Rbaycan döVLƏt qt sad un vers tet mag stratura m



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix05.03.2017
ölçüsü0,65 Mb.
#10134
1   2   3   4   5   6   7   8

nkişaf etməkdə olan ölkə ( EOÖ) statusu  

ÜTT  üzvlərinin  təxminən 2/3-sini  EOÖ-lər  təşkil  edir  ki, bu  statusa  malik 

olmaq  həmin  ölkələr  üçün  xüsusi  hüquqların  verilməsini  nəzərdə  tutur.  Belə  ki, 

ÜTT-nin  əksər  Sazişlərində  EOÖ-lərə  dair  xüsusi  yanaşmanı  əsaslandıran 

müddəalar vardır.  

GATT  1994-ün  37-ci  maddəsi  və  4-cü  hissəsi,  GATS-ın  IV  maddəsi, 

Diferensial  və  Daha  Əlverişli  Rejim  haqqında  ÜTT  Sazişi  (1979-cu  il)  nkişaf 

etmiş ölkələr ( EÖ) tərəfindən  EOÖ-lər üçün diferensial və daha əlverişli rejimin 

(güzəştli tariflər və s.) təqdim olunmasını nəzərdə tutur.  

“ nkişaf 

etməkdə 

olan 

ölkə” 

statusunun 

üstünlükləri  

- ÜTT Sazişlərinin tələblərinə cavab vermək və üzərlərinə götürdükləri öhdəlikləri 

yerinə yetirmək üçün  EOÖ-lərə daha uzun müddət və əlavə vaxt verilməsi (əksər 

ÜTT Sazişlərində); 

-  ÜTT  çərçivəsində  müəyyən  qərarlar  (antidempinq,  ticarətdə  texniki 

maneələr  və  s.  üzrə)  qəbul  edilərkən  EOÖ-lərə  xüsusi  yanaşmanın  həyata 

keçirilməsi; 

-  EOÖ-lərə  müxtəlif  xarakterli  yardım  və  köməklərin  (heyvan  və  bitki 

sağlamlığı  standartları,  texniki  standartlar,  telekommunikasiya  və  s.  ürzə) 

göstərilməsi; 

-  Kənd  təsərrüfatının  subsidiyalaşdırılması  üzrə  məhdudiyyət  limitini 

müəyyən  edən  de  minimis  göstəricisinin  EOÖ-lər  üçün  10%  müəyyən  olunması 

( EÖ-lər üçün 5 %); 

- GATS-ın 12-ci maddəsinə əsasən  EOÖ-lərin tədiyyə balansı ilə əlaqədər 

problemlərin həllində xidmətlərlə ticarətin məhdudlaşdırılmasından istifadə etmək 

imkanının verilməsi; 

-  GATT  1994-ün  13-cü  maddəsinə  əsasən  xarici  maliyyə  vəziyyətini 

yaxşılaşdırmaq  və iqtisadi inkişaf proqramlarının  reallaşdırmaq  məqsədilə  EOÖ-

lərin idxalı məhdudlaşdırmasına yol verilməsi; 


 

66

-  ÜTT-nin  TBT  və  SPS  Sazişlərində  müvafiq  olaraq  texniki  qaydalar, 



standartlar,  keyfiyyətin  qiymətləndirilməsi  prosedurları  və  sanitar  və  fito-sanitar 

tədbirlərin  hazırlanması  və  həyata  keçirilməsi  zamanı  EOÖ-lərin  xüsusi 

ehtiyaclarının nəzərə alınmasınin vacibliyinin nəzərə alınması; 

-  Anti-Dempinq  haqqında  ÜTT  Sazişində  anti-dempinq  tədbirləri  həyata 

keçirərkən  EÖ-lərin  EOÖ-lərdəki reallıqlara xüsusi diqqət yetirmələrinin nəzərdə 

tutulması; 

- ÜTT-nin SPS, TBT, TR PS və s. Sazişlərində  EOÖ-lərə texniki yardımlar 

göstərilməsinin nəzərdə tutulması və s. 

Respublikamızda  ÜDM-in  ümumi  həcmində  neft  sektorunun  xüsusi 

çəkisinin  53,1%  olması,  ixracın  84%-nin  neft  və  neft  məhsullarının  payına 

düşməsi, milli iqtisadiyyatın “Holland sindromu” xəstəliyinə tutulması ehtimalının 

istisna  olunmaması,  torpaqlarımızın  20%-nin  işğal  altında  olması,  ölkədə  hər 

səkkiz  nəfərdən  birinin  qaçqın  olması  ölkəmizin  ÜTT-yə  EOÖ  statusu  ilə  üzv 

qəbul olunmasını əsaslandıran arqumentlər kimi istifadə oluna bilər. Ən pis halda 

uzunmüddətli  keçid  dövrü  ərzində  (10-15  il)  respublikamıza  bu  statusun 

verilməsinə  nail  olmaq  lazımdır.  Eyni  zamanda  bütövlükdə  EOÖ  statusunun 

alınması mümkün olmadıqda, bir sıra mühüm sahələrdə (məsələn: kənd təsərrüfatı) 

bu statusun əldə olunması tələb olunmalıdır. UNCTAD ekspertlərinin rəyinə görə 

bu  mümkün  ola  bilər.  Eyni  zamanda,  bazar  iqtisadiyyatı  statusu  araşdırılmalı,  bu 

statusun Azərbaycan üçün əhəmiyyəti tədqiq edilməlidir.  

ÜTT-yə üzvolma danışıqları zamanı kənd təsərrüfatının ölkə iqtisadiyyatının 

aparıcı sahəsi olması, aqrar sektorun yaxşı ənənələrinin olması, bu sahənin inkişafı 

üçün  əlverişli  aqroiqlim  ehtiyatlarının  mövcudluğu,  ölkə  əhalisinin  yarıdan 

çoxunun kənd yerlərində yaşaması faktları xüsusi vurğulanmalıdır.  

ÜTT  leksikonunda  kənd  təsərrüfatında  daxili  yardım  tədbirləri  dedikdə 

dövlət  tərəfindən  kənd  təsərrüfatına  və  bu  sahədə  fəaliyyət  göstərən  təsərrüfat 

subyektlərə subsidiyalar verilməsi və ya dəstək göstərilməsi başa düşülür. Lakin bu 

tədbirlərin  həyata  keçirilməsində  müəyyən  məhdudiyyətlərin  gözlənilməsi 

vacibdir.  


 

67

Danışıqlar  zamanı  Azərbaycanda  yeni  yaranmış  fermer  təsərrüfatlarının 



bazar  şərtlərinə  uyğunlaşması  zəruriliyi  və  daxili  istehsalın  stimullaşdırılması 

baxımından  kənd  təsərrüfatına  dövlət  dəstəyinin  göstərilməsinin  vacibliyi  nəzərə 

alınmalıdır. Bu kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və 

daxili  tələbatın  mümkün  qədər  yerli  istehsal  hesabına  ödənilməsi  baxımından 

mühüm əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesində kənd təsərrüfatı 

üzrə  aparılacaq  gələcək  danışıqlarda  aşağıdakı  prinsiplərin  gözlənilməsi 

məqsədəuyğun hesab edilir: 

-  Mümkün  qədər  ən  yüksək  de  minimis  hədd  dərəcəsinin  əldə  edilməsinə 

çalışmaq; 

-  10%-lik  de  minimis  həddinin  əldə  olunması  mümkün  olmadıqda,  5-10% 

arasında hər hansı həddin əldə olunmasına səy göstərmək; 

- Azərbaycana inkişaf etmiş ölkə kimi yanaşacaq üzv ölkələr presedent kimi 

Moldova,  Gürcüstan,  Ermənistan  və  s.  ölkələri  nümunə  gətirdikdə  əsaslı 

arqumentlər  (bizim  kənd  təsərrüfatının  spesifik  olması,  5%-lik  de  minimislə  üzv 

olmuş  keçmiş  SSR   respublikalarında  kənd  təsərrüfatına  ciddi  ziyan  dəyməsi, 

həmin  ölkələrin  vaxtilə  əlverişsiz  şərtlərlə  üzv  olmalarına  dair  ÜTT  üzvləri 

qarşısında  birgə  məsələ  qaldırması,  həmin  ölkələrdə  bizdən  fərqli  olaraq  daxili 

dəstək  üçün  maliyyə  vəsaitlərinin  olmamağı,  həmin  ölkələr  üçün  bizdən  fərqli 

olaraq Holland sindromu təhlükəsinin olmamağı və s.) irəli sürmək; 

-  nkişaf etməkdə olan ölkə statusunun əldə edilməsi ehtimalının az olmasını 

nəzərə  alaraq,  danışıqların  müəyyən  mərhələsində  ölkəmizin  bütövlüklə  deyil, 

onun kənd təsərrüfatı sektorunun inkişaf etməkdə olduğu arqumentini irəli sürmək; 

- Yaxın gələcəkdə sürətlə artması gözlənilən neft gəlirlərini əsas gətirməklə, 

aqrar sektorun dəstəklənməsi üçün maliyyə vəsaitlərinin mövcud olacağını israrla 

bildirmək; 

-  Holland  sindromu  təhlükəsini  əsas  gətirməklə,  qeyd  olunan  sindromun 

kənd  təsərrüfatına  göstərə  biləcəyi  mənfi  təsiri  neytrallaşdırmağın  əsas 



 

68

metodlarından  birinin  məhz  aqrar  sektorun  dəstəklənməsi  olmasını  diqqətə 



çatdırmaq. 

16 iyul 1997-ci il tarixində ÜTT Katibliyində Azərbaycan üzrə  şçi Qrupu 

yaradılmışdır. Azərbaycanın ÜTT-yə üzv olması üzrə  şçi Qrupunun 

üzvlərinin siyahısı aşağıdakı ölkələrdən ibarətdir: 

1. ABŞ 


2. Argentina 

3. Avropa Birliyi 

4. Avstraliya 

5. Braziliya 

6. Çin 

7. Dominikan Respublikası 



8. Ekvador 

9. Filippin 

10. Gürcüstan 

11. Haiti 

12. Hindistan 

13. Honduras 

14.  ordaniya 

15.  sveçrə 

16. Kanada 

17. Koreya Respublikası 

18. Malayziya 

19. Misir 

20. Moldova 

21. Norveç 

22. Nigeriya 

23. Oman 

24. Panama 

25. Pakistan 

26. Paraqvay 

27. Qırğızıstan 

28. Rusiya Federasiyası 

29. Seneqal 

30. Səudiyyə Ərəbistanı 

31. Şri-Lanka 

32. Tacikistan 

33. Tayland 

34. Tayvan 

35. Türkiyə 

36. Ukrayna 

37. Vyetnam 

36. Yamayka 


 

69

39. Yaponiya 



40. Yəmən 

ş

çi qrupuna rəhbərlik edir: Valter Levarter 



 

 

 



 

 

 



3.2. ÜTT-yə üzvlük kontekstində ölkə statusu və güzəştli müddət məsələləri 

 

Dünya keçid iqtisadiyyatlı ölkələr ÜTT-yə üzvlük zamanı danışıqlarda digər 

nkişaf  Etmiş  və  ya  daha  sürətli  nkişaf  Etməkdə  Olan  Ölkələrdən  fərqlilik  təşkil 

edən amillərdən birincisi təşkil etdikləri danışıq obyektləridir

. Keçid iqtisadiyyatlı 

və ya aqrar ölkələrin əsas danışıq obyektini kənd təsərrüfatı təşkil edir

.  

Ümumilikdə qeyd olunmasıvacib olan faktlardan biri odur ki



, hər hansı keçid 

iqtisadiyyatlı  ölkə  ÜTT

-yə  qəbul  olunarkən  digər  üzv  ölkələrindən  asılı  olaraq 

müxtəlif  şərtlərlə  qəbul  olunurlar

.  llər  ötdükcə  həmin  şərtlər  mürəkkəbləşir  və 

çətinləşir

.  QATT-nin  ilk  üzvü  sayılan  Polşa,  Çexiya,  Rumınya,  Slovakiya, 

Macarıstan  və  Sloveniya  ÜTT  yaradıldıqdan  sonra  ona  üzv  olan  və  ya  danışıqlar 

aparan ölkələrə nisbətən daha güzəştli hüquqlara malikdirlər

.  


Bundan əlavə, ÜTT-yə hazırda daxil olmağa can atan ölkələr əvvəlki ölkələrlə 

danışıqlar  apararkən  həmin  ölkələrə  daha  çox  idxal  tariflərinin  və  ya  aşağı  idxal 

kvotaları  ilə  rastlaşırlar  ki

, buna da əsas səbəb həmin ölkələrin artıq ÜTT-yə üzv 

olmaları  ilə  əlaqəlilidir.  Ümumilikdə  aşağıdakı  cədvələ  nəzər  yetirək.  Bunun 

vasitəsilə  ÜTT  öncəsi  QATT  üzvlərinin  və  ya  ÜTT  öncəsi  Raundarın  iştirakçısı 

olan ölkələrin digər

, sonradan üzv olan ölkələrlə müqayisədə nə qədər üstünlüklərə 

malik olduğunu asanlıqla görə bilərik

.  


ÜTT-daxilində kənd təsərrüfatına ayrılan subsidiyalar şərti üç qruпa bölünür: 

yaşıl,  sarı  və  qırmızı  zənbil.  Bu  üç  zənbil  bir-birindən  fərqlənir.  Onlara  nəzər 

yetirək.  


 

70

Yaşıl  zənbil



:  Bu  zənbil  digərlərindən  fərqli  olaraq  heç  bir  məhdudiyyət 

qoyulmayan  subsidiyaların  təmin  olunmasını  nəzərdə  tutur.  Və  bu  subsidiyalar 

əsasən  infrastrukturun  qurulmasına

,  elmi-tətqiqat  işlərinin  sürətlənməsinə  ayrılan 

subsidiyaları özündə cəmləşdirir

. Burada fərqli məqamlardan əsası odur ki, bu cür 

subsidiyalar  məhsulun  qiymətinə  birbaşa  təsir  göstərmir  və  buna  görə  də  ÜTT 

üzvlərinin  bu  zənbili  seçərkən  heç  bir  problemlə  üzləşmirlər

.  Bundan  əlavə  qeyd 

etmək  lazımdır  ki,  bu  zənbil  daxilində  həyata  keçirilən  subsidiyalar  ticarətə  təsir 

etməməlidir.  

1995-ci  ildə  ÜTT-nin  əsasının  qoyulması  ilə  nkişaf  Etmiş  Ölkələr  idxal 

tariflərini aşağı salmaqda davam edirdilər

. Nəticədə aydın oldu ki, artıq dövlət tarif 

faiz  dərəcələri 

40%-ə  qədər  enmişdir.  Ümumi  olaraq  6,3  faizdən  3,8-faizə  qədər. 

Bundan  əlavə  ümumi  idxal  olunan  sənaye  məhsullarının  dəyəri  ümumi  idxal 

mallarının  tərkibində  faizlə  göstəricisi 

20  faizdən  40  faizə  qədər  yüksəlmişdir. 

Həm  nkişaf  Etmiş

,  həm  də  nkişaf  Etməkdə  Olan  Ölkələrdə  tarif  endirimləri  ilə 

yanaşı tariflərin hədlərinin tətbiq olunması qaydası da həyata keçirilmişdir

. Tariflər 

üçün hədlərin müəyyənləşdirilməsi tendensiyası inkişaf etmiş və keçid ölkələrində 

daha  çox  müşahidə  edilməkdədir

.  Əvvəlki  iləərdə  EÖ-də  hədlənmiş  tariflərin 

ümumi  tariflərdə  çəkisi 

78  faiz  olduğu  halda,  hazırda  eyni  göstərici  99  faizdir. 

Keçid  iqtisadiyyatlı  ölkələrdə  isə  bu  faiz  göstəriciləri  uyğun  olaraq 

73 və 98 faiz 

olmuşdur.  Faiz  dərəcələrinə  diqqət  yetirsən  görərik  ki,  EÖ-lər  və  EOÖ-də  bu 

göstəricilər  demək  olar  eynidir.  Bəs  tariflərin  hədlərinin  müəyyənləşdirilməsi  nə 

deməkdir

?  Bu,  tarif  dərəcələrinin  yüksək  hədinin  qoyulması  və  heç  vaxt  həmin 

həddən  yüksək  tarifin  qoyulmasının  mümkün  olmadığını  göstərir

.  Faktiki  olaraq, 

bu,  digər  məhsul  idxalına  maksimum  tarifin  müəyyənləşdirilməsi  deməkdir  və 

burada  söhbət  yalnız  tarif dərəcəsinin  azaldılmasından gedə  bilər,  artırılmasından 

yox. Misal üçün iki məhsul götürək. “X” məhsulunun tarif dərəcəsi 15% müəyyən 

olunubsa, həmin məhsula hədd qoyulubsa, adı çəkilən məhsula əmtəə idxalı üçün 

tarifin artırılması praktiki olaraq mümkün deyil. Yəni, heç vaxt həmin məhsul üzrə 

faiz  dərəcəsi 

15%-dən  yüksək  ola  bilməz.  Qeyd  edək  ki,  tariflərə  hədlərin 

qoyulması  ilə  bağlı  göstərici  inkişaf  etməkdə  olan  ölkələrdə  uyğun  dövrdə 

21 


 

71

faizdən 



73 faizədək yüksəlmişdir. ÜTT daxilində Avropa  ttifaqı, ABŞ və Yaponiya 

kimi bəzi inkişaf etmiş ölkələr yeni bir zənbilin yaradılma tərəfdarı olmuşlar

. Buna 

uyğun  olaraq,  daha  çox  subsidiyaların  işlədilməsini  və  daxili  yardım  edilməsini 



mümkünlüyünü nəzərdə tutan “sarı zənbil” yaradılmışdır. Qeyd etmək lazımdır ki, 

“sarı zənbil”

-in xüsusi çəkisi Avropa  ttifaqı üzrə 54%, Yaponiya üzrə 53% və ABŞ 

üzrə 


10%  təşkil  etmişdir.  Bəzi  Avropa  ölkələrində  isə  bu  hissə  daha  da  çoxdur. 

Məsələn  slandiya 

(82%),  sveçrə  (55%),  Hollandiya  (48%)  təşkil  edir.  Yeni 

Zelandiya  və  Macarıstan  kimi  ölkələr  isə  “sarı  zənbil”  üzrə  heç  bir  tədbiri 

subsidiyalaşdırmayan  ölkələrdir

.  Maraqlı  tərəflərdən  biri  də  odur  ki,  Yeni 

Zelandiya  və  Macarıstan  kimi  ölkələrdə  kənd  təsərrüfatında  istehsal  yüksək 

həddədir.  Hətta  bu  məhsulların  emal  və  ixracı  da  dinamik  olaraq  artmaqdadır. 

Əvvəlki  sosialist  ölkələri  Çexoslovakiya  və  Polşa  kimi  ölkələrin  kənd 

təsərrüfatında daxili yardımın yeri də fərqlilik göstərir

. Belə ki, Polşa subsidiyanın 

89%-i, Çexoslovakiya isə 79%-i “yaşıl zənbil” tədbirlərinə yönəltmişdir.  

Bununla  yanaşı,  həyata  keçirilən  istənilən  yardım  hökumət  tərəfindən 

maliyyələşdirilməlidir 

(məsələn,  qiymətlərin  artırılması  hesabına  istehlakçılar 

tərəfindən  ödənilməməlidir)  və  qiymət  tənzimlənməsinə  yönəldilməməlidir.  Bu 

zaman  da  fərdi  məhsulların  istehsalının  dəstəklənməsi  həyata  keçirilməməlidir  və 

eyni  zamanda  birbaşa  fermerlərin  gəlirlərin  artırılmasına  da  vəsait  yönəldilə 

bilməz

.  Bununla  yanaşı,yaşıl  zənbil  şərtləri  daxilində  razılaşma  əldə  edən  dövlət 



regional  inkişaf  proqramlarına  və  eləcə  də  ətraf  mühitin  qorunması  istiqamətində 

istənilən  həcmdə  subsidiya  həyata  keçirə  bilər

.  Bütövlükdə,  yaşıl  zənbil 

subsidiyaların  həcmi  üçün  limitlər  müəyyənləşdirilməmişdir

.  Qırmızı  zənbil- 

qırmızı zənbil ixrac yönümlü subsidiyalara istiqamətlənmiş bir zənbildir.  



Göy  zənbil:  Bu,  həmçinin  “nisbi  qırmızı  zənbil”  də  adlandırılır  və  burada 

məqsəd  təhriflərin  azaldılmasından  ibarətdir.  Bu  zənbil  daxilində  tətbiq  edilən 

subsidiyaların həcmi və mahiyyəti Kənd Təsərrüfatı ilə bağlı ÜTT Razılaşmasının 

5 və 6-cı maddələri ilə müəyyənləşdirilir. Bu zaman istehsala subsidiyalar həyata 

keçirilir və normal olaraq sarı zənbilə aid edilən subsidiyalar da göy zənbilə daxil 

edilir.  Hal-hazırda  bu  zənbilə  daxil  edilən  subsidiyalar  ilə  bağlı  xüsusi  limitlər 



 

72

yoxdur.  



Sarı zənbil: Bu zənbil üzrə normalar ÜTT çərçivəsində Kənd Təsərrüfatı ilə 

bağlı ÜTT Razılaşmasının 6-cı maddəsi ilə tənzimlənir. Maddə də qeyd olunur ki, 

aqrar  sektoru  maliyyələşdirmək  üçün  ÜTT  anlaşmalarına  bu  zənbillə  razılaşan 

ölkələr  aqrar  sektorda  qiymətləri  müəyyən  səviyyədə  tənzimləmək  və  istehsal 

həcminə subsidiyalar həyata keçirmək hüquqlarına malikdirlər.  

Sarı  zənbil  qaydalarına  uyğun  olaraq  subsidiyalar  inkişaf  etməkdə  olan 

ölkələr  üçün  illik  kənd  təsərrüfatı  məhsul  istehsalının  10  faizi  həcmindədir.  Bu 

rəqəm  EÖ

-lər üçün 5%-dən aşağıdır. Bu da  EOÖ-lər üçün daha faydalı olması ilə 

nəticələnir.  Hazırda  ÜTT-nin  30-a  qədər  ölkəsi  kənd  təsərrüfatında  subsidiyalar 

üzrə müəyyən üstün hüquqlar əldə etmişlər, lakin ÜTT-nin üzvlərinin sayı artdıqca 

bu hüquqlar bir qədər azalmaqdadır.  

Sarı zənbil qaydaları çərçivəsində ÜTT

-nin “Yardımla bağlı Ümumi Aqreqat 

Tədbirlər” Razılaşmasında

, qeyd olunan subsidiyaların seçilmiş bir məhsula deyil, 

bütövlükdə aqrar sektora yönəldilməsi göstərilir. Bu o deməkdir ki, ÜTT üzvü olan 

ölkələr ixrac qabiliyyətli məhsulların istehsalını xüsusi qaydada dəstəkləyə bilmir

Hazırda ÜTT-nin 1-ci,3-cü və 4-cü maddələri vardır ki, bir çox danışıqlarda onlar 



ə

trafında həmin maddələrin dəyişdirilməsi üzərində aparılır. Bu da son olaraq daha 

çox məhdudlaşdırmaya meyillilik ilə nəticələnəcəkdir

.  


Sarı  zənbillə  bağlı  əsas  məqamlardan  biri  də  odur  ki

,  yaşıl  zənbildən  fərqli 

olaraq  burada  subsidiyalar  məhsulların  qiymətinə  birbaşa  təsir  edir.  Son  olaraq 

bildirmək  lazımdır  ki

,  bütün  məhsullar  ÜTT-daxilində  rənglər  üzrə  ayrılmışdır. 

Belə  ki


,  bu  zənbillər  yaşıl  (subsidiyalara  icazə  verilir),  sarı  (subsidiyalar 

limitləşdirilir

) və qırmızı (subsidiyalar qadağan edilir) rənglərlə “boyadılmışdır”.  

Ümumdünya  Ticarət  Təşkilatına  üzv  ölkələr  əsasən  üç  kateqoriya  altında 

cəmlənmişdir

: inkişaf etmiş, inkişafda olan və zəif inkişafda olan ölkələr (üçüncü 

dünya ölkələri

). Ancaq üzvlüyə danışıqlar əsas iki status: inkişaf etmiş və inkişafda 

olan ölkə statusu üzrəində aparılır. Hər iki statusun həmin ölkələr üçün öz müsbət 

və mənfi xüsusiyyətləri vardır. Qeyd etmək lazımdır ki, hər hansı bir ölkənin ÜTT-

ə

  bu  statuslardan  biri  ilə  qəbul  olması  həmin  ölkənin  tamamilə  həmin  statusu 



 

73

daşıdığı  mənasına  gəlmir



.  Yəni,  ölkə  ümumi  iqtisadi  göstəricilərinə  görə  inkişaf 

etmiş olsa belə bu həmin ölkənin ÜTT

-də də inkişaf etmiş ölkə statusunda olması 

demək deyildir

. ÜTT- nin öz prinsipləri və qaydaları vardır ki, onlara uyğun olaraq 

status  qəbul  olunur

.  Buna  misal  olaraq,  kənd  təsərrüfatından  gələn  gəlirlərin 

Ümumi  Daxili  Məhsulda  yeri

,  ÜDM-  in  illik  artım  sürəti  və  s.  göstərmək  olar. 

Yetərincə  ölkələr  vardır  ki

,  onların  BVF  və  ya  Dünya  Bankı  tərəfindən  inkişaf 

etmiş  ölkə  kimi  qəbul  olunmasına  baxmayaraq  ÜTT

-də  danışıqlar  yolu  ilə 

inkişafda olan ölkə statusunu ala bilmiş və bundan faydalanmaqdadırlar

.  

nkişaf  etməkdə  olan  ölkə 



( EOÖ) statusu ÜTT üzvlərinin təxminən 2/3-sini 

EOÖ-lər  təşkil  edir  ki,  bu  statusa  malik  olmaq  həmin  ölkələr  üçün  xüsusi 

hüquqların  verilməsini  nəzərdə  tutur

. Belə ki, ÜTT-nin əksər Sazişlərində  EOÖ-

lərə dair xüsusi yanaşmanı əsaslandıran müddəalar vardır

.  


QATT  1994  sazişinin  37-ci  maddəsi  və  4-cü  hissəsi,  QATS-ın  IV  maddəsi, 

Diferensial  və  Daha  Əlverişli  Rejim  haqqında  ÜTT  Sazişi  (1979-cu  il)  nkişaf 

etmiş ölkələr 

( EÖ) tərəfindən  EOÖ-lər üçün diferensial və daha əlverişli rejimin 

(güzəştli tariflər və s.) təqdim olunmasını nəzərdə tutur. 

“ nkişaf etməkdə olan ölkə” statusunun üstünlükləri”



 

-  ÜTT  Sazişlərinin  tələblərinə  cavab  vermək  və  üzərlərinə  götürdükləri 

öhdəlikləri  yerinə  yetirmək  üçün  EOÖ

-lərə  daha  uzun  müddət  və  əlavə  vaxt 

verilməsi 

(əksər ÜTT Sazişlərində); 

-  ÜTT  çərçivəsində  müəyyən  qərarlar  (antidempinq,  ticarətdə  texniki 

maneələr  və  s

.  üzrə)  qəbul  edilərkən  EOÖ-lərə  xüsusi  yanaşmanın  həyata 

keçirilməsi; 

 -  EOÖ-lərə  müxtəlif  xarakterli  yardım  və  köməklərin  (heyvan  və  bitki 

sağlamlığı  standartları,  texniki  standartlar,  telekommunikasiya  və  s.  ürzə) 

göstərilməsi;  

-  Kənd  təsərrüfatının  subsidiyalaşdırılması  üzrə  məhdudiyyət  limitini 

müəyyən edən de minimum göstəricisinin  EOÖ-lər üçün 10% müəyyən olunması 

( EÖ-lər üçün 5 %);  

ÜTT inkişaf edən ölkələr üçün ildə 

100-ə qədər texniki əməkdaşlıq missiyası 



 

74

təşkil  edir



.  Orta  hesabla  üç  ticarət  siyasəti  kursu  hər  il 

Cenevrəd


ə  hökumət 

rəsmiləri üçün təşkil 

olunur. Xüsusi diqqət Afrika ölkələrinə yetirilməklə, regional 

seminarlar  mütəmadi  olaraq  dünyanın  bütün  regionlarında  təşkil  olunur

.  Bununla 

yanaşı,  treninqlər  mərkəzləşdirilmiş  planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına 

keçid  dövründə  olan  dövlətlərin  rəsmiləri  üçün  də  Cenevrədə  təşkil  olunur.  ÜTT 

inkişaf  edən  və  zəif  inkişaf  etmiş  ölkələrin  rəsmilərini  ÜTT

-nin  olduqca  böyük 

olan  rəsmi  sənədlərin  və  digər  materialların  məlumat  bazası  ilə  onlayn  əlaqə 

vasitəsilə  ÜTT-nin  Cenevrədə  keçirdiyi  tədbirlər  barədə  dərhal  məlumatla  təmin 

etmək  məqsədilə  həmin  ölkələrin  paytaxtlarında 

100-dən  artıq  ticarət  nazirliyi  və 

regional təşkilatlarda müvafiq mərkəzlər təşkil etmiş

, onları kompüter və internetlə 

təmin etmişdir

 

nkişaf  Etmiş  Ölkə  statusuna  malik  olan  ÜTT  üzvlərinin  üstünlükləri  də  bir 



çox  iqtisadçılar  tərəfindən  müzakirə  olunmuşdur

.  Bu  sahədə  öz  sərt  fikirlərini 

bildirən  şəxslərdən  biri  də  Martin  Xor  olmuşdur

.  Onun  fikrincə  ÜTT-də  nkişaf 

Etmiş  Ölkələrin 

( EÖ)  və  bu  əsnada  Transmilli  Korporasiyaların  çox  böyük 

üstünlükləri vardır. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar. 

  nkişaf Etmiş Ölkələr müəyyən məhsullar ( məs. geyim məhsulları) üçün yüksək 

qeyri-  tarif  bariyerləri  və  kvotaları  qoymaqla  inkişafda  olan  ölkələrdən  idxalın 

qarşısını  asanlıqla  ala  bilirlər

.  Bu  da  liberal  bazar  qaydalarına  tam  ziddir.  Anti-

dempinq  kimi  qeyri-tarif  barierlərində  artım  nkişafda  Olan  Ölkələrə  icazə 

verilmir.  Bu  da  misal  üçün  hazırda  Çin  və  Amerika  kimi  ölkələr  arasında  ÜTT 

daxilində ziddiyətlərin yaranmasına gətirib çıxarıb.  

   

EÖ  kənd  təsərrüfatının  qorunması  üçün  yüksək  proteksionist  siyasətini 



yürüdıə  bildikləri  halda

,  EOÖ-lər  bazarlarının  açılmasına  məcburdurlar  və  buna 

görə təsir altındadırlar.  

- Bir çox  EOÖ-in Uruqvay Raundunda danışıqlarda aktiv şəkildə iştirakına 

icazə verilmir.  

- TR PS razılaşmasına uyğun olaraq  EOÖ-lər bəzi tibbi və kənd təsərrüfatı 

məhsulların  hazırlanmasında  xarici  tecnologiyadan  faydalanmasında  limitlər 

vardır.  nkişafda  Olan  ÜTT  ölkələri  Uruqvay  Raundundan  faydalana  bilmir  və 



 

75

buna görə də



, ÜTT ticarət sistemində dəyişikliklərin edilməsi vacibdir.  

 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin