Atdd tüm Hakları Saklıdır 1970-ci İllərin Sovet Tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyətinə Münasibət


Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix14.05.2023
ölçüsü0,8 Mb.
#113581
1   ...   11   12   13   14   15   16   17   18   19
1970-ci ll rin Sovet Tarix nasl nda Az rbaycan Xalq C mhuriyy tin M nasib t[#460458]-537146

Akademik Tarih ve Düşünce Dergisi 2018, 5 (16), ss.220-240 
Kerimli 
236 
tərtib edilmişdir. Azərbaycanda sosializm quruluşunun təsisində Leninin 
əvəzolunmaz roluna diqqət çəkən müəlliflər, “milli zülm” klişesi ilə Azərbaycan 
Cümhuriyyətini üstüörtülü şəkildə ifadə edirlər.
Sonuç 
Gördüyümüz kimi, 1970-ci illərdə Azərbaycan Xalq Cümhuriyyə- tinin tarixi 
sovet tarixşünaslığının ziddiyyətli xarakterindən dolayı təzadlı aspektdən şərh 
edilmişdir. İsitisnasız olaraq, bütün müəlliflər faktoloji materiallara istinad etməklə, 
Azərbaycan Cümhuriyyətini hadisələrin mərkəzinə çıxarmışlar.
Əgər 1920-30-cu illərdə A.Rayevski, Y.Rathauzer, A.Steklov
58
və digərləri 
“Müsavat” partiyasına dair əsərlər yazmaqla kommunist partiyası- nın üstünlüyünü 
isbata çalışırdılarsa, artıq 1950-ci illərdən etibarən rəsmi tarix konsepsiyasına 
müvafiq olaraq mövcud rejimin hegemonluğuna dair tədqiqatlarda alternativ 
qüvvələr arxa plana keçirilirdi.
1970-ci illərdə proses davam etdirilmiş, sosializm ideologiyasının dünya 
miqyasında vahidliyinin isbatına həsr olunmuş araşdırmalar meydana gəlmişdir. 
Lakin siyasi konyuktura yönümündən yazılmış əsərlərdə Azərbaycan Xalq 
Cümhuriyyəti hadisələrin fundamental səbəbi kimi qeyd olunmaqla, sovet 
quruluşunun müqəddəs elan etdiyi kultların ideoloji səbat- sızlığını ortaya çıxarır. 
Nəticə etibarilə, ideoloji xəttin təsirilə yazlmiş araş- dırmalarda Cümhuriyyət 
təkzibolunmaz faktlarla dövlət statusunda təqdim edilməklə, totalitar rejimin 
müəyyənləşdirdiyi senzura qaydalarının pozul- ması müşahidə olunur.
Bir sözlə, inzibati-bürokratik sistemin təməl prinsiplərinin əsas gö- türüldüyü 
bu 
tədqiqatlarda 
mənfi 
aspektdən 
interpretasiya 
verilməklə, 
Azərbaycan 
Cümhuriyyətinin tarixi təhrif edilərək saxtalaşdırlımışdır. Lakin sovet ideoloqlarının 
təkvektorlu yanaşmasına baxmayaraq, milli hökumət ictimai-siyasi fikrə tarixi 
hadisələrin katalizatoru kimi təqdim edildiyindən Azərbaycan Xalq Cümhuriyyətinin 
legitimliyi təsdiqlənmişdir.
58
A. Rayevskiy, Anqliskaya intervensiya i Musavatskoye pravitelstvo (İngilis müdaxiləçiləri və 
Müsavat hökuməti). 1927, Азqiz, Baku, 195 s.; еqо jе: Аnqliyskiye “druzya” i Musavatskiye 
“patriotı” (İngilis “dostlar” və Müsavat vətənpərvərləri), 1927, Азqiz, Baku, 72 s.; еqо jе: Partiya 
Musavat i yeyo kontrrevolsionnaya rabota (Müsavat partiyası və onun əksinqilabi fəaliyyəti. 1929, 
Baku, 64 s.; Y.Rathauzer, Bakıda inqilab və vətəndaş müharibəsi. 1917-1918-ci illər. 1928, Azqiz, 
Bakı, 224 s.; onun; Şura Azərbaycanı uğrunda mübarizə, 1929, Azqiz, Bakı, 116 s.; A.Steklov, 
Armiya Musavatskoqo Azerbaydjana. (Müsavat Azərbaycanının ordusu), 1928, Azqiz, Baku, 70 s. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin