Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/96
tarix16.04.2023
ölçüsü1,54 Mb.
#99031
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   96
kitabyurdu org biokimya-muhazireler compressed

3. DNT və RNT-nin birinci quruluşu: Nuklein turşularının molekulunda 
nukleotidlərin yerləşmə ardıcıllığına, onların birinci quruluşu deyilir. Bu 
birləşmələrin birinci quruluşunu öyrənmək çox çətindir. Azot əsaslarının miqdarı 
analiz üsulu bu çətinliyi (E. Carqaff) qismən aradan qaldırdı.
“Carqaff” qaydaları adı almış bu qanunauyğunluq aşağıdakılardan ibarətdir.
1. DNT - molekulunda quanın və adeninin (purin əsasları) molyar qatılığı 
miqdarca sitozın və timinin (pirmidin əsaslarının) molyar qatılığına bərabərdir
A + Q = S + T. Bu qanunauyğunluq RNT - molekulunda özünü doğrultmur.
2. DNT molekulunda adenin molekulları qlığının sayı timinə, quanın 
molekulları qalığının sayı isə sitozinə bərabər A = T; Q = S. 
RNT molekulu üçün bəzi hallarda bu bərabərlik yaxınlaşsa da, əksər hallarda 
özünü doğrultmur.
3. Quaninlə sitozini molyar miqdarının cəminin adeninlə timinin molyar 
miqdarının cəminə nisbəti 
T
A
S
Q


DNT-ın spesfik göstəricisi olub hər bir canlı 
növü üçün sabit kəmiyyətdir. Bu kəmiyyət DNT-ın spesfik göstəricisi adlanır. Çox 
vaxt müxtəlif mənbələrdən alınmış DNT – molekulunda A+T > Q+S. olur, belə 
olduqda onları adenin timin tipli (DNTAT) adlandırırlar. Bütün heyvan və 
bitkilərin, həmçinin bəzi mikroorqanizmlərin DNT-sı adenin timin tiplidir. 
Mikroorqanizmlərin (xüsusən bakteriyaların) əksəriyyəti quanin sitozin tipinə 
mənsubdur. Q+S>A+T onları quanin sitozin tipli (DNTQS) adlandırırlar. DNT-ın 
spesifik göstəricisi DNTAT tiplilərdə vahitdən az, DNTQS tipli DNT-lərdə isə 
vahiddən çox olur. İnsan DNT-ın spesifik göstəricisi 0,66-dır. Canlılardan DNT-ın 
spesifik göstəricisi ən çox olan şüalı köbələkdir (aktinomiset) onun spesifik 
göstəricisi 2,73-ə bərabərdir. 
DNT molekulu nukleotidlərin miqdarca (Carqaff qaydaları) münasibəti 
RNT-ın tərkibi üçün xarakterik deyil. 
RNT-ın monomerlərinin miqdarca münasibətində yanız bir qanunauyğunluq 
vardır; burada altıncı karbon atomu ikiqat rabitə ilə oksigenlə birləşmiş azot 
əsasların (ketoqruplar) sayı, həmin vəziyyətdə amin qurupu yerləşən azot 
əsaslarının (aminqurup) sayına bərabərdir. Q+Y=A+S 
RNT molekulu bir ədəd polinukleotid zəncirindən ibarətdir. Bu zəncirdə 
monomerlərin yerləşmə ardıcıllığı RNT-ın birinci quruluşunu zarakterizə edir. 
RNT-ın zənciri çox mütəhərrik olduğuna görə onun fəza konfiqurasiyası sabit 
deyil, dəyişkəndir. 
Son zamanlar DNT-ın birinci quruluşunda nukleotidlərin düzülmə 
ardıcıllığını müasir, tez təyin olunan üsullarla müəyyən olunur.
Ən çox birinci quruluşu aydınlaşdırılan nəqliyat nRNT molekullarıdır. Çünki 
onların tərkibində 75-90 nukleotid olur. nRNT-ın tərkibində A,Q,U,S əsaslarından 
downloaded from KitabYurdu.org


56 
başqa 10% minar azot əsasları da mövcutdur. 1965-ildə R.U.Xolli və əməkdaşları 
çörək məmulatlarında alanin nRNT-ın tam nukleotid ardıcıllığını ver-mişdir. Aşağı 
temperaturda xüsusi fermentlərin köməyi ilə alanin nRNT-si oliqonukleotidlərə, 
sonra isə kimyəvi üsulla nukleotid ardıcıllığı açıqlanmışdır. Az sonra A. A. Bax və 
əməkdaşları valin nRNT-sının birinci quruluşu açıqlanmışdır. Hazırki vaxtda 
2000-dən çox nRNT-ın birinci quruluşu məlumdur. 
Yüksək molekullu n RNT-dən birinci quruluşu ən çox öyrəniləni ana bətində 
uşaqlığın RNT quruluşudur. 
Beynəlxalq “İnsanların geni” proqramının məqsəd və vəzifəsi insan 
orqanizmində olan bütün DNT və RNT molekullarının quruluşunu aydınlaşdır-
maqdır. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin