlə  şagirdləri 

tanış etmək. 

Bu  vəzifələrin  müvəffəqiyyətlə  həyata  keçirilməsi,  nəticə  etibarilə,  cümlənin  (sadə  və 

mürəkkəb cümlənin  məna və quruluşunun), cümlə üzvlərinin dərindən öyrənilməsi üçün möhkəm 

zəmin yaratmalıdır. Lakin müşahidələr göstərir ki, həmin vəzifələr heç də həmişə sistemli şəkildə 

həyata  keçirilmir.  Bu,  bir  sıra  amillərlə  bağlıdır.  Biz  burada  həmin  amillərdən  bəziləri  üzərində 

konkret olaraq dayanmağı məqsədəuyğun hesab edirik. 

Məlumdur  ki,  Azərbaycan  dilinin  sistematik  siktaksis  kursunda  söz  birləşmələri  xüsusidən 

ümumiyə metodu əsasında öyrədilir. 

Tələbələr,  adətən,  çoxişlək  söz  birləşmələri  tiplərindən  daha  çox  təyini  söz  birləşmələrini 

tanıyır,  cümlədən,  əsasən,  təyini  söz  birləşmələrini  seçməyi  bacarırlar  və  s.  Ən  başlıcası  isə  öz 

nitqlərində  bunlardan  bəzən  yerli-yerində  (məqamında)  istifadə  edə  bilmirlər.  Bütün  bunların 

başlıca  səbəblərindən  biri  söz  birləşmələrinə  aid  məlumatı  yalnız  təyini  söz  birləşmələri  ilə 

məhdudlaşdırmaqdan,  başqa  şəkildə  desək,  söz  birləşmələrinin  tədrisində  xüsusidən  ümumiyə 

metoduna  əsaslanmaqdan  irəli  gəlir.  Azərbaycan  dilinin  sistematik  sintaksis  kursunda    söz 

birləşmələrinin  müxtəlf  tiplərini  ümumidən  xüsusiyə  metodu  əsasında  tədris  etmək  tələbələrə  bu 

sintaktik  vahid  haqqında  əsaslı  və  sistemli  biliklər  aşılamaq  baxımından  daha  məqsədəuyğundur. 

Bu, eyni zamanda, söz birləşmələrini dilin başqa bölmələri ilə əlaqəli tədris etmək üçün də mühüm 

əhəmiyyətiə malikdir. 

Sintaksisin  tədrisi  zamanı  tələbələrin  qarşılaşdığı  nəzəri  məlumat  onların  elmi 

dünyagörüşlərini formalaşdırmaqla sıx əlaqədardır. Şübhə  yoxdur ki,  tələbələrin  zehnini dilçiliyin 

heç də asan sayılmayan anlayış və hökmləri ilə yükləmək olmaz. Nəzəri məlumatın öyrənilməsinə 

təbii  şəkildə  ehtiyac  duyulmamalıdır.  Tələbələrə  söz  birləşməsi  və  cümlənin  qrammatik  mənaları 

haqqında nəzəri məlumat verilməsi  də belə bir ehtiyacdan yaranmışdır. 

Dərslikdə  söz  birləşmələrinin  qrammatik  mənası  bir  cümlə  ilə  verilir:  “Söz  birləşmələri  də 

sözlər kimi, əşyaları, onların əlamətlərini, hərəkətini ifadə edir, lakin əşyanı, əlaməti və ya hərəkəti 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

61 


 

tək-tək sözlərdən daha konkret, daha dəqiq şəkildə ifadə etməyə imkan verir”.(4.36)  Məlumdur ki, 

bu  məlum  tezisdə  söz  birləşmələrinin  qrammatik  mənasından  daha  çox  onun  funksiyası 

ümumiləşmişdir. 

Bəs  söz  birləşmələrinin  qrammatik  mənası  necə  izah  olunmalıdır.  Bu  məsələnin  üzərində 

xüsusi  olaraq  dayanmaq  lazımdır.  Çünki  bu,  həmin  vahidin  dil  və  nitq  xüsusiyyətlərini  üzə 

çıxarmaq cəhətdən əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, söz birləşmələrinin qrammatik mənası, 

hər şeydən əvvəl, onun qurulması ilə sıx surətdə bağlı məsələdir. Deməli, bunları bir-birilə qarşılıqlı  

əlaqədə  izah  etmək  lazımdır.  Məsələn:  1)  iyirmimərtəbəli  bina,  günəşli  respublika,  dənizdəki 

buruqlar,  meyvəli  bağlar  –  strukturuna  görə  ümumi  olduğu  kimi,  qrammatik  mənalarına  görə  də 

ümumidir. Hər birinin qrammatik mənasında əşya ilə onun əlaməti ifadə olunmuşdur;  

2)  Mehdinin  qəhrəmanlıqları,  Göy-gölün  mənzərələri,  sürünənlər  sinfi,  şəkilçilərin 

yazılışı tipli söz birləşmələri strukturuna görə ümumi olduğu kimi, qrammatik mənalarına görə də 

ümumidir: Hər birinin qrammatik mənasında, sahiblik-aidlik ifadə olunmuşdur; 3) səylə oxumaq, 



tez  şumlamaq,  ilhamla  danışmaq,  cəsarətlə  irəliləmək,  mərdliklə  ömür  sürmək  tipli  söz 

birləşmələri  strukturuna  görə  ümumi  olduğu  kimi,  qrammatik  mənalarına  görə  də  ümumidir. 

Qrammatik  mənalarında  hərəkətlə  əlamət  (tərz)  arasındakı  münasibət  ifadə  olunmuşdur;  4)  əlləri 

mazutlu,  söhbəti  şirin,  sözü  məzəli,  dostluğu  möhkəm,  xəyaldan  şirin,  arzudan  gözəl,  günəş 

həvəsli tipli söz birləşmələri strukturuna görə də ümumi olub əşya-əlamət münasibətini ifadə edir. 

Qrammatik  mənaya,  eyni  zamanda,  əsas  və  asılı  tərəflərin  qrammatik  mənası,  onların 

arasındakı  sintaktik  əlaqənin  tipi  də  daxildir.  Bir  sözlə,  strukturuna  görə  eyni  olan  söz 

birləşmələrinin ümumi mənası onların qrammatik mənası hesab edilir. Deməli, söz birləşmələrinin 

qrammatik  mənasına  daxil  olan  tərəflər  arasındakı  daxili  mənanı-məntiqi  əlaqəni  tələbələrə 

öyrətmək  lazımdır,  əks  halda  proqramın  ən  mühüm  bir  tələbi-  tələbələrin  məntiqi  təfəkkürünü 

inkişaf etdirmək tələbi söz birləşmələrinin tədrisi prosesində  unudulmuş olardı. 

Məlumdur ki, dərsliklərdə söz birləşmələrinin də sözlər kimi başlanğıc formaya malik olması 

haqqında  məlumat  verilir.  Bu,  əlbəttə,  hər  iki  vahidin  oxşar  cəhətlərini  göstərmək  üçün  yaxşı 

üsuldur.  Bizə  belə  gəlir  ki,  söz  birləşmələrini  sözdən  fərqləndirmək  üçün  də  bu  üsuldan  istifadə 

etmək  mümkündür.  Tələbələrə  izah  etmək  lazımdır  ki,  sözün  başlanğıc  formasında  sonuncu 

sözdüzəldici  şəkilçiyə  qədər  olan  hissə  əsas  götürülərsə,  bu  kriteriya  ilə  söz  birləşmələrinə 

yanaşmaq  olmaz;  söz  birləşmələrinin  başlanğıc  forması  təyini  söz  birləşməlrində  mənsubiyyət 

şəkilçisi ilə müəyyənləşir. Müqayisə edək: 



           Sözlərin başlanğıc forması                            Söz birləşmələrinin başlanğıc forması 

Yarış-da 

                                                 yoldaşlıq yarışı-nda 

sahələrdəki-ni                                                   bizim uşaqlar-ımızın 

işçi-lərdən 

                     AKKORD-un inşaatçıları-ndan 

sürücü-lər 

                      tikinti materialları-nı 

IV.  Söz  birləşmələrinin  qrammatik  mənasını,  başlanğıc  formasını  şagirdlərin  necə 

mənimsədiyi  qrammatik  təhlil  vasitəsilə  müəyyənləşir;  qazanılmış  bilik  və  bacarıqların  davamlı 

olub-olmadığı məhz bu prosesdə meydana çıxır.  

Söz birləşmələrinin tam təhlilinə aşağıdakılar daxildir: 1) söz birləşmələrini müəyyənləşdirib 

göstərmək; 2) strukturunu izah etmək, tərəflərinin ifadə vasitələrini göstərmək, sintaktik əlaqələrini 

müəyyənləşdirmək; 3) başlanğıc formasını tapmaq; 4) qrammatik mənasını izah etmək. 

Təhlilə aid konkret bir nümunə göstərək: 

Mətn (cümlə): “Yer üzərində ədalətli sülh tərəqqipərvər insanların ən böyük arzusudur”. 

1.

 



Bu  cümlədə  söz  birləşmələri  bunlardır:  yer  üzərində,  ədalətli  sülh,  tərəqqipərvər 

insanlar,  insanların  arzusu,  tərəqqipərvər  insanların  arzusu,  ən  böyük  arzu, 

tərəqqipərvər insanların ən böyük arzusu. 

2.

 



Göstərilən söz birləşmələri quruluşuna görə belədir: “isim”+”isim”, “sifət”+” isim”, 

“isim”+”isim”, “sifət”+”isim”+ “isim”, “sifət”+” isim”, “sifət”+” isim” +“sifət”+” isim”. 



Şirinova M.M. 

 

 

62 


 

3.

 



Birincidən başqa, hamısı başlanğıc  formadadır. 

4.

 



Hər birinin öz qrammatik mənası vardır. Məsələn, ədalətli sülh və  ya tərəqqipərvər 

insanlar birləşməsində əşya və onun əlaməti ifadə olunur. Bu həmin söz birləşmələrinin qrammatik 

(semantik) mənasıdır...... 

5.

 



Hazırda  söz  birləşmələrinin  öyrədilməsi  üzrə  aparılan  iş  sistemində  sintaksisin 

morfologiya  ilə  qarşılıqlı  əlaqəsi  (morfoloji-sintaktik)  prinsipinə  böyük  üstünlük  verilir.  Bu 

prinsipdən məqsədəuyğun şəkildə istifadə etdikdə sistematik sintaksis kursunda söz birləşmələrini 

əmələ gətirən nitq hissələrinin leksik-morfoloji təbiəti, habelə söz birləşmələrinin paradiqması (isim 

kimi hallanması, mənsubiyyətə görə dəyişməsi və s.) daha yaxşı dərk olunur. Bu zaman bütün əsas 

nitq  hissələrinə  aid  (o  cümlədən,  köməkçi  nitq  hissələrindən  qoşmalara  aid)  biliklər  dərinləşir  və 

genişlənir.  Bu  elmi  mülahizənin  əsasını  təşkil  edən  başlıca  amillərdən  biri  didaktik  materialın 

məqsədəuyğun seçilməsi ilə əlaqədardır. Didaktik materialları elə seçib hazırlamaq lazım gəlir ki, 

ondan həm söz birləşmələrinin tədrisində, həm də kursun təkrarı zamanı istifadə etmək mümkün və 

faydalı olsun. 

Belə didaktik materiallara aid aşağıdakıları nümunə göstərmək olar: 

1.

 



Aşağıdakı söz birləşmələrindən əsas tərəfləri feildən düzələn sifətlə ifadə olunanları 

1-ci sütunda, feili sifətlə ifadə olunanları isə 2-ci sütunda yazın. 

Açıq hava, dərilmiş çiçək, təbiəti bəzəyən qönçələr, gələcək zaman, daşan çay, görülmüş 

iş, yığdığım pambıq, utancaq uşaq, tutqun bulud, satqın düşmən. 

2.

 

Verilmiş söz birləşmələrini köçürün və tərəflərini ifadə vasitələrinin üstündə yazın. 



Yavaş yerimək, mərd dayanmaq, aydın görmək, mehriban baxış, yavaş yerişli, mərd igid, 

aydın səma, ehtiyatlı tərpənmək, ehtiyatlı adam.... 

3.

 

Verilmiş  sözlərə  ikinci  tərəflər  artırılmaqla  söz  birləşmələri  düzəldib  dəftərinizə 



yazın, sonra həmin sözlərin hansı nitq hissələri olduğunu üstündə qeyd edin. 

Gecə, indi, səhər-səhər, xəfif-xəfif, heyran-heyran, qardaşcasına, irəlidə, ora-bura. 

4.

 

Aşağı  və  yuxarı  sözlərinin  aşağıdakı  birləşmələrindən  hansında  zərf,  hansında  isə 



başqa nitq hissəsi olduğunu izah edin. 

Aşağı  düşmək,  aşağı  mərtəbə,  yuxarıya  qalxmaq,  yuxarı  məhəllə,  aşağı  yol,  aşağıdan 

gələn, yuxarını göstərmək. 

5.

 



Qoşa  söz  birləşmələrinin  asılı  tərəflərini  müqayisə  edin  (sonra  həmin  söz 

birləşmələrini cümlədə işlədin). 

Maraqlı nağıl-maraqla baxmaq; xeyli adam-xeyli danışmaq; çox yazmaq-çox şəhər və s. 

6.

 



Verilmiş  sözləri  qeyri-müəyyən  miqdar  sayı  və  kəmiyyət  zərfi  ilə  işlətmək  üçün 

onlara müvafiq asılı tərəflər artırın. 

Az, çox, xeyli, bir qədər, o qədər, nə qədər, filan qədər..... 

7.

 



“Sifət”+”isim” tipli söz birləşmələrinə aid özünüzdən nümunələr yazın. 

8.

 



Asılı  tərəfləri  mürəkkəb  sözlərlə  ifadə  olunan  söz  birləşmələri  düşünüb  yazın  və 

cümlədə işlədin (cümlə üzvü vəzifəsini müəyyənləşdirin). 

9.

 

Əsas  tərəfləri  məsdərlərlə  ifadə  olunan  söz  birləşmələrini  cümlənin  xəbəri 



vəzifəsində işlədin. 

10.


 

Asılı tərəfləri ərəb və ya rum rəqəmləri ifadə olunan söz birləşmələri yazın. Onların 

yazılışındakı fərqi göstərin. 

11.


 

Aşağıdakı  parçadan  söz  birləşmələrini  müəyyənləşdirin,  mənalarını  üstündə  yazıb 

göstərin. 

Bu  torpaqda  bir  körpənin  dırnağını  qanatsalar,  Bir  qıy  vurram  göydə  gedən  quba  qazlar 

qanad salar (R.Rza). 

12.


 

Elə  söz  birləşmələrini  düşünüb  yazın  ki,  onları  təyindən  başqa,  bütün  cümlə 

üzvlərinin vəzifəsində işlətmək mümkün olsun. (Nümunə: metro tikintisi, Şuşa yaylağı. Muğan-Mil 

düzü). 


Sintaksisdə söz birləşmələrinin tədrisi ilə bağlı bəzi məsələlər 

 


 

63 


 

13.


 

Verilmiş sxemlərə uyğun söz birləşmələri yazın. 

a)

 

”sifət”+”isim” 



b) ”isim” +”sifət” 

    “say”+”isim” 

    ”isim” + “say” 

    


“əvəzlik”+”isim”                                                         ”isim” + “əvəzlik” 

   ”məsdər”+”isim”                                                         “isim” +”məsdər” 

   “feili sifət”+”sifət” 

                                           ”sifət” + “feili sifət” 

 

 

 



 

b)

 



Asılı  tərəfləri  qeyri-müəyyən  yiyəlik  və  qeyri-müəyyən  təsirlik  halda  olan  bir  neçə 

söz birləşməsi yazın. 

c)

 

Əsas tərəfləri qeyri-müəyyən təsirlik halda olan bir neçə söz birləşməsi yazın. 



d)

 

Asılı tərəfləri çıxışlıq halda olan beş söz birləşməsi düzəldib yazın. 



e)

 

Verilmiş  şeir  parçasındakı  söz  birləşmələrini  müəyyənləşdirib  cümlədə  hansı 



vəzifədə işləndiyini  yazın: 

 

Siz ey dost olduğum, qardaş olduğum, 



 

Siz ey hər

 

sirrinə sirdaş olduğum, 



 

 

             Gül üzlü çəmənlər, şehrli çiçəklər, 



 

 

              Ey həyat aşiqi canlı ürəklər, 



 

 Bizim hər eşqimiz hökmi-əzəldir, 

 

Yaşamaq şirindir, həyat gözəldir. 



f)

 

Əsas  tərəfi  həmcins  üzvlərdən  ibarət  yiyəlik  hallı  birləşmələrə  aid  müvafiq 



nümunələr yazın. 

                    Nümunə: Yaxındır onların harayı, səsi. 

                                    Bizim bu ellərin zümzüməsinə (R.Həmzətov) 

g)

 

Verilmiş söz birləşmələrinin başlanğıc formasını göstərin, sonra tərkibinə görə təhlil 



edin. 

Demokratiyanın genişləndirilməsi, Azərbaycan vətəndaşlarının şərəfli vəzifəsi, sağlamlıq 

ocaqları şəbəkəsi,  Bakı birinci olimpiya oyunları. 

h)

 



Söz birləşmələrinin başlanğıc forması ilə sözlərin başlanğıc forması arasında hansı 

fərq olduğunu izah edin. 



Elmi yeniliyi: Məqalədə söz birləşmələri nümunələr əsasında təhlil olunmuşdur. Bu da 

tədris prosesində tələbənin dərsi mənimsəməsində əhəmiyyətli rol oynayır.  



Tətbiqi əhəmiyyəti: Məqalədən Müasir Azərbaycan dili və Azərbaycan dilindən praktikum 

fənlərinin məşğələlərində istifadə oluna bilər.  



 

ƏDƏBİYYAT 

1. Balıyev H. Azərbaycan dilinin tədrisi metodikası. Bakı:  Maarif, 1987. 

2. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Nurlan, 2007. 

3. Müasir Azərbaycan dili. Sintaksis. III cild. Bakı:  Elm, 1983 

4. Seyidov Y.,Abdullayev Ə., Həsənov A. Müasir Azərbaycan dili. Sintaksis. Bakı:  Maarif, 

1972. 


5. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı:  Maarif, 1966. 

 

 

 

 

 

 

Şirinova M.M. 

 

 

64 


 

РЕЗЮМЕ 

НЕКОТОРЫЕ ВОПРОСЫ ИЗУЧЕНИЯ СЛОВОСОЧЕТАНИЙ  

В ПРЕПОДАВАНИИ КУРСА СИНТАКСИСА 

Ширинова М.М. 

 

Ключевые  слова:  синтаксис,  синтактические  связи,  словосочетание,  синтаксический 

анализ, морфология 

В  статье  рассмотриваются  различные  типы  словосочетаний.  Представлен 

дидактический  материал,  который  может  быть  использован  как  преподавателями,  так  и 

студентами. 

 

SUMMARY 

STUDYING WORD COMBINATIONS IN SYNTAX 

Shirinova M.M 

 

Key  words:    studying,  syntactical  relations,  word  combinations,  syntactical  analysis, 

morphonology 

The problems of studying the types of word combinations have been analysed in this article. 

Didactic materials were presented for solving this problem. The article has practical importance for 

both the eachers and the students.  

 

 

Daxil olma tarixi: 



Ilkin variant 

03.06.2015 

 

Son variant 



 

Sintaksisdə söz birləşmələrinin tədrisi ilə bağlı bəzi məsələlər 

 


 

65 


 

 

UOT 316.6 

 

RƏHBƏRLİYİN VƏ LİDERLİYİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ 

 

SALAMOVA KAMALƏ BAHAZƏR qızı 

Sumqayıt Dövlət Universiteti, dosent 

e-mail: 

 

Açar sözlərrəhbər, lider, tiran, işgüzar, qrup, münasibətlər 

Rəhbərin  şəxsiyyətinin  öyrənilməsi  idarəetmə  psixologiyasının  aparıcı  istiqamətlərindən 

biridir. Bu istiqamətdə  empirik tədqiqatların aparılmasına keçən əsrin  20-ci illərindən başlanılıb və 

hələ  də  davam  edir.  Rəhbərlik  və  tabeçilikdə  olanlarla  bağlı  problemlər  isə  idarəetmə 

psixologiyasının  əsaslı  problemlərindən  biridir.  Çünki  qrup  üzvləri  arasındakı  qarşılıqlı 

münasibətlərin  gərginliyi  bu  qruplardakı  pəhbər  və  liderin  tabeçilikdə  olanlarla  qarşılıqlı 

münasibıtdən  asılıdır.  Bu  münasibətlərin  əsasında  əmək,  iqtisadi,  sosial,  mənəvi-əxlaqi  səbəblər 

durur.  Bu  səbəblər  əmək  qrupu,  müəssisə  və  birliklərdə  psixoloji  mühitin  yaranmasına  şərait 

yaradır.  Qrupda  şəxsiyyətlərarası  münasibətlər  qrupun  həcmindən  və  xarakterindən  asıli  olaraq 

bərabər olmur. Belə münasibətlər qrup üzvlərinin sosial-psixoloji statusunu, yəni  “lider”,”rəhbər” 

“tabeçilikdə olan” və s. əks etdirir. 

Hazırda  tələb  olunur  ki,bir-biri  ilə  qarşılıqlı  münasibətdə  olan”idarəetmə”  və  ”rəhbər” 

anlayışlarına iki müxtəlif  anlayış kimi baxılsın. Lakin  “idarəetmə” daha geniş anlayış kimi çıxış 

edir,  sistemə  və  ya  tək  prosesə  istiqamətlənən  təsir  kimi  qeyd  olunur,  bu  zaman  yaranan  yeni 

keyfiyyət  və  xüsusiyyətlərlə  müşayiət  olunur.  “İdarəetmə”  anlayışına  texnikada  “maşın-

maşın”,sosial texnikada “insan-maşın” və sosial sistemdə “insan-insan” kimi baxmaq olar.Rəhbərlik 

də idarəetmənin bir hissəsidir və əsas vəzifəsi: 

* insanlara və onların  mənafeyinə təsir etməklə məhdudlaşır; 

* rəhbərlə tabeçilikdə olanların qaşılıqlı münasibətlərini tələb edir; 

* fəaliyyətdə qabiliyyət və istedad tələb edir. 

Lakin    ayrı-ayrı  qrupların  idarə  edilməsində  əsas  güc  liderlərin  üzərinə  düşür.  Ona  görə  də 

əvvəlcə “lider” (ing. leader – öndər) anlayışına diqqət edək. Lider – konkret məsələnin həlli zamanı 

qrupun  üzvlərinin  qarşılıqlı  fəaliyyəti  nəticəsində  irəli  mövqeyə  çəkilən  qrup  üzvüdür.  O,  verilən 

tapşırığın  həlli  zamanı,  qrupun  digər  üzvlərindən  daha  yüksək  fəallıq,  iştirak,  təsir  səviyyəsi  

nümayiş etdirir, bir sözlə, konkret vəziyyətdə üzərinə müəyyən funksiyaları götürməklə irəli çıxır. 

Qrupun  yerdə  qalan  üzvləri  isə  onun  liderliyini  qəbul  edir,  yəni  liderə  qarşı  elə  münasibətlər 

formalaşdırır  ki,  lider  “aparıcı”,  onlar  isə  “aparılan”  olsunlar.  Lakin  qrupda  liderlik  daimi  ola 

bilməz,  elə  bir  ekstremal  vəziyyət  yarana  bilər  ki,liderin  səlahiyyətləri  və  rolu  artsın,  başqa  bir 

şəraitdə isə azalsın. Liderin həqiqi imkanlarını öyrənərkən qrupun digər üzvlərinin onu necə qəbul 

etdiklərini də öyrənmək lazımdır.  

Qeyd  etmək  lazımdır  ki,  liderlik  problemlərini  araşdıran  bir  çox  psixoloqlar  “lider”  və 

“rəhbər”  anlayışlarını  eyniləşdirirlər  (əslində  ingilis  dilindən  fərqli  olaraq,  alman  dilində  hər  iki 

anlayış  bir  mənada  işlənir).  Klassik  tədqiqatlatda  isə  “rəhbərlik”  və  “liderlik”  iki  müxtəlif  hadisə 

kimi  tədqiq  olunub.  Rəhbərlik  bəzən    “menedjer”  anlayışı  ilə  əvəz  olunur.  Lakin  “Menedcer”  və 

“lider”  anlayışları  eynilik  təşkil  etmir.  Başqalarının  göstərdiyi  büsbütün  dumanlı  və  görünməyən 

yolu dəqiq  seçmək liderin əsas keyfiyyətidir. Menecerin əsas keyfiyyəti isə ən az itki ilə görünən 

yoldan keçirməkdir. 

Harvard biznes məktəbinin nümayəndələrinə görə: 

-  rəhbərlik,  idarə  edilən  insanlara  və  onların  mövqeyinə  əsaslı  təsir  edən,onları  dərk  edilmiş 

aktiv  davranışlara  və  fəaliyyətə  sövq  edən  fəaliyyətdir.  Ona  görə  də  rəhbərliyi  idarəetmə 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 11                       №3                   2015 

  


 

66 


 

adlandırmaq olar və hər bir idarəetmənin rəhbəri var. Lakin liderlik və rəhbərlik arasında aşağıda 

verilmiş fərqlər mövcuddur: 

-birinci, dərk edilmiş təminatdır, bu zaman rəhbərlik müəssisəyə bütün qrupun fəaliyyəti kimi 

baxır, liderlik isə psixoloji münasibətlərlə xarakterizə olunur; 

-ikinci,  əmələ  gəlimə  (törəmə),yəni  xüsusi  bir  müəssisənin  yaranma  prosesi  üçün 

qanunauyğun və lazımlı  atributudur. Bu zaman insanların qarşılıqlı münasibətlərindən və   daxili 

səbəblərdən liderlik əmələ gəlir. Rəhbər  təyin olunur, lider isə öz-özünə yaranır ; 

-üçüncü, tənzimlənmə, yəni rəhbərin fəaliyyəti hüquqi təminatla tənzimlənir, liderin fəaliyyəti 

isə birgə fəaliyyətin mənəvi-psixoloji normaları ilə; 



Amerika psixoanalitiklərinin  prinsiplərinə görə isə: 

*rəhbər  müəssisə  qanunlarının  icraçısıdır  və  müəssisə  üzvləri  ilə  birgə  fəaliyyət  göstərir, 

müəssisə  daxili  sosial-psixoloji  vəziyyəti,  ünsiyyəti  və  fəaliyyəti  idarə  edir,lider  isə  qrup 

normalarının,  gözləmələrinin  subyektidir  və  öz-özünə  yaranan  şəxsiyyətlərarası  münasibətləri  

nizama salır; 

 *rəhbərlik  təşkilat  üzvlərinin  birgə  fəaliyyətinin  hüquqi  baxımdan  təşkili  və  idarəedilməsi 

prosesidir, liderlik isə - ünsiyyət və fəaliyyətin daxili psixoloji təşkili və idarəedilməsidir; 

*rəhbərlik ictimai nəzarət və hakimiyyət arasında vasitəçidir ; 

*rəhbərlik  –  daha  dayanıqlı,  qrup  üzvlərinin  rəyindən  və  əhval-ruhiyyəsindən  daha  az  asılı 

olan fenomendir

*rəhbər  qrupu  xarici  baxımdan  təmsil  edir  və  onun  xarici  rəsmi  münasibətləri  ilə  bağlı 

məsələlərini həll edir. Liderin fəaliyyəti isə  qrupdaxili münasibətlərlə məhdudlaşdırılır; 

*rəhbərin  fəaliyyəti  mövcud  normaların  reqlamentləşdirilməsini  təmin  etmək,  liderin 

fəaliyyəti isə birgə fəaliyyətdəki mənəvi-psixoloji normaları nizama salmaqdır; 

*rəhbərlik  nisbətən  stabil  (dayanıqlı)  hadisədir.  Müəssisə  üzvlərinin  əhvalından  və 

fikirlərindən asılı olmayaraq fəaliyyət göstərir. 

       *rəhbərlik  – qrupda  münasibətlərin  (idarəetmə və tabeçilik  rollarının  paylanması  baxımından) 

ictimai xarakteristikasıdır (hüquqi münasibətlər ictimai nəzarət prinsiplərinə  və inzibati təcrübənin 

tətbiqinə əsaslanır). 

Amerika idarəetməsinə görə, lider və rəhbər əslində eyni vəsifəni yerinə yetirir.Əməkçilərdən 

biri  tutduğu  mövqedən  asılı  olmayaraq,  həm  özünün,  həm  də  kollektivin  arzusu  nəzərə  alınaraq, 

müəyyən bir müddətdə rəhbər təyin edilir ki, o, az bir vaxt ərzində liderə çevrilə bilsin. Əgər həmin 

şəxsdə liderlik etmək bacarığı  alınmırsa, yazılmamış qanunlara görə həmin rəhbər öz yerini lider 

olmağı bacaran başqa birinə təhvil verməlidir.  

Müəyyən situasiyalarda qərar qəbul etmək liderin mənəvi hüquqlarından biridir. Belə liderlər  

yüksək statusa və nüfuza malik olmalıdırlar. 

  Rəhbər-lider,  rəhbər-inzibatçi  (menedcer)  terminləri  müasir  dövrdə  idarəetmə  sahəsində 

geniş yayılmışdır. Onlar arasındakı əsas fərq ondan ibarətdir ki, lider hər hansı bir nailiyyətin əldə 

olunması üçün tabeçiliyində olanlara  əmr və göstəriş verib onlara təzyiq etmir, o kollektivin ümümi 

problemlərinin  həllini  öz  üzərinə  götürür.  Ona  görə  də  liderlik  aşağıdakı  keyfiyyətləri  ilə 

xarakterizə olunur: 

-  idarə  etdiyi  kollektiv  üzvlərinin  ümumi  ehtiyac  və  problemlərini    əgər  kollektivin  digər 

üzvləri həll edə bilmirsə, qəbul edir və onların həllini öz üzərinə götürür. 

-  qrupun  müəyyən  üzvlərinin  davranışının  sırf  psixoloji xarakteristikasıdır  (sərbəst  ünsiyyət, 

qarşılıqlı anlaşma və könüllü tabeçilik prinsiplərinə əsaslanır). 

Liderlik  də  rəhbərlik  kimi  idarəetmə  psixologiyasının  fundamental  problemlərindən  biridir. 

Bu problemin  öyrənilməsinə Amerikanın  Avropa və Miçiqan universitetlərində keçən  əsrin 30-cu 

illərində  K.Levin  tərəfindən  “Qrup  dinamikası”  məktəblərinin  yaradılması  ilə  başlanılmışdır.  Bu 

məktəblərdə    aparılan  eksperimental  tədqiqatlar  liderlik  haqqında  müxtəlif  nəzəriyyələrin 

formalaşmasına səbəb olmuşdur. Bu nəzəriyyələrə görə liderlik  altı  amildən asılıdır:  



Rəhbərliyin və liderliyin psixoloji xüsusuyyətləri 

 

 

67 


 

1. Qabiliyyətlər – əqli, verval və s. 

2. Nailiyyətlər – təhsil, idman və s. 

3. Məsuliyyət – təşəbbüs, asıllılıq, istək və s. 

4. İştirak – fəallıq, əməkdaşlıq və s. 

5. Status – soial  və iqtisadi vəziyyət, məşhurluq və s. 

6. Xüsusiyyətlər. 

      Bu amillərə  əsaslanaraq bir neçə lider növünü göstərmək olar: 

      *aftoritar 

(cazibədar)  -  biliyi,  qabiliyyəti,  soyuqqanlılığı,  təmkinli  olması  ilə 

fərqlənir,problemlərin həllində analitik yanaşmaya üstünlük verir, bununla da tabeçilikdə olanların 

rəğbətini qazanır və bu zaman təbii cazibədarlığı ilə ətrafdakıları ruhlandırır; 

       *manipulyator - sistemdaxili əməliyyatlarla məşğul olur, plandan  kənara çıxmır, qrup üzvləri 

tərəfindən “təcrübəli” kimi qəbul olunur; 

       *ruhlandırıcı-həm yaradıcı fantaziyaya malikdir, həm də tabeçilikdə olanlara qayğı ilə yanaşır; 

       Həyata  keçirdiyi işlərin üstünlüyünə  görə isə liderlər bir-birindən fərqlənirlər, məsələn: 

      -yaradıcı lider; 

      -təşkilatçı lider;   

      -mübariz lider; 

      -diplomat lider. 

 Psixoanalitiklərə görə isə liderləri aşağıdakı növlərə ayırmaq olar: 

      1.  Patriarxal  hökmdar  (ciddi,  lakin  sevimli  ata)  –  insanlar  tərəfindən  sevildiyinə  və  hörmət 

olunduğuna görə seçilən; 

      2. Rəhbər (qrup standartlarını qoruyub saxlayan) – çoxları ona oxşamağa çalışır; 

      3.  Tiran  (Ətrafdakıları  qorxu  və  tabeçiliklə  idarə  edib  saxlayır)  –  qorxduqları  üçün  ona  itaət 

edirlər; 

      4. Təşkilatçı – (İnsanları bir araya gətitməyi bacarır) – ona həmişə hörmət olunur; 

      5.  Şirnikdirici  –  (başqalarının  zəif  cəhətlərindən  istifadə  etməyi  bacarır)  –  ətrafındakılara  sərf 

etdiyi üçün onun çatışmazlıqlarına göz yumurlar; 

     6. Qəhrəman – başqalarının mənafeyinə görə özünü qurban verir; 

     7. Pis nümunə; 

      Son  illər  dünyanın  hər  yerində  demokratik  normaların  möhkəmlənməsi  göstərir  ki,bütün 

sahələrdə rəhbərin tabeçilikdə olanlara təsiredici rolu böyükdür. Bunula əlaqədar aparılmış psixoloji 

tədqiqatlar göstərmışdir ki, rəhbərin fərdi xüsusiyyətləri  xüsusi keyfiyyətlərə malik olmalıdır.  Bu 

keyfiyyətləri  aşagıda göstərildiyi kimi qruplaşdırmaq olar  : 

 -  inandırma bacarığı,  xeyirxahlıq, riskə hazır olma ; 

 -  vicdanlılıq, ədalətlilik, səmimilik ; 

 -  tabeliyində  olanlarla  sərbəst  ünsiyyət,  qarşılıqlı  anlaşma  və  könüllü  tabeçilik  prinsiplərinə 

əsaslanmaq, təşəbbüsü qiymətləndirmə 

 -  soyuqqanlılıq ; 

 -  cəsurluq, iradəlilik,  dəyanətlilik ; 

 -  susma və distansiya saxlama bacarığı ; 

        Təşkilatın  müvəffəqiyyətli  fəaliyyəti  və  inkişafı  üçün  ən  optimal  variant      həmin  təşkilatı  

rəhbər – liderin idarə etməsidir. 

                                    


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin