Termiki emal - metal və onun xəlitələrinin müəyyən temperatura qədər qızdırıb və
soyutmaqla onun daxilində baş verən struktur dəyişikliyinin köməyi ilə
məqəsdyönlü mexaniki xassələrin əldə edilməsinə xidmət edən üsuldur. Metalın
mexaniki emal prosesində istiliyin təsirindən yaranan struktur dəyişikliyi buraya
aid edilmir, çünki bu halda termiki proses məqsədyönlü baş vermir.
Termiki sobada metal
Maşınqayırmada termiki emal metal, əsasən isə dəmir tərkibli hissələrin mexaniki
xassələrini yaxşılaşdırmaq məqsədi ilə geniş tətbiq olunur. Metal hissələrinin
müxtəlif parametrlərdə qızdırıb-soyutduqda onun daxilində istənilən xasəəyə malik
və dispersiyalı fazaların yaranması və sonrakı mərhələlərdə saxlanması məqsəd
kimi qoyulur. Termiki emal üsulunun tətbiqi ilə ucuz, aşağı xassəli metalın
göstəricilərini əsaslı şəkildə artırmaq mümkündür. Poladların xassələri onun
tərkibindəki legirləyici elementlərlə müəyyən olunsa da, bu elementlərin təsiri
yalnız termiki emaldan sonra özünü açıq şəkildə büruzə verir. Termiki emal
prosesinin əsas parametrləri maksimal qızdırma müddəti (tmax), həmin
temperaturda saxlama müddəti (ts), qızma və soyuma müddətləri (tq, tsoy),
həmçinin bu mərhələlərdə mövcud olan sürətlərdir (Vq, Vsoy).
Termiki emalın aşağıdakı əsas növləri mövcuddur:
Yumşaltma ilkin emaldan sonra qeyri-müvaiznət struktura malik metalı
qızıdırmaqla müvazinət struktura gətirməyə xidmət edən termiki emal
prosesidir.
Tablama metalı faza çevrilməsi temperaturundan yuxarı temperaturuna qədər
qızdıraraq, sürətlə soyutma nəticəsində onun daxilində qeyri-müvazinətli
strukturun əldə olunması üçün tətbiq olunan termiki emal prosesidir.
Tabəksiltmə tablanmış metalı faza çevrilməsi temperaturundan aşağı
temperatura qədər qızıdırmaqla daha dayanıqlı hala gətirmək üçün tətbiq olunur
.
Kimyəvi termiki emal maşın hissələrinin səthlərinə kimyəvi elementlərlə təsir
etməklə onun xassələrini üst qatında yaxşılaşdırmaq məqsədilə aparılan
prosesdir.
Termomexaniki termiki emal deformasiya və struktur çevrilməsini özündə
birləşdirən proseslərin birgə təsiri sayəsində hissənin mexaniki xassələri
yaxşılaşdırılır.
Termiki emal prosesini aparmaq üçün xüsusi soba və su çənlərindən istifadə
olunur.