Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


Nuklein turşularının üçüncü quruluşu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə33/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

5. Nuklein turşularının üçüncü quruluşu: Hər bir NT molekulu fəzada 
ümumi bir superspirallaşma halına malik olur ki, bu da onların üçüncü quruluşunu 
əmələ gətirir. Bu hal ən çox fenilalanin nRNT-si üçün öyrənilmişdir. 
Rentgenostruktur analiz üsulları ilə nRNT molekulunun açılması göstərir ki, üş 
hissə fəzada bir-birinə sıx birləşmiş halda digər dördüncü hissə (antikod) əks 
istiqamət dartılmış halda yerləşir.
Xromatinin və xromosomun tərkibində DNT üçüncü quruluş halında 
superspirallaşmış formada mövcuddur. Xromotinin struktur vahidini nukleosomlar 
təşkil edir. Nukleosomlar DNK spiralı ilə əhatə olunur ki, orada 8 nüvəli əsasi 
xassəli zülallar (histonlar) yerləşir. 
downloaded from KitabYurdu.org


58 
6. Nukleoproteidlər: Nuklein turşuları sərbəst halda yaşamırlar (n RNT-dən 
başqa) in vivo, onlar əsasi xassəli (protaminlər, histonlar) zülallarla əlaqəli şəkildə 
fəaliyyət göstərirlər. İki tipdə nuklein turşuları (DNT və RNT) olduğu kimi
bunlara müvafiq nüvənin tərkibində dezoksiribonukleoproteinlər (DRNP) və 
ribosomların tərkibində ribonukleoproteinlər (RNP) olur. RNP və DRNP-lər 
mürəkkəb aqreqatlardır. Onlar 1-2 molekul NT-dən və çoxlu sayda ona birləşmiş 
zülal substratlardan əmələ gəlmişdir. 
 
RNP-ən klassik nümunəsi tütün mozaikasının virusudur. Bu virusun molekul 
kütləsi 2,1∙10
6
Da-dır və 2200 zülal substratından ibarətdir. Nukleoproteidlərdə NT 
və zülal molekulu bir-birini tənzimləyirlər. Bu da hər iki komponentin 
denaturasiyaya qarşı davamlılığını artırır. RNP-hissəcikləri (ribosomlar) zülalların 
biosintezində, DRNP-hissəcikləri (nukleosom nüvələri) xromosomların hüceyrə 
aparatının formalaşmasında və funksyalaşmasında əsas rol oynayır.
ƏDƏBİYYAT 
1. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. 
Maarif.
2. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. 
Bioloji kimya. Bakı 1989. 
3. Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 
2000. 
4. Северин Е. С., Алейникова Т. Л., Осипов Е. В. Биохимия. - 
Москва. Медицина. 2003. 
5. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 
2008. 
6. Yusifov N. M., Daşdəmirov K. Ş. Biokimyadan xülasə. – Gəncə. 
Araz, 2010. 
downloaded from KitabYurdu.org


59 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin