4. Qoruyucu qaz
5. Köməkçi material
6. Tikiş
7. Əsas material
Bu adın digər istifadə formaları üçün, bax: Qaynaq.
Qaynaq — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya
təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji üsuldur.
Qaynaq üsulları çox vaxt metallarda tətbiq olunsa da, şüşə və termoplastik
materialların birləşdirilməsində də u üsuldan geniş istifadə olunur. Qaynaq
növündən asılı olaraq birləşmə ya tikiş xətti, sahə və ya nöqtədə həyata keçirilir.
Qaynaq üçün lazım olan enerji xaricdən daxil edilir. Qaynaq zamanı əksər hallarda
yerli əritmə prosesi baş verir. Qaynaqdan və tikiş soyuduqdan sonra ixtiyar
materialda müəyyən dəyişikliklər baş verə bilər. Bu mənfi təsir material seçimi,
ətraf mühit və üsulla aradan qaldırıla bilər.
Poladlarda möhkəm birləşmə əldə etmək üçün onun tərkibində karbonun miqdarı
0,22%-i keçməməlidir. Yüksək mökəmliyə malik poladlarda isə qaynaqdan öncə
müəyyən hazırlıq işlərinin aparılması vacibdir. Buraya qızdırma, termiki emal və s.
daxildir.
Qaynaq üsulunun aşağıdakı növləri vardır.
Alovla qaynaq
Qazla qaynaq
Qövs qaynağı
Müqavimət qaynağı
Döymə ilə qaynaq
Sürtünmə ilə qaynaq
Şlak altında qaynaq
Lazerlə qaynaq
Plazma qaynağı
Elektronşüa ilə qaynaq
Dostları ilə paylaş: