45
Bunların prostetik qrupları hemə yaxın maddələrdir.
Flavoproteidlər və rodopsin də xromoproteiddir. Flavoproteidlərin prostetik
qrupu B
2
vitamini, rodopsininki isə
A vitaminidir.
Rodopsində
A-vitamini 11-sis-retinal şəklindədir.
Rodopsin gözün torlu qişasının fotoreseptor təbəqəsində (membrana) zülal-
ların 80-85%-ni təşkil edir.
Bu qrup mürəkkəb zülalların tərkibində sadə
zülallardan başqa prostetik
qrup: dəmir, mis, sink, kobalt, kalsium, flüor və qeyri elementlər də olur. Metallo-
proteidlərdən qaraciyər və dalaqda olan fermentlərdə dəmir (20%) və sink vardır.
Bu zülal orqanizmdə dəmirin deposu sayılır.
Hemosiderin də tərkibində dəmir saxlayan zülaldır. Bunda 25% nukleotid və
karbohidrat vardır. Bu zülal əsasən retinukloendateli hüceyrələrində olur.
Fosfoproteidlərin tərkibində prostetik qrup olaraq fosfat turşusuna təsadüf
olunur. Bu da serinfosfat və treoninfosfat şəklindədir.
Fosfoproteidlərə misal süddə olan kazeini, yumurta sarısındakı ovovitellini,
balıq kürüsündəki ixtulini və s.-ni göstərmək olar. Bunlar ehtiyat qida zülalları
sayılır. Fosfoproteidlər heyvanların bəzi üzvlərində (məsələn: qaraciyərdə)
fosfat
turşusunun fəal forması kimi mübadilə proseslərində fəal iştirak edir. Fermentlər-
dən pepsin, fosforilaza, fosfoqlükomutaza da fosfoproteiddir.
Lipoproteidlər sadə zülallarla lipidlərin (yağ turşuları, neytral yağlar, fosfa-
tidlər, sterinlər) birləşməsindən əmələ gəlir.
Lipoproteidlərin bəziləri suda həll olan kompleks birləşmələrdir. Bunlarda
lipidlər daxildə, zülallar isə xaricdə yerləşir. Zülal hissəsi daxildə və lipid hissəsi
xaricdə yerləşən lipoproteidlər yalnız üzvi həlledicilərdə həll olur.
Lipoproteidlər çox labil (davamsız) birləşmələrdir.
Bunlar hüceyrələrin
orqanellalarının əmələ gəlməsində istirak edir. Lipoproteidlər hüceyrə pərdəsinin
tərkib hissəsini təşkil etməklə sızma prosesinin tənzim olunmasında mühüm rol
oynayır.
Lipoproteidlərə bütün toxumalarda rast gəlinir. Bunlara ən çox sinir toxuma-
sında, qan zərdabında, yumurta sarısında, süddə və s.-də rast gəlinir.
Qlikoproteidlərə
mukoproteidlər də deyilir. Bunlar sadə zülalların karbo-
hidratlarla (qlükoza, qalaktoza, maltoza, fruktoza, qlükozamın, qlükuron turşusu,
sulfat turşusu, sirkə turşusu və s.) və onların törəmələrinin (neyramin
və sial
turşuları) birləşməsindən əmələ gəlir. Karbohidratlar bu zülalların 10-20%-ni,
aminşəkərlər isə 4%-ə qədərini təşkil edir. Məsələn, qammoqlobinlərin tərkibinin
20%-ə yaxını karbohidratlardan ibarətdir. Bu qrup zülallardan sümük toxumasında,
qığırdaqlarda, gözün buynuz təbəqəsində, həzm şirələrində olan musinləri və
mukoidləri, qan plazmasındakı qaptoqlobinləri, fetuini göstərmək mümkündür.
Zülallar molekullarının formalarına, fəza quruluşlarına (konformasiyasına)
downloaded from KitabYurdu.org
46
görə 2 qrupa: fibrilyar və qlobulyar zülallara bolunür. Fibrilyar zülallar uzun
sapvari formalıdır, suda, duz məhlulunda həll olmur. Kallogen, keratin, fibronin və
s. belə zülallardandır.
Qlobulyar zülallar dairəvi, kürə formasındadır. Suda həll
olur – mioqlobin, hemoqlobin,
zərdab albumini, ribonukleaza və s. belə zülallar-
dandır. Bəzi zülalları (fibrinogen, miozin və s.) aralıq tipə məxsusdur.
Zülalların yuxarıda sadalanan təsnifatı təfsilatı ilə tam düzgün hesab
olunmur. Bir çox zülallar bu və ya digər qrupa aid olan xassələri özündə əks
etdirir. Bu səbəbdən zülalları əsasən iki əlamətlərinə görə ayırırlar. Fəza
quruluşuna və funksiyalarına görə.
Dostları ilə paylaş: