Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix05.03.2017
ölçüsü0,65 Mb.
#10134
1   2   3   4   5   6   7   8

 

 

 

 

 

 

 

 

 

 

3.3. ÜTT-yə üzvlüyün Azərbaycan iqtisadiyyatına mümkün təsir 

istiqamətlərinin müqayisəli təhlili 

 

 

Hazırda Azərbaycan ÜTT

-yə daxil olmaq üçün 12 ölkə ilə danışıqlar aparır. 

Danışıqların prinsipial məqamı ölkənin bu təşkilata hansı statusda daxil olması ilə 

bağlıdır.  Belə  ki,  Azərbaycanın  inkişaf  etməkdə  olan  ölkə  kimi  təşkilata  daxil 

olması  əlverişlidir.  Bu  statusda  bəzi  üstünlüklər,  əlverişli  şərtlər  əldə  etmək  olar. 

Digər  vacib  məsələ  qanunvericiliyin  təkmilləşdirilməsi

,  ÜTT-nin  standartlarına 

uyğunlaşdırılmasıdır.  Bu sahədə təsdiq  olunmuş  fəaliyyət  planının  bir qismi  artıq 

yerinə yetirilib. 50-yə yaxın sənəd var ki, onlardan 30-a qədəri təşkilatın tələblərinə 

uyğun qəbul olunub

. Digər sənədlər üzərində isə işlər davam etdirilir.  

Azərbaycanın  ÜTT-yə  daxil  olmasından  əldə  ediləcək  ən  mühüm 

nailiyyətlər. 

ÜTT-yə  daxil  olmaq  çoxaspektli  bir  məsələ  olmaqla  bir  çox  insanların, 

müəssisələrin,  sahələrin,  ölkənin,  dövlətin  həyatına  kifayət  qədər  təsir  etmək 

gücünə  malikdir.  Həmin  təsirlərin  keyfiyyət  cəhətdən  öyrənilməsinə,  lazım 

gəldikdə onun kəmiyyət göstəricilərinin də müəyyənləşdirilməsinə bəzi yanaşmalar 

mövcuddur.  Bu  isə  onu  göstərir  ki,  ÜTT  üzvlüyünə  qəbul  olunmaq  Azərbaycan 

iqtisadi mühiti üçün də təsirsiz ötüşməyəcəkdir

. Ona görə də bu proses qabaqlayıcı 

tədbirlərin  həyata  keçirilməsi  ilə  müşahidə  olu

nmalıdır.  qtisadiyyatın  inkişafı, 

ə

halinin  rifah  səviyyəsinin  yüksəldilməsi  və  ən  əsası,  dövlətin  beynəlxalq 



nüfuzunun  artması  üçün  ÜTT-nin  daimi  üzvlüyünün  əldə  olunması  istiqamətində 

beynəlxalq  normalar  çərçivəsində  müvafiq  tədbirlərin  həyata  keçirilməsi  davam 

etdirilməlidir

.  Hazırki  dövr  üçün  qloballaşan  dünyanın  tələblərini  nəzərə  alaraq, 

aşağıda  göstərilən  məsələləri  rəhbər  tutaraq

,  Azərbaycanın  ÜTT-yə  daxil  olması 



 

76

vacibdir:  



  a)  Dünya iqtisadi sisteminə inteqrasiya prosesini sürətləndirmək;  

  b)  Azərbaycan mallarının dünya bazarına çıxarılmasına mövcud şərtlərdən daha 

yaxşı şərtlərin tətbiqi

;  


  c)   beynəlxalq  ticarət  mübahisələrinin  beynəlxalq  hüquqda  qəbul  edilmiş  və 

ÜTT-nin tərəfdaş çıxdığı rəhbər müddəalar əsasında həll olunması;  

  d)   ÜTT-nin  ticarət  iqtisadi  normalarının Azərbaycan  qanunvericiliyində  təsbit 

olunmasıyla  ölkədə  beynəlxalq  investisiyaların  əlverişli  cəlb  olunma 

mühitinin yaradılması;  

  e)  Azərbaycanlı investorların ÜTT-yə üzv olan dövlətlərdə fəaliyyət sferasının 

genişlənd

irilməsi;  

  f)   Milli  bazarda  Azərbaycan  mallarının  və  xidmət  sahələrinin  çeşidinin 

artırılması və rəqabət qabiliyyətinin təmin olunması;  

  g)  beynəlxalq ticarət qaydalarının qəbul olunmasında və icrasında milli maraqlar 

baxımından iştirak imkanı; 

  h)   Azərbaycanın  dünyada  beynəlxalq  ticarətin  bərabər  hüquqlu  subyekti  kimi 

daha yaxşı tanınması, ona olan inamın, etimadın artması;  

  i)  Xarici ticarətin tənzimlənməsində qiymət metodlarından və mexanizmlərindən 

istifadə  olunması,  yəni  idxal  və  ixracın  tənzimlənməsində  yalnız  gömrük 

tariflərindən  istifadə  və  tədricən  qeyri-tarif  tənzimlənməsindən  imtina 

olunması;  

  j)  ixracda və idxalda dövlət tədarüklərinin ləğvi;  

  k)  xarici iqtisadi münasibətlərə coxtərəfli yanaşma; 

  l)   ixracın  genişləndirilməsi,  yəni  onun  coğrafi  və  əmtəə  strukturunun 

diversifikasiyası və dərinləşdirilməsi

;  

  m)  idxala münasibətdə adekvat müdafiə tədbirləri sistemindən istifadə;  



  n)  xarici iqtisadi fəaliyyətin tənzimlənməsi tədbirlərindən digər məqsədlər üçün 

(məsələn,  dövlət  büdcəsinin  gəlirlər  hissəsinin  formalaşdırılması  üçün) 

istifadə olunmaması.  

  Azərbaycanda zəif ikişaf etmiş sahələrdən biri elektron ticarətdir. Odur ki, 



 

77

bu sahədə bir sıra problemlər yaranmışdır. 



    

E-kommersiya  sahəsində  həllini  gözləyən  problemlər.Müasir  dövrdə  e- 

kommersiya  sahəsindəki  yuxarıda  göstərilən  problemlərlə  yanaşı  Azərbaycanın 

ÜTT yə daxil olması üçün bir sıra digər məsələlərin də həlli zəruridir:  

1. e-ticarət obyektlərinin təsnifatı; 

2.  elektron  sövdələşmə  tərəflərinin  göndərilmə-çatdırılma  üsullarının  və 

yerinin müəyyən edilməsi;  

3.beynəlxalq elektron əməliyyat iştirakçılarına vergiqoyma;  

4.Xidmətlər Ticarəti üzrə Baş Razılaşmanın (XTBR) telekommunikasiyalara 

dair  razılaşmalar  çərçivəsində 

nternet


-xidmətlərin  təsnifləşdirilməsi 

məsələləri;  

5.qlobal elektron bazarın tənzimlənməsində dövlətlərin rolu;  

6.e-kommersiya şəratində intellektual mülkiyyət hüquqlarının müdafiəsi;  

7.e-kommersiyanın XTBR çərçivəsində danışıqlar prosesinə təsiri;  

8.e-kommersiyada gömrük qaydaları və prosedurları;  

9.e-kommersiyanın qloballaşma problemləri.  

   


Bu  və  digər  oxşar  məsələlərin  həlli  ölkənin  ÜTT

-yə  daxil  olmaqla  bağlı, 

eləcə də ticarət siyasətinin müəyyənləşdirilməsində əsaslı rol oynaya bilər. 

Azərbaycan  Respublikası  qtisadiyyat  və  Sənaye  Nazirliyi  mütəxəssislərinin 

fikrincə  Azərbaycanın  dünya  ticarət  sistemində

,  həmçinin  beynəlxalq  əmək 

bölgüsündə  öz  layiqli  yerini  tutması

,  digər  dövlətlərlə  iqtisadi  əlaqələrin  daha  da 

inkişaf  etdirilməsi

,  iqtisadi  inkişafın  stimullaşdırılması  və  nəhayət,  iqtisadiyyatın 

transformasiyanın  təmin  edilməsi  olacaqdır

.  Bəs  Azərbaycanın  ÜTT-ə  üzv 

olmaqda əsas məqsədi nədir

?Bu məqsədləri aşağıdakı kimi qruplaşdıra bilərik. 

  -  Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək;  

  -   ÜTT-nin  mübahisələrin  həlli  mexanizmindən  istifadə  etmək  imkanını  əldə 

etmək.  

  - ÜTT  qaydalarını  tətbiq  etdikdən  sonra  daha  çox  həcmdə  birbaşa  xarici 

investisiyaları cəlb etmək;  

  -   Ölkədə  aparılan iqtisadi islahatlara beynəlxalq  təşkilatlar və  eləcə də ölkələr 



 

78

tərəfindən yardımın artırılmasına nail olmaq;  



  -   Dünyanın  əksər  ölkələri  ilə  ÜTT  tərəfindən  qəbul  edilmiş  ümumi  qaydalar 

ə

sasında ticarət əməliyyatları həyata keçirmək;  



-  ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq;  

Qeyd  etmək  vacibdir  ki,  ÜTT-ə  daxil  olan  hər  bir  yeni  üzv  dövlət 

Azərbaycan  üçün  yeni  bir  maneə  deməkdir.  Məsələn  Rusiya  və  digər 

Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan kimi MDB ölkələrinin artıq 

ÜTT-də  olması  həmin  ölkələrin  Azərbaycana  qarşı  yeni  şərtlər  qoyması 

deməkdir  ki

,  bu  da  Azərbaycanın  ÜTT-ə  üzvlük  prosesini  və  üzvolma 

şərtlərini ağırlaşdırır

. Azərbaycan hökuməti üzv olarkən yüksək şərtlər əldə 

etməyə çalışır

.Çünki, qeyd olunan MDB ölkələrinin üzvolma şərtlərinə nəzər 

yetirsək  görərik  ki

,  bu  ölkələrin  üzvolma  şərtləri  inkişaf  etməkdə  olan 

ölkələrin deyil

, daha çox inkişaf etmiş ölkələrin şərtlərinə uyğundur. 

Artıq  bir  sıra  ölkələrin  dəstəyi  və  Azərbaycan  Hökumətinin  apardığı  iş 

nəticəsində  Ermənistanın  üzv  olması  zamanı  bu  ölkə  tərəfindən  rəsmi  olaraq  bir 

sıra 


öhdəliklərin 

götürülməsinə 

nail 

olunmuşdur



.Bunlardan  ən  vacibi 

“Azərbaycanın  üzv  olmasına  maneçilik  törətməmək  və  eləcə  də  işğal  edilmis 

ərazilərə ÜTT qaydalarının tətbiq olunmasına çalışma

maq” öhdəliyi hesab olunur. 

Azərbaycan  Respublikasının  ÜTT

-yə  üzv  olması  isləri  üzrə  Komissiyanın 

qəbul  etdiyi  Üzvolma  Konsepsiyasına  əsasən  ÜTT  ilə  danışıqlarda  Azərbaycan 

Hökumətinin mövqeyinin aşağıdakı prinsiplərə əsaslanması nəzərdə tutulur

:  

  a)  Azərbaycanın inkisafda olan ölkə olduğunu nəzərə alaraq ÜTT çərçivəsində 



digər ölkələrə verilmiş müvafiq güzəştləri əldə etmək

;  


  b)   ÜTT  qaydaları  tam  tətbiq  olunanadək  maksimum  uzunmüddətli  keçid 

dövrünün verilməsinə nail olmaq;  

  c)   Azərbaycanın  iqtisadiyyatı,  xüsusi  ilə  də  sənayesi  üçün  mühüm  əhəmiyyət 

kəsb  edən  mallar  üzrə  yüksək  idxal  gömrük  rüsumlarının  tətbiqinə  nail 

olmaq;  

  d)  Rüsumların aşağı salınması qaçılmaz olduğu halda ortalama rüsumların eyni 

səviyyədə saxlanması məqsədi ilə əhəmiyyəti az olan mallar üzrə rüsumların 


 

79

endirilməsi, digərlərinin isə əksinə yüksəldilməsinə nail olmaq;  



  e)   Kənd  təsərrüfatı  sahəsində  subsidiyalar  üzrə  danışıqlar  zamanı  illik  kənd 

təsərrüfatı  məhsulu  istehsalının  10%  həcmində  subsidiya  verilməsinə  nail 

olmaq;  

f)   Xidmətlər  sahəsində  danışıqlar  zamanı  inkişaf  etməkdə  olan  ölkələrə 

verilən  xüsusi  və  diferensial  güzəştli  rejimin  Azərbaycana  da  verilməsinə  nail 

olmaq.  


Müxtəlif  sahələrdə  yerli  mütəxəssislərin  mövcud  olduğu  halda  xaricilərin 

burada işə düzəlmə

 qaydalarının liberallaşdırılmasına yol verməmək; 

nkişaf  etmiş  ölkələrin  Azərbaycanın  ÜTT  tələblərindən  kənara  çıxan 

sazişlərə  qoşulmaq  təkliflərini  diqqətlə  öyrənmək

,  həmin  öhdəliklərin  yalnız 

üzvolma başa çatdıqdan sonra götürmək



Azərbaycanın ÜTT-ə üzvlüyündə itkiləri və qazancları nədir? 

Azərbaycanın  ÜTT-ə  üzvlük  məsələsinin  itkilərini  və  qazanclarını  müxtəlif 

aspektlərdən  qiymətləndirmək  mümkündür.  Beynəlxalq  ticarətin  maksimum 

dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması istiqamətində 

əhəmiyyətli işlər görərək azad rəqabət üçün əlverişli şərait yaradılmasına

, ticarətdə 

kəmiyyət  məhdudiyyətlərinin  aradan  qaldırılmasına,  ticarət  siyasətinin  aydın  və 

şəffaf  olmasına  çalışan  DTT  bazarlara  sərbəst  çıxış  prinsipi  ilə  münbit  milli 

rejimlərin  tətbiqi  bazasında,  həmçinin  idxala  tətbiq  olunan  kəmiyyət 

məhdudiyyətlərinin  aradan  qaldırılması  yolu  ilə  ticarət  dövriyyəsinin  səmərəli 

təşkilinə

,  eləcə  də  üzv  ölkələrin  xarici  ticarət  rejimində  aşkarlığın  və  şəffaflığın 

təminatına xidmət edir.  

Hazırda  Azərbaycanda  idxala  gömrük  rüsumları 

0-15  faiz,  onların  ortalama 

dərəcəsi  isə 

7-8  faiz  ətrafında  dəyişir,  ölkəmiz  Beynəlxalq  Valyuta  Fondu 

qarşısında  ortalama  faiz  dərəcəsinin 

5-6  faiz  diapozonuna  uyğunlaşdırılması 

barəsində  öhdəliyə  də  malikdir

.  Diqqət  yetirin:  ÜTT-yə  qəbul  ərəfəsində 

Qırğızıstanda  idxala  gömrük  rüsumları  0-50  faiz  arasında  dəyişirdi,  ortalama 

dərəcə isə 10,74 faizə bərabər idi. Qəbul zamanı ölkə 3 il ərzində rüsumların yuxarı 

həddini 

50  faiz  səviyyəsində  saxlamaq  güzəştini  əldə  etmiş  və  2000-  ci  ildən 



 

80

başlayaraq  endirilən  rüsumlar  üzrə  ortalama  faiz  dərəcəsi 



2003-cü  ildə  5,4  faiz 

təşkil edib

. Türkiyədə isə baxmayaraq ki, ölkə QATT-nin təsisçisi olaraq ÜTT-nin 

qurucularından  sayılır,  indi  də  bəzi  kənd  təsərrüfatı  məhsulları  üzrə  mövsümi 

fəaliyyət  göstərən  idxal  rüsumlarının  yüksək  dərəcəsi  hətta  200  faizə  çatır.Çində 

isə qəbul ərəfəsində gömrük rüsumları 0-65 faiz dəyişirdi və qəbul zamanı həmin 

səviyyəni  saxlamaq  üçün  bu  ölkəyə 

2010-cu  ilədək  güzəşt  müddəti  verildi. 

Ümumiyyətlə

,  məlumat  üçün  qeyd  edək  ki,  ÜTT  qəbul  zamanı  tarif  güzəştlərinə 

görə  keçid  dövrü  üçün  Qırğızıstana 

7  il,  Latviyaya  9  il,  Moldovaya  4  il  və 

Gürcüstana 5 il vaxt ayrılmışdır. Bu müddət bəzi ölkələr üzrə (Çin, Hindistan və s.) 

15-25  ili  əhatə  edir.  Azərbaycanın  ÜTT-yə  üzvlüyü  qanunvericiliyin 

təkmilləşdirilməsi  ilə  birbaşa  bağlıdır

.Hazırda  tənzimləmə,  intellektual  mülkiyyət 

və investisiyalar sahəsində elə qanunlar var ki, onlar beynəlxalq standartlara, eləcə 

də  DTT


-nin  tələblərinə  cavab  vermir.ÜTT-yə  qəbul  ölkənin  ticarət  siyasətini 

proqnozlaşdırmağa  imkan  verəcək

,  şəffaflıq  artıracaq,  beynəlxalq  ticarət 

partnyorları  çoxalacaq  və  iqtisadi  münaqişələr  daha  səmərəli  həll  olunacaq.Qeyd 

edək  ki

,  kənd  təsərrüfatı  sazişi  çərçivəsində  müzakirə  olunan  əsas  məqamlar  bu 

sahəyə subsidiyaların yuxarı həddinin və tariflərin müəyyənləşdirilməsidir

 



 

 

 



 

 

 



 

 


 

81

NƏT CƏ 

Aparılmış  tədqiqatlar  bizə  belə  bir  nətəcəyə  imkan  verir  ki,  Azərbaycan 

Respublikasının  beynəlxalq  əmək  bölgüsündə  iştirakını  genişləndirmək  üçün  ən 

ə

sas  strateji  addım  ixracın  əmtəə  və  cografi  strukturunu  genişləndirməklə 



diversifikasiya siyasətini reallaşdırmaq və ÜTT ilə əməkdaşlığı sürətləndirməlidir. 

ÜTT ilə əməkdaşlığın ölkə iqtisadiyyatına mümkün təsir istiqamətləri bu və 

ya  digər  formada  SWOT  təhlil  edilməli  və  nəticələri  xarici  ticarət  siyasətinin 

hazırlanmasında  nəzərə  alınmalıdır.  “Azərbaycan  2020:  gələcəyə  baxış”  nkişaf 

Konsepsiyasına əsasən ixrac yönümlü iqtisadi model əsas götürüldüyündən, qeyri-

neft  məhsullarının  ixracının  genişləndirilməsi  və  ixrac  prosedurlarının  daha  da 

sadələşdirilməsi  məqsədilə  ən  qısa  dövrdə  ÜTT-yəüzvlük  məsələlərinin  həlli  və  

ölkədə  tətbiq  edilən  xarici  ticarət  siyasətinin  prioritet  istiqamətlərini  məhz  ÜTT 

prinsipləri çərçivəsində qurmaqla aşağıdakılar olacaqdır: 

-

  xarici  ticarətin  daha  da  liberallaşdırılması  və  ölkənin  ixrac  potensialından 



maksimum  səviyyədə  istifadənin  təmin  edilməsi  və  ölkənin  milli  iqtisadi 

maraqları təmin edilməklə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma 

prosesinin davam etdirilməsi; 

-

  ixrac  edilən  və  ixrac  potensialı  olan  məhsulların  keyfiyyət  standartlarının 



yüksəldilməsi  və  bu  istiqamətdə  beynəlxalq  standartlara  uyğun  məhsul 

istehsal  edən  müəssisələrin  stimullaşdırılması  və  milli  brendlərin 

yaradılmasının dəstəklənməsi; 

-

  Azərbaycan  mənşəli  məhsulların  xarici  bazarlara  maneəsiz  ixrac  edilməsi 



məqsədilə  müvafiq  qanunvericiliyin  təkmilləşdirilməsi  istiqamətində işlərin 

davam etdirilməsi; 

-

  Ümumiləşmiş  Preferensiyalar  Sistemləri  çərçivəsində  əldə  edilən 



güzəştlərdən  maksimum  səviyyədə  istifadənin  təmin  edilməsi  məqsədilə 

müvafiq tədbirlərin görülməsi; 

-

  ticarətin asanlaşdırılması, o cümlədən ticarət zamanı rəsmiləşdirmə işlərinin 



müddətinin  qısaldılması  və  bununla  bağlı  xərclərin  aşağı  salınması  üzrə 

işlərin davam etdirilməsi; 



 

82

-



  xarici  ticarətin  inkişafı  üçün  infrastruktur  təminatının  daha  da 

yaxşılaşdırılması  və  təkmilləşdirilməsi  istiqamətində  müvafiq  tədbirlərin 

görülməsi; 

-

  tarif  dərəcələrinin  optimallaşdırılması,  qeyri-tarif  məhdudiyyətlərinin 



azaldılması, ölkə daxili istehsalın artımını dəstəkləyəcək və ölkənin iqtisadi 

təhlükəsizliyini təmin edəcək idxalat siyasətinin tətbiq edilməsi; 

-

  antidempinq  qanunvericiliyinin  təkmilləşdirilməsi  və  zəruri  hallarda 



müvafiq tədbirlərin həyata keçirilməsi; 

-

  Azərbaycan  mənşəli  kənd  təsərrüfatı  məhsullarına  xarici  bazarlarda  tətbiq 



edilən  diskriminasiya  tədbirlərinin  araşdırılması  və  zərurət  yarandığı 

təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsi; 

-

  müqayisəli  üstünlüyə  malik  olan  Azərbaycan  mənşəli  məhsulların  dünya 



bazarlarına  çıxış  imkanlarının  artırılması  məqsədilə  ixracatçı  müəssisələrin 

beynəlxalq sərgi və yarmarkalarda iştirakının stimullaşdırılması; 

-

  Azərbaycanın milli maraqlarına uyğun olaraq ticarət sahəsində ikitərəfli və 



çoxtərəfli  sazişlərə  qoşulması  istiqamətində  müvafiq  işlərin  davam 

etdirilməsi; 

-

  xarici  ticarət  sahəsində  beynəlxalq  təcrübənin  öyrənilməsi  və  xarici  ticarət 



siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizin milli maraqlarına 

uyğun,  elmi-praktiki  üsullara  əsaslanan  müasir  ticarət siyasəti metodlarının 

tətbiq edilməsi; 

-

  ixracatda  elektron  ticarət  xidmətlərindən  geniş  istifadə  imkanlarının 



araşdırılması və inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin görülməsi; 

-

  ixracın  genişləndirilməsi  məqsədilə  ixracatçılara  dövlət  dəstəyi  üzrə 



mexanizmlərin  araşdırılması,  ixracatçılara  maliyyə  dəstəyinin  göstərilməsi 

üzrə  banklar  tərəfindən  ixrac  kreditlərinin  inkişaf  etdirilməsi  istiqamətində 

müvafiq işlərin görülməsi və s. 

 

   



 

 

83

Резюме



 

Всемирная

  торговая  организация  (ВТО),  несомненно,  относится  к 

ведущим


  институтам  глобализационного  процесса  и  входит  в  ряд  наиболее 

влиятельных

  и  масштабных  из  них:  подавляющее  большинство  государств 

мира


, включая мировые державы, уступили ей некоторые свои полномочия'. 

Членство


  в  глобальной  торговой  системе  ВТОпомогает  стране  ускорить 

интеграцию

 в мировую экономику и в процессе глобализации в целом. 

Азербайджан

  входит  в  ряд  претендентов  на  вступление  в  ВТО, 

присоединение

  к  которой  станет  одним  из  поворотных  геополитических  и 

геоэкономических

 факторов в процессе интеграции республики в глобальную 

торговлю


  и  установление  в  страт  подлинной  рыночной  экономики.В 

диссертационном

 исследовании была поставлена научная цель, осуществить 

комплексное

,системное исследование концептуальных основ международной 

торговли


,  современное  состояние  экономики  и  пути  повышения 

эффективности

 внешнеторговой деятельности Азербайджана. 

Aнализируется  ход  вступления  Азербайджана  в  ВТО.рассматриваются 

положительные

  и  отрицательные  стороны  этого  процесса,  предлагается  ряд 

практических

 рекомендаций. 

 

 


 

84

Summary 

The  traditional  and  most  developed  form  of  the  international  economic 

relations is foreign trade. The modern international economic relations, described 

active  development  of  world  trade,  bring  many  new  and  specific  national 

economies  in  development.  Foreign  trade  in  the  goods  is  a  part  of  international 

trade and represents the specific form of an exchange of the goods between sellers 

and  buyers  of  the  different  countries.  The  sphere  of  foreign  trade  gives  huge 

opportunities for becoming and developments of economy, formation of the budget 

of the country, maintenance of well-being of people.                 

       Effective foreign trade activities is capable to provide an output of the country 

on the advanced boundaries of economic and a science, its promotion forward on a 

way of economic progress. In this connection expansion of economic and scientific 

and  technical  communications  with  foreign  countries,  use  of  opportunities  of  a 

mutually advantageous international division of labour is the important direction of 

activity of our country during the modern period 

Possessing significant power resources, highly skilled enough manpower at 

the  lowered  cost  of  a  labour,  Azerbaijan  represents  a  huge  commodity  market, 

services  and  capitals.  However  the  degree  of  realization  of  this  potential  in  the 

external economic sphere is rather modest. 

 Commodity  circulation  of  Azerbaijan  with  other  countries  grows,  that 

speaks about development and strengthening of trade and economic relations. 

Unfortunately, the role of Azerbaijan in world trade is insignificant, but for 

the country value of the external economic sphere very essentially. The sphere of 

foreign  trade  gives  huge  opportunities  for  becoming  and  developments  of 

economy, formation of the budget of the country and maintenance of well-being of 

people. 

 

 



 

 

85

ST FADƏ OLUNAN ƏDƏB YYAT S YAHISI 

1.

  Muradov Ə.C. Azərbaycan və ÜTT: Xidmətlər Bakı-2006 



2.

  Гаджиев  Ш.Г.  Азербайджан  на  пути  к  мировому  сообществу: 

стратегия

 внешнеэкономического развития. Киев – 2000. 

3.

  Kvass  . . ÜTT-yə üzvolma: prosedur, tələblər və nailiyyətlər Bakı-2006 



4.

  Əliyev R.H. Azərbaycan və Dünya Ticarət Təşkilatı Bakı-2007 

5.

  H.Rəcəbli «BMT-nin ixtisaslaşmış qurumları və Azərbaycan». Bakı, 1997. 



6.

  H.Rəcəbli «BMT-nin ixtisaslaşmış qurumları». Bakı, 2003. 

7.

  Birləşmiş Millətlərin Minillik Bəyannaməsi. Nyu-York, 2000. 



8.

  Sürət və reallıq. BMT haqqında suallar və cavablar. Bakı, 2000. 

9.

  UNESCO-nun beynəlxalq normativ aktları. Bakı, 1998. 



10.

 Карамелла Арис. «Понятие и структура системы ООН». Москва. 

11.

 Овчинников Н. «Что может ООН в экономике». Москва. 



12.

 Куэльар Х.П. «ООН: сегодня и завтра». Москва, 1998. 

13.

 Морозов  Г.И.  «Специализированные  учреждении  ООН  в 



современном

 мире». Москва, 1967. 

14.

 Кофи А.А «Партнерство во имя всемирного сообщества». ООН, 1998. 



15.

 Кофи А.Аннан «Общая судьба-новая решимость». ООН, 2000. 

16.

 «Basic facts about The United Nations». New York, 2012. 



17.

 «World Bank Annual Report» World Bank, New York, 2013. 



Elektron resurslar 

1.

  www.un.org 



2.

  www.un-az.org 

3.

  www.undp.org 



4.

 

www.wto.org



 

5.

 



www.wto.az

 

6.



 

www.economy.gov.az

 

7.

 



www.cbar.az

 

8.



  www.mfa.gov.az 

 


 

86

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin