Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə4/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   2   3   4   5   6   7   8   9   ...   97
Mülki müdafiə-converted

Mülki Müdafiə sistemi – mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi 
həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi 
fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur. 
Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 
Azərbaycan Respublikasının Konstitusiyasından, «Mülki Müdafiə haqqında»
qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
Mülki Müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə 
əhəmiyyətini və digər amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərlər 
mülki müdafiə üzrə qruplara, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə 
bölünür. 
İqtisadi İnkişaf Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin təqdimatı əsasında 
zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan Respublikasının 
Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 
Azərbaycan Respublikası ərazisinin Mülki Müdafiə üzrə zonalara bölünməsi
1 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir. 
Mülki Müdafiə üzrə şəhərlərin qrupları: I qrup, II qrup və III qrup olmaqla
2 nömrəli Əlavəyə uyğun olaraq müəyyən edilmişdir. 
Ən mühüm təsərüffat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: 
xüsusi əhəmiyyətli, I dərəcəli və II dərəcəli obyektlər.
Mülki Müdafiə üzrə dərəcələr – fəaliyyətdə olan, inşa edilən, yenidən 
quraşdırılan və layihələşdirilən vacib sənaye, nəqliyyat, energetika və rabitə 
müəssisələrinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; 
dövlət əhəmiyyətli nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, 
kitabxana, şəkil qalereyası); material və ərzaq bazalarına; su kəməri 
təsərrüfatına və digər dövlət əhəmiyyətli obyektlərə verilə bilər. 
Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, 
kombinatlara və digər təsərüfat obyektəlrinə mülki müdafiə üzrə dərəcələr elə 
hallarda verilə bilər ki, onların müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir 
istehsalat sahəsində yerləşmiş olsun. 
İqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi 
mümkün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır. 
Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai 
təşkilatlara, sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr və sirklərə, 
kommunal-məişət xidməti idarələrinə, kənd təsərrüfatı obyektlərinə, qoruqlara və 
fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə mülki müdafiə üzrə dərəcələr 
verilmir. 
Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə 
dərəcələrə aid ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün 
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə təqdim edirlər. 


İqtisadi İnkişaf Nazirliyi təsərrüfat obyektlərinin razılaşdırılmış ümumi 
siyahısını təsdiq etmək üçün Nazirlər Kabinetinə göndərir. 
Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə 
mərhələsində verilir. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin