Fənn: Azərbaycan tarixi
Şöbə: “Tibb bacısı işi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
50
Qafqaz və Zaqatala üsyanları
.
Sovet rejiminə qarşı Qarabağ üsyanı 1920-ci il iyunun əvvəlində başlandı. Qarabağ üsyanına
özünü ―Qarabağın hakimi‖ elan etmiş Osmanlı generalı Nuru paşa başçılıq edirdi. Üsyanın başlıca
qüvvəsini Milli ordunun Şəki, Cavanşir və Ağdamda yerləşən suvarı alayları. Bakı piyada alayı və iki
topçu diviziyası təşkil edirdi.
Qarabağda ilk toqquşma XI Ordu ilə Şəki alayı arasında oldu. Milli ordu itki verdi. Ehsan xan
Naxçıvanski ələ keçirilib güllələndi. İyunun 10-da XI Qırmızı ordu hücuma keçdi. Bolşeviklər Bərdəni
top atəşinə tutdular, üsyançılar şəhəri tərk etdilər. İyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi
15-də Şuşa XI Qırmızıordu hissələri tərəfindən zəbt olundu. Ermənilər də XI qırmızı ordu tərəfində
çıxış edirdilər. Yerli əhaliyə amansız divan tutuldu.
1920-ci ilin iyunun 6-da sovet rejiminə qarşı Zaqatala üsyanı başladı,
Gəncə və Qarabağ
üsyanlarından fərqli olaraq Zaqatala üsyanı başladı. Gəncə və Qarabağ üsyanlarından fərqli olaraq
Zaqatala üsyanında
əsas qüvvəni hərbiçilər deyil, dinc əhalidən ibarət müqavimət dəstələri təşkil
edirdi. Zaqatala tutulandan sonra üsyançılara bu bölgədə yerləşən
milli ordunun hərbçiləri də
qoşulmuşdu. Üsyana Cumhuriyyətin tanınmış xadimi, peşəkar hərbçi Əhmədiyev və Molla Hafiz
Əfəndi başçılıq edidilər.
Üsyançılar iyunun 7-də Qaxı, iyunun 9-da Zaqatala qalasını tutdular. Lakin iyunun 16-da əks
hücuma keçən XI Qırmızı ordu
milli qüvvələri məğlub edib, iyunun 18-də Zaqatalanı işğal etdi.
Üsyançıların sağ qalan hissəsi Gürcüstan ərazisində sığınacaq tapdı.
1920-ci ilin avqustunda quba qəzasında (Dəvəçi və Qusar dairələrində) Həmdulla Əfəndinin və
Mayılın başçılığı ilə kəndli çıxışları baş verdi.
Lənkəran qəzasında müqavimət hərəkatı daha çox çəkdi. Hərəkat 1920-ci ilin mayından 1921-
ci ilin payızınadək davam etdi.
Ümumiyyətlə, 1924-cü ilə kimi Cavanşir qəzasında, Qəbələdə, Xaçmazda, Naxçıvanın
Ordubad və Şərur qəzalarında sovet rejiminə qarşı 60-dan çox çıxış olmuşdu.
Rejimdən narazılıq Bakıda da özünü gösətrirdi. Gizli fəaliyyət keçmiş İttihad Partiyası ―Vətən
və ölüm‖ qrupunu yaratmışdı.
Müsavat Partiyası da fəaliyyətini gücləndirmişdi. Müsavat partiyası ―İstiqlal‖
qəzetini nəşr
edərək yayırdı.
İngiltirənin ―Maiten‖ qazeti 1921-ci il oktyabrın 7-də Azərbaycandakı üsyanlar bəradə məlumat
dərc etmişdi.
Dostları ilə paylaş: