Materiallar müqaviməti
Materiallar müqaviməti müxtəlif konstruksiya hissələrinin möhkəmliyə, sərtliyə və
dayanıqlığa hesablama üsullarından bəhs edən elmdir.
Bu fənnin əsası XVII əsrdə Q.Qalileyin tədqiqatları əsasında qoyulmuşdur.
Sonradan bu elmin əsaslı inkişafına Hukun, Bernullinin, Sen-Venanın, Koşinin,
Lamyenin və s. tədqiqatları böyük təsir göstərmişdir.
XVIII əsrdə Eylerin, XIX əsrdə Juravskinin, Yasinskinin, Qolovinin …
araşdırmalarını xüsusi qeyd etmək lazımdır.
Sovet hakimiyyəti illərində Materiallar müqaviməti fənni başqa elmlərlə əlaqəli
şəkildə böyük inkişaf yolu keçmişdir.
Qəbul edilən fərziyyələr
Material müqaviməti fənnində baxılan məsələlərin mürəkkəbliyi böyük
olduğundan hesablamaların sadələşdirilməsi məqsədi ilə materialların xassələri,
yüklər və yüklərlə hissələr arasındakı qarşılıqlı əlaqələrə aid müəyyən fərziyyələr
qəbul edilmişdir.
1-ci fərziyyə. Materialın kəsilməzliyi fərziyyəsi. Bu fərziyyə hesablamalarda
kəsilməz funksiyalardan istifadə etməyə imkan verir.
2-ci fərziyyə. Materialın bircinsliyi fərziyyəsi. Bu fərziyyəyə görə material bütün
nöqtələrdə eyni xassəyə malikdir.
3-cü fərziyyə. Materialın izotropluğu fərziyyəsi. Bu fərziyyəyə görə material bütün
istiqamətlərdə eyni xassəyə malikdir.
4-cü fərziyyə. Xarici qüvvələrin təsirinə qədər cisimdə daxili qüvvələrin olması
fərziyyəsi. Bu fərziyyə əslində heç bir material üçün tam ödənilmir.
5-ci fərziyyə. Qüvvələrin təsirinin biri-birindən asılı olmaması fərziyyəsi.
Qüvvələr sisteminin təsiri, bu sistemə daxil olan qüvvələrin təsir ardıcıllığından
asılı deyil. 3
|