Sərxan Abdullayev


VI FƏSİL  Qeyri-səlis çoxluqların ierarxiyası: yayılanlığın hüdudları



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix09.03.2017
ölçüsü4,35 Mb.
#10744
1   ...   21   22   23   24   25   26   27   28   ...   45
VI FƏSİL 

Qeyri-səlis çoxluqların ierarxiyası: yayılanlığın hüdudları 

 

Qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq və  təxmini mühakimələr 

nəzəriyyəsi prizmasından yanaşdıqda kiçiltmə, zəiflətmə fiquruna işarəyə 

alınan obyekti, hadisəni, mülahizəni və ya təklifi yayğınlaşdıra-

yayğınlaşdıra gah mənfi, gah da müsbət qütbə, gah azalan, gah da artan 

kəmiyyət ölçülərinə, linqvistik qiymətləndirmə mövqeyinə yönəltmək, 

bununla da gerçək olandan, real vəziyyətdən yayındırmaqla yalana, qeyri-

həqiqətə yaxınlaşdırmaq strategiyası kimi baxmaq olar. Elmi ədəbiyyatda 

litota kimi qeyd olunan minimallaşdırma hadisəsi müəyyən bir əşyanı, 

faktı, predmeti onların  əks müqabilini inkar etməklə daha aydın nəzərə 

çarpdırmaq və ya əksinə, nəzərdən, görüş bucağından yayındırmaqla 

zəiflətmək, kiçildilmiş, azaldılmış formatda təqdim etmək üsulundan başqa 

bir şey deyildir. Mövcud mənbələri diqqətlə nəzərdən keçirdikdə aydın olur 

ki, litota mahiyyət etibarilə real olaraq mövcud olan kəmiyyət və ya 

keyfiyyət həddini azaltma, minimallaşdırma qavrayışı, mənfi, neqativ bir 

əlamətlə qarşılaşan müsbət  əlaməti yayğınlaşdırma, təsdiq söyləmləri 

yumşaltma, mülayimləşdirmə vasitəsi kimi şərh olunur. Litota müsbət və 

ya mənfi əlamətin aşağıya – sıfır həddə doğru çalarlanmasına, yayğınlıq və 

qeyri-səlisliyinə xidmət edən dil-üslub vasitələrinin, meliorativ dil 

davranışının ümumi adıdır. Sinonimliyin, alternativ çoxluqların zəiflətmə, 

kiçiltmə perifrazları ilə davam etdirilməsi, daha da genişləndirilməsidir. 

Gerçəkdən yayınma, zəiflətmə, azaltma düşüncəsi, reallığı  həqiqətdə, 

“orijinalda” olduğundan aşağı keyfiyyət ölçülərində, kiçildilmiş konturlarda 

göstərmək cəhəti litotanı evfemizmə yaxınlaşdırır (B. Sowinski, 264; E. 

Riesel, 201). Əsassız deyildir ki, bəzi mənbələrdə perifrazlar iki qrupa – 

qüvvətləndirmə  və  zəiflətmə, müvafiq olaraq gerçəklikdə,  fikirdə olanı 

böyütmə  və kiçiltmə standartlarına ayrılır (Übertreibung, Untertreibung). 

Birinci qrupa mübaliğələr, ikinci qrupa isə evfemizm və litota – konkret 

situasiyaya, arzu olunan məhdudlaşdırmaya, aktual praqmatik normaya 

uyğunlaşdırma fəndi aid edilir. Litotanın – minimallaşdırma fiqurunun 

məna həcminin müəyyənləşməsində intonasiya, səs tənzimləmələri o qədər 

mühüm rol oynayır ki, onu fonetik-sintaktik vasitələrə aid edənlər də var 



 

 

 



345

(И.  Р.  Гальперин, 219). Anlayışın, predmet və hadisələrə aid əlamət və 

keyfiyyətlərin, kəmiyyət hədlərinin kiçildilməsi, situasiyaya 

uyğunlaşdırılması prizmasından təqdim edilməsi minimallaşdırma fiqurunu 

mühüm yaradıcı, törədici bir qavrayış-anlam modeli kimi xarakterizə edir. 

Hadisə  və predmetlərin keyfiyyət və  kəmiyyət hədlərinin, o cümlədən 

madii-substansional  əlaqə  və  təsirlərin mövcud, qəbul olunmuş 

normativlərdən fərqli, qeyri-mütənasib, qeyri-müstəqim,  əslinə uyğun 

olmayan  şəkildə qavranılması yalan və aldanış motivlərinin mətnə daxil 

edilməsi üçün əlverişli ünsiyyət mühiti formalaşdırır.  

Minimallaşdırma strukturlarının rəngarəngliyi və çoxcəhətliliyi, 

linqvistik qiymət və  şərh imkanlarının zənginliyi həmin ifadə vasitələrinə 

semantik-praqmatik və koqnitiv sahə kimi yanaşılmasını zəruri edir. 

Yeri gəlmişkən qeyd edək ki, bir çox mənbələrdə litota, kiçiltmə 

fiqurunda yanlış  və birtərəfli olaraq yalnız yeni, azalan keyfiyyətin 

yaranması  və ifadə olunması fikri irəli sürülür. Məsələn, ingilis dili 

üslubiyyatının məşhur tədqiqatçısı  İ. R. Qalperin məsələyə  məhz bu 

mövqedən yanaşır (И.  Р.  Гальперин, 219). Belə anlam və yanaşma bir 

qavrayış modeli olaraq kişiltmə, zəiflətmə fiqurunun ifadə-törəniş, təsir 

imkanlarını xeyli məhdudlaşdırılmaqla bərabər, canlı ünsiyyətdə 

minimallaşdırma texnologiyasının zənginlik və müxtəlifliyini də tam əhatə 

edə bilmir. Bir qədər sonra görəcəyik ki, kiçiltmənin, mülayım, mütərəddid 

dil davranışının linqvistik modellərində, litota strukturlarında inkarlıq 

elementi yalnız mənfi mənalı, peyorativ çalarlıqlı əlamət sözləri ilə birləşib 

müsbət tərəfin mənasını zəiflətmir, həm də müxtəlif kəmiyyət sözləri, digər 

inkarlıq daşıyıcıları, hətta isim və  zərf kateqoriyasından olan sözlərlə 

əlaqələnərək geniş kiçiltmə, minimallaşdırma sahəsi  əmələ  gətirir (Onun 

nöqsanları da az deyildir; Qurumun nümayəndəsinin belə  qəribə mövqe 

tutması  səbəbsiz deyil; Zavodun işində müəyyən nöqsanlar da olmamış 

olmaz; Ganz unschuldig war sie auch nicht; Er sprach nicht ohne 

Anteilnahme). Tədqiqatlar göstərir ki, litota yalnız  əlamətin və ya təsdiq 

hökmün zəiflədilməsi, mötədilləşməsi vasitəsi, bir tərəddüd aktı deyil, həm 

də  əksinə, müsbət  əlamətin, təsdiq-iqrar mülahizənin qüvvətləndirməsi 

vasitəsi, digər tərəfdən, intonasiyadan, səs avazlanmalarından asılı olaraq 

həm də mənfi əlamətin, inkar höklərin qüvvətlədirilməsi üsulu kimi nitqdə 


 

 

 



346

geniş yer tutur (S. Abdullayev (2), 141-154). Sözsüz ki, zəiflətmə, 

yumşaltma funksiyası,  əməkdaşlıq praqmatikası litotanın  əsas, dominant 

funksiyası olaraq qalır. Litota ilk növbədə əlamət və keyfiyyət dərəcələrinin 

yayğınlığını gücləndirməklə, alternativlərin, qeyri-səlis çoxluqların həcmini 

genişləndirməklə prioritetləri – üstün variantı seçib müəyyənləşdirmək, 

konkret halda adlandırmanın qeyri-adekvatlığını  və qeyri-dəqiqliyini 

qismən aradan qaldırmaq (bununla daha da artırmaq!) funksiyası daşıyır, 

müsbət  əlamət, pozitiv fikir qütbü ilə qarşılaşan bir sözün, bir dərketmə 

versiyasının inkarı ilə qavrayışımızı daha geniş hadisələr, faktlar silsiləsinə 

daxil edir. Yuxarıda qeyd olunan rəngarənglik, əhatəlilik sayəsində  dərk - 

etmə, anlama prosesi şərti-nisbi birqiymətlilikdən geniş yayılanlıq, qeyri-

səlislik müstəvisinə keçir. Dil faktları  təsdiq edir ki, hər iki əks qütbə - 

müsbət və  mənfiyə, “hə” və “yox”a, həqiqət və yalana doğru genişlənmə

sahələşmə, digər tərəfdən, paradoksallıq, qarşılaşma və istisna, bununla da 

dərketmənin çoxplanlığı minimallaşdırma düşüncəsinin, kiçiltmə-zəiflətmə 

qavrayışının əsasını təşkil edir. Konkret əksmənalı sözlərin – antonimlərin 

qarşılaşmasından fərqli olaraq əks, müqabil qütblərdən birinin inkarla 

işlənməsi semantik yayğınlığı, qeyri-müəyyənliyi gücləndirir, alternativ 

transformasiyaların keyfiyyət və kəmiyyət müxtəlifliyini təmin edir, dəqiq, 

birmənalı deyil, çoxsaylı, çoxkəmiyyətli yayılan binarlıq əmələ gətirir.  

Deyilənləri misallarla izah etməyə çalışaq. Əvvəlcə bu məqamda ən 

çox misal göstərilən “not bad”, “nicht schlecht”, “не  плохо”, “pis deyil” 

tipindən olan universal litota sxemlərini nəzərdən keçirək. “nicht schlecht” 

(“pis deyil”) dil fraqmenti “pis” əlamətindən yüksək və yaxşı əlamətindən 

aşağı  məna nüanslarının bütün mürəkkəb qammalarını  əhatə edir; dəqiq, 

müəyyənləşmiş  əlamət və keyfiyyətdən, kəmiyyət münasibətlərindən çox 

bizi qeyri-müəyyənlik qavrayışının mümkün son həddinə  qədər real 

sonsuzluq dərəcələrinin axtarışına, fərqləndirilməsinə sövq edir. Müsbət 

əlamətin inkarı, kiçildilməsi, azaldılması yolu ilə,  əksinə, mənfi  əlamətin 

böyüdülməsi, nəzərə çarpdırılması vəziyyətlərində isə (nicht gut, nicht frei; 

yaxşı deyil, azad deyil) mənfi qütb, əks tərəfə yönələn məna çalarlıqlarının 

bütün mümkün və qeyri-mümkün alternativ variantlarının, assosiativ 

məqamlarının canlanması, fəallaşması prosesi baş verir (С.  Абдуллаев, 

179). Bu geniş, xırdalanmış,  zərrələrə parçalanmış  məna münasibətlərinə 


 

 

 



347

minimal cazibə sahəsi, kvant semantikası, linqvistik texnologiya nano da 

demək olar. “nicht wenig” (az deyil) tipli formalarda isə  həm çoxluğun, 

kəmiyyətin aşağı, həm də maddi səslərin yüklənmə  dərəcəsindən asılı 

olaraq ən yüksək hədlərinin həm parçalanması, həm də bir yerə toplanması, 

konsentrasiyası baş verir. Ümumiyyətlə, litota fiquru linqvistik səviyyədə 

forma və  məzmunun, kəmiyyət və keyfiyyət münasibətləri ilə semantik-

assosiativ  şüalanmaların çoxtərəfli  əlaqələrini təqib etmək üçün maraqlı 

material verir, diferensial-semantik mənaların iç qatlarına işıq salmaq, ilkin 

maddi elementlərin linqvistik reallıqlarını öyrənməkdə evristik, idraki 

əhəmiyyət kəsb edir. Kəmiyyətin minimallaşdırılmasını, kiçildilməsini əks 

etdirən yuxarıdakı nümunədə  də  əvvəlcə azaltma, zəiflətmə qavrayışının 

yayğınlıq, qeyri-səlislik və  aşağıya, mənfi qütbə doğru (çünki “az deyil” 

formasında həm də azlıq  əlamətinin varlığı tamamilə neytrallaşıb aradan 

qalxmır), həm də yuxarıya – müsbət  əlamətin nəzərdə tutulan ən yüksək 

həddinə, bəzən real olaraq təsəvvür edilməyən hədlərinə, pillələrinə doğru 

genişlənmə, yayğınlaşma prosesi əks olunur. Bu mənada 

minimallaşdırmanı,  ənənəvi terminologiya ilə ifadə etsək, litota 

strukturlarını, inkarı inkar formalarını semantik-assosiativ qeyri-

müəyyənlik, çəkisizlik mühitinin linqvistik nisbilikləri kimi 

qiymətləndirmək olar. İnkarlıq müdaxiləsi sayəsində dil forması sanki öz-

özünü aşır, gerçəklikdə olduğundan, real hədlərdən kənara çıxır. Dil 

gerçəklik qavrayışını genişləndirir, məna öz qavranılmaz, ideal mahiyyətini 

büruzə verir, linqvistik işarə qeyri-səlislik, yayğınlıq hüdudlarında öz 

maddi varlığını, enerji sahəsini yaradır. Fiziklər deyirlər ki, harada kütlə 

varsa orada enerji də var. Kütlə  və sürət dəyişirsə, enerjinin həcmi də 

dəyişir. Mətn semantikası bir tərəfdən kəmiyyət və keyfiyyət hədlərinin 

hüdudsuzluğunu, “təxminilik”, yayğınlıq xaosunu aradan qaldırmağa 

xidmət edirsə, digər tərəfdən də daha mürəkkəb və sonsuz, çoxqatlı, 

çoxplanlı semantik sistem olan mətn daxilində yayğınlıq və mücərrədliyə, 

qeyri-səlislik və ümumiliyə yeni stimullar, reflekslər  əlavə edir. nicht 

wenig, nicht viel (az deyil, çox deyil) kimi dil reallıqları soldan sağa, 

aşağıdan yuxarıya, bütün kəmiyyət hədlərini, ölçü - miqyas versiyalarını 

birləşdirir, həm də bizə məlum olan və məlum olmayan, hələ heç təsəvvür 

etmədiyimiz, hələlik xəyalımıza belə  gətirə bilmədiyimiz, təsəvvür 


 

 

 



348

etmədiyimiz konkret və mücərrəd kəmiyyət hədlərini  əhatə edir. nicht 

wenig (az deyil), nicht viel (çox deyil) formaları rəqəm-say qavrayışınının 

bütün mümkün və qeyri-mümkün hədlərini, rekordlarını  aşır, riyazi 

simvolikanın yetişə bilmədiyi hüdudlara yetişir. Və bizi, özündən müştəbeh 

dünyanı dahi Nizaminin fəlsəfəsini heç olmasa bir qədər dərk etməyə 

yaxınlaşdırır: Düşüncənin  əvvəli, bütün sayların sonu / Sözdür, yadında 

saxla, unutma əsla bunu!  

Anlayışların, məfhumların qarşılaşması eyni zamanda bir neçə 

istiqamətlərdə gedir: pis deyil – hər halda bir az da pisdir, pisə yaxındır, 

tamamilə (lap) yaxşı deyil; yaxşı demək olar, amma tamam yaxşı demək 

olmaz, arzu olunan səviyyədə deyil və s. Burada kiçik və böyük radiuslu 

mikrosahələrin, bütöv aralıq zonalarının şüalanması baş verir, bu vəziyyət 

digər yandan da qavrayış prosesini xeyli çətinləşdirir, onun aydınlığına, 

birmənalılığına xələl gətirir. Beləliklə, yalnız onsuz da qeyri-dəqiq, yayılan 

olan “pis” və “yaxşı” əlamətləri, “az” və “çox” dil kəmiyyətləri deyil, bütöv 

və geniş aralıq zonaları çoxtərəfli qarşılaşmaya cəlb olunur, bir linqvistik 

çıxmazlıq, xaos və  dərkolunmazlıq, ifadəolunmazlıq sindromu yaranır. 

Deməli, yalan və aldanış imkanları da çoxalır. Digər tərəfdən, uyğun 

alternativ variantların, keyfiyyət və  kəmiyyət dərəcələrinin qarşılaşması, 

paralelliyi ilə yeni semantik mikrosahələr fəallaşır: pis deyil, heç də pis 

deyil, lap pis deyil, tamam pis deyil, ortababdır; bəd deyil, nə pisdir, nə 

yaxşı, az pis deyil, miyanədir, yaxşıdır, bir az yaxşıdır, lap yaxşıdır, 

olduqca yaxşıdır, yaxşıdan da yaxşıdır,  əladır və s. Bu deyilən variatların 

hər birinin təsəvvürlərimizi genişləndirdiyi, keçmiş  və indiki təcrübə 

əsasında qavrayış imkanlarımızı  zənginləşdirdiyi, yayğınlıq və yayğınlığa 

yeni çalarlar əlavə etdiyini nəzərə alsaq, dil-anlama mexanizmlərinin nə 

qədər mürəkkəb situasiyada fəaliyyət göstərdiyi, real qavrayış anlarının 

çoxunun dildən yayınması faktını, ifadə sisteminin, onsuz da gerçəklik 

dəyərləri haqqında bizə çox səthi məlumat verən duyğu orqanlarının təqdim 

etdiyi informasiya kvantlarının heç də hamısını konkret olaraq 

adlandırmaq, “tutub saxlamaq” imkanında olmadığı bir daha aydınlaşır. 

İdrak psixologiyasına dair tədqiqatlarda qeyd olunur ki, birbaşa 

informasiyadan kənar milyardlarla informasiyalar duyğu orqanlarımızdan 

yayınır. Qavrayışımız bir balıqçı toru kimi yalnız oraya düşənləri tutub 


 

 

 



349

saxlayır. Konkret persepsiya aktı aktual olanlar əsasında gerçəkləşir. Bu 

ümumiləşdirmə, seçilib ayrılma, qlobal qavrayış  və  mətndə reallaşıb 

aydınlaşan binar sadələşdirmələr dili xilas edir, yalnız “iri balıqlar”, 

görünən, seçilən duyğu faktları konkret fikir istehsalına və istehlakına cəlb 

olunur. Lakin aldanış, yalan hərəkətlərini reallaşdırmaq istəyi üstünlük əldə 

edərkən bütün potensial variantlar, alternativ çoxluqlar operativ yaddaşda 

fəallaşır, birbaşa hərəkətə keçir. İnadla məhdudiyyətləri dəf etməyə, 

sıxışdırmağa can atır. Bəzən  ən yaxın və  ən uzaq qarşılaşdırmalar, 

assosiasiyalar mühakimələrimizin yönünü və  məntiqini, söyləmin real 

məzmununu idarə edir. 

 Deyilənləri hər gün rast gəldiyimiz canlı, həyati faktlarla bir qədər 

ətraflı izah etməyə çalışaq. Hər dəfə seçkilərdən sonra komissiyaların 

tərkibinin formalaşdırılması, seçkilərin nəticələri ilə bağlı mübahisə edən 

tərəflər təxminən belə mühakimələr irəli sürürlər: Seçki komissiyaları 

tərəfindən səslərin sayılmasında saxtakarlığa yol verilməyib – Seçki 

komissiyaları tərəfindən səslərin sayılması düzgün aparılmayıb. Burada heç 

şübhəsiz “sayımın düzgün aparılması – sayım prosesində saxtakarlığa yol 

verilməsi” bir-birilə qarşılaşan qlobal mövqelərdir. Diqqətlə fikir versək 

görərik ki, aktual təkliflərdə  hər  şey “saxta” (saxtakarlıq) və “düzgün” 

sözlərində  və onlarla birləşən inkarlıq daşıyıcılarındandır. Göstərilən 

yayğın, qeyri-dəqiq mülahizələrə  əsasən mübahisə edən tərəflərdən heç 

birini həqiqəti danmaqda və ya yalan söyləməkdə günahlandırmaq mümkün 

deyil. Çünki burada əlahiddə götürülmüş iki fakt deyil, bütöv faktlar, 

hadisələr silsiləsi qarşı-qarşıya qoyulur. Real faktlar deyil, fakta çevrilmiş 

dil işarələri qavranılır. Səslərin düzgün sayılmaması (sayımın səhv, yanlış 

aparılması) ilə “Səslərin sayılmasında saxtakarlığa yol verilməməsi” 

(səslərin qeyri-düzgün aparılması, müəyyən pozuntu hallarına yol 

verilməsi) arasında çoxlu aralıq, uzaqlaşan və eyni zamanda bir-birilə 

yaxınlaşan mövqelər var və həmin qarşılaşan fikirlərdən hər biri hər halda 

mümkün yanlış və mümkün düzgün mövqelərdən, variantlardan biri ilə üst-

üstə düşür.   

  Bu iki mövqenin hər birində variantlardan yalnız biri düz, qalan 

bütün variantlar isə  səhv olur. Yaddaşımız sanki digital - rəqəmli dil 

hesablamaları ilə çoxlu düzgün və yanlış variantlardan birini önə  çıxarır, 


 

 

 



350

qalan potensial variantlar, üstündən xətt çəkilmiş alternativlər həqiqət və ya 

yalanın müxtəlif modal çalarlarının reallaşması üçün fəal fon rolunu 

oynayır (Xırda, artıq lazım olmayan balıqlar kimi təkrar suya buraxılır). Elə 

bir fon ki, onun canlanması, yaddaşda fəallaşması ilə başqa potensial 

variantların da assosiativ əlaqələri saxlanır, aktuallaşmış bircə variant bütün 

digər variantları sanki öz içərisinə alır. Bu variantlardan hər halda biri düz 

və ya yanlış  çıxacaqdır və belə olmadıqda digər mümkün variantların 

qavranılması imkanı da aradan qalxmayacaq, saysız-hesabsız həqiqi və 

yalan, yanlış mühakimələr arasında manevr etmək imkanı qalacaq. 

“Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması 

beynəlxalq qanunlara zidd deyil” və “... beynəlxalq qanunlara uyğundur” 

kimi müddəalar haqqında da eyni sözləri demək olar. 

  Əgər dilin minimallaşdırma mexanizmləri yalnız mənfi mənalı 

sözlərlə inkar elementlərin birləşməsi yolu ilə  əks qütbün mənasını, 

müvafiq müsbət  əlaməti qüvvətləndirmək, nəzərə çarpdırmaqdan ibarət 

olsaydı, litotanın, kiçiltmə fiqurunun qavrayış imkanları, mətnyaratma 

potensialı az qala yarıbayarı  məhdudlaşar, bununla da dil öz vasitəli ifadə 

üsullarının zənginliyindən xeyli dərəcədə məhrum olmuş olardı. Yuxarıdakı 

misallardan da aydın olduğu kimi, litota strukturları  mənfi mənalı, naqis 

sözlərə inkarın birləşməsi ilə qarşılaşan müsbət qütbün əlamətini zəiflətdiyi 

kimi, çoxlu sayda müsbət  əlamətli, mükəmməl semantikalı sözlərlə 

birləşərək əks qütbün – müsbət çalarlıqlı sözün mənasını aktuallaşdırmaq, 

vurğu altına gətirmək funksiyasını da yerinə yetirir (Das Buch ist nicht 

(besonders) interessant, Kitab (o qədər də) maraqlı deyil; Es ist nicht gut, 

den Freund zu demütigen – Dostu təhqir etmək yaxşı deyil / yaxşı iş deyil; 

Er hat sich in dieser Situation nicht besonders gut benommen – O bu 

situasiyada özünü o qədər də ağıllı aparmadı). Dildə inkarlıq vasitələrinin 

rəngarəngliyini və çoxsəviyyəliliyini, onların cümlə, mürəkkəb sintaktik 

bütöv və  mətn daxilində bir-birilə  əlaqə yaratmaq, assosiativ rabitəyə 

girmək imkanlarını, ayrı-ayrı nitq hissələrindən olan sözlərlə birləşmə 

potensialını, habelə, privativlik (yoxluq) və natamamlıq bildirən sözlərin 

zənginlik və çoxşaxəliliyini, digər tərəfdən  əlamət və keyfiyyət bildirən 

sözlərin  əhatə dairəsini, leksik və sintaktik semantikanın genişliyini də 

buraya  əlavə etsək, kiçiltmə  və  zəiflətmə üsullarının rəngarəngliyi və 


 

 

 



351

funksional çoxplanlığı, çoxqatlığı  və çoxsəviyyəliliyini təsəvvür etmək 

mümkündür. Xüsusilə vasitəsiz, aşkar (eksplisit) inkarlıq elementləri ilə 

birləşən affikslərin, derivasiya inkarlığının bolluğu ən incə və zəngin məna 

nüanslarının, emosional çalarların, keyfiyyət və 

kəmiyyət 

xarakteristikasının aşağılara, minimallaşdırmaya, zəiflətməyə doğru dil 

tədqiqinin hüdud və imkanlarını  nəzərə çarpacaq dərəcədə genişləndirir, 

yeni anlam, dərketmə qatları açır. Görkəmli alman dilçisi V. Şnayder 

müasir alman dilində 28 inkarlıq prefiksinin, 3 suffiksin olduğunu qeyd 

etməklə, inteqrasiya olunmuş inkarlıq (integrierte Verneinung) rubrikası 

altında 31 total (tam) inkarlığın, 18 adda yarımçıq inkarlığın - çatışmazlıq 

və naqis sözlərin (Rückgang, Schwund və s.) siyahısını  təqdim edir (W. 

Schneider (1), 151-153). Oxucuya fantastik rəqəmlər kimi görünən bu 

zəngin inkarlıq inventarı  əsl həqiqətdə inkarlıq vasitələrinin kiçik bir 

qismini, xüsusilə inteqrə edilmiş inkarlıq vasitələrinin, yoxluq və naqislik 

“indekslərinin” yalnız kiçik bir qismini əhatə edir. Leksik və frazeoloji 

inkarlıq daşıyıcıları hər bir dilin ifadə arsenalında ayrıca yer tutur. “Müasir 

alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası” kitabında alman 

dilində inqerent (daxili) inkarlıq vahidləri ilə birlikdə müxtəlif adqerent 

inkarlıq elementləri, prefiks və suffikslərlə düzələn 201 təkcə privativ fel 

qeyd olunur (S. Abdullayev (2), 244-255). Həmin kitabda Azərbaycan 

dilində işlənən 311 privativ fel və privativ frazeologiya verilir (s. 255-270). 

Müasir alman dilində  və Türkiyə türkcəsində bunların sayı daha çox, 

işlənmə intensivliyi daha fəaldır. Həmin dillərdə fellərin və feli 

frazeologiyanın  əksəriyyətinin çoxmənalılığı, polisemantik vahidlər kimi 

tətbiq tapması bu kəmiyyət və keyfiyyət rəngarəngliyini daha da artırır. 

Göstərilənlər həm də litota strukturlarının  şaxələnmə, genişlənmə 

imkanlarıdır. Mən hələ onların hər birinin funksional-semantik, 

kommunikativ-praqmatik rəngarəngliyini demirəm. Müxtəlif inkarlıq 

prefiksləri ilə düzələn çoxsaylı isimləri, sifətləri, zərfləri də buraya əlavə 

etsək, inkarlıq, yoxluq, naqislik, natamamlıq, istisna və çatışmazlıq 

semantikası bütün zənginliyi və çoxçalarlığı ilə gözlərimiz qarşısında 

canlanar. Bu qeyri-adi, mütləq semantikanın zənginliyini heyrətamiz dil 

yaradıcılığı, üslub törədiciliyi kimi qiymətləndirməmək mümkün deyil. 

Görünür, təsadüfi olmayan uyarlıq, qəribə, daha doğrusu, valehedici cəhət 



 

 

 



352

bir də bundan ibarətdir ki, xüsusilə leksik-semantik səviyyədə olan ifadə 

üsulları, derivasiya inkarlığı  və privativlik vasitələri böyük əksəriyyətlə 

məhz minimallaşdırma effektinə yönəlir, təsdiqin zəiflədilməsi vasitəsi 

kimi işlənir. Burada dilin kompensasiya qanunu, dərketmədə avtomatizm 

prinsipi, eyni zamanda funksionallıq, konstruktuvizm qaydası  işə düşür. 

Dildə  təsdiqin xüsusi ifadə vasitələrinin olmaması, təsdiq mikrosahəsinin 

boş qalması  həm də fikir qütblərinin “hə” və “yox” istiqamətlərindəki 

qeyri-səlisliyini, yayğınlıq və yayılanlığını, bununla da insan düşüncəsinin 

çevikliyini,  əhatəliliyini və genişliyini, azadlığını  təmin edir. Təsdiq-inkar 

binar qarşılaşmasında  əlamətli tərəfin – inkarlıq elmentlərinin ayrı-ayrı 

sözlərlə  əlaqələnmədə  təsdiqin müxtəlif məna çalarlarının ifadə 

imkanlarının zənginliyini  şərtləndirir. Maraqlıdır ki, sahənin nüvə qatına 

daxil olan əsas ifadə elementləri, dominant sahə fiquru da bu fəal əvəzetmə, 

növbələşmə prosesinə qoşulur: qrammatik inkarlıq vasitələrinin cümlə 

daxilində bir-birilə müxtəlif  əlaqələnmələri sayəsində  təsdiqin adi 

vəziyyətdə reallaşa bilməyən incə  məna çalarları ifadə olunur. (Müq. et: 

nicht nicht schön, sondern..., kein ganz uninteressantes Buch, sondern...; 

bilməmiş olmaz, gəlməmiş deyil, yox deyildir, olmamış olmaz, bilməmiş 

deyil və s.). 

 Minimallaşdırma sferasında kəmiyyət və keyfiyyət 

münasibətlərinin rəngarəngliyini, kiçiltmə perifrazlarının  əhatə dairəsini, 

yayğınlıq və yayılanlığın, qeyri-səlisliyin ümumi mənzərəsini daha geniş və 

aydın konturlarda canlandırmaq üçün əvvəlcə litota fiqurunun başlıca ifadə 

şəkillərini,  əsas linqvistik modellərini nəzərdən keçirmək vacibdir. 


Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin