effektə malik olmamasıdır. Ona görə də, bu əyləclər tətbiq edilən maşınlarda əlavə
olaraq aşağı təzyiq ilə işləyən sistemdən istifadə edilir. Onlar əsasən qabaq
təkərlərdə tətbiq tapırlar. Diskli əyləclərdə sıxıcı qüvvənin yaradılması üsuluna
görə hidravlik sistemlə bərabər yayla işləyən diskli əyləclər də mövcuddur. Yaylı
diskli əyləc üfüqi və şaquli vəziyyətdə hərəkətləri saxlamaq üçün tətbiq edilir.
Əsas tətbiq sahəsi maşınqayırma, külək dəyirmanları, nəqledicilərdir. Onlar böyük
fırlanma momenti üçün nəzərdə tutulur və yüksək istilikötürmə qabiliyyətinə görə
daha davamlıdırlar.
Barabanlı əyləc avtomobillər üçün nəzərdə tutulmuş sürtünmə əyləcidir. O, xarici
baraban, daxildən təsir edəbilən iki əyləc dodaqları və dodaqları barbanın
divarlarına sıxmaq üçün hidravlik silindrdən ibarətdir. Dodaqlar barabanın divarına
hidravlik olaraq sıxıldıqda yaranan sürtünmə qüvvəsi hərəkəti ləngidir və ya
dayandırır. Təzyiq götürüldükdə isə yaylar dodaqları geriyə çəkir və barabanın
xarici fırlanan hissəsini sərbəst buraxır. Barabanlı əyləclərin üstün cəhəti ondan
ibarətdir ki, qapalı sistemdə işləyən baraban əyləclər xarici mühitin təsirindən
(məsələn: su, duz, toz) daha yaxşı qorunur. Buna görə də, təmir intervalı disk
əyləclərinə nisbətən çox böyükdür. Çatışmayan cəhəti ondan ibarətdir ki, fasiləsiz
işlədikdə qızır və nəticədə əyləc qatı yeyilir, baraban istidən deformasiya edərək öz
formasını itirir və dodaqlar səthə düzgün sıxılmır.
Lentli əyləc də sürtünmə ilə işləyən əyləc olub, başqalarından fərqi ondadır ki,
burada barabanın xaricinə lent dolamaqla sürtünmə yaradılır. Bu üsul texnikada
çox az tətbiq olunur. Əsas tətbiq sahəsi kranlardır.
Dostları ilə paylaş: