S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a


Çarpazlaşmanın populyasiyanın genetik strukturuna təsiri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
#11484
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

Çarpazlaşmanın populyasiyanın genetik strukturuna təsiri 
 
Hər  bir  çarpazlaşma  heteroziqot  genotiplərin  əmələ  gəlməsinə  və 
populyasiyaya  yeni  allellərin  və  genotiplərin  daxil  olmasına  səbəb  olur: 
bunun  nəticəsində  allellərin  tezliyi  genotiplərin  strukturunu  dəyişir,  gen 
tarazlığını pozur. Bu hal xüsusən kəskin fərqlənən heyvan cinsləri və bitki 
sortları  arasında  aparılan  çarpazlaşmada  və  növlərarası  çarpazlaşma 
zamanı  yüksəkdir.  Çarpazlaşmalar  nəticəsində  yeni  əlamət  və 
xüsusiyyətlər meydana gəlir və insan seleksiya prosesində faydalıları ayırır 
və artırır. 
Çarpazlaşma  heteroziqotluğa  gətirib  çıxarır.  Çox  zaman  birinci 
nəsildə  orqanizmlərdə  heterozis  hadisəsi  baş  verir.  Alınan  hibridlərin 
genotipləri  əksər  lokuslarına  görə  heteroziqot  vəziyyətdə  olurlar.  Birinci 
nəsildə  hibridlərin  heteroziqotluğu,  xüsusən  heyvanlarda  həyat 
qabiliyyətinin  və  məhsuldarlığın  artmasına  səbəb  olur.  Heteroziqot 
orqanizmləri  çoxaldanda  gələcək  nəsillərdə  heterozis  effekti  zəifləyir, 
çünki populyasiyada və yaxud cins və sortlar arasında heteroziqot fərdlərin 
sayı azalır, homoziqot fərdlərin isə sayı çoxalır. 
Qeyd  olunan  kompleks  faktorlar:  seçmə,  mutasiya  prosesi,  təcrid, 
genlərin  dreyfi,  miqrasiya,  çarpazlaşma,  populyasiyanın  strukturuna, 
allellərin  və  genotiplərin  nisbətinə  öz  təsirini  göstərir.  Genlərin  tarazlığı 
pozulur, populyasiyanın fərdlərinin fenotipik xüsusiyyətləri dəyişir. 
Beləliklə,  populyasiyanın  genetik  strukturuna  bir  sıra  faktorların 
təsiri  nəticəsində  onların  formalaşması  prosesi  gedir.  Populyasiya 
genetikası  əsasında  alınan  nəticələr,  elementar  təkamül  hadisələrini 
anlamaq  üçün  müasir  təkamül  təliminin  ayrılamz  hissəsi  olub  böyük 
əhəmiyyət kəsb edir. 
 
Populyasiyanın genetik strukturuna mutasiya prosesinin təsiri 
 
Əgər  genlər  mutasiyaya  uğramırsa,  populyasiyada  onların  tezliyinin 
nisbi  olaraq  daimi  qalması  mümkündür.  Lakin  təkamüldə  irsi 
dəyişkənliyin  ilkin  mənbəyini  mutasiyalar  təşkil  edir.  Doğrudur,  gen 
təbiətdə  nadir  hallarda  mutasiyaya  uğrayır,  lakin  genofondda  çoxlu 
miqdarda mutasiyalar baş verə bilər. Yeni mutant genin meydana gəlməsi 
başlanğıc  genin  tezliyini  dəyişir.  Məs.,  A  geni  mutasiyaya  uğrayaraq  a 
geninə  çevrilə  bilər  (A→a).  Bu  qayda  üzrə  baş  verən  hər  yeni  mutasiya 
nəticəsində  populyasiya  öz  sabitliyini  saxlaya  bilmir.  Mutant  genlər 
orqanizmə  müxtəlif  təsir  bağışlaya  bilər,  onlar  faydalı,  zərərli  (letal)  və 

 
~ 183 ~ 
yaxud  neytral  ola  bilər.  Mutant  genin  populyasiyada  nə  dərəcədə  faydalı 
və yaxud zərərli olmasını seçmə  müəyyən edir. Bu nəticəni təbiətdə təbii 
seçmə, seleksiya işində süni seçmə müəyyən edir. Dəyişmiş geni daşıyan 
fərdlər  populyasiyada  həm  arta,  həm  də  azala  bilər.  Müxtəlif  mutant 
genlərin  kompleks  halda  təsiri  də  orqanizmlərin  uyğunlaşma  dərəcəsinə 
təsir edir. 
N.P.Dubinin (1934-1937) göstərmişdir ki, mutasiya prosesi və orqa- 
nizmlərin mutasiya qabiliyyəti populyasiya üçün adaptiv əhəmiyyət  kəsb 
edir.  Müxtəlif  genlərin  mutasiya  tezliyi  müxtəlifdir.  Bəzi  genlərin  tezliyi 
10
2
-yə çatır, yəni hər 100 qametdən birində mutasiya baş verir. 
Genetik  təzyiq.  Gizli  resessiv  genlərin  populyasiyada  yayılması 
genetik  təzyiqə  gətirir.  Belə  hal  bir  tərəfdən  mühitə  uyğunlaşmaq  üçün 
genetik  dəyişkənliyin  gizli  mənbəyi  kimi  istifadə  olunur,  digər  tərəfdən 
mənfi  allellərin  meydana  gəlməsi  fərdlərin  həyat  qabiliyyətinə  və 
döllülüyünə  təsir  edərək  adların  mühitə  uyğunlaşmasını  aşağı  salır  və 
populyasiyaların sayını azaldır. 
Genetik təzyiq üç cür olur: mutasion, tarazlaşdırılmış və keçid. 
Mutasion təzyiq dominant allelin (A) resessiv allelə (a) dəyişilməsi 
nəticəsində əmələ  gəlir,  yəni A→a.  Bu prosess nə qədər çox baş  verirsə, 
bir o qədər populyasiya a alleli ilə zənginləşir. 
Seçmə, mühitə uyğunlaşa bilməyən homoziqot genotipləri aa çıxdaş 
edərək,  populyasiyanın  resessiv  allellərlə  zənginləşməsinin  qarşısını  alır. 
Ümumi  genetik  təzyiq  ayrı-ayrı  lokuslarınn  genetik  təzyiqinin  cəmi 
əsasında yaranır. 
Tarazlaşdırılmış  genetik  təzyiq  əsasən  heteroziqot  genotiplərin 
saxlanılması  (AB>AA  vəBB)  və  bir  də  yüksək  dominantlıqla  (Aa>AA) 
şərtləşir. Beləliklə, tarazlaşdırılmış genetik təzyiq AB və Aa genotiplərində 
heteroziqot  fərdlər  mühit  şəraitinə  yüksək  uyğunlaşma  nümayiş  edərək 
fərdlərin həyat qabiliyyətini artırırlar. 
Keçid  genetik  təzyiq  –  müəyyən  şəraitdə  adaptiv  allel  öz 
uyğunlaşma xüsusiyyətlərini zəiflətmiş olur, lakin yeni allelin uyğunlaşma 
xüsusiyyəti  hələ  adaptiv  səviyyəyə  çatmamış  olur.  Bu  zaman  genetik 
təzyiq başlanğıc allelin hesabına yaradılır. 
Süni  seçmədə  genetiik  təzyiq  müsbət  rol  oynaya  bilər,  çünki  o, 
genetik  dəyişkənliyin  mənbəyi  kimi  mühitin  yeni  faktorlarına  daha  da 
yaxşı uyğunlaşdığına görə genotiplərin toplanmasına imkan verir. 
Genlərin  dreyfi.  Təsadüfi  faktorların  təsiri  nəticəsində  genlərin 
sıxlığının dəyişilməsi hadisəsi genetik dreyf adlanır. Bu xüsusi bir proses 
olaraq fərdlərin sayı məhdud olan təcrid olunmuş populyasiyada müşahidə 

 
~ 184 ~ 
olunur.  Populyasiyanın  ölçüsü  nə  qədər  böyük  olarsa,  resessiv 
homoziqotların  üzə  çıxması  ehtimalı  da  bir  o  qədər  az  olur.  Həmçinin 
populyasiyanın  ölçüsü  kiçildikcə  heteroziqotların  görüşmə  ehtimalı  və 
homoziqot  resessiv  formaların  artması  çoxalır.  Kiçik  populyasiyalarda 
təsadüfi  olaraq  seçmə  ziyanlı  genləri  daha  tez  çıxdaş  edərək,  faydalı 
genləri toplayır. Həmçinin kiçik populyasiyalarda təsadüfi olaraq ayrı-ayrı 
genotiplərin  artması  ehtimalı  inbridinqin  nəticəsində  çoxalır.  Buna  görə 
kiçik  populyasiyalarda  seçmə  işləri  apararaq  genlərin  dreyfi  mənfi  təsir 
göstərə bilər. Bu hadisəni seleksiya işində nəzərə almaq lazımdır. 
 
Populyasiyanın genetik strukturuna seçmənin təsiri 
 
Populyasiyanın  genetik  strukturunun  dəyişilməsi,  təbii  və  süni 
seçmənin  təsiri  nəticəsində  baş  verir,  bu  zaman  allellərin  və  genotiplərin 
tezliyi  dəyişilir  və  gen  tarazlığı  pozulur.  Seçmənin  təsiri  ontogenezin 
müxtəlif mərhələlərində qeyd edirlər.  
Təbii  seçmə  xarici  mühitin  müxtəlif  faktorlarının  ayrı-ayrı  fərdlərə 
və bütövlükdə populyasiyalara əsas təsiri ondan ibarətdir ki, orqanizmlərin 
müxtəlif  həyat  şəraitinə  uyğunlaşmasını  təmin  edir.  Təbii  seçmənin 
növlərin  təkamülündə  və  uyğunlaşmaların  formalaşmasında  rolunu 
Ç.Darvin öz tədqiqatlarında göstərmişdir. 
Populyasiyanı 
təşkil 
edən 
orqanizmlər 
bir-birindən 
irsi 
xüsusiyyətlərinə  görə  fərqlənirlər,  buna  görə  də  onların  xarici  mühitin 
şəraitinə reaksiyası müxtəlifdir. 
Təbii seçmə bəzi genotipləri saxlayaraq və digərlərini çıxdaş edərək 
populyasiyada orqanizmlərin müxtəlifliyinə gətirib çıxarır. Təbii seçmənin 
populyasiyaya 
təsir 
intensivliyinin 
ölçü 
vahidi 
orqanizmlərin 
uyğunlaşmasıdır.  Belə  hal  seçmənin  adaptiv  və  selektiv  təsiri  adlanır. 
Uyğunlaşmanın  göstəricisi  müəyyən  genotiplərin  çoxalma  intensivliyi  və 
sağ  qalıb  yaşama  qabiliyyəti  ilə  bağlıdır.  Müəyyən  genotiplərin 
uyğunlaşması  nə  qədər  yüksəkdirsə,  bir  o  qədər  həmin  genotipin 
populyasiyada yayılma tezliyi yüksək olacaq.  
Uyğunlaşmanın  komponentlərinə  yaşamanın,  döllülüyün,  inkişafın 
sürəti,  cütləşmənin  effektivliyi,  döllülük  yaşının  davamlılığı  kimi 
göstəricilər aiddir. 
Təbii seçmə, təbii populyasiyalarda fərdlərin həyat qabiliyyətinin ən 
mühüm əlamətlərinə toxunur. 
Ev  heyvanlarını  və  mədəni  bitkiləri  çoxaltdəqda  onların  populya- 
siyalarının  strukturuna  süni  seçmə  -  xüsusən  insan  üçün  vacib  olan  və 
təsərrüfat  nöqteyi  nəzərindən  böyük  əhəmiyyət  kəsb  edən  əlamətlər, 

 
~ 185 ~ 
məsələn  məhsuldarlıq,  çoxalma  qabiliyyəti,  xəstəliklərə  qarşı  davamlılığı 
və s. təsir edir. 
Mutasiyaların  populyasiyada  rolunu  müəyyən  etmək  üçün  yuxarıda 
qeyd  etdiyimiz  kimi  “populysiyada  genotipin  adaptiv  qiymətliliyi” 
anlayışından  istifadə  edirlər.  Populyasiyada  bir  genotipin  digər  genotipə 
nisbətən  daha  yüksək  yaşamaq  və  nəsil  vermək  qabiliyyəti  həmin 
genotipin  adaptasiya  qiymətliliyi  adlanır.  Bu  qiymət    W=0    olarsa,  onda 
genetik  informasiya  nəslə  ötürülmür.  W=1  olduqda  genetik  informasiya 
nəslə  tam  ötürülür.  Deməli,  genotipin  bütün  nəsli  salamat  qalır. 
Adaptasiyanın  qiymətliliyi    hər  bir  allelin  seçmədən  əvvəl  və  sonra  
populyasiyada  sıxlığı  ilə    hesablanır  ki,  bu  da  öz  növbəsində  seçmə 
əmsalından asılıdır. 
Seçmə əmsalı S ilə işarə olunur. S-in qiyməti adaptasiya qiymətinin 
əksinə olur.  
S-in  qiyməti  1-ə  bərabər  olduqda    W=0  olur.  Əgər  S=0  olarsa. 
Deməli,  populyasiyada  seçmə  təsir  göstərmir,  əgər    S=1  olarsa,  deməli, 
nəzərə alınan  genotipin nəsli salamat qalmır və ya dölsüz olur. Bu halda 
W=0  olur.  Seçmə  əmsalının  qiyməti  vahidə  yaxınlaşdıqca  seçmənin 
təzyiqi artır. 
Bəzən  normal  genlər  resessiv  istiqamətdə  deyil,  dominant 
istiqamətdə  mutasiya  edir.  Belə  halda  baş  verən  mutasiya  birinci  nəsildə 
fenotipcə  aşkara  çıxır.  Əgər  dominant  mutant  gen  faydalı  olarsa,  yəni 
adaptiv  qiymətə  maliksə,  seçmə  onu  daşıyan  fərdlərin  sayını  get-gedə 
artırır. Dominant gen letal xarakter  daşıyırsa  və  ya tam dölsüzlüyə səbəb 
olursa, onda seçmə onu birinci nəsildə aradan götürə bilər. 
Resessiv  mutasiyaların  populysiyada  müqəddaratı  aşağıdakı  kimi 
olur.  Resessiv  mutasiyanı  daşıyan  fərd,  məsələn,  aa  populyasiyada  get-
gedə  heteroziqot  vəziyyətə  keçir  və  (Aa)-nın  artmasına  səbəb  olur. 
Təsəvvür  edək  ki,  populyasiyada  resessiv  mutant  geni  daşıyan  fərdlər  aa 
tamamilə  aradan  çıxarılmışdır.  Belə  hallarda  seçmə  əmsalı    S=1,  yəni 
mutantın adaptiv qiyməti  W=0 olur. 
 
Populyasiya genetikasına aid izahlı məsələlər 
1.
 
Çovdar  bitkisində  albinosluq  autosom  resessiv  əlamət  kimi 
nəslə  ötürülür.  Tədqiq  olunan  sahədə  84000  bitki  içərisində  210 
albinos  bitki  müşahidə  edilmişdir.  Çovdar  bitkisində  albinosluq  allel 
geninin rastgəlmə tezliyini müəyyən edin. 
Həlli: 
Çovdar  bitkisində  albinosluğun  autosom  resessiv  əlamət  kimi  nəslə 
ötürülməsi  ilə  əlaqədar  olaraq  albinos  bitkilərin  hamısı  aa-resessiv  genə 

 
~ 186 ~ 
görə  homoziqot  olacaqdır.  Onların,  yəni  albinos  bitkilərin  populyasiyada 
tezliyi  q


  = 
  =  0,0025  -  ə  bərabərdir.  Onda  a  resessiv  geninin 
populyasiyada 
tezliyi 

na 
bərabər 
olacaqdır. 
Beləliklə, 
q=
=0,05.  Məlum  olur  ki,  populyasiyada  a  geninin  tezliyi  0,05-ə 
bərabərdir. 
2.
 
Ümumi  albinosluq  (dərinin  ağ  rəngliliyi,  dəridə  tük 
soğanaqları  və  torlu  qişanın  epitelisində  melanin  piqmentinin 
olmaması) resessiv autosom əlamət kimi nəslə ötürülür. Bu xəstəliyin 
rastgəlmə  tezliyi  1:20000  olan  nisbətindədir  (A.  Myunsinq,  1967;  K. 
Ştern,  1965).  Populyasiyada  olan  heteroziqotların  miqdarını 
hesablayın. 
Həlli: 
Məsələnin  şərtindən  aydın  olur  ki,  albinosluq  resessiv  autosom 
əlamət  kimi  gələcək  nəslə  ötürülür.  Burada  1:20000  nisbəti  q
2
-dır. 
Beləliklə a geninin tezliyi q=
 = 
 olacaqdır. a geninin tezliyi 
aşağıdakı kimi hesablanır: 
    
 
 
 
p=1-q;  p = 1 - 
 =
  
Populyasiyada heteroziqotların miqdarı 2pq-yə bərabər olacaqdır: 
    
 
 
 
2pq = 2 x 
 x 
 =   . 
Alınmış bu rəqəmi faizlə ifadə etsək, onda 1,4% alarıq. 
3.
 
Lal-karlıq  anadangəlmə  karlıqla  əlaqədardır  ki,  bu  da  nitqin 
mənimsənilməsinin  qarşısını  alır.  Bu  anomaliya  autosom  resessiv 
əlamət  kimi  nəslə  ötürülür.  Xəstəliyin  orta  rastgəlmə  tezliyi  müxtəlif 
ölkələrdə  fərqlidir.  Avropa  ölkələri  üçün  bu  xəstəliyin  rastgəlmə 
tezliyi  2:10000-ə  bərabərdir  (V.P.Efroimson,  1968).  8000000  əhalisi 
olan  rayonda  adamların  lal-karlığa  görə  heteroziqotların  mümkün 
olan sayını təyin edin. 
Həlli: 
Avropa ölkələrində lal-karlıq xəstəliyinin rastgəlmə tezliyi 2:10000-ə 
bərabər  olduğu  məsələnin  şərtində  verilir.  Bunu  bildikdən  sonra  8000000 
əhalisi  olan  rayonda  adamların  lal-karlığa  görə  heteroziqotların  mümkün 
olan  sayını  təyin  etmək  tələb  olunur.  Bu  anomaliya  autosom  resessiv 
əlamət kimi (a) nəslə ötürülür. Deməli, a geninin tezliyi q=
 = 0,014 
olacaqdır.  a  geninin  tezliyi  isə  aşağıdakı  kimi  hesablanır:  p=1-q;  p=1-
0,014=0,986. 
Populyasiyada heteroziqotların miqdarı 2pq-yə bərabərdir, onda  

 
~ 187 ~ 
2pq = 2 x 0,986 x 0,014 = 0,028. 
İndi  də  8000000  əhalisi  olan  rayonda  adamların  lal-karlığa  görə 
heteroziqotların mümkün olan sayını aşağıdakı kimi hesablamaq lazımdır: 
8000000:10000 x 0,0028 = 22,4. 
4.
 
Fruktoruziya  xəstəliyi  (fruktoza  qəbulunun  zəifləməsi  və 
sidikdə  onun  miqdarının  artması)  subkliniki  olaraq  meydana  çıxır. 
Mübadilə  defekti  qidadan  fruktozanı  xaric  edən  zaman  azalır. 
Xəstəlik  autosom-resessiv  olaraq  nəslə  ötürülür  və  onun  rastgəlmə 
tezliyi  7:1000000-a  bərabərdir.  Populyasiyada  olan  heteroziqotların 
miqdarını hesablayın. 
Həlli: 
Məsələnin  şərtinə  görə  xəstəliyin  rastgəlmə  tezliyi  7:1000000-ə 
bərabərdir.  Bu  baxımdan  populyasiyada  heteroziqotların  rastgəlmə 
tezliyini  müəyyən  etmək  tələb  olunur.  Bizə  məlumdur  ki,  bu  xəstəlik 
autosom-resessiv əlamət kimi (a) nəslə ötürülür. Deməli, a geninin tezliyi 
q = 
 = 0,0026 olacaqdır. 
a  geninin  tezliyi  isə  aşağıdakı  kimi  hesablanır:  p=1-q;  p=1-
0,0026=0,9974. 
Populyasiyada heteroziqotların miqdarı 2pq-yə bərabərdir, onda  
2pq = 2 x 0,0026 x 0,9974 = 0,0052 olacaqdır. 
5.
 
Populyasiyanın  fərdlərinin  80%-i  AA  genotipinə  və  20%-i  aa 
genotipinə  malikdir.  Populyasiyada  tarazlıq  yarandıqdan  sonra  AA, 
Aa və aa genotiplərin vahidə görə rastgəlmə tezliyini təyin edin. 
Həlli: 
Nəzərə  alınmalıdır  ki,  A  allelinin  (p)  A=0,8,  lakin  a  allelinin  tezliyi 
(q)  a=0,2-dir.  Hardi-Vanberq  qanununa  uyğun  olaraq  populyasiyada 
genotiplərin  aşağıdakı  nisbəti  müəyyən  edilir:  p
2
=0,8
2
=0,644;  2pq=2  x 
0,8x0,2=0,32; q
2
=0,2x0,2=0,04. Onda 0,64AA+0,32Aa+0,04aa olar.  
Beləliklə, AA genotipinin tezliyi (p
2
) = AA = 0,64,  yaxud 64%, Aa 
genotipinin  tezliyi  (2pq)=Aa=0,32,  yaxud  32%  və  aa  genotipinin  tezliyi 
(q
2
)=33=0,04, yaxud 4%-ə bərabər olacaqdır. 
6.
 
İnsan  poopulyasiyasında  51%,  yaxud  0,51  qəhvəyi  gözlü, 
amma  49%,  yaxud  0,49  göygöz  adama  təsadüf  edilir.  Qəhvəyi 
gözlülük  geni  göy  gözlülük  geni  üzərində  dominantlıq  edir.  Deməli, 
51% 
qəhvəyi 
gözlülər  içərisində  həm  homoziqotlar,  həm 
heteroziqotlar  ola  bilər.  Homoziqot  və  heteroziqotların  rastgəlmə 
tezliyini təyin edin. 
Həlli: 

 
~ 188 ~ 
Bir halda ki, göygözlülərin genotipinin tezliyi aa-dır, yaxud q
2
=0,49, 
onda  göygözlülük  geninin  tezliyi 
  =  0,7  olacaqdır.  Belə  ki,  p+q=1, 
onda  qəhvəyigözlülük  geninin  tezliyi  p=1-0,7=0,3  olmalıdır.  Dominant 
homoziqotların tezliyi isə p
2
=0,3
2
=0,09, yaxud 9% olacaqdır. Beləliklə, p-
nin  tezliyi  və  q-nün  tezliyini  bilərək  heteroziqotların  tezliyini,  daha 
doğrusu,  2pq-nü  müəyyən  etmək  olar:  2pq=2  x  0,3  x  0,7=0,42,  yaxud 
42%. 
Beləliklə,  populyasiyanın  tərkibi  aşağıdakı  kimi  olacaqdır:  9% 
qəhvəyigözlü  homoziqot,  42%  qəhvəyigözlü  heteroziqot  və  49%  göygöz 
homoziqot. 
7.
 
Şəhərdə  doğulmuş  27312  uşaqdan  32-si  aa  resessiv  xəstəlik 
forması  ilə  doğulmuşdur.  Təzə  doğulmuş  uşaqlar  arasında  aa 
genotipinin  tezliyini  onluq  kəsrlə  ifadə  etməklə  müəyyənləşdirmək 
lazımdır.  Təzə  doğulmuş  nə  qədər  uşağa  aa  genotipi  ilə  bir  uşağın 
düşdüyünü təyin etmək vacibdir. 
Həlli: 
Məsələnin şərtindən belə bir nəticəyə gəlmək olar ki, təzə doğulmuş 
uşaqlar  arasında  aa-nın  tezliyi  aşağıdakı  qaydada  hesablanmalıdır: 
32:27312=0,00117.  Onda  ikinci  suala  cavab  vermək  üçün  belə  bir 
hesablama  aparılmalıdır: 
  = 
,  yaxud  bunu  yuvarlaq  şəkildə 
göstərmək olar:   . 
Aşağıdakı məsələləri tələbələr sərbəst həll edirlər: 
 
1.
 
Qaramalda  şothorn  cinsində  qırmızı  rəng  ağ  rəng  üzərində 
natamam  dominantlıq  edir.  qırmızı  rəngli  qaramalın  ağ  rənglilərlə 
çarpazlaşmasından  alınan  hibridlər  çal  rəngli  olmuşdur.  Şothorn  cinsini 
yetişdirmək  üçün  ixtisaslaşdırılmış  xüsusi  rayonda  4169  qırmızı  rəngli, 
3780 çal rəngli və 756 ağ rəngli heyvan qeydə alınmışdır. Bu rayonda olan 
qaramalda qırmızı və ağ rəng genlərinin rastgəlmə tezliyini aşkar edin. 
2.
 
Ayrılmış  84000  çovdar  bitkisindən  210-u  albinos  olmuşdur. 
Bunlarda rr resessiv gen homoziqot vəziyyətindədit. Albinosluq  əlamətini 
daşıyan heteroziqot bitkilərin, həmçinin R və r allellərin rastgəlmə tezliyini 
hesablayın. 
3.
 
Populyasiyada  64%  homoziqot  AA,  4%  homoziqot  aa  və  32% 
heteroziqot  qeydə  alınmışdır.  Buna  əsaəsn  p-nin  (A  alleli)  və  q-nün  (a 
alleli) tezliyini müəyyən etmək tələb olunur. 
4.
 
26000  uşaq  arasında  resessiv  xəstəliyə    tutulmuş  11  dəstə  aşkar 
edilmişdir.  Xəstəliyin  yayılmasını  və  populyasiyanın  genetik  quruluşunu 

 
~ 189 ~ 
müəyyən etmək tələb olunur. 
5.
 
İnsan  populyasiyasından  seçilmiş  adamlar  arasında  qaragözlülər 
868 nəfər, mavigözlülər 542 nəfər təşkil etmişdir. Qaragözlülərin dominant 
(A),  mavigözlülərin  (a)  resessiv  əlamət  olduğu  məlumdur.  Belə 
populyasiyada mavigözlü fenotiplərin sıxlığını hesablamaq tələb olunur. 
 

 
~ 190 ~ 
VIII. İNSAN GENETİKASI 
 
İnsan genetikasını öyrənən elm sahəsi – antropogenetika adlanır. 
İnsan  digər  orqanizmlər  kimi  cinsi  yolla  çoxalır,  dominant  və 
resessiv əlamətlərə malikdir, irsiyyət qanunauyğunluqları insana da xasdır. 
Lakin insan genetikasını öyrənməyin bir sıra çətinlikləri vardır: 
1.
 
Hər  şeydən  əvvəl  insanın  genetikasını  öyrənməkdə  bitkilər  və 
heyvanlar  aləmində  tətbiq  olunan  əsas  hibridoloji  üsuldan  istifadə  etmək 
çox  çətindir.  İnsanların  ailə  qurması,  nəsil  artırması  tədqiqatçının  arzusu 
ilə deyil, bir sıra sosioloji amillərlə əlaqədardır. 
2.
 
İnsan nisbətən az nəsil verən canlıdır. 
3.
 
Xromosomların miqdarının çox olması. 
4.
 
İnsan gec yetişəndir. Bir insan ömrü ən yaxşı hallarda bir-iki nəsli 
öyrənməyə çata bilər. 
5.
 
Lakin  bu  çətinliklərə  baxmayaraq  alimlər  insanın  genetikasını 
öyrənməyə  yollar  tapmışlar.  Hələ  XIX  əsrin  axırlarında  F.  Qalton  (Ç. 
Darvinin  bibisi  oğlu)  insanın  genetikasını  öyrənmək  üçün  bir  neçə  üsul 
irəli  sürmüşdü.  Bunlardan  genealoji,  əkizlər    və  statistik  üsulları  qeyd 
etmək  olar.  Get-gedə  insanın  genetikasını  öyrənməkdə  bir  neçə  üsul 
formalaşmağa  başlamışdır.  Bunlardan  genealoji,  sitogenetik,  biokimyəvi, 
toxuma kulturası, populyasiya üsulları və  sairəni göstərmək olar. 
 
İnsan genetikasının öyrənilmə üsulları 
 
Genealoji  üsul.  Ayrı-ayrı  ailələrdə  müşahidə  olunan  müəyyən 
əlamətin nəsillər üzrə necə keçdiyini öyrənmək üçün genealoji sxem (nəsil 
ağacı)  tərtib  edilir.  Genealoji  (yunanca  genes  –  mənşə  deməkdir)  üsulun 
tətbiqi  zamanı  genetik  maraqlandığı  əlamətə  malik  adamın,  başqa  sözlə, 
probandın, bir neçə qohumları üzrə  müşahidə aparır. Probandı öx işarəsi 
ilə və ya kişi  və qadın göstərən işarələrin içərisində qara nöqtə qoymaqla 
göstərirlər.  Bir  ailə  üçün  genealogiya  tərtib  etdikdə  aşağıdakıları  nəzərə 
alırlar.  Ailəni  təşkil  edən  kişi  (kvadratla)  sağda,  qadın  isə  dairə  ilə  solda 
qeyd olunur. Yuxarıdan aşağıya doğru nəsillər roma rəqəmləri ilə, övladlar 
isə  ərəb  rəqəmləri  ilə  qeyd  olunur.  Genealogiya  tərtib  edərkən  aşağıdakı 
işarələrdən istifadə edirlər: 
Əkizlər üsulu. İnsanın genetikasını öyrənməkdə əkizlər üsulunu ilk 
dəfə  F.  Qalton  irəli  sürmüşdür.  Bildiyimiz  kimi,  əkizlər  müxtəlif  olurlar. 
Genetik  ədəbiyyatda  bir  yumurta  əkizləri  (BƏ)  və  müxtəlif  yumurta 
əkizləri  (MƏ)  terminləri  daha  çox  işlənir.  Lakin  bəzən  bir  yumurta 
əkizlərinə identik əkizlər, müxtəlif yumurta əkizlərinə iki yumurta əkizləri 

 
~ 191 ~ 
də deyilir. Bəzən iki yumurta əkizləri də ayrılıqda hər cüt eyni yumurtadan 
da  əmələ  gələ  bilər.  Buna  görə  də  bir  yumurta  əkizləri  (BƏ)  və  müxtəlif 
yumurta əkizləri (MƏ) terminlərini işlətmək düzgün olar. 
BƏ-i  bir  yumuirtanın  eyni  spermatozoidlə  mayalanması  nəticəsində 
əmələ gəldiyi üçün eyni cinsiyyətli olub (ya hər ikisi oğlan və ya qız) və 
bir-birlərinə çox oxşayırlar, daha doğrusu bir-birinin güzgüdəki əksi, surəti 
kimi  olurlar.  MƏ-i  ayrı-ayrı  yumurtaların  müxtəlif  spermatozoidlə 
mayalandığı  üçün  həm  müxtəlif  cinsiyyətli  (oğlan-qız),  həm  də  eyni 
cinsiyyətli  (oğlan-oğlan  və  ya  qız-qız)  ola  bilərlər.  MƏ-i  bir-birinə,  eyni 
valideynlərdən  ayrı-ayrı  vaxtlarda  dünyaya  gələn,  övladlar  dərəcəsində 
oxşaya bilər. 
 
 
 
Kişi 
 
 
Qadın 
 
 
Cinsiyyət aydın deyil 
Öyrənilən əlamət 
 
 
Öyrənilən resessiv geni daşıyan heteroziqot 
 
 
Tez ölmüş 
 
 
Nigah 
 
 
 
 
Kişinin iki qadınla nigahı 
 
 
  Qohum nigah 
 
 
  Valideynlər 
 
 
 Uşaqlar və onların doğum ardıcıllıqları 
 
 
  
 
 
Müxtəlif yumurta əkizləri 
 
 
Bir yumurta əkizləri 
 

 
~ 192 ~ 
BƏ  və  MƏ-lərini  bir-birindən  aşağıdakı  xüsusiyyətlərinə  görə 
fərqləndirmək olar: 
1.
 
BƏ-lər  mütləq  eyni  cinsiyyətil  olmalıdır.  MƏ-lər  isə  eyni 
cinsiyyətli, həm də müxtəlif cinsiyyətli ola bilər. 
2.
 
BƏ-lərinin  bir  ümumi  xarionu,  MƏ-lərinin  müxtəlif  xarionları 
olur. 
3.
 
BƏ-lərində  resiprok  transplantasiya  avtotransplantasiyada  olduğu 
kimi müvəffəqiyyətli, MƏ-lərində isə müvəffəqiyyətsiz nəticə verir. 
4.
 
BƏ-də  konkordant,  MƏ-də  diskordant  olur.  Diaqnostika  üçün 
xarici şəraitin təsiri altında ən az dəyişkənliyə uğrayan əlamətlər götürülür. 
Məs., qan qrupları, gözün, saçın rəngi, barmaq uclarının və əl ayasının dəri 
relyefi kimi əlamətlərlə BƏ və MƏ-lərini ayırd etmək mümkündür. 
BƏ-də bəzən  müşahidə olunan fenotipik fərqlər embrional inkişafın 
hələ orqanogenez baş verməmiş  mərhələlərində cütlərdən birində somatik 
mutasiyalar nəticəsində meydana gələ bilər. 
Əkizlər  metodu  mühit  şəraiti  və  irsiyyət  probleminin  həllində  çox 
böyük  əhəmiyyət  kəsb  edir.  BƏ-lərinin  eyni  və  müxtəlif  şəraitdə 
yetişdirilməsi  sayəsində  müxtəlif  faktorların  təsiri  öyrənilir.  Bunlardan 
hansı  əlamətlərin  daha  çox,  hansılarının  daha  az  müxtəlif  xarici  mühit 
amillərin  təsirinə  məruz  qalmaları,  hansı  əlamətlərin  heç  bir  dəyişikliyə 
uğramaması  müəyyən  edilir.  Beləliklə,  BƏ  və  MƏ  üzərində  aparılan 
təcrübələrdə  irsiyyət  faktorlarının  insanın  təşəkkülündəki  əhəmiyyəti 
aşkara çıxarılır.  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin