Metal və Ərintilər Metalların klassifikasiyası



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   2   3   4   5   6   7   8   9   ...   23
Maşınşünaslıq (Mühazirələr)

Ərintilərin alınması əridilmiş metalların bir-birində həll olması prosesinə 
əsaslanır. Əridilmiş metallarda həm də bəzi qeyri-metallar həll ola bilər. Məsələn, 
əridilmiş dəmirdə karbon və silisium həll olur. Soyudulduqda asan əriyən, 


odadavamlı, turşuyadavamlı və i.a. lazımi xasssələrə malik olan ərintilər alınır. 
Ərintilər tərkibinə və quruluşuna görə fərqləndirilir. 
1. Ərintilər soyudulduqda eyni cinsli kristallar əmələ gəlir. Onların kristal 
qəfəslərinin düyünlərində müxtəlif metalların atomları yerləşir. Bu halda 
bərk məhlullar alınır. 
2. Ərinmiş kütlə soyudulduqda ayrı-ayrı metalların kiçik kristalları ayrılır. Bu 
halda alınan ərinti metalların mexaniki qarışığından ibarət olur və bərk 
məhlul əmələ gəlmir. 
3. Metallar qarşılıqlı həll olduqda onların atomları öz aralarında reaksiyaya 
girərək, intermetallik adlanan birləşmə əmələ gətirir. Ərinmiş metallarda 
qeyri-metallar həll olduqda da kimyəvi proseslər gedə bilər. İntermetallik 
birləşmələr - metallar bir-birində həll olduqda onların atomlarnın öz 
aralarında reaksiyaya daxil olaraq əmələ gətirdiyi birləşmələrdir. Beləliklə, 
bürüncdə CuZn, CuZn
3
, Cu
3
Zn
2
tərkibli birləşmələr, çuqunda isə Fe
3

birləşməsi əmələ gəlir. Bu birləşmələr valentlik qanununa tabe olmur. 
Ərinmiş halda metalların nəinki mexaniki qarışması, həm də öz aralarında qeyri-
metalların atomları ilə müxtəlif birləşmələr əmələ gətirməsi qabiliyyəti ərintilərin 
fiziki xassələrinə görə, onları təşkil edən metalların fiziki xassələrindən kəskin 
şəkildə fərqlənməsinə səbəb olur. Ərintinin alınmasının əsas üsullarından biri 
ərinmiş metalların bir-birində həll olması qabiliyyətinə əsaslanır. Soyudulduqda 
qabaqcadan gözlənilən xassələrə malik asanəriyən, istiyədavamlı, turşuyadavamlı 
və s. ərintilər əmələ gəlir. Ərintilərin, öz tərkiblərindəki ayrı-ayrı metallara 
nisbətən möhkəmliyi daha yüksək, ərimə temperaturu daha aşağı olur. Metallar 
üçün xarakterik olan xasəələrə malik iki və ya daha çox metaldan, ya da metaldan 
və qeyri-metaldan ibarət sistemlərə ərintilər deyilir. 
Təsnifatı 
1. Komponentlərin sayı (ikiqat, üçqat və s) 
2. Quruluşu (homogen və heterogen) 
3. Xarakterik xassələri(çətinəriyən, asanəriyən,istiyədavamlı, bərk, korroziyaya 
davamlı və s) 
4. Emal texnologiyası (tökmə və formasını dəyişən, döyülməyə ştamplanmaya, 
yayılmağa, preslənməyə və s. növ emala məruz qalanlar):
[1]
 

Ərintinin əsasını təşkil edən metala görə (qara, əlvan, nadir və s.) 

Yüngül ərintilərin əsas komponenti alüminium və maqneziumdur. 

Qara ərintilərin əsas komponeneti dəmirdir. 

Əlvan ərintilərin əsas komponenti misdir. 

Asanəriyən ərintilərin əsas komponenti bismut, qalay və qurğuşundur.Nəcib və 
nadir ərintilərin əsas komponenti gümüş, qızıl və platindir. 

Ən geniş yayılmış ərintilərdən olan polada müxtəlif legirləyici elementlər 
müxtəlif xassələr verir. Məsələn, 



Cr - bərklik və korroziyaya davamlılıq 

Si - turşuların təsirinə qarşı davamlılıq 

W - bərklik və istiyə qarşı möhkəmlik 

Ti - istiyə davamlılıq, mexaniki möhkəmlik, korroziyaya davamlılıq. 
[2]
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin