ƏDƏBİYYAT
Salamova K.B.
68
РЕЗЮМЕ
ПСИХОЛОГИЧЕСКИЕ OСОБЕННОСТИ ЛИДЕРСТВА И РУКОВОДСТВА.
Саламова K.Б.
Ключевые слова: руководство, лидер, тиран, деятельный, группа, отношения
В статье отмечается, что уже в первых работах по психологии управления в качестве
одного из ее существенных направлений была выделена психология личности руководителя.
Эмпирическое изучение этой проблемы началось с 20-х годов, и в настоящее время ведется
достаточно интенсивно. Проблема лидерства и руководства является одной из кардинальных
проблем психологии управления.
SUMMARY
PSYCOLOGICAL CHARACTERISTICS OF LEADERSHIP AND MANAGEMENT
Salamova K.B.
Key words: authority, leader, tyrant, hard-working, qroup, relations.
Studying thr personality of leader is one of the main ways of ruling phsycology. Emprik study
of this problem began in the years of 20-th and is still under the considiration. The problems of
coneerning the authority and staff are cardinal problems of phsycological management.
Daxil olma tarixi:
Ilkin variant
17.04.2015
Son variant
Rəhbərliyin və liderliyin psixoloji xüsusuyyətləri
69
UOT 372.851
RİYAZİYYAT DƏRSLƏRİNDƏ FƏALLAŞDIRICI TƏLİM METODLARININ TƏTBİQİ
YOLLARI
HEYDƏROVA MƏFTUN NİZAMİ qızı
Sumqayıt Dövlət Universiteti, baş müəllim
heyderova_meftun@rambler.ru
Açar sözlər: məktəb, təhsil, tələbə, müəllim, pedaqoji
Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bütün sahələrdə olduğu kimi, təhsil
sahəsində də uğurlu islahatlar aparılmaqdadır. Cəmiyyətimizin demokratikləşməsi istiqamətində
görülən tədbirlər təhsil sahəsində də müasir ideyaların meydana çıxmasına, beynəlxalq təcrübənin
öyrənilməsinə, təhsilin formaca və məzmunca yeniləşməsinə geniş imkanlar açmışdır. Milli təhsilin
inkişafı və onun qabaqcıl dünya ölkələrinin təhsil sistemlərinə inteqrasiyası istiqamətində həyata
keçirilən
tədbirlər
təhsilin
forma
və
məzmunca
təkmilləşdirilməsinə,
keyfiyyətcə
yaxşılaşdırılmasına, bu sahədə yeni ideyaların, qabaqcıl təcrübənin öyrənilməsinə geniş imkan
vermiş oldu
1
.
Cəmiyyətdə, xüsusilə, təhsil işçilərində yeni pedaqoji təfəkkür formalaşdırmadan bu
vəzifələrin təcrübədə reallaşdırılacağını təsəvvür etmək mümkün deyil. Belə ki, təhsildə
“Demokratikləşdirmə,
humanistləşdirmə,
inteqrasiya,
diferensiallaşdırma,
fərdiləşdirmə,
humanitarlaşdırma prinsiplərinə əsaslanaraq, təhsilalanın şəxsiyyət kimi formalaşmasını, onun
təlim-tərbiyə prosesinin əsas subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri
dəyərlərə əsaslanan, bütün qurumların fəaliyyətini təhsilalanın mənafeyinə xidmət etmək məqsədi
ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” kimi vəzifələr yeni konseptual mahiyyət
daşımaqla, ölkəmizdə avtoritar təhsil sistemindən qətiyyətlə imtina edilməsini, demokratiya
prinsiplərinə əsaslanan mütərəqqi təhsil sisteminin qurulmasının obyektiv qanunauyğunluğunu
təsdiq etmişdir.
Təhsil islahatının əsas prinsipləri aşağıdakılardır:
1.
Demokratikləşdirmə- təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün
tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri,
valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir; tədris prosesinin
“şəffaflığı” prinsipinin həyata keçirilməsidir.
2.
Humanistləşdirmə- təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişməsini nəzərdə
tutur, o cümlədən “yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin
formalaşdırılması; əqli və fiziki imkanlardan, öyrənmə imkanlarından asılı olmayaraq,
şagirdin şəxsiyyətinə hörmətlə yanaşma; şagirdin qabiliyyət və təmayülünün aşkar
edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması.
3.
Diferensiallaşdırma- təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə
alınması ilə qurulur.
4.
Fərdiləşdirmə- təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə
alınmasıdır.
5.
İnteqrasiya- təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar
edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vacibliyini nəzərdə tutur.
6.
Humanitarlaşdırma- təhsilin humanitarlaşdırılması şəxsiyyətin yaradıcı inkişaf prosesinin
şərti kimi çıxış edir və təhsilin məzmununun formalaşdırılmasına yeni yanaşmanı nəzərdə
tutur. Bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin rolunun artmasını, öz
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 11 №3 2015
70
xalqının mədəniyyətinə birləşmə və dünya mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir.
Şagirdin; məxsusi dünyası, dünyagörüşü, zəngin emosional aləmi, həyata, təbiətə, insanlara
baxışı, bənzərsiz fərdi psixoloji xüsusiyyətləri – maraqları, meyilləri, qabiliyyətləri vardır. O da
ətrafdakı böyüklər, ata-anası, müəllimi kimi bir şəxsiyyətdir. Uşağın şəxsiyyət olduğunu nəzərə
almayan, onu qeyd-şərtsiz təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyekti kimi qəbul etməyən
təhsil sistemi heç bir vəchlə müasir, mütərəqqi sayıla bilməz
2
.
Təlim-tərbiyə prosesində müasir, o cümlədən, interaktiv təlim metodlarının tətbiqi şagirdlərdə
müstəqil düşünmək, sərbəst rəy söyləmək, hər hansı problem barədə başqasının fikrinə münasibət
bildirmək, digər fərqli nöqteyi-nəzəri təsdiq, yaxud inkar etmək, çoxluğun qərarını qəbul etmək,
yaxud öz qərarının üstündə durmaq və s. xüsusiyyətlərin formalaşmasına bilavasitə kömək etməklə
təfəkkürün tənqidliyi, müstəqilliyi və çevikliyinə zəmin yaradır.
Bəzi interaktiv təlim metodları və üsullarını aşağıdakı kimi şərh etmək olar
4
,
3
.
1.
Rollu oyunlar.Bu, uşaqlar, şagirdlər tərəfindən oynanılan kiçik bir pyesdir. Onun məqsədi
uşaqlara tanış olan hər hansı bir hadisənin, prosesin, əməlin əyani canlandırılması vasitəsi ilə
fəndaxili (fənlərarası), fəsildaxili (fəsillərarası) və s. səbəb-nəticə əlaqələrinin, qanunauyğunluq-
larının daha dərindən dərk edilməsinə kömək göstərməkdən ibarətdir. Rollu oyunların bütün
fənlərin tədrisi prosesində, sinifdənxaric tədbirlərdə, qrup, dərnək məşğələlərində tətbiq etmək
mümkündür. Rollar bölünüb şagirdlərə paylanır və dərsin gedişi zamanı hər şagird öz rolunu ifa
edir. Bununla da müəllim şagirdləri diferensiallaşdırır və fərdiləşdirir (rollar qabiliyyətə görə
seçilir).
Burada əsas məqsəd uşaqlara tanış olan hər hansı bir hadisənin, prosesin, əməlin əyani məqsəd
və əlamətlərinin, qanunauyğunluğun daha dərindən mənimsənilməsinə kömək etməkdir.
2.
Cütlər və qruplar. Bu üsul şagirdlərə hər hansı bir məsələ barədə qısa müddətli fikir
mübadiləsi aparmaq imkanı verir, hər birinin öz şəxsi təcrübəsinə, qazandığı bilik, bacarıq və
vərdişlərə əsaslanmaqla, müxtəlif ideyalar söyləməsinə şərait yaradır. Sinfin cütlər və qruplara
bölünməsi şagirdlərin qarşılıqlı əlaqədə dərs və məşğələ prosesinə daha fəal cəlb olunmalarını təmin
edir.
3.
“Əqli hücum”. Bu üsul vasitəsilə dərs və məşğələ prosesində şagirdlərin fəallığının
rəğbətləndirilməsinə və onlar tərəfindən ideyaların sürətlə irəli sürülməsinə imkan yaradılır. Bu
üsuldan konkret problemin həlli və ya hansısa suala cavabın axtarılması zamanı istifadə olunur.
Belə ki, “Əqli hücum” yeni mövzunun izahından əvvəl, habelə çevik, yaradıcı çalışmaların
(məsələn, hər hansı bir fikrin, ifadənin və s. tamamlanmasında mümkün variantların söylənilməsi və
onların məntiqi sonluğa çatdırılması) yerinə yetirilməsi və digər bu kimi hallarda tətbiq olunur.
4.
“Layihələrin hazırlanması”. Bu, şagirdlərin müəyyən müddət (1-8 ay) ərzində müxtəlif
mövzular, problemlər, hadisələr, proseslər və s. üzrə müstəqil şəkildə tədqiqatların aparılması və
nəticədə bitkin işin təqdim edilməsi metodudur. Həmin metodun tətbiqi şagirdlərin müxtəlif
fənlərin, dərs məşğələlərinin və xarici mühitin qarşılıqlı əlaqəsini dərk etmələrinə, konkret problemi
müəyyənləşdirmələrinə, zəruri material toplamalarına, iş prosesində vaxtı səmərəli
planlaşdırmalarına və qrafik üzrə icra etmələrinə şərait yaradır. Bu metod həmçinin şagirdlərin hər
hansı bir fəaliyyətlə əlaqədar özünütəşkilinə, müəllimin rəhbərliyi altında təlim prosesini idarə
etmələrinə imkan verir. Bununla yanaşı, “Layihələrin hazırlanması” şagirdlərin bir-biri ilə, habelə
məktəbdən kənarda başqa adamlarla ünsiyyətinə və qarşılıqlı münasibətlərin qurulmasına kömək
göstərir.
“Layihələrin
hazırlanması” metodu tədqiqatın nəticələrinin əldə edilməsi və
qiymətləndirilməsi, layihənin təqdim olunması və müdafiəsi yolu ilə şagirdlərin yaradıcı, məntiqi
təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin
təşəkkülünə, ətraf aləmin vahidliyinin və rəngarəngliyinin daha effektiv dərk edilməsinə zəmin
yaradır.
Riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi yolları
71
5.
“İşgüzar səs-küy”. Bu üsul dərsin tempinin dəyişilməsi prosesində (məsələn, müəllimin
uzunmüddətli danışığından sonra) tətbiq edilir və problem üzrə şagirdlərin əvvəlcə 2-3 nəfərlik
qruplar şəklində müəllimin təklif etdiyi mövzu haqqında 4-5 dəqiqə ərzində işgüzar müzakirələrə,
sonra isə gəldikləri nəticələrə dair bütün siniflə fikir mübadiləsi aparmalarına, bunun nəticəsində
haqqında danışılan məsələnin mahiyyətinin obyektiv dərk edilməsinə imkan verir.
6.
“Söz-assosiasiyaları”. Bu üsuldan hər hansı bir mövzunun öyrənilməsinə başlanmazdan
əvvəl şagirdlərin həmin mövzu haqqında nə bildiklərini və mövzu mənimsənildikdən sonra onların
yeni nə öyrəndiklərini aydınlaşdırmaq məqsədi ilə istifadə olunur. Metodun mahiyyəti ondan
ibarətdir ki, müəllim mövzunun məğzini ifadə edən əsas sözü sinfə təklif edir və şagirdlər eşitdikləri
həmin sözlə əlaqədar assosiativ şəkildə xatırladıqları ilk sözləri 1-2 dəqiqə ərzində yazırlar. Bu
üsuldan istifadə müəllimə dərsdə əldə edilən nəticələri müqayisəli qiymətləndirməyə, şagirdlərə isə
təlim prosesində öz inkişaf dinamikasını dərk etməyə imkan verir.
7.
İnsert metodu. İnsert metodu səmərəli mütailə və təfəkkürün inkişafı üçün interaktiv
qeydetmə sistemidir. Bu işarələr sistemindən istifadə edib mətni başa düşmək üçün öz biliyini
yoxlamaqla düzgün cavab axtarmaq üsuludur.
Müəllim tələbələri cütlərə ayırır. Tələbələrə riyaziyyatın müəyyən bir bölməsi (ardıcıllıq,
funksiyanın limiti, törəməsi, diferensialı və s.) haqqında nə bilirlərsə dəftərlərinə yazmaları
tapşırılır. Beş dəqiqə vaxt verilir. Müəllim tələbələrə xəbərdarlıq edir ki, bəzi məlumatları dəqiq
olmaya bilər. Buna əhəmiyyət vermək lazım deyil, çünki dərsin gedişində düzəlişlər aparılacaq.
Tələbələr riyaziyyatın bu bölməsi haqqında bildiklərini sütunvari şəkildə yazırlar, iş qurtarır. Bütün
auditoriya müzakirəyə başlayır. Riyazi obyekt (anlayış) haqqında olan məlumatlar lövhəyə yazılır,
təkrar olunmamaq şərti ilə (tələbələrin yazdıqları). Bundan sonra müəllim mətni paylayır və
tələbələr tərəfindən oxunmasını tapşırır. Tələbələr oxuduqca mətnin kənarında hər sütundakı
məlumatın qarşısında müxtəlif işarələr qoyurlar:
-
əvvəl bildiyiniz məlumatı təsdiq edən informasiya varsa qarşısında “v” işarəsi qoyun;
-
informasiya əvvəl bildiyiniz məlumatı inkar edirsə “-“ işarəsi qoyun;
-
rast gəldiyiniz informasiya sizin üçün yenidirsə “+” işarəsi qoyun;
-
haqqında əlavə məlumat almaq istəyirsinizsə “?” işarəsi qoyun.
Tələbələr işi yerinə yetirirlər. Sonra isə tələbələr eyni işarəli informasiyalı ayrı-ayrı
kateqoriyalara ayırırlar.
Tələbələr bildiklərini dəftərlərinə yazırlar. Bu vaxt ərzində müəllim lövhəni üç sütuna bölür.
Birinci sütuna “Bildiklərimiz”, ikinci sütuna “İstəyirik bilək” və üçüncü sütuna “Öyrəndiklərimiz”
sözlərini yazır. Tələbələr işini qurtarıb yazdıqlarını ümumiləşdirib birinci qrafada (sütunda) lövhəyə
yazırlar. Sonra müəllim auditoriyaya müraciət edir ki, riyaziyyatın bu bölməsi (obyekti) barədə
daha nəyi öyrənmək istəyirsiniz? Sualdan sonra yenə tələbələr öz aralarında fikir mübadiləsi edirlər
və fikirləri ayrı-ayrı ikinci qrafada (sütunda) yazırlar. Müəllim mətni tələbələrə paylayır. Mətni
hamı oxuyur və “Öyrəndiklərimiz” qrafasında tələbələr yeni öyrəndiklərini qeyd edirlər. Yeni rast
gəldikləri informasiyanı dəqiqləşdirirlər. Əgər cavabsız fikir qalıbsa məlumatın haradan əldə
olunacağı müəyyənləşdirilir. Sonra müəllim öz fikirlərini söyləyir və mövzunu yekunlaşdırır.
8. Klaster (şaxələndirmə). “Klaster” sözü ingilis dilindən tərcümədə şaxələnmə deməkdir.
Burada müəllim mövzunun məğzini, əsas mənasını ifadə edən aparıcı termini auditoriyaya təklif
edir, tələbələr həmin sözlə əlaqədar xatırladıqları ilk anlayışları, sözləri bir-iki dəqiqə ərzində
yazırlar. Bu şaxələnmə ardıcıl və ilk “açar” sözlə əlaqədə olmalıdır. Şaxələndirmə hər hansı bir
mövzu və ya fikrin mümkün qədər geniş açıqlanmasına, tələbələrin geniş, sərbəst düşünməsinə
şərait yaradan metoddur. Şaxələndirmə strategiyasından həm düşünməyə yönəltmə, həm də
düşünmə mərhələsində istifadə etmək olar. Metod yeni dərsin izahından əvvəl tələbələrin fikrini
səfərbər etmək və mövzuya aid əvvəl mənimsədikləri biliklərini yada salmaq üçün istifadə oluna
bilər. Bu metodun tətbiqi zamanı mövzudan digər mövzuya, bir fikirdən digər fikrə keçilir və yeni
assosiasiyaların yaranması imkanı genişlənir. Klaster metodu fərdi, cütlərlə və qrup şəklində yerinə
Heydərova M.N.
72
yetirilə bilər. Tətbiqi sadə, asan yadda qalandır və tələbələr tərəfindən həvəslə icra olunur. İşin icra
mexanizmi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:
-
iri ağ kağızın ortasında kiçik bir dairə çəkilir (kvadrat da ola bilər), içərisində
şaxələndirilməsi lazım gələn fikir və ya hər hansı bir cümlə yazılır (məsələn: funksiya, limit,
törəmə, diferensial və s.).
-
bu dairə və ya kvadratdan başlamaq şərti ilə müxtəlif istiqamətlərə yeni-yeni şaxələr ayrılır
və yeni dairə və ya kvadratın içərisində yazılmış fikir mərkəzdə yazılmış fikirlə elmi cəhətdən sıx
bağlı olmalıdır.
Tələbələr işin icrasını müəllimin verdiyi vaxt ərzində icra etdikdən sonra yeni mövzu izah
edilir. Yeni mövzunun izahından sonra müəllim tələbələrə şaxələndirməni davam etdirməyi tapşırır
və qeyd edir ki, yeni mövzunun izahından aldığınız biliklər əsasında işinizi davam etdirin, ancaq
başqa rənqdə olan qələmlə. İşin icrası müəllimin verdiyi vaxtda başa çatmalıdır. İş başa çatdıqdan
sonra tələbələr iki rəngli qələmlə işlədikləri şaxələrə baxıb, əvvəlki bilikləri ilə öyrəndiklərini
müqayisə edirlər. Bu metoddan istənilən mövzunun izahı zamanı və istənilən fənnin tədrisi zamanı
istifadə etmək olar.
9.
Dəyirmi masa. Auditoriya qruplara bölünür. Hər qrup vatman kağızı və hərəyə bir rəngli
qələm olmaqla təchizatla təmin olunur. Müəllim işi necə icra etməli olduqlarını tələbələrə izah edir
və birinci qrupa yaxınlaşıb onların vatman kağızına əvvəlcədən qərara aldığı bir fikri yazır. Sonra
qrupun birinci üzvü vatmanı alıb müəllimin yazısının ardı olmaqla öz fikrini yazıb, vatmanı növbəti
tələbəyə ötürür. Müəllim hər qrupa yaxınlaşıb eyni hərəkəti təkrar edir. Yəni, birinci fikri kağıza
yazır və tələbələr dairəvi olaraq ardıcıl şəkildə hər kəs əvvəlki fikirlərin davamı olan fikrini yazıb
özündən sonrakı yoldaşına ötürür. Məsələn, müəllim kağıza “Funksiya” sözünü yazır. Birinci tələbə
təyin oblastı, ikinci tələbə cüt, tək və dövrü funksiya, üçüncü tələbə funksiyanın limiti və s. yazır.
İşin icrasından sonra tələbələr kağızları yanaşı olmaqla lövhədən asırlar. Müzakirə aparılır ki, hansı
qrup onlara verilmiş fikir haqqında daha çox məlumat yazıb. Sonda müəllim ümumi nəticə çıxarır.
10.
Konseptual cədvəl. Tədris zamanı zehni prosesləri əyaniləşdirmək üçün qrafik
göstəricilərdən istifadə edilir. Bu üsul obyekt və hadisələrin müqayisəsi zamanı istifadə olunduqda
daha effektli olur. Dəftərin səhifəsi bir neçə sütuna bölünür və birinci sütunda müqayisə ediləcək iki
və ya daha çox obyekt və ya hadisə qeyd olunur. Sonrakı qrafalarda müqayisə ediləcək obyekt və
hadisələrin müqayisə ediləcək xüsusiyyətləri yazılır. İşin sonunda tələbələr oxşar və fərqli
xüsusiyyətləri qeyd edirlər.
11.
T- sxemlər. Bu tələbələrin müzakirə olunacaq məsələ haqqındakı fikirlərini
müəyyənləşdirmək üçün istifadə olunan metoddur. Müəllim kağızı iki sütuna bölür və birinci
sütunda müzakirə olunacaq məsələ haqqında müəyyən fikirləri sıralamaqla qeyd edir. Sonra
vərəqələri tələbələrə fərdi olaraq paylayır. Tələbələr hər fikrə münasibət bildirməklə, müəllimin
yazdığı hər bir fikrə öz müsbət və ya mənfi fikrini bildirir. Cədvəlin tərtibindən sonra şagirdlər işi
qruplarla müzakirə edirlər, yəni rəylərini əsaslandırırlar. Beş dəqiqəlik müzakirədən sonra müzakirə
auditoriya ilə aparılır, yekun nəticə əldə olunur və tələbələrin qərarı verilir.
12.
Semantik əlamətlərin təhlili. Semantika- fransızca işarə edən deməkdir. Semantika
işarələnən və işarə edənin vəhdətidir. Semantikanın məna kateqoriyası qrafik işarələrin ardıcıllığı
(işarələyən), obyekt və hadisələr (denotat), obyekt və hadisələrin insan şüurunda əksi (işarələnən)
ilə bağlıdır. Bu metoddan tələbələrin biliyinin formalaşdırılması və inkişafı üçün istifadə olunur.
Tanış olmayan mövzunun təhlili zamanı bu metod daha çox əhəmiyyətlidir və keçmiş mövzu ilə
yeni mövzu müqayisə edilir. Dəftərin səhifəsi tələbələr tərəfindən sütunlara ayrılır və birinci
sütunda müqayisə olunacaq obyekt və hadisələr qeyd olunur. Qalan sütunlarda onların
xüsusiyyətləri yazılır və tələbələr sütunları ardıcıl olmaqla doldururlar. Hər xüsusiyyətin qarşısında
obyekt və hadisələrə aid olan müsbət rəy (+), mənfi rəy (-) və əmin deyillərsə (?) işarələrindən biri
qeyd olunur. Yeni dərsin izahından sonra tələbələr öz dəftərlərində öyrəndikləri biliyə əsaslanaraq
düzəlişlər edirlər. Sonda müəllim yoxlayır və düzəlişdən sonra cavabları təsdiq edir.
Riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi yolları
73
13.
Venn diaqramı. Venn diaqramı iki və daha çox kəsişən çevrədən ibarət sxemdir. Hər
çevrənin üst tərəfində müqayisə olunacaq obyekt və hadisənin adı yazılır. Çevrələrin kəsişən
hissələrində obyekt və hadisələrin oxşar əlamətləri yazılır. Çevrələrin kəsişməyən hissələrində isə
müqayisə olunan obyekt və hadisələrin fərqli cəhətləri qeyd olunur. Məsələn, müəllim tələbəyə iki
çoxluğun (iki funksiyanın, sıranın və s.) müqayisəsini tapşırır. Tələbələr dəftərlərində iki kəsişən
çevrə çəkirlər. Hər çevrənin üst tərəfində tələbələr onlara verilən çoxluqların adlarını
(işarələnmələrini A, B, C və s.) yazırlar. Çevrənin kəsişən hissəsinin içində çoxluqların oxşar
əlamətlərini yazırlar. Birinci çevrənin kəsişməyən hissəsində üst tərəfdə yazdığı çoxluğun fərqli
cəhətlərini (əlamətlərini, elementlərini), ikinci çevrənin kəsişməyən hissəsində isə ikinci çoxluğun
fərqli cəhətlərini (əlamətlərini, elementlərini) qeyd edirlər. Qeyd edək ki, bu işi qruplarla da görmək
olar.
Yeni təlim üsullarının tətbiqi müəllimdə çeviklik, böyük ustalıq, işə yaradıcı yanaşma, yüksək
işgüzarlıq tələb edir. Müxtəlif təlim metodları arasında interaktiv təlim metodu daha səmərəlidir.
Bəs interaktiv nə deməkdir? Bu termin dialoq, qarşılıqlı əlaqədə, fəaliyyətdə olmaq, daxili fəallıq
kimi izah olunur. Pedaqoji üsul kimi interaktivlik müəllimin iştirakı ilə tələbələrin müxtəlif
informasiya mənbələrinə (internet, dərslik, illüstrasiya materialları, cədvəllər, video, kino və s.) və
ya ünsiyyət prosesində yeni biliklərin əldə olunmasına imkan verən bütün təlim üsullarının
məcmusundan ibarətdir. Dərsi bu materiallarla keçmək üçün müəllim müəyyən hazırlıq işi
aparmalı, dərsdə isə istiqamətləndirici, bir növ “drijor” rolunda olmalı, əsas fəaliyyəti isə tələbələr
göstərməlidirlər. Burada tələbə daha fəal, müəllim isə istiqamətverici olur.
İnteraktiv təlim metodları və üsullarının tətbiqi tədris prosesini xeyli intensivləşdirir, onu hər
bir tələbə üçün daha əhəmiyyətli və maraqlı fəaliyyət sahəsinə çevirir, dərsdə, məşğələdə fəallığın
maksimum artmasına zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini nəzərə çarpacaq
dərəcədə gücləndirir
5
.
İnteraktiv təlim metodları üçün bunlar səciyyəvidir: tələbənin aktiv təaliyyəti; müəllimin
tələbəyə və tələbələrin bir-biri ilə əməkdaşlığı; didaktik oyunlardan istifadə olunması; tələbələrin
auditoriyada qeyri ənənəvi yerləşdirilməsi.
İnteraktiv metod tələbəyə nə verir: müstəqil düşünməyi; sərbəst rəy söyləməyi; şəxsiyyəti
qiymətləndirməyi; əməkdaşlıq etməyi (başqaları ilə işləməyi bacarmaq, ümumi məqsədə çatmaq
üçün işin bölüşdürülməsi); başqalarını dinləməyi; başqa fikrə qarşı dözümlü olmağı; öz fikirlərini
arqumentlərlə dəqiq izah etməyi; tənqidi təfəkkürü; kompromis variantın tapılmasını; natiqlik
qabiliyyətini inkişaf etdirməyi.
İnteraktivlik, əslində pedaqoji üsul kimi müəllimlərin iştirakı ilə tələbələrin bir-biri ilə
ünsiyyəti prosesində yeni biliklərin əldə edilməsinə imkan verən bütün təlim üsullarının
məcmusundan ibarətdir.
Elmi yeniliyi: Məqalədə riyaziyyat dərslərində fəallaşdırıcı təlim metodlarının tətbiqi yolları
araşdırılmış və təhsilin keyfiyyətinin yüksəldilməsində onların rolunun hansı imkanlara malik
olmaları müəyyənləşdirilmişdir.
Tətbiqi əhəmiyyəti: Məqalədə araşdırılmış məsələlər müəllim hazırlığının, orta məktəb və ali
məktəb təhsilinin perspektivliyi sahəsində tədqiqat aparan gənc mütəxəssislər üçün faydalı ola bilər.
Heydərova M.N.
|