Metal və Ərintilər Metalların klassifikasiyası


Deformasiyanın ən sadə formaları aşağıdakılardır



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix12.05.2023
ölçüsü0,92 Mb.
#111926
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
Maşınşünaslıq (Mühazirələr)

Deformasiyanın ən sadə formaları aşağıdakılardır: 

Darıltma, 

Sıxılma, 

Sürüşmə, 



Əyilmə, 

Burulma 
Deformasiyanın miqdarı xarakteristikası maddənin termomexaniki xassələrini 
təsvir edən tənliklərə və maye, qaz axınlarının, konstruksiyalarının möhkəmlik 
parametrlərinin və təzyiqlə işlənmə texnoloji proseslərin hesablanmasına və s. 
daxildir. Cismin istənilən iki elementinin (məsələn, cisimdən fikrən kəsilmiş 
kubiklərin) forma və ölçülərinin dəyişməsi eyni olanda deformasiya daha asan 
təsvir olur. Məsələn, cismin hərtərəfli bərabər sıxılması zamanı meydana çıxan 
hidrostatik deformasiyada onun istənilən elementinin xətti ölçüləri eyni tərtibdə 
kiçilir, yəni cismin deformasiyası cismin hissəsinin və cismin bütövlükdə nisbi 
dəyişməsi ilə təyin olunur. Bir sıra digər hallarda cismin müxtəlif elementlərinin 
deformasiyası eyni olmur, lakin onun bütövlükdə deformasiya nğvünü müəyyən 
edən deformasiyasını seçmək olar. Beləliklə, milin burulması zamanı iki eninə 
kəsiyin qarşılıqlı dönməsi, tirin əyilməsi zamanı-bükülmüş oxun əyriliyi xarakterik 
deformasiyadır. Bu cəm deformasiya cəm elementləri çoxluğunun 
deformasiyalarının qeyri-bircins deformasiya sahələri ilə törəyir. İxtiyari formalı 
cismin deformasiyasını təsvir etmək üçün hər hansı bir nöqtənin sonsuz kiçik 
ətrafının deformasiyasının miqdarı ölçüsü daxil edilir. Hesab edilir ki, əgər baxılan 
nöqtəyə daxil olan saysız elementar (sonsuz kiçik) liflər çoxluğunun nisbi 
uzunluqları və onlar arasındakı bucaqların dəyişməsi məlumdursa, onda həmin 
nöqtə ətrafının deformasiyası təyin olunmuşdur. Əgər nisbi uzanma və sürüşmə 
vahiddən çox-çox kiçikdirsə, onda deformasiya kiçik adlanır. Deformasiyanın 
(mexaniki, elektrik, maqnit və s.) ölçülməsi cismin müəyyən olunmuş nöqtələri 
arasındakı məsafələrin düzünə və dolayı və ya deformasiya ilə yaranan effektlərin 
(optik,pyezoelektrik və s.) ölçülməsinə əsaslanır. 
Deformasiyanı ölçmək mexaniki xassələrin tədqiqi üçün aparılan sınaq zamanı, ya 
da gərginliyin xarakterini müəyyən etmək üçün tiklilərin tədqiqi zamanı aparılır. 
Sərt deformasiyalar çox kiçik olurlar, ona görə də, onların ölçülməsi yüksək 
dəqiqlik tələb edir. Ən geniş yayılmış üsul tenzometrlərin köməyi ilə ölçmədir. 
Bundan əlavə, polyar-optik üsul, rentgen analizi, müqavimət datçiklərdən də 
istifadə edilir. Plastiki deformasiyaları müşahidə etmək üçün hissənin üzərinə 
xüsusi rəng çəkilir və orada dəyişmə sonra ölçülür. 
Ən elementar deformasiya verilmiş elementin uzanmasıdır: 
burada l1 - elementin deformasiyadan sonrakı uzunluğu, 
l - bu elementin ilkin uzunluğudur. 
Praktikada çox vaxt deformasiyalar kiçik olurlar, belə ki, e << 1. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin