Tökmə istehsalı haqqında məlumat Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma
qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır.
Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca
malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir.
Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan
töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə
üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal
olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad
istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan
yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə
edilə bilir. Bu üsul bərkimə proseininə görə yuxarıdan tökməyə nisbətən daha
yaxşı səthi parametrlərə malik töküklər verir.
Hal hazırda yarımfabrikat metal töküklərin hazırlanması üçün ən geniş yayılmış
fasiləsiz tökmə üsuludur. Çubuq şəklində tökülən materialı nəzəri cəhətdən sonsuz
uzunluqda almaq olur. Böyük uzunluqda çubuğu almaq üçün prosesi yuxarıdan
aşağıya yox, maili şəkildə yerinə yetirirlər. Çünki birinci halda tökmə istehsalı
yerləşən binanın hündürlüyü çox olar və əməliyyatı əlverişsiz edər. Ona görə də
müasir fasiləsiz tökmə qurğularının yalnız bir hissəsi şaquli olur, yerdə qalan hissə
isə qövs üzrə yerləşir. Tökmə zamanı maye metal kokilə daxil olduqda soyuma
nəticəsində onun xaricində bərkimiş metaldan qabıq yaranır. Metal daimi
hərəkətdə olduğundan soyuma müddəti kiçik olur və metal ilkin zonanı üzü
bərkimiş şəkildə tərk edir. Sonrakı bərkimə diyircəklər arasında hərəkət zamanı baş
verir. Alınmış metal çubuq lazım olan uzunluqda doğranır. Çoxlu sayda
diyircəklərə malik müasir qurğularda diametri 500 mm-ə qədər olan məmulu
hazırlamaq mümkündür. Bu üsulla alınan dəmir əsaslı töküklər hidravlika, təzyiq
altında işləyən hissələrin hazırlanması üçün əvəzolunmaz materialdır.
Metalların qeyri metaldan hazırlanmış qəliblərə və kokillərə tökülməsi zamanı
maye cərəyanının qanunauyğunluqlarına riayət etmək lazımdır.
Qum qəliblərə tökmədə tökmə sistemi aşağıdakılardan ibarətdir: tökmə kasası,
şaquli qidalandırıcı, posa, üfüqi qidalandırıcı. Bu hissələrin ölçülərinin təyini
zamanı töküyün materialı, qəlibin stabilliyi və tökmə müddəti nəzərə alınmalıdır.
Bu hesabatların kompyuterin köməyi ilə aparılmasına baxmayaraq, hələ də
optimallaşdırma təcrübi yollarla əldə edilmiş biliklərsiz ötüşə bilmir.
Töküklərin keyfiyyətinə artan tələbatlar onların hazırlanmasının qəlibin erroziyası
zamanı ayrıla biləcək qeyri metal materiallardan həmçinin metallurji hazırlama
zamanı əmələ gələn reaksiya məhsullarından azad olmasını tələb edir. Bunun üçün
süzgəclərdən və xüsusi tökmə çalovlarından istifadə olunur. Müasir tökmə
qurğularında tıxaclı çalovlardan da istifadə olunur.