Sərxan Abdullayev



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

Məlumdur ki, linqvistik qiymətlərə birinci termlərdən başqa “və”, “və ya” 

və inkar daşıyıcıları da daxil olur.  

1. Mənfi, peyorativ mənalı sifətlərlə inkarlıq komponentlərinin 

birləşməsi: Es ist nicht schlimm (O heç də pis deyil); Sie ist kein schlechtes 

Mädchen (O, pis qız deyil); Sie ist gar / durchaus nicht leichtsinnig (O, heç 

də yüngülxasiyyət (qız) deyil); Er ist kein dummer Junge (O (heç də) 

ağılsız oğlan deyil / ağılsız oğlana oxşamır. Ona ağılsız oğlan demək 

olmaz).  

2. Müsbət mənalı sifətlərlə inkarın birləşməsi modeli: Er ist (gar) 

nicht klug (O heç də ağıllı /ağıllı adam deyil); Das Theaterstück ist nicht so 


 

 

 



353

interessant (Pyes (o qədər də) maraqlı deyil); Er war gar kein genialer 

Künstler (O (heç də) dahi sənətkar deyildi / Ona heç də dahi sənətkar 

demək olmazdı). 

3. İnkarlıq elementlərinin kəmiyyət sözləri ilə birləşməsi modeli: Die 

Fehler sind nicht (so) viel (Nöqsanlar / səhvlər (o qədər də) çox deyil); Die 

Fehler sind nicht (so) wenig (Nöqsanlar (heç də) az deyil); Er hatte 

(während der Abstimmung) nicht wenige Gegner (Səsvermə / seçki zamanı 

onun əleyhdarları (heç də) az deyildi / heç də az əleyhdarları yox idi); Er 

hatte in seinem Leben nicht (so) viele echte Freunde gehabt (Onun ömrü 

boyu heç də çoxlu dostu olmamışdı). 

4.  İki eksplisit inkarlıq daşıyıcısının  əlaqələnməsi modeli: Der 

Roman war nicht nicht interessant, sondern sehr interessant (Romana 

maraqsız / (maraqdankənar), maraqdoğurmayan əsər yox, çox maraqlı əsər 

demək olar); Er sprach nicht ohne Humor (O, yumorsuz danışmırdı 

(Həmişə yumorla danışırdı); Wir waren nicht außer Gefahr (Biz təhlükədən 

uzaqlaşmamışdıq, təhlükəsiz vəziyyətdə deyildik); Das Geld ist noch nicht 

alle (pul hələ tam qurtarmamışdı, tükənməmişdi); Er war nicht imstande 

(außerstande) sich zu weigern (Onun imtina etmək / yox demək imkanı 

qalmamışdı / sıfra bərabər idi).   

5. Vasitəsiz inkarlıq elementinin implisit privativlər və feli frazeoloji 

birləşmə ilə  əlaqələnməsi modeli: Sie leugnete seine Schuld nicht (O öz 

günahını / təqsirini danmırdı); Im Laufe dieser Zeit hatte er (gar) nicht 

geschwiegen (ötən vaxt ərzində o heç də susub durmamışdı / ağzına su alıb 

durmamışdı); Das, was sie gemacht hatten, kann nicht schlechthin als ein 

Fehler gewertet werden (Onların hərəkətlərini (heç də) səhv / yanlış hərəkət 

kimi qiymətləndirmək düzgün olmazdı); Der Ausländer hatte auf die Reise 

nicht verzichtet (Əcnəbi (vətəndaş) (heç də) səfərdən / səfərə  çıxmaqdan 

imtina etməmişdi); In den letzten Tagen fühle ich, daß er mich nicht mehr 

meidet (Son günlər hiss edirəm ki, o əvvəlki kimi daha məndən qaçmır / 

məndən uzaq gəzmir); Der Deputierte hatte das Gesagte diesmal nicht 

(einfach) in Abrede gestellt (Deputat bu dəfə  həmişəkindən fərqli olaraq 

deyiləni rədd etmədi) və s. 

6. Qrammatik inkarlıq elementi ilə çatışmazlıq və natamamlıq 

bildirən sözlərin  əlaqələnməsi modeli: Es herrschte keine Flaute mehr 


 

 

 



354

(Hava daha bürkü deyildi);  Die deutschen Autos sind kein Defizit mehr 

(Alman maşınları daha qıt (aztapılan) sayılmır / onları  çətinliklə  də olsa, 

hər halda almaq mümkündür); Trotz der Schwierigkeiten haben sich die 

Reihen der Freiheitskämpfer nicht / kaum gelichtet (Çətinliklərə 

baxmayaraq, azadlıq uğrunda mübarizələrin sırası (hələ) tam seyrəlməyib); 

Solche Ereignisse kommen bei uns nicht selten vor (Belə hadisələrin baş 

verməsi bizdə nadir hadisə deyil / sayılmır). 

7. Qrammatik inkarlıq  əlaməti ilə müxtəlif suffikslərin birləşməsi 

modeli: Dises Getränk ist nicht alkoholfrei (Bu içki spirtsiz / spirtsiz içki 

deyil (= tərkibində müəyyən qədər spirt qarışığı var); Es war (gar) kein 

inhaltsleerer Roman (Roman o qədər də mənasız / ideyasız deyildi / Roman 

(tamam) mənasız, ideyasız roman deyildi); Die Kumpel bleiben nicht ganz 

erwerbslos (Şaxtaçılar tam işsiz qalmadılar; Müq. et: Şaxtaçılar bikar 

qalmadılar). 

8.  İnkarlıq sahəsinin nüvə fiqurlarından biri ilə inkar mənalı 

suffikslərin  əlaqələnməsi modeli: Er war nicht ein undisziplinierter / kein 

undisziplinierter Junge (O, (heç də) intizamsız oğlan deyildi); Die Patienten 

waren nicht (ganz) anormal (Xəstələr (heç də) tamam anormal / özünü 

qəribə aparan deyildi / adamlar deyildi); Diese Intoleranz störte ihn nicht, 

neue Erfolge zu erzielen (Bu intolerantlıq / dözümsüzlük, dözümsüzlüyün 

olmaması / yoxluğu ona yeni uğurlar qazanmaqda mane olmurdu) və s. 

 Sadalanan ifadə üsullarının sayını daha da artırmaq, detallaşmanı 

davam etdirmək də olar. 

 Göstərilən ifadə şəkillərindən hər biri həm də fəal bir dil-qavrayış 

modeli, reallıq fraqmentlərini özünə hopduran işarə eskizləri kimi çıxış 

edir, gerçəklik  əlqalərinin aşkara çıxarılmasında, müəyyənləşməsində, 

müqayisə və dərk olunmasında, yeri gəldikcə hansısa bir təfərrüatın, çaların 

ört-basdır edilməsində, yaxud, əksinə, xüsusilə qabardılmasında, 

kadrlaşdırılmasında, önə, qənşərə  çəkilməsində  əhəmiyyətli rol oynayır. 

Bununla da müxtəlif fikir variantlarının, mühakimələrin həqiqət 

dəyərlərinin, doğruluq və ya yanlışlıq dərəcələrinin fərqləndirilmə 

alternativlərinin və  məhdudiyyətlərinin yaranması imkanı formalaşır. 

Gerçəklik fraqmentlərini miniatürləşdirmə, kiçildərək nəzərə çarpdırma, 

aktuallaşdırma fəal fikir və üslub fiqurları kimi insanı yaradıcı, konstruktiv 


 

 

 



355

axtarışlara, yeni semantik-assosiativ əlaqələr aramağa sövq edir. V. 

Şnayder alman dilində mövcud olan 106 inkarı dil işarəsini “yox 

söyləməyin 106 imkanı” (“106 Möglichkeiten, nein zu sagen”) kimi şərh 

edir (W. Schneider (1), 151). Dil-ünsiyyət faktları  təkzibedilməz surətdə 

təsdiq edir ki, sadlanan ifadə mexanizmləri və bu sistemdən kənarda qalan 

çoxlu inkarlıq daşıyıcıları müxtəlif semantik qruplardan, məfhum 

sahələrindən olan sözlərlə, xüsusilə geniş afirmativlik, iqrarlıq sahəsinə 

daxil olan yoxluq, natamamlıq, çatışmazlıq, qeyri-mükəmməllik və naqislik 

bildirən sözlərlə, habelə makromətndə bir-birilə fəal əlaqə və təsirlərdə həm 

də dilin “hə”nin müxtəlif üsullarla söyləmək üsullarının zənginliyini və 

çoxşaxəliliyini nümayiş etdirir. Əsl həqiqətdə afirmativlik (binar təsdiqlik-

inkarlıq) sahəsinin zənginliyi, müxtəlif tipli ifadə vasitələrinin mürəkkəb 

qarşılıqlı  əlaqə  və  təmasları dil işarələrinin adekvat, dəqiq qavrayış üçün 

çox az şans verdiyi (ən azı yetərincə  şans vermədiyi) bir linqvistik 

situasiyada məhz kifayət qədər aydın olmayan doğru və yanlışın 

sərhədlərini, ifrat, qurtaracaq hədlərini deyil, saysız-hesabsız keçid 

mərhələlərini az-çox dəqiq sahmanlı  şəkildə verballaşdırmaq funksiyasını 

yerinə yetirməyə hesablanır, daha geniş, elastik, bir növ iri bloklu-kütləli 

əvəzlənmə mexanizmlərinin yaranmasını 

şərtləndirir. Sırf 

qrammatikləşmiş, mücərrədləşmiş dil vasitələrindən, aşkar, eksplisit ifadə 

üsullarından sərf-nəzər etsək, bir tərəfdən implisit (qeyri-aşkar, gizli) 

inkarlıq elementlərinin çoxluğu, digər tərəfdən istisnasız olaraq bütün 

neqasiya vasitələrinin yoxluq, natamamlıq, naqislik, azalma və itirilmə 

semantikası vasitəsilə  təsdiqlik müstəvisinə  cəlb olunması onları böyük 

çoxluqla qeyri-müstəqim nitq (uneigentliche Rede) formaları kimi təhlil 

etməyə tam əsas verir. Litota strukturları da ilk növbədə müsbət anlayış və 

təsdiq mühakimələri inkarlıq prizmasından təqdim etmək üsulları kimi 

diqqəti cəlb edir. Beləliklə, qeyri-müstəqim, vasitəli minimallaşdırma 

şəkillərinin rəngarəngliyi intensiv təsdiqin ifadə variantlarının 

çoxşaxəliliyini, çoxsəviyyəliliyini və çoxqatlığını  təmin edir, kontekstdən 

asılı olaraq zəngin seçim imkanları diqtə edir. Bu vəziyyət çoxlu yalan və 

aldanış impulslarının meydana gəlməsini şərtləndirir. 

Qeyd olunanları qeyri-səlis, yayılan, çoxluqlar, törəyən, silsiləli 

çevrilmə mexanizmləri əsasında bir qədər yaxından izləməyə çalışaq. 



 

 

 



356

Adekvat dərketməyə mane olan “schön” (gözəl) və “häßlich” (çirkin) 

sözləri arasında semantik sərhəddin yayılanlığına bu dəfə başqa bir 

rakursdan baxaq. (Xatırladaq ki, L. Zadə qeyri-səlis çoxluqlar ideyasına 

məhz bizim gözəllik sahəsi adlandırdığımız semantik sistemə daxil olan 

“cazibədar” sözünün təhlilindən sonra gəlmişdi). Estetik eksistensiya 

tipindən olan insanlar qadın gözəlliyini və gözəl qadını qlobal qavrayışla – 

“gözəl” və “çirkin” əlamətlərinin qarşılaşması ilə fərqləndirməyə, təsnif və 

dərk etməyə çalışarlar. Lakin min cür gözəl qadın və ondan da çox gözəl 

olmayan (“çirkin” yox, “gözəl olmayan”!) qadınlar var və bizim 

ixtiyarımızda bu fərqləri seçmək, ayrıca adlandırmaq üçün çox az imkanlar 

var. Gözəlliklə gözəl olmamaq, dil ekstremizminin adlandırdığı kimi ifadə 

etsək, “çirkinlik” (Häßlichkeit) arasında (əslində dünyada gözəl olmayan 

qadın yoxdur və bu fərqi kəskin  şəkildə qavramaq yalnız kişi sağlamlığı 

məsələsidir!) geniş, diffuzluq, yayılanlıq zonası yerləşir.  Əslində  hər bir 

qadının öz spesifik, ayrıca adlandırılmağa, seçilməyə, təqdimata və dillə 

əbədiləşdirilməyə layiq gözəllik payı var (hər bir kişinin özünəməxsus 

mərdlik, cəsarət və qürdət göstəriciləri kimi). Lakin dilin bu sonsuz, bitib-

tükənməz nüansları ayrıca  əks etdirməyə macalı  və imkanı olmur. Bunun 

əvəzində səsin, sözün magiyası, mütəhərrikliyi və idealizmi köməyə gəlir! 

Görünür, gizli, implisit predikativliyə malik olan hər bir canlı sözün ayrıca 

intonasiyasından, semantik unikallığından danışmaq olar. Əslində 

“çirkinlik”, gözəl olmamaq əlaməti və ya əlamətsizliyi gözəllik keyfiyyətini 

xarakterizə edən, tamamlayan və bütövləşdirən müxtəlif hədlərdən, onları 

ayıran, fərqləndirən qiymət dərəcələrdən başqa bir şey deyildir. Bunların 

qiymətlər çoxluğunda son hədlər yox, zahiri gözəllik linqvistik dəyişəninin 

ilkin hədləri, keçid nöqtəsinin sərhədləri olduğunu qeyd etmişdik. Əslində 

dil də gözəl-çirkin, gözəl-gözəl olmayan, çirkin-çirkin olmayan, o qədər də 

gözəl (çirkin, bəd...) olmayan, gözəl və qeyri-gözəl, çirkin və qeyri-çirkin 

kimi normativ və qeyri-normativ adlandırmalarla bu anlayışları bir-birinə 

yaxınlaşdırmağa, “kompromis imkanlar” hazırlamağa və bu imkanları 

istismara buraxmağa bütün potensial gücü ilə can atır. Və buna ilkin 

termlər olan sinonim çoxluqları, sintaktik vasitələrin müdaxiləsi ilə yaranan 

digər qeyri-səlis çoxluqlar və  mətn semantikasının köməyi ilə az-çox nail 

olur. Elə buradaca əlavə edək ki, linqvistik dərketmə heç vaxt tam 


 

 

 



357

mükəmməllik, doyum həddinə çata bilmir. Xüsusilə gözəlliyə münasibətdə 

insan dildən kənarda qalan təəssürat və əlavə informasiyaların natamamlığı, 

çatışmazlığı ilə barışmalı olur.  

Haqqında bəhs olunan uyarlıq və uyarsızlıqları ardıcıl izləmək üçün 

“gözəllik” linqvistik dəyişəninin qiymətlərini sistemləşdirməyə çalışaq. 

Həmin paradiqmanı  təsəvvürdə bütövləşdirmədən minimallaşdırma 

hədlərini aydın təsəvvür etmək qeyri-mümkündür. Əvvəlcə uzaqlaşma, 

sonra isə yaxınlaşma hədlərinə nəzər salaq. 

Gözəl-lap gözəl, olduqca gözəl, gözəldən gözəl, gözəllər gözəli, 

qənirsiz gözəl, əla, əladan əla, tamamilə gözəl, tam gözəl, misilsiz dərəcədə 

gözəl, cazibədar, olduqca cazibədar, lap cazibədar, misilsiz dərəcədə 

cazibədar, tamamilə cazibədar, görünməmiş dərəcədə cazibədar və s. 

çirkin-lap çirkin, çirkindən çirkin, olduqca çirkin, az çirkin, çox 

çirkin, az və ya çox dərəcədə çirkin, kifir, lap kifir, olduqca kifir, kifirdən 

kifir, iyrənc, lap iyrənc, olduqca iyrənc, lap az / bir az çirkin, eybəcər, lap 

eybəcər, olduqca eybəcər və s. 

İnkarlıq  əlavəsinin,  əks semantik qütbün qoşulması ilə  həmin 

linqvistik səviyyələrin yaxınlaşma hədləri mümkünləşir:  

gözəl olmayan, gözəl deyil, lap gözəl deyil, elə  də gözəl deyil, əla 

(da) deyil, qənirsiz gözəl də deyil, nə gözəldir, nə çirkin, çox da gözəl 

deyil, gözəllər gözəli deyil; əla (da) deyil, çox əla da olmayan, cazibədar 

deyil, cazibədar olmayan, çox da cazibədar olmayan və s. 

çirkin deyil, çirkin olmaz, lap çirkin deyil, elə  də çirkin deyil, çox 

çirkin deyil, kifir deyil, iyrənc deyil, lap iyrənc deyil, kifir deyil, lap kifir də 

deyil və s. 

Göstərilən hədlər bir tərəfdən “çirkin”, “eybəcər”, “iyrənc”, digər 

tərəfdən “gözəl”, “qəşəng”, “əla” ideoqrafik sinonimlərinin oxşarlıq və 

fərqlərini tamamilə aradan qaldırmağa, dəf etməyə kifayət etmir. Alman 

dilində də “schön” və “häßlich” sözlərinin sinonomləri subyektiv qavrayış 

üçün geniş imkanlar yaradır, sintaktik vasitələr bu imkanları yeni səviyyəyə 

qaldırır. Bu yarusda, koqnitiv sahədə verballaşmanın zənginliyi və 

çoxcəhətliyi bütün dilləri xarakterizə edir.  

Lakin diffuzluq, yaxınlaşma və uzaqlaşma təsirləri, linqvistik qiymət 

hədləri bu deyilənlərlə bitmir. Həmin dil-ifadə ehtiyatı  təxmini 


 

 

 



358

mühakimələrin, təkliflərin rəngarəngliyini və daha çox yayılanlığını təmin 

edir. 

Əsla gözəl deyil / gözəl demək olmaz, qətiyyən gözəl deyil / gözəl 



demək olmaz, deyilən qədər də gözəl deyil, heç də  əladan  əla deyil, lap 

gözəl də deyil, lap elə gözəl də deyil, heç gözəllər gözəli də deyil, heç 

qənirsiz gözəl də deyil; 

Tamam çirkin də deyil, lap çirkin də deyil / olmaz, əsla çox çirkin də 

demək olmaz, çox elə çirkin də deyil, kifir də deyil, elə kifir də deyil, elə 

idbar da deyil, sən deyən idbar da deyil, lap iyrənc demək olmaz, lap iyrənc 

də deyil, əsla iyrənc demək olmaz, qətiyyən iyrənc demək / adlandırmaq, 

hesab etmək olmaz, iyrənc yox, bir az çirkindir / çirkin kimidir və s. 

Məsələ burasındadır ki, bu müxtəlif səviyyəli və müxtəlif tipli ifadə 

variantlarından hər biri ilə lazım gəldikdə reallıqdan, həqiqət dəyərlərindən 

yayınmaq, yalan və yanlış mühakimələr qurmaq imkanı var. 

Qeyd edək ki, “gözəllik” və “qeyri-gözəllik” semantik sahələrinin 

çoxlu digər qiymət dərəcələri, nisbətən yaxın leksik elementləri ilə də belə 

uyğunluqlar, paralel nisbətlər qurmaq mümkündür. Məsələn, Azərbaycan 

dilində “qəşəng” sözü bir sıra dialektlərdə  hətta “ən gözəl”, “lap gözəl” 

mənasında da işlənir, intensiv təəssüratın  ən yüksək dərəcəsini, linqvistik 

qiymətin maksimallığını nişan verir. “Suyuşirin”, “babat”, “ortabab” kimi 

dil xarakteristikasında  əlamət geri çəkilir, azalan nisbətlər önə  çıxır. Bu 

sistemdə ideoqrafik (məfhumi) sinonimlərin rolunu xüsusi olaraq 

vurğulamaq lazım gəlir. Bunu “çirkin”, “kifir” və “iyrənc” kimi ideoqrafik 

sinonimlərin nümunəsində daha geniş və hərtərəfli izah etmək mümkündür. 

Lakin bu təfərrüatlar bizi mətləbdən uzaqlaşdırdığı üçün qeyd olunanlarla 

kifayətlənirik. Hələlik təkcə bunu əlavə edək ki, metafora, məcaz sahəsi də 

bu geniş variantlığa qoşulmaqla yayğınlıq və yayılanlıq, qeyri-səlislik və 

təxminiliyin yeni sərhədlərini üzə çıxarır: “mələkdir” (mələk kimi qızdır), 

“deyərsən mələkdir”, “pəri kimidir,” “əsl pəri kimidir”, “su sonasıdır” / 

Müq. et: Bir türfə mələkdir, deyil insan qaraçarqat (M. P. Vaqif). İnsanlar 

dözümlülük və mülayim, sığallı etik davranışı hələ həyat normasına çevirə 

bilmədikləri, nəzakətli, deməli bir çox cəhətdən süni rəftarı öyrənmədiyi 

zamanlarda özlərini bir anın zəifliyindən və ya gücündən tamamilə hissi 

idraka təslim etdikləri vaxt “meymun”, “elə bil meymundur” kimi neqativ 


 

 

 



359

qiymət və qiymətləndirmələr də  əmələ  gəlir. Bu qiymətlərsiz, 

dəyərləndirmələrsiz mükəmməl linqvistik dəyişənlər və  dərəcələr cədvəli 

də qeyri-mümkün olardı.  Əks təqdirdə dilin az-çox adekvat adlandırma 

imkanları, obyektiv və subyektiv reallıqları əks etdirmək gücü bir qədər də 

azalmış, zəifləmiş olar, idrak prosesi üçün yeni maneələr, çətinliklər yarana 

bilərdi. 

Beləliklə, müsbət və  mənfi səciyyələndirmələr dil həyatında bir-

birini tamamlayır, bir-birini doğurur və  dərketmənin daha çox subyektiv 

təməlini formalaşdırır.  

Hər bir dil özünün linqvistik qiymətlər, dəyərlər sistemini yaradır ki, 

burada da konkret semantik çevrədə sözləşmə, verballaşma səviyyəsi, 

dünyanın spesifik dil mənzərələri yaranır. Müqayisə üçün alman dilində 

“gözəllik” (Schönheit) dəyişəninin linqvistik qiymətlərini nəzərdən keçirək. 

Das Mädchen ist schön – Das Mädchen ist häßlich qarşılaşmasında qadının 

saysız-hesabsız  əlamətlərindən yalnız iki təəssürat – tam gözəl olmaq, 

mütləq gözəllik və gözəllikdən tamamilə  məhrum olmaq, mütləq yoxluq 

əlamətləri əks olunur. Lakin bunların arasında yerləşən aralıq qiymətlər və 

qiymətləndirmələr dil istifadəçisinin subyektiv meyl və  təəssüratlarına 

müvafiq olaraq dəyişir. Ünsiyyət prosesində, konkret adlandırma, 

əksolunma aktında, bunlardan yalnız biri doğru, qalanları isə yalan və ya, 

əksinə, yalnız biri yalan, qalanları isə doğru çıxır. Dil işarələrinin gerçəkliyi 

tam dürüst və dəqiq əks etdirə bilməməsi, maddi-substansional və psixoloji 

reallıqların qeyri-adekvat inikası doğru olmayan, yanlış mühakimələrin 

izahını asanlaşdırır. Halbuki bu müstəvidə linqvistik qiymətlər 

çoxluğundakı ilkin termlərdən həm sola – gözəllik əlamətinə, həm də sağa 

– gözəlliyin olmaması  və ya zəifləməsi, seyrəkləşməsi, tamam yoxa 

çıxması, itirilməsi qütblərinə doğru çoxlu genişlənmə dairələri, yayılanlıq, 

qeyri-səlislik hədləri mövcud olur. Konkret nitqdə bu hədlər bir anda qlobal 

qavrayış minimumuna qayıdır. Həmin qiymətlər paradiqmasına nəzər salaq.  

schön-sehr schön, überaus schön, total 

schön, nicht sehr schön, durchaus nicht schön, ganz und  

gar nicht schön, außerordentlich schön,  

außergewöhnlich schön, prima, extra, super, einwandfrei,  



 

 

 



360

häßlich, ganz häßlich, durchaus häßlich, nicht so häßlich, durchaus 

nicht  häßlich, gar nicht häßlich, überhaupt nicht häßlich, weder häßlich 

noch schön və s. 

  Dil bu qədər linqvistik qiymətlərin yaranmasına, artan və azalan 

tədricə yol verir, bu israfa ona görə vaxt və enerji sərf edir ki, onun əsas 

vahidləri – sözlər gerçəkliyi dəqiq, tam və mükəmməl  əks etdirə bilmir. 

Simvollardan fərqli olaraq dil işarələri həmişə dəqiq razılaşma, konvensiya 

əsasında meydana gəlmir. Biz hər dəfə ifadədən, adlandırmadan kənarda 

qalan bir əlaməti, detalı, təfərrüatı  əlavə etməyə, bununla da məfhumun 

xarakteristikasını tam əhatə etməyə çalışırıq və buna çox ümumi şəkildə 

nail oluruq. Bəzən də hər yeni təşəbbüs yeni yanılmalara, təhriflərə gətirib 

çıxarır. Mən hələ birbaşa informasiyadan yayınan milyonlarla əlavə 

informasiyaları demirəm. Görkəmli psixoloq, qavrayış fenomeninin, idrak 

psixologiyasının məşhur tədqiqatçısı D. Bruner yazır ki, əsas rənglərin 

cəmi 16-20 adı olsa da, üç milyona yaxın qavranılan rəng çalarları 

mövcuddur. (Дж.  Брунер, 5-7). Gözəllik qavrayışı  və gözəlliyin dərki, 

daha doğrusu, gözəllik, bir qədər də geniş götürsək, “zahiri görünüş” 

linqvistik dəyişəninin qiymətləri heç də, məsələn, “rəng” semantik 

seriyasına aid olan linqvistik qiymətlərdən az intensiv deyil. Əksinə, 

persepsiya aktının ikinci komponenti – insanın fəal yönəlişliyi, ustanovkası 

gözəllik qavrayışında daha güclü və motivləşmiş olur. Görünür, hər bir 

rəngdə digər əks rənglərin, rəng çalarlarının qarışığı olduğu kimi, linqvistik 

dəyişənlərin hər birinin qiymətlərinin “tərkibində” bu və ya digər dərəcədə 

qalan bütün qiymətlərin qarşığının, potensial tərkibinin olduğunu zənn 

etmək olar. Deməli, “häßlich” (çirkin) və onun bütün linqvistik qiymətləri 

də  əlahiddə, tam müstəqil qiymətlər olmayıb məhz “gözəllik” linqvistik 

dəyişəninin hədlərindən, dərəcələrindən, dəyərləndirmələrindən biridir. 

Təsadüfi deyildir ki, L. Zadə “doğru” və “yalan”ı doğruluğun qiymətlər 

çoxluğunda son hədlər yox, bu dəyişənin term - çoxluğunda – linqvistik 

qiymətlər silsiləsində ilkin hədlər hesab edir (Bax: N. Hüseynli, 256). 

Empirik-eksperimental faktların, instrumental müşahidələrin göstərdiyi 

kimi bizim xarici aləmdən aldığımız informasiyalar gerçəkliyin yaratdığı 

birbaşa təəssüratlarla məhdudlaşmır, onlardan xeyli kənara çıxır. Hətta çox 

adi bir duyğu aktı da əsl həqiqətdə informasiyanın  əldə edilməsində 


 

 

 



361

olduqca mürəkkəb, fəal, yaradıcı bir proses kimi şərh olunmalıdır. “Fikri 

informasiyaların”  əldə edilməsi, “təmizlənməsi”, görünür, daha mürəkkəb 

bir prosesdir. Dil istər hissi, istərsə  də rasional idrakın çətinliklərini, 

komplekslərini bütün dinamizmi ilə yaşamağa məhkumdur. Yalnız dil - 

bəşəriyyətin çoxəsrlik təcrübəsini və yaddaşını özündə yaşadan və 

zənginləşdirən dil öz işarələri, işarələr kompleksi ilə, bunların bir növ 

müstəqil, getdikcə müstəqilləşən fəaliyyəti ilə birbaşa, əsas informasiyadan 

kənar informasiyaları yenidən yaratmağa, duyğu orqanlarından bizə daxil 

olan çox səthi məlumatları yenidən canlandırmağa, daha doğrusu, onların 

əsasında zəif semantika ilə - işarələrin bir-birinə münasibəti və bu 

münasibətin törədici gücü ilə qismən kompensə,  əvəz etməyə qadirdir. 

Burada, məhz yaradıcılıq, bərpa prosesində dil sanki gerçəklikdən önə 

keçir, daha doğrusu, öz gerçəkliyini önə  çıxarır, dərketməni, inikas 

prosesini özünə tabe etdirir. Dil getdikcə gerçəkliyi adlandırmaqdan çox, öz 

gerçəkliyinin cazibəsinə düşür, öz həqiqət dəyərlərini və illuziyalarını 

formalaşdırır.    

“schön” – “häßlich” semantik radiusunda əlamət və keyfiyyət 

dərəcələrinin, onları adlandıran sözlərin rəngarəngliyi və çoxşaxəliliyi bu 

nəhəng dil axtarıcılığının, dərketmə yaradıcılığının miqyaslarını  təsəvvür 

etməyə imkan verir. Digər bir yandan mittelmäßig, akzeptabel, hübsch kimi 

xeyli “komiromis semantika” nümunələri də bu sistemdə özünə yer alır. 

Konkret  əlamətin  əslində olduğundan çox və ya az fərqli  şəkildə  əks 

etdirilməsi, zəiflədilməsi və ya qüvvətləndirilməsi, artırılması  və ya 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin