Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə5/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   2   3   4   5   6   7   8   9   ...   97
Mülki müdafiə-converted

Fövqəladə hallar nazirliyinin MM üzrə əsas vəzifələri: 
1. Fövqəladə halların təsirindən, əhalinin və təsərrüfat obyektlərinin mühafizə 
edilməsi. 
2. Fövqəladə hadisələr zamanı, insanların sağlamlığına təhlükə yaranması barədə 
və belə şəraitdə davranış qaydaları haqqında əhalinin xəbərdar edilməsi. 
3. Fövqəladə halların nəticələri aradan qaldırılarkən, qəza-xilasetmə və digər 
təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi. 
4. Rəhbər heyətin, Mülki müdafiənin idarəetmə orqanları və qüvvələrinin 
fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, həmçinin müvafiq 
mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili. 
5. Fövqəladə hallar zamanı təsərrüfat sahələrinin, müəssisələrin, idarə və 
təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin
xüsusən də mülki müdafiənin mühəndis-texniki tədbirlərinin hazırlanmasında 
və həyata keçirilməsində iştirak etmək.
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının əsas 
vəzifələri: 
1. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin 
tələblərinə əməl etmək. 
2. Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmaq. 
3. Fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və 
bilmək. 
4. Fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl 
etmək. 
5. İlk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi 
bacarmaq. 
6. Mülki müdafiə işarələrini (siqnallarını) bilmək və onlara uyğun hərəkət etmək. 
7. Baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində dərhal 
müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək. 
8. Mülki müdafiə sahəsində onlara tapşırılmiş vəzifələri vicdanla yerinə yetirmək. 

Mülki Müdafiənin təşkiledilmə prinsipləri və məqsədləri 
 
Azərbaycan Respublikasında mülki müdafiə, ümumdövlət müdafiə sisteminin 
tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir: 
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün 
ərazisində təşkil edilməsi); 
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki 
müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı 


obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla 
planlaşdırılması və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi); 
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin bütün əhalini 
əhatə etməsi və məcburi xarakter daşıması); 
4) daimi hazırlıq prinsipi (mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı 
dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması); 
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə 
hadisələr haqqında əhaliyə dərhal məlumat verilməsi); 
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən 
dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış 
fəaliyyət göstərməsi). 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin