Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix05.03.2017
ölçüsü0,65 Mb.
#10134
1   2   3   4   5   6   7   8

Cədvəl 2.1. 

QAAT çərçivəsində keçirilmiş ticarət raundları və onların əsas nəticələri 

MənbəÜTT-nin rəsmi saytı:www.wto.org

 

Amma, həyata keçirilən tədbirlər nəticəsində gömrük rüsumlarının dərəcələri 



böhran həddinə yaxınlaşırdı ki, bu da bəzi ölkələri narahat edirdi. Nəticədə 1951-

52-ci  illərdə  QATT  çərçivəsində  danışıqlar  demək  olar  ki,  dayandı.  Danışıqları 

bərpa  etmək  üçün  1953-cü  ildə  “Pflimlen  planı”irəli  sürüldü  ki,  onunla  da  3  il 

ə

rzində  hər  il  10%  olmaqla  tarif  dərəcələrinin  aşağı  salınması  nəzərdə  tutulurdu. 



Bu  plan  qəbul  olunmadığından  (əsasən  də  ABŞ-ın  maraqları  daha  çox  nəzərə 

alındığından) 1955-ci ildə “Rendell planı” təklif olundu. Bu plana əsasən, ABŞ-ın 

gömrük  tarifləri  3  il  ərzində  hər  il  5%  olmaqla  aşağı  salınmalı  idi.  Bu  dəfə  plan 

ABŞ tərəfindən etirazla qarşılandığından həyata keçirilə bilmədi. Məhz bu şəraitdə 

1956-cı il Cenevrə raundu keçirildi və bu raund zamanı demək olar ki, əhəmiyyətli 

heç bir qərarın qəbul olunmaması heç kim üçün sürpriz olmadı.  

1958-ci  ildə  “Dillon  təklifləri”  adlandırılan  yeni  təkliflər  irəli  sürüldü.  Bu 

təkliflər əsasında 1960-61-ci illərdə QATT çərçivəsində Dillon-raund adlandırılan 



Raundun 

adı 

Keçirildiyi il 

və ya illə

Nəticələri 

ş

tirakçı 



dövlətlərin 

sayı 

Cenevrə 

1947 


Gömrük  rüsumlarının  dərəcələri  aşağı  salındı,  qeyri-

tarif  ticarət  maneələri  ixtisar  edildi  və  qeyri-tarif 

vasitələrinin  tənzimlənməsi  haqqında  tədbirlərin 

həyata keçirilməsinə başlanıldı 

23 

Annesi 

1949 


13 

Torki 

1951 


38 

Cenevrə 

1956 


26 

Dillon-raund 

1960-1961 

26 

Kennedi-

raund 

1964-1967 

Gömrük  rüsumlarının  səviyyəsinin  5  il  ərzində  orta 

hesabla  35%  aşağı  salınması  və  antidempinq 

tədbirlərinin həyata keçirilməsi qərara alındı 

62 


Tokio-raund 

1973-1979 

Gömrük rüsumları dərəcələrinin 1980-ci il yanvarın 1-

dən  başlayaraq  mərhələlərlə  aşağı  salınması  (sənaye 

məhsullarına təxminən 33%), qeyri-tarif maneələrinin 

mülayimləşdirilməsi 

və 

çərçivə 


sazişlərinin 

bağlanması haqqında  razılığa gəlindi 

102 

Uruqvay 

raundu 

1986-1994 

Tariflər,  qeyri-tarif  tədbirləri,  xidmətlərlə  ticarət,  

mübahisələrin tənzimlənməsi, intellektual  mülkiyyət, 

ticarət və ətraf mühit məsələlərinə aid mühüm qərarlar 

qəbul olundu və ÜTT-nin yaradılması qərara alındı  

123 


 

23

ticarət danışıqları aparılsa da, onlar da muvəffəqiyyətlə nəticələnmədi. Qeyd edək 



ki,  “Dillon  təklifləri”nə  əsasən  dərəcələrin  birdən  20%  aşağı  salınması  nəzərdə 

tutulurdu. 

  1964-cü  ildə  ABŞ  prezidenti  Con  Kennedinin  1962-ci  ildə  irəli  sürdüyü 

təkliflər  əsasında  Kennedi  raunduna  start  verilir.  Bu  danışıqlar  amerikanların 

avropalıların ümumi bazar yaratmalarına reaksiyası idi. Danışıqlar nəticəsində 5 il 

ə

rzində  (1968-72-ci  illər)  tariflərin  orta  hesabla  35%  aşağı  salınması  və 



antidempinq tədbirlərinin həyata keçirilməsi qərara alındı. 

1973-cü  ildə  Avropada  inteqrasiya  proseslərinin  yeni  vüsət  alması  (onun 

üzvlərinin  sayının  9-a  qədər  artması),  ABŞ-ın  ticarət  balansının  kəsirinə  gətirib 

çıxarmış  beynəlxalq  valyuta  sisteminin  dağılması,  beynəlxalq  əmək  bölgüsündə 

keyfiyyətcə  yeni  dəyişikliklərin  baş  verməsi  QATT  çərçivəsində  müzakirələrin 

bərpa  olunmasına  təkan  verdi  və  1973-79-cu  illərdə  keçirilmiş  və  Tokio  raundu 

kimi  bəlli  olan  çoxtərəfli  ticarət  danışıqlarının  əsasını  qoydu.  Danışıqlar  çox 

çətinliklə  keçirdi  və  sənayecə  inkişaf  etmiş  ölkələrlə  üçüncü  dünya  ölkələrinin 

arasındakı dialoqun bütün mürəkkəbliyini özündə əks etdirirdi.  

  Tokio raundu əvvəlki raundlardan bir çox əlamətlərinə görə fərqlənirdi.  lk 

növbədə qeyd edək ki, bu danışıqlarda o dövr üçün rekord sayda – 102 ölkə iştirak 

edirdi.  Digər  tərəfdən,  mütəxəssislər  çox  zaman  bu  raundu  beynəlxalq  ticarət 

sisteminin islahatı istiqamətində edilən ilk cəhd kimi qiymətləndirirlər.  

  Bu  raund  zamanı  QATT  çərçivəsində  tariflərin  aşağı  salınmasına  yönəlmiş 

cəhdlər  davam  etdirildi.  Əldə  edlimiş  nəticələr  arasında  9  iri  dünya  bazarlarında 

gömrük  rüsumlarının  orta  hesabla  1/3  dəfə  aşağı  salınmasını  göstərmək  olar  ki, 

nəticədə də sənaye məhsullarına olan tariflərin orta səviyyəsi QATT yaradılarkən 

mövcud  olan  40%-dən  4,7%-ə  qədər  azaldı.  8  il  ərzində  mərhələ-mərhələ  aşağı 

salınan tariflər özündə həmçinin harmonlaşdırmanı da əks etdirirdi ki, nəticədə də 

yüksək tariflər aşağı tariflərə nisbətən daha sürətlə azaldılırdı.  

  Digər istiqamətlər üzrə Tokio raundunun nəticələri  birmənalı deyildi. Belə 

ki,  raund  iştirakçıları  kənd  təsərrüfatı  məhsulları  ilə  ticarətin  fundamental 



 

24

problemlərini  həll  edə  bilmədilər  və  “müdafiə  tədbirləri  haqqında”  (fövqəladə 



vəziyyətdə  həyata  keçirilən  idxalı  məhdudlaşdırma  tədbirləri)  yeni  saziş  üzrə 

razılığa gələ bilmədilər.  

  Bununla yanaşı, danışıqlar nəticəsində qeyri-tarif tədbirləri haqqında bir sıra 

razılaşmalar  əldə  olunmuşdu.  Bu  sazişlərdən  bəziləri  QATT-ın  mövcud 

qaydalarının  interpretasiyası  olsa  da,  digərləri  tamamilə  yeni  istiqamətləri  əhatə 

edirdilər. Əksər hallarda bu sazişlərə QATTın üzv-ölkələrinin, əsasən də sənayecə 

inkişaf etmiş ölkələrinin nisbətən kiçik bir qismi qoşulmuşdu. Bu sazişlər QATT-

ın bütün üzv ölkələri tərəfindən təsdiqlənmədiyindən onları çox zaman “kodekslər” 

adlandırırlar. Onlara aşağıdakı sazişlər aiddir: 

• subsidiyalar  və  kompensasiya  tədbirləri  üzrə  saziş  –  QATT-ın  VI,  XVI  və 

XXIII maddələrinin interpretasiyası; 

• ticarətdə  texniki  manelər  üzrə  saziş  –  bəzən  standartlar  üzrə  kodeks 

adlandırılır; 

• idxalın lisenziyalaşdırılması prosedurası üzrə saziş; 

• dövlət satınalmaları üzrə saziş; 

• gömrük  qiymətləndirməsi  üzrə  saziş  –  QATT-ın  VII  maddəsinin 

interpretasiyası; 

• antidempinq tədbirləri üzrə saziş – QATT-ın VI maddəsinin interpretasiyası 

və Kennedi raundu zamanı qəbul olunmuş antidempinq kodeksinin əvəzlənməsi; 

• mal əti üzrə saziş; 

• süd məhsulları üzrə beynəlxalq saziş; 

• mülki aviatexnika ilə ticarət üzrə saziş. 

Artıq  Tokio  raundundan  sonra  QATT-ın  beynəlxalq  ticarət  sisteminin 

yaradılması  istiqamətində  gördüyü  işlərin  müsbət  nəticələri  özünü  göstərməyə 

başladı.  Bu illər ərzində QATT-ın mövcudluğunun aşağıdakı müsbət nəticələrini 

qeyd etmək olar.  lk növbədə QATT-ın müəyyən zaman üçün və məhdud fəaliyyət 

çərçivəsində yaradıldığını nəzərə alsaq, onun fəaliyyəti dövründə dünya ticarətinin 

liberallaşdırılması,  inkişafı  və  əldə  olunmuş  nəticələrin  gücləndirilməsi  sahəsində 



 

25

görülən  işləri  və  bu  istiqamətlərdə  əldə  edilən  uğurları  danmaq  olmaz.  Belə  ki, 



təkcə  tariflərin  ardıcıl  olaraq  aşağı  salınması  nəticəsində  1950,  1960  və  1970-ci 

illərdə dünya əmtəə ixracının hər il orta hesabla 8%-lik yüksək artım tempinə nail 

olunmuşdu. Həmçinin, QATT-ın fəaliyyəti nəticəsində 1950-1975-ci illərdə dünya 

ixracı cari qiymətlərdə 14,5 dəfə artmışdı. 

Digər tərəfdən ticarətin liberallaşdırılmasına verilən impuls ona gətirib çıxardı 

ki, “QATT erası” zamanı ticarətin artım templəri həmişə istehsalın artım templərini 

üstələyirdi.  QATT-a  daim  yeni  üzvlərin  qoşulması  sübut  edirdi  ki,  QATT 

çərçivəsində  yaradılan  dünya  ticarətinin  çoxtərəfli  sistemi  dövlətlər  tərəfindən 

inkişaf,  iqtisadiyyatın  və  ticarətin  islah  edilməsi  vasitəsi  kimi  qəbul  edilirdi. 

Ümumilikdə  1970-ci  illərin  ortalarından  bu  və  ya  digər  şəkildə  mövcud  olan 

iqtisadi böhran şəraitində təbii olaraq artan proteksionist təzyiqlərə qarşı göstərilən 

müqavimət də QATT-ın xidmətləri sırasına aid edilə bilər.  

Bütün  bunlarla  yanaşı,  QATT-ın  fəaliyyətində  mənfi  cəhətlər  də  özünü 

göstərirdi.  Gömrük  tariflərinin  aşağı  salınması,  həmçinin 1970-ci  illər  və  1980-ci 

illərin  əvvəllərində  baş  verən  iqtisadi  böhranlar  hökumətləri  xarici  rəqiblərin 

ekspansiyasına  məruz  qalan  iqtisadi  sahələri  qorumaq  üçün  yeni  müdafiə 

tədbirlərinə  əl  atmağa  məcbur  edirdi.  şsizliyinyüksək  səviyyəsi,  fabriklərin  və 

zavodların bağlanmasının daha tezlikli xarakter alması Avropa və Şimali Amerika 

hökumətlərini  rəqibləri  ilə  bazarların  bölünməsinə  dair  ikitərəfli  sazişlər 

bağlamağa və «subsidiyalar yarışına»  başlamağa sövq etdi.  

Bu  dəyişikliklər  QATT-a  və  onun  səmərəliliyinə  olan  etibarı  müəyyən 

dərəcədə  aşağı  saldı.  Dünya  ticarəti  sahəsində  vəziyyətin  pisləşməsindən  başqa, 

1980-ci  illərin  başlanğıcında  aydın  oldu  ki,  QATT  1940-cı  illərdən  fərqli  olaraq 

dünya ticarətinin reallıqlarını daha özündə əks etdirmir. Birincisi, dünya ticarəti 40 

il  əvvəllə  müqayisədə  daha  mürəkkəb  mexanizmə  çevrilmişdi  və  daha  vacib  rol 

oynamağa  başlamışdı.  kincisi,  dünya  ticarəti  qloballaşma  istiqaməti  ilə  inkişaf 

edirdi,  beynəlxalq  investisiya  qoyuluşları  özünün  zirvə  nöqtəsinə  gəlib  çatmışdı. 

Bu  da  investisiya  siyasətinin  ticarət  aspektlərinə  münasibətdə  ümumi  normaların 



 

26

işlənməsi  məsələsini  aktuallaşdırırdı.  Üçüncüsü,  QATT-ın  qaydaları  ilə  əhatə 



olunmayan  xidmətlərlə  ticarət  daha  çox  sayda  ölkənin  maraq  dairəsinə  daxil 

olurdu. Digər tərəfdən xidmətlərlə ticarət sənaye əmtəələri ilə ticarətlə daha tez-tez 

«qovuşurdu».  Dördüncüsü,  kənd  təsərrüfatı  sahəsində  ticarətin  liberallaşdırılması 

öz nəticəsini vermirdi. Beşincisi, toxuculuq məhsulları və hazır paltarla ticarət üzrə 

aparılan  danışıqlar  zamanı  QATT-ın  standart  qaydalarından  bəzi  maddələrin 

toxuculuq məhsulları ilə ticarət üzrə saziş formasında götürülməsi barədə razılığa 

gəlinməsi də öz bəhrəsini vermirdi.Altıncısı, Tokio raundundan sonra inkişaf etmiş 

ölkələrin  idxal  gömrük  tarifinin  orta  çəki  dərəcəsinin  təxminən  55%  təşkil 

etməsinə  baxmayaraq,  orta  göstəricilər  heç  də  real  vəziyyəti  əks  etdirmirdi.  Belə 

ki,  Avropa  Birliyi,  Yaponiya  və  ABŞ-da  10%-dən  çox  olan  gömrük  tarifləri 

dərəcələrinin payına ümumi tarif mövqelərinin uyğun olaraq 21,5, 17,1 və 16,0%-i 

düşürdü.  Özü  də  yüksək  dərəcələr  əsasən  ərzaq,  toxuculuq  məhsulları  və  hazır 

paltar  idxalına  tətbiq  olunurdu.  Bu  məhsullar  isə  inkişaf  etməkdə  olan  ölkələrin 

ə

sas  ixrac  maddələrini  təşkil  edirdi.  Yeddincisi,  müəllif  hüquqlarının  qorunması 



sahəsində  mövcud  problemlər  intellektual  mülkiyyət  hüquqları  ilə  ticarətin 

aspektləri  haqqında  məsələlərin  müzakirəsini  zəruri  edirdi.  Və  nəhayət, 



səkkizincisi

, QATT-ın təşkilati strukturu və onun rəhbərliyi altında mübahisələrin 

tənzimlənməsi  sistemi  şübhələr  doğururdu.  Yuxarıda  qeyd  olunan  faktorlar  və 

digərləri  gətirib  ona  çıxardı  ki,  QATT-ın  üzvləri  beynəlxalq  ticarət  sisteminin 

gücləndirilməsi  və  daha  da  inkişaf  etdirilməsi  üçün  yeni  cəhdlərin  edilməsinin 

zəruriliyinə əmin oldular.  

Belə bir şəraitdə 1986-cı ilin sentyabrında QATT çərçivəsində yeni çoxtərəfli 

ticarət danışıqları başladı. Bu danışıqlar Uruqvayın Punta-del-Este şəhərində yeni 

raundun  başlanması  haqqında  Bəyannamə  qəbul  edilməklə  açıldı  və  Uruqvay 

raundu adını aldı.  

Danışıqların əsas istiqamətləri aşağıdakılardan ibarət idi: 

• gömrük maneələrinin aşağı salınması; 

•  QATT  sisteminin  təkmilləşdirilməsi  (bir  çox  qeyri-tarif  tədbirlərinin 


 

27

azaldılması  və  aradan  qaldırılması,  QATT  fəaliyyət  sferasına  toxuculuq,  kənd 



təsərrüfatı,  təbii  mənşəli  məhsullarla  ticarətin  daxil  edilməsi,  QATT  sisteminin 

gücləndirilməsi); 

• ÜTT-nin yaradılması haqqında Saziş; 

• Xidmətlərlə Ticarət üzrə Baş Sazişin işlənməsi; 

• intellektual mülkiyyət hüquqları ilə ticarətin aspektləri; 

• investisiya siyasətinin ticarət aspektləri. 

Uruqvay  raundu  çərçivəsində  çoxtərəfli  ticarət  danışıqlarını  həyata  keçirmək 

üçün    təşkilati  struktur  yaradılmışdı.  Belə  ki,  QATT-ın  qaydalarına  zidd  olan 

ticarət  məhdudiyyətlərinin  tətbiq  edilməsinə  yol  verməməklə  məşğul  olan  xüsusi 

Nəzarət Komitəsi ilə yanaşı, 15işçi qrup da yaradılmışdı ki, onlar da aşağıdakılar 

idi:  gömrük  tarifləri  üzrə;  qeyri-tarif  tədbirləri  üzrə;  tropik  əmtəələri  üzrə;  təbii 

resurslar bazasında istehsal olunan məhsullar üzrə; toxuculuq məhsulları və hazır 

paltar  üzrə;  kənd  təsərrüfatı  məhsulları  üzrə;subsidiyalar  və  kompensasiya 

tədbirləri  üzrə;  intellektual  mülkiyyət  hüquqları  ilə  ticarətin  aspektləri  üzrə; 

müdafiə  tədbirləri  üzrə;  QATT  sisteminin  fəaliyyətinin  gücləndirilməsi  üzrə; 

investisiya  siyasətinin  ticarət  aspektləri  üzrə;  QATT-ın  maddələrinin  yenidən 

işlənməsi  üzrə;  əvvəlki  raundlarda  qəbul  olunmuş  sazişlər  və  razılaşmaların 

yenidən  işlənməsi  üzrə;  mübahisələrin  tənzimlənməsi  üzrə;  xidmətlərlə  ticarət 

üzrə.Danışıqların  əsas  hissəsi  Cenevrədə  keçirilirdi.  Danışıqlar  zamanı  1500-dən 

artıq  təklif  və  işçi  sənədlərin  müzakirə  olunduğu  500-dən  artıq  rəsmi  iclas 

olmuşdu. 

1988-ci  ildə  danışıqlar  «aralıq  nəticələrin  müəyyənləşdirilməsi»  mərhələsinə 

gəlib çatmışdı ki, bu mərhələ də nazirlərin Kanadanın Monreal şəhərində keçirilən 

iclasında müzakirə olunmuşdu. Bu iclasda danışıqların mandatına yenidən baxıldı 

və bu, raundun ikinci mərhələsinə keçməyə imkan verdi. Nazirlər tropik məhsullar 

bazarına  aidiyyatı  olan  güzəştlər  (bu  güzəştlər  inkişaf  etməkdə  olan  ölkələrə 

köməyə  istiqamətlənmişdi)  də  daxil  olmaqla  ilkin  güzəştlər  paketini,  həmçinin 

mübahisələrin tənzimlənməsi sisteminin yeni və daha dəqiq variantını və QATT-ın 

bütün  tarixi  ərzində  ilk  dəfə  olaraq,  üzv-ölkələrin  həyata  keçirdiyi  milli  ticarət 


 

28

siyasətinin  və  tədbirlərinin  mütəmadi  əsasda  geniş  və  sistematik  təhlilini  nəzərdə 



tutan ticarət siyasətinin icmalı mexanizmini razılaşdırdılar.  

  1990-cı ilin dekabrında Brüsseldə keçirilən nazirlərin növbəti iclası zamanı 

kənd  təsərrüfatı  məhsulları  ilə  ticarətin  islahatı  üzrə  götürüləcək  öhdəliklər 

barəsində  ziddiyyətlər  yarandığından  raundun  müddətinin  uzaldılması  haqqında 

qərar  qəbul  olundu.  1991-ci  ilindekabrına  danışıqların  Yekun  aktının  layihəsi 

hazırlandı.  Sonrakı  2  il  ərzində  danışıqların  vəziyyəti  müxtəlif  olurdu:  bu  gün 

danışıqların tam uğursuzluğa uğrayacağı bildirilirdi, sabah isə tam əminliklə qeyd 

olunurdu  ki,  danışıqlar  müvəffəqiyyətlə  nəticələnəcək.  Nümayəndələr  dəfələrlə 

raundun  başa  çatmasının  son  tarixini  müəyyən  etsələr  də,  qoyulan  müddətə  əməl 

edilmirdi.  Ziddiyyətlərin  siyahısı  isə  artırdı:  kənd  təsərrüfatı  məhsulları  ilə 

ticarətdən  sonra  ora  xidmətlərlə  ticarət,  bazarlara  daxil  olma,  antidempinq 

qaydaları və nəhayət, yeni təşkilatın yaradılması haqqında təkliflər daxil olmuşdu. 

Danışıqların uğuru ABŞ və Avropa Birliyi arasında olan ziddiyyətlərin nə cür həll 

olunacağından  asılı  idi.  Nəhayət,  1993-cü  ilin  15  dekabrında  bütün  mübahisəli 

məsələlər həll olundu və razılaşdırıldı. Elə o zaman da əmtəə və xidmət bazarlarına 

daxil  olmaq  haqqında  danışıqlar  başa  çatdırldı.  Danışıqlarda  iştirak  etmiş  123 

ölkənin nazirlərinin əksəriyyəti 1994-cü il aprelin 15-də Mərakeşdə keçirilən iclas 

zamanı  qəbul  olunan  Yekun  aktının  altında  öz  imzalarını  qoydular.Uruqvay 

raundunun  rəsmi  sona  çatma  müddəti  də  üzv-ölkələrin  nazirlərinin  Mərakeşdə 

keçirilən iclası hesab olunur.    

Danışıqların  Yekun  aktı  özündə  28  sazişi  (kənd  təsərrüfatı  məhsulları  ilə, 

xidmətlərlə, toxuculuq və hazır paltarla ticarət üzrə, subsidiyalar və kompensasiya 

rüsumları  üzrə,  intellektual  mülkiyyət  hüquqları  məsələləri  üzrə  və  s.),  həmçinin 

beynəlxalq  ticarətdə  tarif  və  qeyri-tarif  məhdudiyyətlərinin  ixtisarına  aid  olan 

razılaşmaları  əks  etdirirdi.  Bundan  başqa,  akta  QATT  çərçivəsində  bundan  əvvəl 

qəbul  olunmuş  razılaşma  və  sazişlərə  əlavə  və  dəyişiklər  edən  27  əsasnamə  də 

daxildir. 

BMT-nin Ticarət və  nkişaf üzrə Konfrans (YUNKTAD) təşkilatı 1962-ci ildə 



 

29

BMT-nin  qtisadi  Şurasının  qərarı  ilə  yaradılıb.  Təşkilatın  yaradılmasının 



təşəbbüsçüləri  kimi  üçüncü  dünya  ölkələrinin  ticarət  problemlərinə  diqqətin  az 

olması  məsələsini  önə  çəkən  bir  sıra  inkişaf  etməkdə  olan  ölkələr,  o  cümlədən 

sosialist ölkələri çıxış ediblər. 

YUNKTAD-ın qarşısına qoyulan vəzifələr aşağıdakılardır: 

1)

 dünya ticarətinin inkişafına dəstək verilməsi, sabit dünyanın və bərabərhüquqlu 



qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi; 

2)

 müasir  beynəlxalq  ticarətin  səmərəli  funksiya  göstərməsi  üçün  təvsiyələrin, 



prinsiplərin, təşkilati-hüquqi şəraitin və mexanizmlərin işlənib hazırlanması; 

3)

 BMT  sisteminin  iqtisadi  inkişaf  sahəsi  üzrə  təşkilatlarının  fəaliyyətlərinin 



koordinasiyasında iştirak etmək. 

YUNKTAD-ın  strukturunda  6  komitə  mövcuddur  ki,  onlar  da  müxtəlif 

istiqamətlər üzrə ixtisaslaşıblar: 

1)

 Xammal əmtəələri üzrə Komitə; 



2)

 Hazır məhsullar və yarımfabrikatlar üzrə Komitə; 

3)

 Dəniz daşımaları üzrə Komitə; 



4)

 Ticarətin “görünməyən” maddələri (xidmət) üzrə Komitə; 

5)

 Beynəlxalq ticarətin maliyyələşdirilməsi və kreditləşdirilməsi üzrə Komitə; 



6)

 Texnologiyaların kommersiya ötürülməsi üzrə Komitə. 

YUNKTAD-ın  xüsusi  fəaliyyət  sferası  kimi  beynəlxalq  korporasiyaların 

fəaliyyətinə nəzarət çıxış edir. 

YUNKTAD ölkələri sosial-iqtisadi və coğrafi əlamətlərinə görə təsnifləşdirir 

və  öz  iş  prinsiplərinin  də  bu  təsnifatdan  çıxış  edərək  qurur.  YUNKTAD-ın 

təsnifatına  görə,  “A”  qrupuna  afroasiya  ölkələri,  “B”  qrupuna  sənayecə  inkişaf 

etmiş ölkələr, “C” qrupuna Latın Amerikası ölkələri, “D” qrupuna krçmiş sosialist 

ölkələri  (Avropada  yerləşən)  daxildir.  “A”  və  “C”  qrupuna  daxil  olan  ölkələr, 

həmçinin  bir  sıra  sosialist  ölkələri  1975-ci  ildə  “77”lər  adı  ilə  məşhur  olan  qrup 

yaratmışlar. 

YUNKTAD-ın  fəaliyyətində  ən  böyük  aktivlik  1960-cı  illərin  sonunda  və 

1970-ci illərdə müşahidə edilmişdir. Bu zaman “77”lər qrupunun irəli sürdüyü yeni 


 

30

beynəlxalq iqtisadi qayda konsepsiyası formalaşmışdır. 



YUNKTAD-ın  fəaliyyətinin  ən  səmərəli  nəticəsi  kimi  “Xammal  əmtəələri 

üçün  inteqrə  olunmuş  proqram”ın  qəbul  edilməsini  göstərmək  olar.  Bu  proqram 

nəticəsində  inkişaf  etməkdə  olan  ölkələrin  xarici  ticarətində  mühüm  yer  tutan  18 

xammal əmtəəsi üzrə ticarət şəraiti yaxşılaşmışdır. 

nkişaf  etməkdə  olan  ölkələrin  əmtəələri  üçün  inkişaf  etmiş  ölkələrin 

bazarlarında  imtiyazlar  verilməsi  rejiminin  bərqərar  olmasında  da  YUNKTAD-ın 

rolu  böyükdür.  YUNKTAD-ın  Dehlidə  keçirilən  II  sessiyası  zamanı  “ nkişaf 

etməkdə  olan  ölkələrdən  hazır  əmtəələrin  idxalı  zamanı  ümumi  imtiyaz  sistemi” 

qəbul  edilmişdir  ki,  bu  sistemə  görə  də  sənayecə  inkişaf  etmiş  ölkələr  inkişaf 

etməkdə olan ölkələrə bir sıra imtiyazlar təqdim edirlər. 

Hazırda  YUNKTAD  beynəlxalq  ticarətin  tənzimlənməsində  15-20  il  əvvəlki 

kimi elə də böyük rol oynamır, lakin özünün potensialını hələ də qoruyur. 

Beynəlxalq Ticarət Hüququ üzrə BMT Komissiyası (YUNS TRAL) 1964-cü 

ildə  beynəlxalq  ticarət  hüququnun  razılaşdırılması  və  unifikasiyası  məqsədilə 

yaradılıb.  Komissiyanın  aktivinə  BMT-nin  Dəniz  Yük  Daşımaları  üzrə 

Konvensiyasının  (“Hamburq  qaydaları”),  BMT-nin  Əmtəələrin  Alqı-satqısı  üzrə 

Beynəlxalq  Müqavilələr  haqqında  Konvensiyasını  (alqı-satqı  üzrə  Vyana 

Konvensiyası) və s.-ni aid etmək olar. 

Ümumilikdə komissiya əsasən əmtəələrin beynəlxalq alqı-satqısı, beynəlxalq 

ödəmələr,  beynəlxalq  ticarət  arbitrajı  və  dəniz  yük  daşımaları  üzrə  beynəlxalq 

qanunvericilik sahələri üzrə müxtəlif hüquq normalarının hazırlanması ilə məşğul 

olur. 


Beynəlxalq  Ticarət  Palatası  (BTP)  1922-ci  ildə  yaradılıb  və  ümumilikdə 

yardımçı  funksiyasını  yerinə  yetirir.  O  beynəlxalq  kommersiya  terminləri  üzrə 

təlimatlar  (“INCOTERMS”)  dərc  edir,  beynəlxalq  ticarətin  qaydalarını, 

ə

nənələrini,  normalarını  yayır  və  müxtəlif  ölkələrin  tacirləri  və  sahibkarları, 



həmçinin  onların  ticarət-sənaye  palataları  arasında  əlaqələrinin  qurulmasında 

vasitəçilik missiyasını yerinə yetirir. 

Bir  sıra  əmtəələrlə  və  xidmətlərlə  beynəlxalq  ticarətin  tənzimlənməsində 


 

31

ixtisaslaşan ikinci qrup təşkilatlara aşağıdakılar aiddir: 



 Neft ixrac edən Ölkələrin Təşkilatı (OPEK); 

 Dəmir filizi ixrac edən  Ölkələrin Assosiasiyası (APEF); 

 Mis ixrac edən Ölkələrin Təşkilatı (C PEK); 

 Avropa daş kömür və polad Təşkilatı; 

 Kakao istehsalçılarının Alyansı; 

 Banan ixrac edən Ölkələrin Birliyi; 

 Beynəlxalq Mülki Aviasiya Təşkilatı; 

 Beynəlxalq Dəniz Təşkilatı; 

 Ümumdünya Turizm Təşkilatı. 

Beləliklə,  beynəlxalq  ictimaiyyət  əmtəələrlə  və  xidmətlərlə  beynəlxalq 

ticarətin daha yüksək artım dinamikasının təmin edilməsi üçün səy göstərir və bu 

sahədən alınan mənfəətin bütün ölkələr üçün maksimumlaşdırılmasına çalışır. 



 

32


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin