56
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi .
Azərbaycan maşınqayırma sahəsində əsas istehsal fondların fiziki və mənəvi
sınması kritik səviyyəyə çatmışdır ( 35%- dən 50 %- ə qədər). Hər il 0,5-1,5 % əsas
fond istismardan çıxır. Yeniləşmə də çox aşağı səviyyədədir. Belə vəziyyət istifadə
olunan dəzgah, maşın, mexanizmlər və s. parkının
təzələnməsi üzrə tədbirlər
kompleksinin həyata keçirilməsinin zərurətini yaradır. Bunula bərabər vaxt amili
xüsusi
əhəmiyyət kəsb edir, xüsusilə də nəzərə alsaq ki,
inkişaf etmiş ölkələr
sənayelərini hər 7-10 ildən bir yenidən silahlandırırlar.
Sahənin istehsal potensialında olan çatışmamzlıqlar maşınqayırmada qapalı
çıxılmaz vəziyyət yaradır: aşınmış fondlar – istehsal olunan məhsulun aşağı keyfiyyəti-
rəqabətqabliyyətliliyin aşağı səviyyəsi – satışın kiçik həcmi – kifayət olmayan maliyyə
dövriyyəsi – avadanlığı yeniləşdirilməsinə pul vəsaitinin çatışmamsı. Nəticə kimi
nəinki innovasiyalara, hətta istehsalın kifayət qədər yüksək səviyyədə saxlanılması
üçün imkanların olmaması.
Təəssüflə qeyd etmək lazımdır ki, mövcud vəziyyətdə ölkənin maşınqayırma
müəssisələri yalnız dar seqment üçün rəqabətqabliyyətli
məhsul istehsal etmək
iqtidarındadır
. ( Cədvəl 4)
Dostları ilə paylaş: