Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
48
MÖVZU 22
Şimali Azərbaycanda sovet rejiminin qurulması
.
Cumhuriyyətin süqutundan sonra Azərbaycan tarixinin sovet dövrü başlandı. 1920-ci il aprelin
28-də bolşeviklər ―müstəqil‖ Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR)
yaradıldığını elan etdilər.
Azərbaycanda bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi. Müvəqqəti İnqilab
Komitəsi
yeni höküməti, yəni Azərbaycan Xalq Komisarları Sovetini təşkil etdi. Sovetin sədri
N.Nərimanov oldu.
İnqilab Komitəsi ilk günlərdə polisi ləğv edərək qırmızı fəhlə-kəndli milisi yaratdı. 1920-ci il 3
may
tarixli dekretlə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı. Mayın 12-də Xalq
Məhkəməsi haqqında fərman verildi. Əksinqilaba və təxribatçılığa qarşı mübarizə məqsədilə Föqəladə
Komissiya və Ali İnqilabı Tribunal təsis edildi.
İnqilab Komitəsinin 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan,
kəndli, bəy, xan, knyaz) ləğv olundu. 1920-ci il 15 may tarixli dekretlə Xalq Maarif Komisarlığı
vicdan azadlığını bəyan etdi: dövlət və pullu məktəblərdə şəriət dərslərinin keçirilməsi,
hər cür dini
ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı.
İnqilab Komitəsinin 1920-ci il 5 may tarixli dekretinə görə,
bütün xan,bəy vəqf torpaqları
müsadirə edilərək ödənişsiz olaraq kəndlərin istifadəsinə verildi. Beləliklə, mülkədar torpaq sahibliyi
ləğv olundu. 15 may tarixli dekretlə Azərbaycan ərazisindəki müşələr, sular və yeraltı
sərvətlər
milliləşdirilərək dövlət mülkiyyətinə verildi. Torpağın milliləşdirilməsi nəticəsində Azərbaycan
kəndində kənd təsərrüfatı artelləri, kommunalar və sovxozlar meydana gəlid.
Kənddə sovet rejiminin bərqərar etmək üçün 1920-ci 23 sentyabr
tarixli fərmanla yoxsul
komitələri yaradıldı. Bu proses 1920-ci ilin sonunda başa çatdı 1921-ci ilin yayında qəzalarda atrıq
yoxsul komitələri kənd sovetləri ilə olundu.
1920-ci il mayin 7-də ordunun və donanmanın yenidən təşkili haqqında dekret verildi. Dekretə
görə, ordu və donanma Qırmızı ordunun tabeliyinə keçirdi. Bu isə Azərbaycan onsuz da formal olan
müsətqilliyinə zidd idi.
1920-ci il 24 may dekreti ilə neft sənayesinin milliləşdirilməsi nəticəsində bu sahəsə 272 xüsusi
firma ləğv edildi. Neft sənayesi üzrə mülliləşdirilmiş müəssisələri idarə etmək üçün Azərbaycan Neft
Komitəsi (sonralar ―Azneft‖) təşkil olundu. Onun başçısı İ.Lenin tərəfindən Bakıya gönrəlimiş
A.Serebrovski idi. Bununla da Azərbaycan nefti faktik olaraq Sovet Rusiyasının ixtiyarına keçdi.
1920-ci ilin iyunun əvəllərində Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında
dekret
verildi. Su nəqliyyatı idarəsi yaradıldı. İyunun 9-da banklar ,iyunun15-də balıq sənayesi milliləşdirildi.
Milliləşdirilmiş sənayeni idarə etmək üçün Azərbaycan Xalq təsərrüfatı Şurası (AXTŞ) yaradıldı.
1920-ci iin sonralarında başa çatdırılmış milliləşdirmə ümumən Azərbaycan iqtisadiyyatına ciddi zərbə
vurdu. 1921-ci ilin mayın 6-da Bakıda Azərbaycan SSR-in Sovetlər qurultayı toplandı. Qurultay mayın
19-da RSFSR konstitusiyası nümunəsində Azərbaycan SSR-in birinci konsititusiyasını qəbul etdi.
Konstitusiyaya görə ləğv edilən Azərbaycan İnqilab Komitəsinin yerinə ali icraedici
hakimiyyət orqanı – Azərbaycan SSR Xalq Komissraları Soveti yenidən təşkil edildi.
Onun sədri
N.Nərimanov oldu.
Dostları ilə paylaş: