alət ya əvvəlcədən dişin formasına malik olur, ya da xüsusi proqramların
köməyi ilə dişin profili boyunca hərəkət etdirilərək diş emal olunur. Bu
işlə maşınqayırma texnoloqları məşğul olurlar.
Sonsuzvint ötürməsi
Özü əyləclənən sonsuzvint ötürməsi
İşləmə prinsipi
Sonsuzvint ötürməsi oxları çarpaz yerləşmiş sonsuzvint və ona uyğun olan dişli
çarxdan ibarətdir. Sonsuzvintin profili boltun həndəsəsinə oxşayır. Çox vaxt
sonsuzvint aparan, sonsuzvint dişli çarxı isə aparılan olur. İlişmə zamanı güc
sonsuzvint çarxın dişlərini qismən əhatə etməklə ötürülür. Sonsuzvint və çarx
arasında toxunma xətt üzrə baş verdiyindən böyük güc ötürmək mümkün olur. Bu
ötürmə adilərə nisbətən daha dəqiq, səlis və titrəyişsiz işləyir. Dişlərin ilişməsində
yaranan yüksək sürtünməsəthi aşağı faydalı iş əmsalına səbəb olur. Sonsuzvintin
yoxuş bucağı artdıqaca bu əmsal 65-95 % arasında yerləşir. Sonsuzvint
ötürməsində bir pillədə 1...1000 arasında ötürmə nisbəti almaq olur. Praktikada isə
əlverişli ötümə nisbəti 10.....80 arasında götürülür. Sonsuzvint formasına görə
silindrik və holoboid olur. Dişlərin profilinə görə trapesiya və arximed spiralına
uyğun hazırlanırlar. Standarta görə Arximed sonsuzvintli ötürmələr ZA, evolvent
Z1, konvolyut sonsuzvintlər isə ZN1 və ZN2 ilə işarə edilir.
Sonsuzvint ötürməsinin çatışmayan cəhətləri ondan ibarətdir ki, ilişmə zamanı
yüksək sürtünmə yaranır, əlvan materialların tətbiqi tələb olunur, oxboyu yaranan
yüksək qüvvə yastıqların sərt oturdulmasını tələb edir, istismar xərcləri böyükdür.
Dostları ilə paylaş: