Direktorun el kitabi A5 21 04 2021. indd


TƏŞKİLATIN FƏALİYYƏTİNƏ MÜSBƏT TƏSİR



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə52/66
tarix11.05.2023
ölçüsü1,4 Mb.
#111329
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
Direktorun el kitabi A5 21 04 2021

TƏŞKİLATIN FƏALİYYƏTİNƏ MÜSBƏT TƏSİR 
EDƏN DAVRANIŞLAR
Təşkilatın məqsədlərinə çatmasında onu yaradan insan-
ların davranışlarının əhəmiyyətli rolu vardır. Bu hissədə 
təşkilatın fəaliyyətlərinə müsbət təsir edən təşkilati davra-
nışlara yer veriləcək. İdarəetmə anlayışında Fayol, Weber 
və Taylora aid klassik idarəetmə nəzəriyyəsində aşağıdakı 
xüsusiyyətlər nəzərə çarpır: 
• İnsan mexaniki bir varlıqdır.


171
• Təşkilatın psixoloji və sosial vəziyyəti vacib deyil.
• Mərkəzi idarəetmə güclü olmalıdır.
• Güclü iyerarxiya olmalıdır.
• Yaxın nəzarət və cəzalandırma əsasdır.
• İnsan faktoru nəzərə alınmayıb.
• Dəyişən mühitə qarşı təşkilatın reaksiyaları nəzər alın-
mayıb.
• Sadəcə təşkilatın daxili effektivliyi üstündə dayanılıb.
Buna nisbətən daha müasir yanaşma olan Taylorizm isə 
aşağıdakı təşkilat prinsiplərini əsas götürür: 
• Elmi tədqiqata əsaslanan iş nizam və intizamı,
• Ahəng və koordinasiya,
• Əməkdaşlıq,
• Maksimum səmərə, daxili ixtisasartırma və peşəkar 
inkişaf.
Fayolun təşkilati idarəetmə fəaliyyətləri aşağıdakı kimi 
sadalana bilər:
• Planlaşdırma,
• Təşkil etmə,
• Əmrlər vermə,
• Koordinasiya, 
• Nəzarət.
Klassik idarəetmə nəzəriyyələri ilə başlayıb keyfiyyətin 


172
idarə olunması və sonra ən müasir idarəetmə yanaşmaları-
na qədər uzanan bu yolda ümumi məq səd təşkilatın daha 
səmərəli fəaliyyəti və insanlara özlərini yaxşı hiss edə bi lə-
cəkləri iş yeri təqdim etməkdir. Humanizm anlayışı təşki-
lati davranışları da öz təsiri altına alıb və ən yeni təşkilati 
davranış nəzəriyyələri insanın iş mühitində məmnunluğuna 
fokuslanıb.
Təşkilatın fəaliyyətinə müsbət təsir edən davranışlar-
dan biri təşkilati bağlılıq davranışıdır. Təşkilati bağlılıq 
1960-cı ildən etibarən tədqiq olunan və təşkilatda işçilə-
rin işdən ayrılma səbəblərini, işdəki effektivliklərini araş-
dıran bir sahədir (Wasti, 2012). Təşkilati bağlılıq eyni 
zamanda işçinin özünü şirkətin bir hissəsi görmə, özünü 
şirkətə aid hiss etmə, şirkət ilə emosional bağ qurma mə-
nalarına gəlir. Qeyd olunan hisslər və davranışlar təşkilatda 
işçilərin müəssisəyə sədaqəti ilə nəticələnir. Mowday, Ste-
ers və Porterə aid olan təşkilati davranış tərifində “fərdin 
çalışdığı təşkilatda məqsədləri və dəyərləri qəbul etməsi, 
təşkilat üçün ürəkdən çalışması və təşkilatın bir hissəsi 
olmağa davam etməsi” kimi izah olunur. Burada söhbət 
işçi ilə müəssisənin bütünləşməsindən gedir (Mowday 
və.b., 1979). Müəssisələrdə təşkilati davranışın olmaması 
aşağıdakı səbəblərə görə vacib sayılır:
• İşi tərk etmə, dəvamiyyət, iş axtarışı,
• İşdən razılığın azlığı, işə özünü həsr etməmə, mənəvi 
yorğunluq,
• Müstəqillik, iştirakçılıq, məsuliyyət və vəzifə anlayışı,


173
• Yaş, cinsiyyət, iş vaxtı və təhsil,
• Təşkilati bağlılıq.
Təşkilati davranış yuxarıda qeyd olunan məsələlərlə 
bağlı olduğundan çox vacib sayılır və geniş tədqiq edilir. 
Tədqiqatların nəticələri isə müəssisələrdə təşkilati davra-
nışların yaxşılaşdırılması üçün istifadə olunur. Tədqiqat 
nəticələrinə görə təşkilati davranışlara aşağıdakı 3 faktor 
təsir edir (Balcı, 2003): 
1. Təşkilatın məqsədlərinə həqiqətən inanmaq və onları 
qəbul etmək.
2. Təşkilat üçün əzmlə çalışmaq istəyi.
3. Təşkilatın üzvü olaraq qalmağı həqiqətən arzulamaq.
Balcıya (2003) görə təşkilati davranışların yaxşılaşması 
aşağıdakı müsbət nəticələri verir:
1. İşçilər təşkilatın bütün fəaliyyətlərində fəal iştirak 
edirlər.
2. İşçilər müəssisədə qalmağa qərarlıdırlar və təşkilatın 
məqsədlərinə həvəslə xidmət edirlər.
3. İşdən çıxanların sayı azalır.
4. İşçilər müəssisədə məmnunluq və ruh yüksəkliyi hiss 
edirlər.
Müəssisədə təşkilati davranışları yaxşılaşdırmaq üçün 
aşağıdakı məsələlər nəzərə alınmalıdır:
1. İşçilərin yaşı, cinsi və təcrübəsi,


174
2. Təşkilatdakı ədalət və etibar,
3. İşçilərin vəzifələrinin müəyyən olması və təzadların 
olmaması,
4. Görülən işin əhəmiyyətinə dair inam və dəstək mühiti,
5. İş yerində qərar alma proseslərində hamının iştirakı,
6. Təşkilatın, iş yerinin sağlamlıq cəhətdən təhlükəsiz-
liyi, işdən soyuma,
7. İşçilərin ailə vəziyyəti, maaş xaricində verilən haqlar,
8. Böhran, iş saatları, eynilik, mükafatlandırma,
9. Vəzifədə yüksəlmə,
10. Liderlik davranışları və işçilərə qayğı.
İş yerlərində, təşkilatlarda mövcud olan başqa bir müs-
bət təşkilati davranış peşəyə bağlılıqdır. Bu anlayış in san-
la rın işlədikləri müəssisəyə deyil, gördükləri işə və peşəyə 
bağ lılıqlarını ifadə edir. Peşə insanların maddi qazanc məq-
sə dilə bir işi müəyyən müddətdə görməsinə verilən addır. 
Green hausun (1971) verdiyi peşəyə bağlılıq tərifində in san-
ların gördükləri işə və karyeralarına bağlı olmaları, həmin 
sa hədə inkişaf etməyi könüldən istəmələri kimi anlayışlar 
ortaya çıxır. 
Peşəyə bağlılıq anlayışında əsasən 3 tədqiqat sualı ortaya 
çıxır:
1. Şəxsin gördüyü işə və ya peşəsinə qarşı münasibəti 
necədir?
2. Peşəsi və karyerası ilə əlaqədar nələr planlaşdırır?


175
3. Peşəsi şəxsin həyatındakı digər varlıqlarla müqayisədə 
hansı də rə cədə əhəmiyyətlidir?
Peşəyə bağlılıq da təşkilati bağlılıq kimi müəssisənin 
effektiv fəaliy yə tinə müsbət mənada təsir edir. İnsanın 
işini sevməyi onu xoşbəxt edir və adətən xoşbəxt insanlar 
psixoloji cəhətdən sağlam olduqları üçün işdə daha effektiv 
olurlar. 
Təşkilatda başqa bir müsbət davranış isə təşkilati vətən-
daşlıqdır. Təşkilati vətəndaşlıq hər hansı bir əmrə istinad 
etməyən, tapşırıq əsasında göstərilməyən, sırf insanların 
da xilindən gələn, təşkilatın faydasına olan davranışlardır. 
Müəssisədə əməkdaşlıq, yardımlaşma və alicənablıq kimi 
davranışlar təşkilati vətəndaşlıq adlandırıla bilər. Bu dav-
ranışlar aşağıdakı kimi sadalana bilər: 
• Başqalarının və müəssisənin mənafeyini öz menafe-
yindən üstün tutmaq,
• İctimai kamillik,
• Vicdan, 
• Nəzakət,
• Alicənablıq.
Təşkilati vətəndaşlıq digər müsbət təşkilati davranışlarla 
bağlıdır və həm onları artırır, həm də onlardan təsirlənərək 
artır. 
Təmin olunma və iş məmnunluğu anlayışları bir-birinə 
çox yaxın təşkilati davranışlardır. Bu anlayışlar müəssisə-
də çalışanların iş həyatlarından məmnunluğu və bu məm-


176
nunluğun onlara psixoloji təmin olunma hissi verməsini 
nəzərdə tutur. Digər bir təşkilati davranış olan təşkilati şəx-
siyyət davranışında isə insanın müəssisə ilə bir insan kimi 
olması, biz anlayışı, mən və müəssisəm, yəni biz olma kimi 
məsələlər nəzərdə tutulur. Bir təhsil müəssisənin rolların-
dan biri bu anlayışı formalaşdırmaq və mövcud davranış-
ları inkişaf etdirmək olmalıdır. Çünki bu kimi davranışlar 
ümumi olaraq müəssisənin səmərəli işinə təsir edir, məhsul 
və xidmətlərin keyfiyyətini artırır. 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin