185
Qeyd olunanlardan da göründüyü kimi, mobbinq işçinin
müsbət olmayan davranışını ifadə edir və mənfi nəticələ-
ri var. Müsbət olmayan davranışların məktəb təşkilatında
nümayiş etdirilməsi məktəbdə həm insan münasibətlərinə,
həm də tədrisin effektivliyi və idarəçilik prosesinə ciddi
zərər gətirə bilir. Məktəbdə mobbinq davranışları nüma-
yiş etdirən və mobbinqə məruz qalan işçilərin varlığı təhsil
müəssisəsi üçün təhlükə yarada və müəssisənin imicinə xələl
gətirə bilər. Ona görə də bir təhsil lideri olaraq məktəb di-
rektoru və ya direktor müavinləri rəhbərlik etdikləri mək-
təbdə personal arasındakı münasibətlərin keyfiyyətinə əhə-
miyyət verməli, mobbinq halı müşahidə olunduğu zaman
onun ortaya çıxmasına səbəb olan faktorları təhlil etməli,
yəni mobbinqin qaynağını tapmalı və onun aradan qaldı-
rılması üçün yaranma səbəblərinə uyğun olaraq tədbirlər
görməli, mobbinqə məruz qalan şəxsə dəstək olmalıdır.
Mobbinqə səbəb olan hallar aşkar edilməzsə və problem
həll edilməzsə, mövcud vəziyyət daha da kəskinləşə və təş-
kilatda böyük miqyaslı problemlərə səbəb ola bilər. Bu isə
həm məktəbin imici, həm tədris prosesinin keyfiyyəti baxı-
mından olduqca təhlükəli bir hal olaraq qiymətləndirilir.
Dostları ilə paylaş: