Yükqaldırıcı
Nəqledici
Nəqliyyat
və s.
EHM
və s.
və s.
3
Maşınların bu cür klassifikasiya olunması müəyyən qədər şərtidir. Elə maşınlar
vardır ki, onları eyni zamanda iki müxtəlif sinifə aid etmək olar. Müasir maşınlar
əsasən üç tərkib hissədən ibarət olur: mühərrik, işçi maşın və ötürmə
mexanizmləri.
Bundan başqa maşınların əlavə olaraq idarəetmə və tənzimlənmə orqanları da olur.
Bütün maşın və mexanizmlər təyinatına görə, istifadə sahəsinə görə, idarə
olunma üsuluna görə, intiqalın növünə görə, operatorun yerləşməsinə görə də
qruplara bölünür. Maşınları xarakterizə edən parametrlər
ümumi və spesifik
olmaqla
iki qrupa bölünür.
Ümumi parametrlər dedikdə aşağıdakılar başa düşülür:
məhsuldarlıq, güc, f.i.ə., işçi orqanın hərəkət sürəti, kütlə, qabarit ölçülər və s. Bu
ümumi parametrlər bütün maşınlara aiddir.
Spesifik parametrlər yalnız müəyyən
növ
maşınlara aiddir. Məsələn, yükqaldırma maşınları üçün yükün qalxma hündürlüyü
və
yükgötürmə qabiliyyəti; su nasosları üçün suyun qalxma hündürlüyü və ya sorma
dərinliyi; kompressorlar üçün havanın təzyiqi və s.
Dostları ilə paylaş: