Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
51
MÖVZU 23
Naxçıvan Muxtar Respublikası
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi
inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində hadisələri mürəkkəbləşdirən səbəblərdən biri də XIX əsrin
20-cı illərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və burada özlərinin bunları
ermənilərin xeyrinə həll etmək siyasəti aparıldı. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
Azərbaycana qarşı irəli sürülən əsassız torpaq iddiası bolşevik hakimiyyəti dövründə də davam
etdirilmişdir. Həmin illərdə Azərbaycan ilə Ermənistan arasında mübahisəli ərazilər, əsasən, Naxçıvan
və Dağlıq Qarabağ idi.
1918-ci il may ayında Azərbaycan torpağında yaradılan Ermənistan dövləti 9,8 min kv km
ərazidə yerləşmişdi. Bununla kifayətlənməyən Ermənistan Azərbaycanın 7,9 min kv km ərazisini də öz
ərazisinə qatmaq istəyirdi. Bu ərazilər içərisində Naxçıvan məsələsi xüsusilə qabardırıldı. Belə bir
uydurma
fikir irəli sürüldü ki, ―Naxçıvan və Şərursuz Ermənistan yaşayabilməz‖ Ermənilərin
xulyalarının gerçəkləşməsi üçün bir sıra dövlətlər ona siyası dəstək verməklə yanaşı, iqtisadı və hərbi
yardım da göstərirdilər. Azərbaycan Xalq Cumhuriyyətinin düşdüyü çətin vəziyyətlə əlaqədar o,
Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Bu vəziyyəti obyektiv qiymətləndirən Naxçıvan
əhalisi, yerli ziyalılar Müsəlman Milli Şurası bütün imkanları və qüvvələri ilə erməni daşnaklarına
qarşı inadla mübarizə aparırdı. Naxçıvan erməni işğalına düşməsinə imkan vermir,
hər vəchlə
Azərbaycanın tərkibində qalmağa çalışırdılar.
Ermənistanın daşnak rəhbərliyi isə Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən
istifadə edirdi. Ermənistan höküməti bildirdi ki, əgər Azərbaycan Şərur-Dərələyəz qəzasından və
Naxçıvan rayonundan imtina edərsə o da öz növbəsində, Qarabağ və Zəngəzurun Azərbaycana
birləşməsinə razılıq verər. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov bu təklifi rədd edərək
qədim Azərbaycan torpaqları olan Naxçıvan və Culfa ərazilərinin dərhal sovet qoşunları
tərəfindən
tutulmasını və Azərbaycana birləşdirməsini təkidlə tələb edirdi.
Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlandı və daşnaklara qarşı aparılan əməliyyatlar
nəticəsində 1920-cı il iyulun 28-də Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı
Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov,
Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və başqaları daxil oldular.
1920-ci il avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında müvəqqəti saziş bağlandı və
onun şərtlərinə görə, Şəruru – Dərələyəz qeyd-şərtsiz Ermənistana verildi. Qarabağ, Zəngəzur və
Naxçıvan isə yenə də ―mübahisəli vilayətlər‖ elan olunurdu. Bununla Rusiya Azərbaycan torpaqları
hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdürdü. N.Nərimanov Moskvaya göndərdiyi
teleqramlarda Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər mübahisəsiz sayılan
vilayətlərin indi
nədənsə mübahisəli sayılmasına qarşı ciddi etirazını bildirdi. 1920-ci il oktyabrın 28-də Sover Rusiyası
ilə daşnak Ermənistanı arasında başqa bir müqavilə imzalandı. Bu müqavilədə Azərbaycanın rəyi
nəzətə alınmadan Zəngəzur və Naxçıan Ermənistana güşəst edilirdi. Bolşevik Rusiyası bu yolla
Ermənistanda Sovet hakimiyyəti qurulması üçün zəmin hazırlamaq, ermənilərin rəğbətini qazanmaq
istəyirdi. Ermənistan SSR yaradıldıqdan sonra Azərbaycan ərazisinə iddialar daha da artdı. 1920 –ci il
noyabrın 30-da AK(b) MK Siyasi və təşkilat büroların birləşmiş iclasında N.Nərimanovun verdiyi
bəyanat və ertəsi gün qəzetlərdə onun saxtalaşdırılımış şəkildə dərc olunması erməni iddiaların daha da
artmasına səbəb oldu. N.Nərimanov Ermənistan SSR yaradılması münasibətilə təbrik göndərilməsini
təklif etmiş və demişdi ki, ―Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur.‖
Qərarda da N.Nərimanov çıxışında da 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun
elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı. Qəzetlərdə dərc olunmuş
bəyannaməyə aşağıdakı fikri əlavə edilmişdi. ―Zəngəzur və Naxçıvan qəzalarının
ərazisi sovet
Ermənistanının ayrılmaz ərazisidir‖. Bu sözlər, ola bilsin, diplomatik mülahizələrə görə,
Q,Orconikidze, S,Kirov və onların həmfikirləri tərəfindən ora daxil edilmişdi. Həmin fikir ermənilərin
yeni addımlar atmasına təkan verdi və dekabrın 25-də onlar Zəngəzurda ―Azad Sünik höküməti‖ təşkil