Partiyanın adı dəyişdirilərək YKİ (Yuqoslaviya Kommunistlər
İttifaqı) adlandırılmağa başlandı. İ.Broz Tito baş katib seçildi.
1953-cü ildə qəbul edilmiş Konstitusiya qanunu ilə ictimai
özünüidarə ləğv edilmiş oldu. İttifaq xalq Skupşinası iki
palatadan – İttifaq Skupşinası və istehsalçıların palatasından
ibarət oldu. Respublika prezidenti vəzifəsi təsis edildi. İ.Broz
Tito prezident seçildi və hökumətin başçısı təyin edildi.
Konstitusiyaya uyğun olaraq Nazirliklə birlikdə dövlət
katibiliyi də təsis edildi. Bu dövrdə Xalq Cəbhəsi yenidən təsis
edildi. O, Yuqoslaviya Zəhmətkeş xalqının sosialist ittifaqı
adlanmağa başlandı. Yenidənqurulma dövründə antisosialist
qüvvələr fəallaşdılar. 1955-ci ilin yaz-payızında və 1956-cı ildə
YKİ texnokratları və yerliçilik meyllərini kəskin tənqid etdi.
50-ci illərin ortalarında Yuqoslaviyada sənaye məhsulu
3,1 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı isə 40% artdı.
Elektrotexnika, kimya, metallurgiya sahələri sürətlə inkişaf
etməyə başladı. 1957-61-ci illərdə yeni beşillik plan qəbul
edildi. Müharibənin əvvəllrinə nisbətən 1961-ci ildə sənaye
məhsulu 7,5 dəfə, milli gəlir 55% artdı.
1963-cü il iyun aynıda ölkənin yeni Konstitusiyası qəbul
edildi. Yuqoslaviya Federativ sosialist respublikası
adlandırıldı. 1963-cü ilin iyununda yenidən Tito prezident
seçildi.
1950-1960-cı illərdə Yuqoslaviyanın xarici siyasətində
dərin dəyişikliklər baş verdi. O, 1951-ci ildə ABŞ ilə hərbi
yardım haqqında saziş bağladı. 1953-1954-cü illərdə
Yuqoslaviya Türkiyə və Yunanıstanla Balkan ittifaqı yaratmaq
haqqında saziş bağladı. 1954-cü ilin oktyabrında İtaliya ilə
Triyest haqqında məsələni həll etdi. Kiçik bir hissə İtaliyaya,
qalan hissə isə Yuqoslaviyanın idarəsinə verildi. 1953-cü ildə
SSRİ Yuqoslaviya ilə münasibətini yaxşılaşdırmağa cəhd
305
göstərdi. Ticarət sazişi imzalandı. 1955-ci ildə Belqradda Sovet
hökumətinin nümayəndəsi oldu. 1956-cı ildə isə Tito başda
olmaqla nümayəndə heyəti SSRİ-yə gəldi. Yuqoslaviya
müşahidəçi kimi QİYŞ-da iştirak etməyə başladı. Misir və
Hindistanla münasibətlər yaxşılaşdı. 1961-ci ilin sentyabrında
Belqradda bloklara qoşulmayan dövlətlərin I konqresi keçirildi.
Yuqoslaviya da onun üzvü oldu.
1971-ci ildə ölkədə iqtisadi vəziyyət çətinləşdi. Bir
milyon adam xaricə iş dalınca getməyə məcbur oldu. İnflyasiya
artdı. Xorvatiyada 1971-ci ildə separatist həyəcan başlandı.
Xorvatiya, Bosniya və Hersoqovinada millətçi ünsürlər partiya
və dövlət aparatında rəhbər vəzifələrdən çıxarıldılar.
1974-cü ilin fevralında Yeni Konstitusiya qəbul edildi.
İki palata – İttifaq Skupşinası və respublika ölkələrinin Skup-
şinası təsis edildi. 1974-cü ilin mayında İ.Broz Tito qeyri-məh-
dud müddətə prezident seçildi.
1976-cı ilin iyulunda 1976-80-ci illəri əhatə edən beşillik
plan təsdiq edildi. 1976-cı ilin noyabrın 26-da əmək haqqında
qanun verildi. 1978-ci ilin 20-23 iyununda keçirilən YKİ-nin
XI qurultayında sosialist özünüidarəsinə keçmək məsələsi
müzakirə edildi.
70-ci illərdə SSRİ ilə münasibətlər xeyli yaxşılaşdı.
İ.Broz Tito 1972, 1973, 1977, 1979-cu illərdə SSRİ-yə gəldi.
1981-ci ildə Yuqoslaviya ilə Sovet İttifaqı arasında iqtisadi və
elmi-texniki əməkdaşlığa dair saziş bağlandı. 1983-cü ildə
Yuqoslaviyada Sovet ticarətinin həcmi 7 mlrd. dollar oldu.
Lakin Əfqanıstan və Polşa məsələsinə münasibətdə
Yuqoslaviya SSRİ-ni müdafiə etmədi.
1978-ci ildə Çinlə müqavilə bağlandı, 1977-1979-cu
illərdə Belqradda 20 ölkənin, o cümlədən ABŞ və Kanadanın
iştirakı ilə görüşlər keçirildi.
1980-ci ilin mayın 4-də İ.B. Tito öldü. Onun ölümündən
sonra Yuqoslaviya Rəyasət heyəti və YKİ-nin Reyasət
306
heyətinin sədrləri növbə ilə ölkəni və respublikaları idarə
etməyə başladılar.
1980-ci illərin əvvəllərində Yuqoslaviyada iqtisadi
vəziyyət kəskinləşdi. Xarici borclar artaraq 39,2 mlrd. dollara
çatdı. Xalqın həyat səviyyəsi aşağı düşdü. Buna səbəb dünya
bazarında rəqabətin artması, xarici ölkələrdən Yuqoslaviya
iqtisadiyyatının asılılığı idi. 1980-ci ildə ixracı stimullaşdırmaq
üçün müəyyən tədbirlər görüldü. Dinarın kursu bərpa edildi.
1983-cü ilin iyulunda Skupşina təcili görülməli tədbirləri təsdiq
etdi. 1983-cü ildə Yuqoslaviya 12 kapitalist dövlətindən və 600
kommersiya bankından 4 mlrd. dollar kredit aldı. 1981-ci ilin
martında Skunşina 1981-1985-ci illəri əhatə edən beşillik plan
qəbul etdi.
1981-ci ildə Kosova Muxtar vilayətinin paytaxtı
Priştinedə və digər şəhərlərdə albanlardan olan vətəndaşlar
içərisində həyəcan başlandı. Orada fövqəladə vəziyyət elan
edildi.
80-cı illərdə Avropanın sosialist ölkələrində baş verən
hadisələr Yuqoslaviya Federativ respublikasına da təsir gös-
tərdi və onun dezinteqrasiyasına (parçalanma) gətirib çıxartdı.
Bu proses hələ 70-ci illərin əvvəllərində Xorvatiyada
başlamışdı. Belə ki, Xorvatiyada provaslav serblərlə katolik
xorvatlar arasında milli zəmində münaqişə davam edirdi.
Burada yaşayan müsəlmanlar da bu münaqişədən əziyyət
çəkirdi. Artıq 80-cı illərin sonunda çoxdan yığılıb qalmış milli
problemlər bir daha özünü göstərdi. Yeni iqlim 1991-ci ilin
iyulunda Xorvatiya və Sloveniyanın öz müstəqilliklərini elan
etməsinə imkan verdi. 1991-ci ilin noyabrında Makedoniya
ittifaqdan çıxdığını bildirdi və öz müstəqilliyini elan etdi.
1992-ci ilin yanvarında isə Bosniya və Hersoqovina öz
müstəqilliyini elan etdi. Ittifaqın tərkibində ancaq kommunis-
tlərin hakimiyyətdə olduğu Serbiya və Çernoqoriya qaldı.
Bunlar ikisi birləşib 1992-ci ilin aprelində vahid dövlət
yaratdılar və bu dövlət Yuqoslaviya adlandı. 1992-ci il martın
307
4-də Yuqoslaviya Bosniya və Hersoqovinaya qarşı təcavüzə
başladı. Bunun üçün bəhanə oradakı serblərin müdafiə edilməsi
oldu. Müsəlmanlarla xorvatlar birlikdə çıxış etdilər.
«Müsəlman soyqırımı» beynəlxalq aləmdə çox böyük əks-səda
doğurdu. BMT işə qoşuldu. ABŞ-ın fəal iştirakı ilə bu
münaqişəyə son qoyuldu və 1995-ci ilin dekabrın 17-də ABŞ-
ın Deyton şəhərində bu iki dövlət arasında sülh müqaviləsi
bağlandı.
Serb millətçiləri və onların başında duran Slaboda
Miloşeviç öz millətçilik ideologiyasından əl çəkmədi. Belə ki,
1998-ci ilin sonunda Serbiya müxtariyyət tələb edən Kosova
albanlarına divan tutmaq üçün oraya qoşun yeritdi. Bu hadisə
dünya ictimaiyyətini bərk narahat etdi. İş o yerə çatdı ki,
NATO öz qoşunlarını yeritdi və Kosovada yerləşdirdi. 2008-ci
ilin fevralın 17-də ABŞ və Aİ tərəfindən dəstəklənən Kosovo
öz müstəqilliyini elan etdi. Rusiya və Serbiya bunun əleyhinə
oldu.
Ümumyuqoslaviya bazarının dağılması, iqtisadi
sanksiyaların tətbiqi və ölkə ərazisinin şiddətli bombalanması
nəticəsində ölkədə hökm sürən iqtisadi böhran daha kəskin
xarakter aldı. Siyasi qarşudurma da genişləndi. S.Miloşeviç isə
Kosova albanlarının soyqırımının əsas təşkilatçısı kimi Haaqa
məhkəməsinə verildi. 2002-ci ildə keçirilən prezident
seçkilərində Yuqoslaviyada müxalifətin lideri Koştunsa
prezident seçildi. Lakin Yuqoslaviya yenə də Avropanın və
dünyanın “barıt çəlləyi” kimi qalmaqdadır. 2004-cü ildən
Serbiya və Çernoqoriya müstəqil dövlət kimi fəaliyyət
göstərirlər.
ALBANİYA: Avropada müsəlmanların çoxluq təşkil
etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da
azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq
Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə
Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının
Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı
308
olan Ənvər Xoca 1946-ci ildən 1985-ci ilin aprelinədək, yəni
ölənə qədər ölkəyə rəhbərlik etdi. Albaniya Qarşılıqlı İqtisasi
Yardım Şurası və Varşava müqaviləsi Təşkilatına üzv olsa da,
SSRİ-də Stalinin şəxsiyyətinə pərəstiş tənqid olunduqda qəti
ehkamçılıq mövqeyində qaldı. 1961-ci ildə Albaniya SSRİ ilə
diplomatik əlaqələri kəsdi. 1962-ci ildə o, Qarşılıqlı İqtisadi
Yardım şurasından, 1968-ci ildə isə Varşava Müqaviləsi
Təşkilatından çıxdı. Albaniya Avropada yeganə ölkə idi ki,
1975-ci ildə Avropada təhlükəsizlik və əməkdaşlıq
məsələlərinə dair Helsinkidə keçirilən müşavirədə iştirak
etmədi. 1976-cı ildə Albaniya sosialist respubliksaı adlandı.
Albaniya iqtisadiyyatında xrom istehsalı xüsusi yer tutur, xrom
istehsalına görə o, Avropada və dünyada ilk yerlərdən birini
tutur.
XX əsrin 70-80-cı illərdə Albaniya ən çox qərb yönümlü
siyasət yeridirdi. O, xüsusilə Çin ilə münasıbətlərini yüksək
səviyyədə inkişaf etdirirdi. 1985-ci ildə Ənvər Xocanın
ölümündən sonra onu Ramiz Aliya əvəz etdi. Bu dövrdə
Albaniyada çoxpartiyalılığa keçid baş verdi və bazar
iqtisadiyyatı təzahür etdi. Albaniyada da fikir azadlığına geniş
yer verildi.
1967-ci ildən qadağan edilmiş dini mərasimlərin icrasına
icazə verildi, alban vətəndaşları artıq xarici ölkələrə gedə
bilərdilər. Xarici radionu dinləmək üçün təqiblər dayandırıldı.
Xarici siyasətdə də dəyişikliklər edildi. AFR və SSRİ ilə
diplomatik münasibətlər bərpa olundu. Albaniyanın qarşılıqlı
fayda əsasında Şərqi Avropa ölkələri ilə münasibətləri inkişaf
etdirməyə hazır olduğu bildirildi. Ölkə özünütəcrid
vəziyyətindən çıxdı.
80-ci illərin sonu – 90-cı illərin əvvəllərində ölkənin
iqtisadi vəziyyəti ağır idi. 1989-1990-cı illərdə milli gəlir 13%
azaldı, əhalinin 10%-i işsiz idi, qiymətlər yüksək oldu. On
minlərlə adam xaricə qaçmağa cəhd edirdi. Bu şəraitdə Xalq
Yığıncağının Rəyasət Heyəti çoxpartiyalı sistemi həyata
309
keçirmək haqqında qərar qəbul etdi. AƏP-nin rəhbərliyindən
qatı mühafizəkarlar kənar edildi. Bazar iqtisadiyyatına
keçməyin, «həqiqi sosializm cəmiyyəti»nin iqtisadi və siyasi
strukturlarının yaradılmasının zəruriliyi elan edildi.
1991-ci ilin martında Albaniya tarixində ilk dəfə keçiri-
lən çoxpartiyalı seçkilərdə kənd yerlərindən səs verənlərin
hesabına AƏP səslərin 65%-ni aldı. İri şəhərlərdə isə gənclərin
və ziyalıların müdafiə etdiyi müxalifət partiyaları – demokrat
və respublikaçı partiyalar müvəffəqiyyət qazandılar. R.Aliya
Albaniyanın prezidenti seçildi. Parlamentin qərarı ilə Albaniya
Xalq Sosialist Respublikası adı dəyişilərək Albaniya Res-
publikası adlandırıldı. Parlament ordunu, hüquq-mühafizə
orqanlarını siyasətdən kənar elan etdi, bazar münasibətlərinin
inkişafı və dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını
bəyəndi.
1991-ci ilin mayında baş vermiş ümumi tətildən sonra
tərkibinə beş siyasi partiyanın nümayəndələrinin daxil olduğu
koalision hökumət təşkil edildi. AƏP-in 1991-ci ilin iyununda
olan qurultayında partiyanın adı dəyişdirilərək Albaniya
Sosialist partiyası (ASP) adlandırıldı.
90-cı illərdə də Albaniyada iqtisadi vəziyyət ağır olaraq
qalırdı. Onda müasir texnologiya və avadanlıq çatışmırdı.
Albaniya hökuməti bu problemin həlli ilə ciddi məşğul olmağa
başladı.
Yenidən yaranmış Aqrar partiyası Demokratik partiya ilə
ittifaqa girərək 1992-ci ilin aprelində keçirilən yeni parlament
seçkilərində kənd yerlərində səslərin əksəriyyətini ala bildi.
Demokratik partiya parlamentdə yerlərin 2/3 hissəsini tutdu.
Bu partiyanın lideri professor Sali Beruşunun prezident
seçilməsi Albaniya üçün demokratiya yolu ilə inkişafa imkan
yaratdı. Bu hadisədən sonra ölkənin iqtisadi və siyasi həyatında
sabitlik yarandı. Albaniya 90-cı illərdə Avropa ölkələri ilə
münasibətləri inkişaf etdirdi. Onun həmçinin inkişaf etməkdə
olan ölkələrlə də iqtisadi əlaqələri genişləndi.
310
AVSTRİYA
Avstriyanın dövlətçiliyinin bərpası. 1945-ci ilin
martında Sovet silahlı qüvvələri Avstriya ərazisinə daxil
oldular. Avstriyanın faşist zülmündən azad edilməsində 80 min
sovet əsgəri həlak oldu.
Sovet qoşunlarının Avstriyaya daxil olduğu ilk gündən
Avstriya demokratik ölkə kimi dirçəlməyə başladı. Avstriya
Xalq Partiyası (AXP) və Avstriya sosialist partiyası (ASP) öz
fəaliyyətlərini canlandırdılar. Avstriya Kommunist Partiyası
(AKP) açıq fəaliyyətə keçdi. 1945-ci ilin aprelin 27-də
sosialist, xalq, kommunist partiyalarının nümayəndələrindən və
bitərəflərdən ibarət Müvəqqəti hökumət təşkil edildi.
Hökumətin başında Avstriya sosial-demokratlarının görkəmli
nümayəndəsi K.Renner dururdu. AKP-nin sədri İ.Kopleninq
vitse-kansler oldu. Ölkədə Həmkarlar İttifaqı birliyi də təşkil
edildi. Hökumət Avstriyanın müstəqilliyi bəyannaməsi ilə sıxış
etdi. Hökumət həmçinin müəssisələrdə ictimai özünüidarə
institutlarının təşkili, hitlerçi nasional-sosialist partiyasının
qadağan edilməsi, hərbi və faşist canilərinin məsuliyyətə cəlb
edilməsi, zəhmətkeşlərin iqtisadi maraqlarının müdafiəsi üçün
fəhlə və qulluqçuların palatasının bərpası, nasist fəallarının
mənzillərinin faşizm qurbanlarına verilməsi haqqında və s.
mütərəqqi qanunlar qəbul edilməsinə nail oldu. 1945-ci ilin
iyulunda SSRİ, ABŞ, İngiltərə və Fransa Avstriyada dördtərəfli
nəzarət mexanizmi haqqında saziş imzaladılar. Onlar qərara
aldılar ki, Avstriya müstəqil, demokratik, sülhsevər dövlət kimi
bərpa edilməlidir. 1945-ci ilin noyabrın 25-də Avstriyada
parlamentə seçkilər keçirildi. Seçkilərdə ən çox səsi AXP aldı
(49,8%). Təşkil edilən hökumətin tərkibinə AXP-dən 8, ASP-
dən 6, AKP-dən 1 nümayəndə və iki bitərəf daxil oldu.
Hökumətin baş naziri isə AXP-nin lideri L.Fiql oldu.
Respublikanın prezidenti K.Renner oldu. Yeni hökumət elan
etdi ki, o ölkənin demokratikləşməsi sahəsində tədbirlər həyata
311
keçirəcək, nasizmin kökünü kəsəcək, iqtisadiyyatı bərpa
edəcək və əhalinin həyat şəraitini yaxşılaşdıracaqdır.
Avstriya üzrə İttifaq Soveti 1946-cı ilin yanvar-iyun
aylarında bir sıra razılaşdırılmış qərarlar qəbul etdi. Bu qərarlar
içərisində dövlət aparatının denasifikasiyası, hərbi və
yarımhərbi təşkilatların buraxılması, Avstriya hökumətinin
hüquqlarının genişləndirilməsi daha mühümləri idi.
1946-1955-ci illərdə koalisiyalı hökumətin siyasəti.
Ölkənin iqtisadi siyasəti, əsasən, kapitalın mövqeyinin bərpa
edilməsinə yönəldilmişdi. Bununla belə, 1946-cı ilin iyulun 26-
da və 1947-ci il martın 26-da parlament üç iri kommersiya
bankının, 33 səhm kompaniyasının, o cümlədən metallurgiya
konserninin, kömür şaxtalarının və bir sıra digər müəssisələrin
milliləşdirilməsi haqqında qanun qəbul etdi. Milliləşdirilmiş
müəssisələrin əksəriyyəti alman inhisarlarına məxsus idi. Bu
yolla mühafizəkar qüvvələr bu müəssisələrə özləri sərəncam
verməyə başladılar. 1949-cu ildə 1938-ci illə müqayisədə
müxtəlif malların qiyməti 4,7 dəfə, əmək haqqı isə cəmi 50%
artdı. 1947-ci ilin dekabrında Avstriyada pul islahatı keçirildi.
Əmanət kassalarında olan xırda məbləğlər ləğv edildi, banklara
qoyulan iri məbləğlərə isə toxunulmadı. Nəticədə zəhmətkeşlər
7 mlrd. şillinq itirdilər. Vergilər əhəmiyyətli dərəcədə artdı
1949-cu ilin sonunda şillinqin devolvasiyası keçirildi. Ölkənin
ərzaqla təminatı da çətin idi. Ancaq 1949-cu ilin ortalarında
kartoçka sistemi ləğv edildi. 1948-ci ilin iyulunda Avstriya
hökuməti «Marşall planı»na qoşuldu. Bu planın köməyi ilə iri
burjuaziya öz mövqeyini möhkəmləndirdi. 1949-cu ildə sənaye
müharibədən əvvəlki səviyyəyə çatdı. 1950-1951-ci illər ölkə
iqtisadiyyatındakı yüksəliş 1952-1953-cü illərdə durğunluqla
əvəz olundu. 1953-cü ilin sonundan yenidən iqtisadiyyatda
canlanma müşahidə edilməyə başladı. Bu dövrdə ABŞ-ın
Avstriya iqtisadiyyatında rolu artdı.1949-1952-ci illərdə ABŞ
Avstriyaya 500 milyon dəyərində məhsul göndərmişdi. ABŞ-ın
Avstriyaya verdiyi 918 milyon kredit ilk növbədə strateji
312
xammal və material istehsalı ilə bağlı sahələrə sərf olunurdu.
Mülki sahələr durğunluq keçirirdi. Onlar müharibədən əvvəlki
səviyyəyə ancaq 1953-cü ildə çatdılar. Avstriyanın qərbində
ABŞ hərbi obyektləri və aerodromları bərpa etdi. Avstriyanın
Şərqi Avropa ölkələri ilə xarici siysət əlaqələrinin zəifləməsi
onun iqtisadi inkişafına mənfi təsir göstərdi.
Avstriya hökuməti ordunun təşkilinə başladı. Ölkədə
neofaşist təşkilatlar fəallaşdı. 1949-cu ildə faşist tipli partiya
olan «Müstəqillərin ittifaqı» partiyası təşkil edildi. 1949-cu ilin
parlament seçkilərində bu partiya 489 min səs tonladı.
K.Rennerin ölümü ilə əlaqədar olaraq 1951-ci ildə Avstriyada
keçirilən prezident seçkilərində ASP-nin nümayəndəsi Teodor
Kerner qələbə çaldı. 1953-cü ildə ölkədə keçirilən parlament
seçkilərində sosialist partiyası 1,7 milyon səs aldı. Kommunist
Dostları ilə paylaş: |