II FƏS L. ÜTT və onun beynəlxalq iqtisadi münasibətlər sistemindəki spesifik
mövqeyinin sistemli təhlili
2.1.ÜTT-nin əsas prinsip, funksiya və sazişləri
Dövlətlər arasında iqtisadi əlaqələrin, ilk növbədə də ticarət əlaqələrinin
beynəlxalq-hüquqi tənzimlənməsi qədim zamanlarda meydana gəlmişdir. Ticarət
münasibətləri qədimdən beynəlxalq müqavilələrin əsas predmetlərindən biri kimi
çıxış etmiş, azad ticarət münasibətləri mənəvi və hüquqi prinsip kimi tanınmışdır.
E.ə. II əsrdə qədim Roma tarixçisi Flor qeyd etmişdir: “Ticarət əlaqələrinin
kəsilməsi insan nəsli ittifaqının pozulması deməkdir”.
Hüqo Qrotsi (XVII əsr)
göstərirdi ki, “istənilən xalqın digər istənilən xalqla qarşılıqlı ticarət
münasibətlərinə əngəl törətməyə heç kəsin ixtiyarı yoxdur”.
Məhz bu prinsip, yəni
azad ticarət hüququ (“ticarət” geniş mənada götürülür) beynəlxalq iqtisadi hüququn
ə
sasını təşkil edir.
Beynəlxalq iqtisadi əməkdaşlığın və onun hüquqi tənzimlənməsinin
beynəlxalq həyatda müstəsna rolu vardır. Təkcə onu göstərmək kifayətdir ki,
bağlanan bütün beynəlxalq müqavilələrin və fəaliyyət göstərən beynəlxalq
təşkilatların böyük əksəriyyəti dövlətlərin qarşılıqlı münasibətlərinə aiddir.
XXI
ə
srdə
beynəlxalq
iqtisadi
münasibətlərin
makrosəviyyədə
tənzimlənməsi, yəni çoxtərəfli mexanizmlər və ya razılaşdırılmış hərəkətlər
vasitəsilə bütövlükdə sistemin və ya onun az və ya çox iri altsistemlərinin
idarəedilməsi daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Makrosəviyyədə
problemlərin obyektiv həlli ya çoxtərəfli (universal) ya da üstmilli tənzimlənmə
mexanizmlərinin olmasını tələb edir.
Beynəlxalq iqtisadi münasibətlər iki hüquqi sistemin tənzimlənmə obyekti
kimi çıxış edir. Bunlardan biri dövlətlərin daxili hüquq, digəri isə beynəlxalq
iqtisadi hüquqdur. Daxili hüquqda beynəlxalq iqtisadi münasibətlər fərdi hüquqi və
publik-hüquqi sahələrin (məsələn, mülki hüquq, inzibati hüquq) vasitəsilə
tənzimlənir. Beynəlxalq iqtisadi hüquq isə publik şəxslər (dövlətlər, dövlətlərarası
təşkilatlar) arasında qarşılıqlı münasibətləri tənzimləyir. Daxili hüquq və
33
beynəlxalq iqtisadi hüquq bir-birləri ilə aktiv şəkildə qarşılıqlı fəaliyyətdə olurlar.
Bu qarşlıqlı fəaliyyətdən mərhələ-mərhələ onların keyfiyyətcə yeni vahidi
formalaşır. Bu vahidi isə qlobal hüquqi sistem adlandırmaq olar.
1947-48-ci illərdə Havanada beynəlxalq ticarətin sərbəstləsdirilməsi
məqsədilə 50-yə yaxın ölkə təmsilçisi toplanmıs və buna uygun olaraq Beynəlxalq
Ticarət Təskilatının yaradılmasına dair Qanun hazırlamısdır.Bu müzakirələr
zamanı qəbul edilmis tarif endirimlərinin üzv ölkələrin parlamentləri tərəfindən
təsdiqlənməsinə qədər olan dövr ərzində - 1947-ci ilin oktyabrında “müvəqqəti
olaraq” Tariflər və Ticarət haqqında Ümumi Sazis (GATT – General Agreement
on Tariffs and Trade) yaradılmısdır.
Beləliklə,müvəqqəti bir razılasma olaraq qəbul edilən Tariflər və Ticarət
haqqında Ümumi Sazis ÜTT-nin yaranması yolunda daimi bir əsasa
çevrilmisdir.GATT öz varlıgını 1994-cü ilə qədər qorumusdur.Aradan keçən 47 il
ə
rzində bir sıra vacib hadisələr bas vermis,8 böyük müzakirə raundu həyata
keçirilmis və GATT dünya ticarətində ümumi qəbul olunan bir çərçivə yarada
bilmisdir.GATT beynəlxalq ticarəti qaydaya salan və əhatəli bir beynəlxalq
razılasma olmusdur.
GATT yaradılarkən 4 əsas prinsip formalasdırılmısdır:
Ə
n çox nəzarətdə saxlanılan ölkə qanunu (non-discirmination);
Beynəlxalq təsir qanunu (national treatment);
Gömrük vergilərinin endirilərək konsolidasiya edilməsi;
Müdafiənin sadəcə gömrük vergiləri ilə həyata keçirilməsi (tarifdənkənar
tədbirlərin tarifə çevrilməsi).
Bu prinsiplər,bu gün dünya ticarətini nizamlayan qlobal sistemin təməl
daslarını və fəlsəfəsini təskil edir.
ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə
liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi
inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin yüksəldilməsidir. ÜTT-nin
ə
sas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay raundu (1986-1994)
nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-
34
iqtisadı münasibətlərin tənzimlənməsindən ibarətdir.
ÜTT-nin ə sas prinsiplə ri bilavasitə aş ağ ıdakılardan ibarə tdir:
• “ən əlverişli rejim” prinsipi (üzv ölkələr üçün eyni ticarət şəraitinin
yaradılması)”;
• “milli rejim prinsipi” (idxal olunmuş əmtəə və xidmətlərlə yerli mal və
xidmətlər arasinda ayrı-seçkiliyə yol verilməməsi);
• ticarət tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi;
• ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;
• ticarət siyasətinin aydın və şəffaf olması;
• daxili bazarların ancaq ÜTT qaydaları əsasında qorunması;
• azad rəqabət üçün əlverişli şərait yaradılması;
• ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi;
ÜTT-nin əsas funksiyası isə beynəlxalq ticarət sistemini maksimum
liberallaşdırmaqla yanaşı aşağıdakılarıda bilavasitə özündə ehtiva
etməkdədir:
• ÜTT-nin hüquqi əsasını təşkil edən çoxrərəfli ticarət sazişlərinin qəbul
olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin
həyata keçirilməsi;
• üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi;
• üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi;
• digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi;
• üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik
göstərilməsi;
• beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanılması,
öyrənilməsi və təqdim edilməsi;
ÜTT əslində GATT kimi fəaliyyət göstərsə də onun predmetində olan
beynəlxalq ticarət məsələləri daha genisdir. Bu istiqamətdəki fərqli cəhətlərə
xidmətlərin ticarətindən baslayaraq, intellektual mülkiyyət hüququnun ticarət
aspektlərinə qədər davam edən çesidli məsələlər daxildir.ÜTT-nin beynəlxalq
35
ticarətin tənzimlənməsindəəvəzedilməz rola malik olması danılmazdır. Ilk öncə
ÜTT- nin asagıdakı prinsiplərinə nəzər salaq:
“ən əlverisli rejim” prinsipi (üzv ölkələr üçün eyni ticarət səraitinin
yaradılması);
Üzv ölkələrdən biri hər hansı bir ölkəyə müəyyən əlverisli ticarət səraiti
yaratdıqda bundan sərtsiz olaraq digər üzv ölkələr də yararlanmalıdır.Ancaq bu
prinsipin bir sıra istisnaları mövcuddur.Söhbət ilk növbədə gömrük birlikləri, azad
ticarət zonaları kimi regional ticarət sazislərindən və Ümumi Prefensiyalar Sistemi
(GPS) kimi inkisafda olan ölkələrlə ticarətdə gömrük rüsumlarını azaltmaq və ya
aradan qaldırmaqla müəyyən ayrıseçkilik tədbirlərinin tətbiqi, o cümlədən də, anti-
dempinq və kompensasiyaedici rüsumların tətbiqindən gedir.
“milli rejim” prinsipi (idxal olunmus əmtəə və xidmətlərlə yerli mal və xidmətlər
arasında ayrı-seçkiliyə yol verilməməsi);
Bu prinsip daxili bazarın tənzimlənməsinə istiqamətlənən təbirlərdə idxal və
yerli mallar arasında ayrı- seçkiliyə yol verilməməsini nəzərdə tutur. Milli rejim
prinsipi müəyyən bir mal, xidmət və əqli mülkiyyət bazara daxil olduqdan sonra
tətbiq edilir. Bununla belə, qeyd etmək lazımdır ki, yerli istehsaldan gömrük
rüsumu alınmadıgı halda, idxal olunan mallara gömrük rüsumlarının tətbiqi milli
rejim prinsipinə zidd sayılmır.
ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi;
Ticarətdə səffaflıgın təmin edilməsinin ən effektiv yolu tənzimləmənin tarif
metodları ilə həyata keçirilməsidir.ÜTT-də qeyri-tarif tənzimləmə vasitələrinin
bəzi istisnalar (məsələn, ÜTT sazislərində tədiyyə balansı kəsrli olan ölkələrin
müvəqqəti olaraq idxal kvotaları tətbiq etmək hüquqları nəzərdə tutulmusdur)
nəzərə alınmaqla tamamilə aradan qaldırılması, eyni zamanda da tariflərin getdikcə
azaldılmasını nəzərdə tutmusdur.
ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;
Xarici bazarlara sərbəst daxil olmanın təmin edilməsi üçün həm də kəmiyyət
məhdudiyyətlərinin aradan qaldırılması vacibdir.Bu prinsipin əsas xüsusiyyəti
ondan ibarətdir ki, bir tərəf digər tərəflərin istehsal olunmus və yaxud ixrac
36
olunmus mallarına qarsı kəmiyyət məhdudiyyətləri tətbiq etməyəcəklər. Bu da öz
növbəsində həmin bazarlara asan daxil olmanı təmin edəcəkdir.
ticarət siyasətinin aydın və səffaf olması;
daxili bazarların yalnız ÜTT qaydaları əsasında qorunması;
azad rəqabət üçün əlverisli səraitin yaradılması;
ticarət mübahisələrinin danısıqlar yolu ilə həll edilməsi.
ÜTT-nin nizamnaməsi olmadığından onun normativ-hüquqi bazasını ÜTT-nin
təsis edilməsi haqqında saziş və ona edilmiş dörd əlavə təşkil edir ki, onların da
siyahısı və qısa şəkildə izahı Cədvəl 2.2.-də verilib.
ÜTT çərçivəsində imzalanan sazişlər demək olar ki, bütün beynəlxalq ticarət
siyasəti sferasını və beynəlxalq kommersiya praktikasının əhəmiyyətli hissəsini
ə
hatə edir ki, bunlar da aşağıdakılardır:
-
gömrük-tarif tənzimlənməsi;
-
antidempinq tənzimlənməsi və kompensasiya rüsumlarının tətbiqi;
-
subsidiyalardan və kompensasiya tədbirlərindən istifadə;
-
qeyri-tarif məhdudiyyətləri;
-
ixrac və idxalın kəmiyyət tənzimlənməsi və lisenziyalaşdırılması, ixrac və
idxala qadağalar;
-
dövlət ticarət müəssisələrinin fəaliyyəti;
-
gömrük ittifaqları və azad ticarət zonaları;
-
gömrük formallıqları, yığımları, xarici ticarət sənədləşməsinə tələblər;
-
daxili vergilər, yığımlar, daxili ticarətə aid qaydalar;
-
ticarətdə müdafiə tədbirləri;
-
ticarətdə texniki maneələr;
-
sanitar və fitosanitar tədbirlər;
-
əmtəənin mənşəyi haqqında qaydalar;
-
xidmətlərlə ticarət;
-
saxta mallarla ticarət də daxil olmaqla, intellektual mülkiyyət hüquqlarının
müdafiəsinin ticarət aspektləri;
-
toxuculuq məhsulları və hazır paltarla ticarət;
37
-
kənd təsərrüfatı məhsulları ilə ticarət;
-
dövlət satınalmalarının həyata keçirilməsi;
-
mülki aviatexnika ilə ticarət;
-
investisiya tədbirlərinin ticarət aspektləri;
-
beynəlxalq ticarət və ətraf mühitin müdafiəsi.
Qeyd edək ki, ÜTT çərçivəsində xidmətlərlə beynəlxalq ticarətin çoxtərəfli
tənzimlənməsi “Xidmətlərlə ticarət üzrə baş saziş” (QATS) əsasında həyata
keçirilir. QATS xidmətlərlə beynəlxalq ticarətin tənzimlənməsinin əsas
prinsiplərini müəyyən etməklə, 3 əsas blokdan ibarətdir. Birinci blokda xidmətlərlə
ticarət sahəsində üzv-ölkələrin qarşılıqlı öhdəlikləri müəyyən edilir. Sazişin ikinci
və üçüncü blokları özlərində uyğun olaraq xidmət bazarlarına daxil olmaq üçün
verilmiş ilkin qarşılıqlı güzəştlərin siyahısını və ayrı-ayrı xidmətlər sektorlarının
(əsasən maliyyə və telekommunikasiya xidmətləri) xüsusi statusu haqqında əlavəni
ə
ks etdirirlər.
Cə dvə l 2.2
ÜTT-nin normativ-hüquqi bazasını təş kil edə n çoxtə rə fli ticarə t
saziş lə rinin siyahısı və onların qısa mə zmunu
Sazişin adı
Qısa izahı
ÜTT-nin
yaradılması
haqqında saziş
Təşkilatın məqsədini, vəzifəsini, fəaliyyət sferasını, funksiyalarını,
təşkilati strukturunu, büdcəsinin formalaşdırılması qaydalarını, statusunu,
qərarları qəbul etmə qaydalarını, yeni üzvlərin qəbulu qaydalarını
müəyyən edir
ÜTT-nin təsis edilməsi haqqında sazişin əlavələri
Ə
lavə 1A
Ə
mtəələrlə ticarət üzrə çoxtərəfli sazişlər
Sazişin adı
Qısa izahı
Tarif və
Ticarət haqqında
Baş Saziş (QATT
1994)
Ə
mtəələrlə ticarət rejiminin əsaslarını, bu sahədə ÜTT üzvlərinin
hüquq və öhdəliklərini müəyyən edir
Kə nd
tə sə rrüfatı
mə hsulları
haqqında
saziş
Kəndtəsərrüfatı
məhsulları
ilə
ticarətintənzimlənməsixüsusiyyətlərinivə
busektordaistehsalınvə
ticarətindövlətdəstəklənməsitədbirlərinintətbiqimexanizmlərinimüəyyəne
dir
Toxuculuq
mə hsulları və hazır
paltar haqqında
saziş
Toxuculuq məhsulları və hazır paltarla ticarətin tənzimlənməsi
xüsusiyyətlərini müəyyən edir
Sanitar və
Sanitar və fitosanitar nəzarət tədbirlərinin tətbiqi şərtlərini müəyyən
38
fitosanitar
tə dbirlə rin tə tbiqi
haqqında saziş
edir
Ticarə tdə
texnikimaneə lə r
haqqında
saziş (TBT)
Standartların,
texniki
reqlamentlərin,
sertifikatlaşdırma
proseduralarının tətbiqi şərtlərini müəyyən edir
nvestisiya
siyasə ti
tə dbirlə rinin
ticarə t aspektlə ri
haqqında saziş
(TR MS)
Kapital qoyuluşuları həyata keçirilən zaman yerli əmtəələrdən
istifadəni həvəsləndirən tədbirlərin tətbiqini məhdudlaşdıran qaydaları
ə
ks etdirir
QATT 1994-
ün VII maddə sinin
tə tbiq olunması
haqqında saziş
(ə mtəə lə rin
gömrük
qiymə tlə ndirilmə si)
Ə
mtənin dəyərinin gömrük qiymətləndirilməsi qaydalarını müəyyən
edir
Yüklə mə də n
ə
vvəlyoxlama
haqqında
saziş
Yükləmədən əvvəl həyata keçirilən yoxlamanın şərtlərini müəyyən
edir
Mənşə
qaydaları haqqında
saziş
Ə
mtənin mənşəyinin müəyyən edilməsi prinsiplərini əks etdirir
dxal
lisenziyalaş dırılmas
ı prosedurası
haqqında saziş
dxalın lisenziyalaşdırılmasının prosedura və formalarını müəyyən
edir
Subsidiyalar
və kompensasiya
tədbirləri haqqında
saziş
Subsidiyalaşdırma ilə mübarizəyə yönəldilmiş tədbirlərin tətbiqi
şə
rtlərini və proseduralarını müəyyən edir
QATT 1994-
ün VI maddə sinin
tə tbiq olunması
haqqında saziş
(Antidempinq
kodeksi)
Dempinqi aradan qaldırmaq üçün həyata keçirilən tədbirlərin tətbiqi
şə
rtlərini və proseduralarını müəyyən edir
Müdafiə
tə dbirlə ri haqqında
saziş
Artan idxalın qabağını almaq üçün həyata keçirilən tədbirlərin
tətbiqi şərtlərini və proseduralarını müəyyən edir
Ə
lavə 1B
Saziş in adı
Qısa izahı
Xidmə tlə rlə
Ticarə t haqqında
Baş Saziş (QATS)
Xidmətlərlə ticarət rejiminin əsaslarını, bu sahədə ÜTT üzvlərinin
hüquq və öhdəliklərini müəyyən edir
Ə
lavə 1C
Saziş in adı
Qısa izahı
ntellektual
ntellektual mülkiyyətin qorunması sahəsində ÜTT üzvlərinin
39
mülkiyyət
hüquqlarının
ticarə t aspektlə ri
haqqında saziş
(TR PS)
hüquq və öhdəliklərini müəyyən edir
Ə
lavə 2
Saziş in adı
Qısa izahı
Mübahisə lə ri
n hə ll edilmə si
qaydaları və
proseduraları
haqqında
razılaş ma
ÜTT-nin üzv-ölkələri arasında ticarət mübahisələrinin həll edilməsi
şə
rtlərini və proseduralarını müəyyən edir
Ə
lavə 3
Saziş in adı
Qısa izahı
Ticarə t
siyasə tinin icmalı
mexanizmi
ÜTT üzvlərinin ticarət siyasəti icmallarının şərtlərini və ümumi
parametrlərini müəyyən edir
Ə
lavə 4
ÜTT üzvlə ri üçüniş tiraketmə kmə cburiolmayan çoxtə rə fliticarə tsaziş lə ri
Saziş in adı
Qısa izahı
Mülki
aviatexnika ilə
ticarə t
haqqında
saziş
Bu sektorda ticarətin liberallaşdırılması üzrə tərəflərin öhdəliklərini
müəyyən edir
Dövlət
satınalmaları
haqqında saziş
Xarici şirkətlərin dövlət ehtiyaclarını ödəmək üçün yaradılmış milli
sistemlərdə iştirakı prosesini təmin edir
Süd
məhsulları
haqqında
beynəlxalq
saziş
Süd
məhsulları
ilə
ticarətin
genişləndirilməsini
və
liberallaşdırılmasını təmin edir
Mal ə ti
haqqında
beynə lxalq saziş
Ə
t və heyvandarlıq məhsulları ilə ticarətin genişləndirilməsinə,
liberrallaşdırılmasına və sabitləşdirilməsinə yönəldilib
Mə nbə : ÜTT-nin rəsmi saytı: www.wto.org
QATS-ın əsas prinsipləri aşağıdakılardır:
1.
Daha əlverişli şərait rejimi prinsipi (xidmətlərə və bu xidmətləri göstərən
subyektlərə münasibətdə ayrı-seçkiliyi qadağan edir). ÜTT-yə üzv olduqdan sonra
10 il ərzində bu rejimdən müəyyən kənara çıxmalar mümkündür.
2.
Tənzimləmənin şəffaflığı. Hər bir ölkənin digər ölkələrə xidmətlərlə ticarət
sahəsində mövcud qanunvericilik haqqında informasiya verən xüsusi sorğu xidməti
40
olmalıdır.
3.
Xidmət istehsalçılarının təsnifatının qarşılıqlı tanınması (sertifikatlar,
lisenziyalar və s.).
4.
Xidmətlər sahəsində rəqabəti məhdudlaşdıran məsələləri tənzimləyən
qaydalar.
5.
Xidmətlər bazarının liberallaşdırılması üzrə öhdəliklər:
-
bazarlara daxil olma; ÜTT-nin üzv-ölkəsi xarici iştirakın payına, yerli
nümayəndəliklərin sayına, həyata keçirilən əməliyyatların və ya göstərilən
xidmətlərin sayına, sektorda məşğul olanların və ya bu bazarda fəaliyyət göstərən
istehsalçıların sayına məhdudiyyət qoya bilər.
-
milli rejim; danışıqlar zamanı tərəflər milli rejim prinsiplərinin tətbiq
ediləcəyi sahələri və bu zaman zəruri olan şərtləri müəyyən edirlər.
Xidmətlər bazarına daxil olma üzrə öhdəliklər siyahısı 12 sektoru və 155
altsektoru əhatə edir ki, onların da hər birinin həyata keçirilməsi üçün 4 üsul var:
• sərhəd vasitəsilə;
• ixracatçı ölkədə;
• idxalatçı ölkədə filial açmaq vasitəsilə;
• əməkdaşların xidmət göstərmək üçün müəyyən müddətə idxalatçı ölkəyə
getmələri.
Hər bir hal üçün xarici şirkətlərin bazarlara girişini təmin edəcək şərtlər
müəyyənləşdirilir. Razılaşdırılan məhdudiyyətlər bütün xidmətlər sektoruna
(“üfüqi”) və ya konkret sahəyə və ya xidmətə (“spesifik”) aid ola bilər.
Dostları ilə paylaş: |