Metal və Ərintilər Metalların klassifikasiyası


Daxili yanma mühərrikləri haqqında əsas anlayışlar



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   15   16   17   18   19   20   21   22   23
Maşınşünaslıq (Mühazirələr)

 
Daxili yanma mühərrikləri haqqında əsas anlayışlar 
Daxili yanma mühərriki porşenli mühərrik olub yanacaq işçi silindirdə yanır.Bu 
mühərrikdə işçi tsikli aşağıdakı kimi olur.Silindirdə işçi qarışıq verilir,bu qarışıq 
porşenlə sıxılır və sıxxılmanın axırında alışma baş verir ki,nəticədə təzyiq artması 
və yanmış məhsulun həcminin genişlənməsi prosesi gedir.Qazların genişlənməsi 
nəticəsində porşenin və daha sonra balın hərəkəti baş verir.Yanma prosesindən 
sonra yanma məhsulları silindirdən xaric edilir və onun yeni yancaqla təmin 
olunması ilə işçi tsikli başa çatır. 
Yanma məhsullarının silindirdən xaric edilməsi və onun yeni yanacağla dolma 
prosesi müxtəlif şəkildə ola bilər.Bundan asılı olaraq qeyd edilən mühərriklər iki 
sinnfə ayrılır.ikitaktlı və dördtaktlı mühərriklər. 
Birinci sinif mühərriklərdə yuxarıda göstərilən öroseslər valın bir dövrü 
ərzində,yəni porşenin iki gedişində başa çatır.Dördtaktlı mühərriklərdə işçi tsikli 
valın iki dövrü və ya porşenin dörd gedişi ərzində yerinə yetirilir.Dördtaktlı iş 
üsulu ilə işləyən mühərrik ilk dəfə 1862-ci ildə mühəndis Bode Roşa tərəfindən 
təklif edilmiş və 1878-ci ildə Otto tərəfindən qurulmuşdur.1881-ci ildən ikitaktlı iş 
üsulu tətbiq edilməyə başlanmışdır. 
İlk mühərriklər qazvari yanacaqla işləyirdi.Sonralar maye yanacaqdan istifadə 
edilmişdir. 
İlk benzinlə işləyən karburatorlu rus gəmi kapitanı İ.S.Kostoviç tərəfindən 1879-cu 
ildə təklif olunmuşdur.19-cu əsrin axırında sıxma dərəcəli özüalışma ilə işləyən 
mühərrik R.Dizel tərəfindən yaradılmışdır.1903-cü ildə ölkəmizin zavodlarında ilk 
gəmi dizel mühərrikləri yaradılmışdır. 


Daxili yanma mühərriklərinin nəzəri tsiklləri 
Sıxılma və genişlənmə prossesləri adiabatik prosses kimi qəbul edilir. 
1-ci şəkildə istiliyin izoxor (qazın halı dəyişmədən) verilməsi tsiklinin 
diaqrami verilir. 
1‒nöqtəsi qazın ətraf mühitdəki halına, 1‒2 adiabatik sıxılmaya, 2‒3 istiliyin 
izoxor verilməsinə, 3‒4 adiabatik genişlənməyə, 4‒1 istiliyin izoxor xaric 
edilməsinə uyğun götürülür. Istiliyin izoxor verilməsi, mühərrikdə hazır yanacağın 
ani yanmasına uyğun olur. Ѵ

porşenlə cızılan və ya silindirin işçi həcimini Ѵ

– 
ilə sıxılma sahəsini işarə edək. İndidə istiliyin izoxor verilməsində tsiklin termiki 
faydalı iş əmsalına baxaq.Sıxılma prosesinin əvvəlində qazın həcmini Ѵ
1
,sonunda 
isə Ѵ
2
işarə edək onda , 
1

s+
Ѵ
n
Ѵ
2=
Ѵ
s
Gösdərilən ifadələrin nisbətinə sıxma dərəcəsi diyilir və Ɛ hərifi ilə işarə edilir. 
Ɛ=
Hər bir dairəvi prossin termiki F.İ.Ə
Ŋ

=1-
Ilə hesablanır.Burada q
1
və q

verilmiş və alınmış istilik miqdarıdır .kkal /kQ 
baxılan proses üçün verilən və alınana istilik v=const olduqda
q
1=
s
v
(T

– T
2
); q
2=
s
v
(T

– T
1
); 
olar.2-3 və 4-1 prosesində istilik turumunu s
v
qabul edərək q
1 və
q

qiymətlərini (3)-
də yerinə yazaq: 
Daxili yanma mühərriklərinin təsnifatı. 
Mövcüd olan daxili yanma mühərrikləri aşağıda qeyd edilən əlamətlərə görə bir 
neçə yerə bölünür.
Sıxma dərəcəsi Mühərriklər kiçik (
və böyük sıxma dərəcəsi 
(
) olan iki qrupa ayrılır. 
Yanacağın yanma xarakteri . Mühərriklər , tez yanma , tədricən yanma və qarışıq 
yanma olmaqla üç növdə olur. Tez yanma aşağı sıxma dərəcəli mühərriklər 
tədricən və qarışıq yanma isə yüksək sıxma dərəcəli mühərriklər üçün 
xarakterikdir. 
Yanacağın növləri. Bu əlamətlərə görə ağır, yüngül maye yanacaqlı və qaz 
mühərrikləri vardır.Qaz mühərrikləri domna , kenerator, koks, təbii və başqa 
qazlarla işləyir.
Qarışıq hazırlanma üsülü. Yanacağın mühərrikin silindirində daha tam yanması
üçün yanacaq qarışıq şəkildə hazırlanmalıdır, yəni yanacağın hava ilə lazımi
qarışıqlı olmalıdır. Qarışığın kəmiyyətcə tərkibi hava artığı əmsalı ilə 
xarakterizə edilir. Qaz mühərriklərində qazvari yanacağın hava ilə qarışması
qazqarışdırıcıda həyata keçirilir. Yanacaq qarışığı , maye yanacağın buxarları ilə 
havanın xüsüsi karburator adlanan cihazda qarışması nəticəsində əmələ gəlir.
Yanacağın alışma üsülü. Qaz və aşağı sıxma dərəcəli yüngül maye yanacaqlı
mühərriklərdə alışma üçün elektrik qığılcımından istifadə edilir. Aşağı sıxma 
dərəcəli ağır maye yanacaqla işləyən kalorizator mühərriklərində bu məqsədlə


atəşli kürə kalorizator tətbiq edilir. Yüksək sıxma dərəcəli mühərrikdə yanacağın 
özü alışmasından istifadə edilir 
Taktların sayı. Mühərriklər taktların sayına görə ikitaktlı və dördtaktlı olur. 
Mühərriklərin işçi silindirlərinin sayı. Bu əlamətə görə mühərriklər bir və 
çoxsilindirli olur. 
Silindirlərin qoyulmasına görə . Silindirlər mühərriklərdə üfüqi ,şaqüli, V və 
ulduzvari şəkildə qoyulur. 
Xidmətinə görə. Bu məqsədlə mühərriklər stasionar və nəqliyyat mühərriklərinə 
bölünür.

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin