parçalanma zənciri yaradılır. Nüvə stansiyanın daxili quruluşuna baxdıqda görərik
ki, uranın parçalanması nəticəsində yaranan enerji su buxarının çox yüksək
temperatura qədər isidilməsini təmin edir. Yüksək temperaturlu bu buxar, elektrik
generatoruna bağlı olan turbinlərə (içərisində buxar, qaz və ya axar suyun enerjisi
mexaniki qüvvəyə çevrilən mühərrik) verilir. Turbin divarlarına çırpılan yüksək
enerjili buxar, məlum olduğu şəkildə turbin vallarını çevirir və generatorun elektrik
enerjisi istehsalını təmin edir. Generatorda yaranan elektrik isə kabellər vasitəsiylə
istifadə ediləcəyi yerə göndərilir. Turbindən çıxan təzyiq və istiliyi azalmış buxar
təkrar istifadə üçün sıxlaşdırıcıya ötürülür, su halına gəldikdən sonra təkrar
parçalanma ilə yaranacaq enerji ilə isidilib buxar halına gətirilir və dövr davam
edir.
Nüvə stansiyalarının problemləri nələrdir?
Yaxşı tikilmiş nüvə stansiya elektrik istehsalında əhəmiyyətli üstünlüklərə
malikdir. Daş kömür istifadə edən elektrik stansiyaları ilə müqayisə etdikdə daha
təmizdir və atmosferə daha az radioaktiv tullantı buraxır. Daş kömürdən atmosferə
atılan tonlarla karbon, kükürd və digər elementlər, yaxşı işləyən nüvə stansiyasına
nisbətdə daha çox çirkləndirici təsir yaradır. Bu baxımdan enerji istehsalında nüvə
enerjisi son dərəcə təmiz olaraq xarakterizə edilir. Amma buna baxmayaraq, bəzi
problemlər də mövcuddur.
Dostları ilə paylaş: