Metal və Ərintilər Metalların klassifikasiyası


Seqmentşəkilli işgil birləşməsi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
Maşınşünaslıq (Mühazirələr)

Seqmentşəkilli işgil birləşməsi
Kiçik diametrli vallarda (d<44 mm) seqmentşəkilli işgillərdən istifadə olunur. 
Pazvari işgil birləşməsi
Bütün pazvari işgillər 1:100 mailliyi ilə hazırlanır. Bunlar bir ucuna çəkiclə 
vurmaqla yuvaya oturdulur. Onda işgilin alt üzü vala, üst üzü çarxın topuna 
söykənir. Yığma zamanı işgilin alt və üst səthlərində başlanğıc oturtma gərginliyi 
yaranır. 
Şlis birləşməsi 


 
Şlis birləşməli val və oymaq. 
 
Şlis birləməli val və oymağın müvafiq kəsiklərə uyğun profilləri. 
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış 
oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə 
ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. 
Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın 
diametrindən asılı olaraq Standara uyğun seçilirlər. 
Dişlərinin profilinin formasından asılı olaraq şlislər: 

düzbucaq profilli; 

evolvent profilli; 

üçbucaq profilli. 
olurlar.
Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın 
deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır. 
Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir: 

yan səthinə görə; 



daxili diametrinə görə; 

xarici diametrinə görə. 
Deformasiyalar 
 
Qüvvə ilə deformasiya arasındakı asılılığı göstərən diaqram 
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və 
daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. Deformasiya 
bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canl 
orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, 
qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə 
cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, 
hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. 
Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, 
maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin 
nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: 

Plastiki deformasiya 

Elastiki deformasiya 

Elastiko-plastik 
Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər 
itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər 
deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə 
təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün 
həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki 
xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki 
xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət 
qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi 
(elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik 
deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya 
deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin