Qoşma, bağlayıcı, ədat, modal söz və nidalar da köməkçi nitq hissəsi kimi
şagirdlərə öyrədilməli, onların hər birinin vəzifəsi aydınlaşdırılmalı, nitqdə rolları şərh
olunmalıdır və s.
Morfologiyanın tədrisində əsas
nitq hissələrinə aid müxtəlif növlü cədvəllərdən,
sxemlərdən orfoqrafik cədvəl və plakatlardan,
mətnli plakatlardan, qrammatik –
orfoqrafik
albomlardan, müxtəlif şəkillərdən
əyani vasitə kimi istifadə olunur. Bunlar
dərsin yaxşı mənimsənilməsinə şərait yaradır.
Morfoloji təhlil.
Morfoloji təhlil həm
şifahi və yazılı, həm də
ümumi və müəyyən mövzu üzrə
aparıla bilər. Morfoloji təhlil aparıldıqda hər
bir sözün qrammatik əlamətləri, onların
hansı sözlərə aid olduğu, quruluşu və s. ortaya çıxarılmalıdır.
Morfoloji təhlil
iki yolla aparılır :
•
Sözün quruluşu üzrə təhlil
•
Nitq hissələrinə görə aparılan təhlil.
Sözün quruluşunu bilməyin həm qrammatikanı öyrənməkdə,
həm də orfoqrafiya və
leksika üzrə aparılacaq işlərdə böyük əhəmiyyəti vardır. Şagirdlərin söz ehtiyatı
genişlənir, qrammatikanı şüurlu öyrənir və nəhayət, orfoqrafik savadı yüksəlir.
Nitq hissələrinə görə aparılan təhlildə, mətnin ayrı – ayrı sözləri götürülür və
onların
müxtəlif qrammatik əlamətləri göstərilir. Şagirdlər təhlil etdikləri nitq
hissələrinin adını,
onun səciyyəsini, yəni növünü və qrammatik əlamətlərini müəyyən
etməlidirlər.
Məs. isimləri təhlil etdikdə şagirdlər hər şeydən əvvəl, ismin xüsusi və ya
ümumi olduğunu, hansı əşyanı ifadə etdiyi göstərir. Sonra isə onun halını,
tək və ya
cəmliyini, quruluşca növünü qeyd edirlər.
Sifətlərin təhlilində, əvvəlcə əşyanın
keyfiyyət və ya əlamət bildirdiyi qeyd edilir,dərəcəsi və quruluşca növü müəyyən edilir.
Fellərin təhlilində onların qrammatik məna növü (məlum, qayıdış, icbar, qarşılıq-
birgəlik, məchul), şəkli, zamanı və şəxsi, quruluşca növü və s. müəyyən edilir.
Şagirdlər təhlil
olunan əsas nitq hissəsinin hansı suala cavab olduğunu da ayrıca
göstərməlidirlər.
Ədəbiyyat
1.
H.B.Balıyev “Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası”,Bakı-2003
2.
A.Abdullayev “Orta məktəbdə Azərbaycan dili tədrisinin metodikası”,Bakı-1968,78
“Azərbaycan dilindən didaktik materiallar”,Bakı-1977